My Book
Dadlı yemək reseptləri bloqu
Kitabımın İlk Təqdimatı və İmza Günü

Cookbook Signing

Dostlar, bu xoş xəbəri sizinlə paylaşmağa tələsirəm. Dekabr ayının 13,  “Pomegranates and Saffron” adlı kitabımın Kaliforniya ştatının Lonq Biç şəhərində yerləşən Gatsby Books kitab mağazasında ilk təqdimatı və imza günü keçirildi. Çox həyəcanverici bir gün idi. Axı bu mənim öz kitabımın ilk tədbiri idi!

Tədbirdə 50-dən çox dəvətli iştirak edib məni dəstəklədi. Onların arasında dost,  tanış, qonşu və tanımadığım  bir çox adam var idi. Qonaqlara AZ Cookbook-un ekskluziv çayıyla bərabər kitabdakı reseptlərdən özümün bişirdiyi Qarabağ kətəsi və qozlu mütəkkələr verildi.

Açılışı mağazanın sahibi kitabsevər Sean  açıb, kitabımı o ki var, təriflədi (xaricilərdən bunu eşitmək o qədər sevindiricidir ki!).

Sonra mən kitab haqqında qısa məlumat verdim. Ardından isə qonaqların suallarına cavab verdim. Hər şey əla keçdi. Buna görə o tədbirə vaxt ayırıb gələn, məni dəstəkləyən hər bir qonağa təşəkkür edirəm.

IMG_9585

İnanın ki, əvvəllər yatsam yuxuma da girməzdi ki, bir gün uzaq Amerikada Azərbaycana aid bir kitabın müəllifi olacağam və hətta imza tədbirim də olacaq. Bax belə.

Sizə isə tədbirdən fotoşəkillər təqdim etmək istəyərdim. Uzaq olsanız da, sizin də dəstəyinizi hiss etmək gözəldir. (Davamını Oxu keçidinə basmağı unutmayın!).

DSC_0787

IMG_0187

DSC_0788

10801830_999088116773636_3847572183725058752_n

DAVAMINI OXU

  • Mərcanılı-Şokoladlı Şirin Bulkalar
    December 5, 2014
    Mərcanılı-Şokoladlı Şirin Bulkalar
    Mən ərzaq bazarlığına iki müxtəlif siyahı ilə gedən adamlardanam. Biri alınacaq şeylərin fiziki siyahısı olur, digəri isə başımızda spontan yaranan mental siyahıdır. Birdən elə bir şey görürsünüz ki, o sizə lazım deyil, amma almaqdan özünüzü saxlaya bilmirsiniz və düşünürsünüz ki, o tezliklə gərəyiniz ola bilər. Mənim üçün əksər hallarda həmin o “tezliklə” çox gec gəlir, artıq o vaxt gəlir ki,...
    DAVAMINI OXU
  • Körrili Balqabaq Şorbası
    November 29, 2014
    Körrili Balqabaq Şorbası
    Amerikaya Şükran bayramı gəldi. Heç inana bilmirəm. Heç hazır da deyiləm. Təqvimin günlərinin sayını da itirmişəm. Sözün həqiqi mənasında. Amma nə yaxşı ki, gözəl səbəbə görə. Mənim yemək kitablarım Los Ancelesə gəlib çatıb və indi mən əvvəlcədən sifariş olunmuş kitabları yollamaqla məşğulam. Bu bəlkə də mənim kitab çapı macəramın ən maraqlı hissəsidir, çünki tezliklə siz mənim kitabımdakı yeməkləri bişirə biləcəksiniz...
    DAVAMINI OXU
  • Balqabaqlı-Krem Pendirli Qıvrım Piroq
    November 16, 2014
    Balqabaqlı-Krem Pendirli Qıvrım Piroq
    Biz öz balqabaq püremizi hazırladıq, indi onu rahat istifadə edə bilərik. Elədir? Elədir. Gəlin ləzzətli krem pendirli balqabaq piroqundan başlayaq. Piroq, amma keks kimi. Xəmir sobaya girməzdən əvvəl ona qarışdırılmış krem pendir çox maraqlı effect verir – piroqu super yumşaq edir, demək olar ki, qaymaq teksturasına salır! Biz həm də piroqun ətrini daha da gözəlləşdirmək üçün payızın iki “olmazsa olmaz” ədviyyatından,...
    DAVAMINI OXU
  • Evdə Hazırlanmış Balqabaq Püresi
    November 14, 2014
    Evdə Hazırlanmış Balqabaq Püresi
    O gün supermarketdə qalaqla yığılmış balqabaq konservlərinin yanından keçəndə qızım həvəslə dedi: “Gəl balqabaq konservi alaq və balqabaq piroqu bişirək!” Qızım tezcə hiss etdi ki, indi mənim ənənəvi “Evdə öz püremizi hazırlaya biləcəyimiz halda niyə pulla alaq ki?” cümləm gələcək, ona görə tezcə əlavə etdi: “O həm də orqanikdir”. Ümid edirdi ki, bu cəlbedici kəlmə məni püreni tərəddüdsüz almağa həvəsləndirəcək....
    DAVAMINI OXU
  • Narlı Yumurta (Narnumru)
    November 13, 2014
    Narlı Yumurta (Narnumru)
    Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi?...
    DAVAMINI OXU
  • Tökmə Kələm Piroqu
    October 24, 2014
    Tökmə Kələm Piroqu
    Bu piroqun adında tökmə sözü ona görə var ki, xəmiri bərk deyil, duru olur, və bu xəmir doğranmış kələmin üstünə tökülərək, piroq bişirilir. Bu resepti fikirləşmədən asan və ləzzətli reseptlər repertuarınıza daxil edə bilərsiniz. Nuş olsun! Tökmə Kələm Piroqu Ərzaqlar İçlik üçün: 1 kələm (təxminən bir kilo yarımlıq) 70 qram Westgold kərə yağı 1 baş soğan Zövqə görə doğranmış təzə şüyüd...
    DAVAMINI OXU
  • Kitabım Əli və Nino Mağazalarında
    October 21, 2014
    AZCookbook | Pomegranates and Saffron in Baku bookstore shelves - Kitabım Əli və Nino Mağazalarında
    Budur, kitabım Əli və Nino kitab mağazalarında!  Şəklin müəllifi: Fəridə Bəşirova Dostlar! Nəhayət ki, çoxdandır gözlədiyim an gəldi çıxdı! Kitabım “Pomegranates and Saffron,” artıq Bakının bütün Əli və Nino kitab mağazalarında satışa qoyuldu. Buna çox sevinirəm! Dəstəyinizə görə təşəkkür edirəm. – Fəridə    ...
    DAVAMINI OXU
  • Kitabım Hazırdır!
    September 29, 2014
    Kitabım Hazırdır!
      Dostlar, mənim üçün çox sevindirici olan bu xəbəri çoxdan ingilisdilli səhifəmdə paylaşmışdım, amma bu səfihəyə əlim çatmamışdı. İndi paylaşıram. Deməli belə! Nəhayət, 7 ildir üzərində işlədiyim kulinariya kitabım çapdan çıxdı! Kitab iniglis dilindədir. Kitabda reseptlərlə yanaşı (təxminən 200 resept), atalar sözü, mədəniyyətimizə aid məlumat yer alır. Kitab rəngli fotoşəkillidir. Özünüzə, dostlarınıza, sevdiklərinizə gözəl hədiyyə ola bilər.  Keçidini bu yazıya əlave etdiyim kitabla...
    DAVAMINI OXU
Səhifə 1 - 2191234...10...Son »