Keçən il Azərbaycanda keçirdiyim vaxtlar üçün darıxdım. Üstündən bir ildən çox vaxt keçsə də, xatirələr hələ də canlıdır, elə bil oraya dünən getmişəm. Hər oraya səfərimdə olduğu kimi, ənənəvi olaraq o il də Balakən rayonuna getdik. Bu dəfə gedişim bir az kədərli oldu, çünki artıq nənəm həyatda deyildi. Amma qohumlarımız bizi kədərlənməyə, darıxmağa qoymadılar. Çay qırağında piknik, gəzintilər. Həm Zaqataladakı xalam, həm Balakəndəki qohumlarımız - hamısı bizim vaxtımızın maraqlı keçməsi üçün əllərində gələni etdilər. Bir gün maxara tökdülər (burada belə deyirlər, çünki maxara sacın üstünə tökülüb bişirilir), bir gün sürhüllü dadızdırdılar, sonra isə sacda ət qutabı. Bu yeməklərin dadı hələ də damağımdadır.
Onlar qutab bişirdikcə, mən şəkil çəkdim. Buyurun, siz də tamaşa edin, sonra isə reseptə görə özünüz də qutab bişirin. Bunu da qeyd edim ki, qutab Balakən rayonunun Kor Tala kəndində bişirilmişdir və şəkillər elə oradaca çəkilmişdir.

Xəmir yoğudruqdan sonra, onu oxlovla açın…
Lap nazik yuxa alınanadək

Yuxanın yarısına ət içliyi yayın.

Digər yarısını üstünə gətirib, kənarlarını bərkidin.

Sacda bişirib qutabları yağlayıb, süfrəyə verin. Şəkildə soldakı qutabın üstü bir qədər ötmüştü. Bu ona işarətdir ki, o bişən vaxtı, sacın altındakı od qur olub, bir az azaldılmalı idi. Dadı yenə də yaxşı idi. Bax belə. Nuş olsun!
Hə, bir də qutabdan bir müddət sonra kənd havasında samovar çayı dəsgahı da qurulmuşdur.Bəh, bəh! Unudulmaz anlar.
Ət Qutabı
12 ədəd-6 nəfərlik
Xəmir üçün:
4 fincan + yoğurmaq üçün əlavə un (bir fincan = 150 qram un)
2 xörək qaşığı duz
2 fincan otaq tempraturunda su
İçlik üçün:
450-500 qram ət maşınından keçirilmiş qoyun yaxud mal əti və ya qarışıq –yarı qoyun,yarı mal əti
2 ədəd ət maşınından keçirilmiş orta ölçülü soğan - təxminən bir fincan
1 xörək qaşığı palçıq lavaşana yaxud ½ fincan təzə nar dənələri (miqdarı zövqə görə müəyyən olunur)
Zövqə görə duz və istiot
Şimal-qərb zonalarında,xüsusi ilə də Balakəndə qutab üçün hazırlanmış içliyə 1 cimdik şüyüd toxumu,1 qədər doğranmış sarımsaq və doğranmış təzə keşniş də qatırlar.
Bunlardan əlavə :
Əgər qutab 1-ci üsulla bişiriləcəksə bir qədər şit yağı/ərinməmiş kərə yağı/
2-ci üsulla bişiriləcəksə qızartmaq üçün bitki yağı və üzərinə səpmək üçün sumaq lazım olacaq.
Xəmirin hazırlanması:
Böyük bir qaba un əlavə olunur,duz vurulur qarışdırılır. Unun içində yuva açılır,su az-az əlavə olunmaqla xəmir halını tutanadək əllə qarışdırılır. Xəmir formasına gəldikdə sonra üzərinə un səpilmiş yuxa yayan taxtanın üzərində 10 dəqiqə yoğrulur. Yoğurarkən ələ yapışmasın deyə tez-tez un səpilir.Lakin unu çox qatmaq olmaz,əks halda xəmir bərkiyər və yaymaq mümkün olmaz. Həm də yuxa yayarkən kifayət qədər un istifadə olunduğunu da nəzərə almaq lazımdır. Yoğrulmuş xəmir 12 bərabər ölçülü hissələrə bölünüb əllə kündələnməlidir. Bir kündəylə işlərkən digərlərinin üzərini dəsmalla örmək lazımdır ki,kündələr qurumasın.
İçliyin hazırlanma qaydası:
Bir qaba içlik üçün lazım olan ərzaqlar tökülür və yaxşıca qarışdırılır. Əgər lavaşana əvəzinə nar dənələri istifadə olunacaqsa o zaman ərzaqları elə qarışdırmaq lazımdır ki, narlar əzilməsin.
Yuxanın yayılması:
Kündənin biri üzəri bir qədər unlanmış yuxayayan taxtanın üzərinə qoyulur və üstünə də bir qədər un səpilir.Kündə əllə basılıb yastılanır və oxlovla açılır.Diametri təxminən 12 sm olanadək xəmiri fırladaraq oxlovlar açmaq lazımdır. Sonra isə açılmış xəmirin üzərinə yenə azca un səpilir və əllə xəmirin üzərinə tam yayılır. Belə olduqda yuxa nə oxlova yapışar, nə də yuxanı yayayarkən onda deşiklər əmələ gələr,həm də asanlıqla yayıla bilər. Yuxanı öz tərəfinizdənki kənarlarından başlayaraq axıradək oxlova bükməklə sonra cəld açmaq lazımdır. Bu zaman oxlov özünüzə paralel olaraq hərəkət etməlidir. Bu qayda ilə hər dəfə yuxanı açarkən üzərinə azca un səpilməlidir. 25 sm ölçüsündə dairə alınanadək yuxa açılmalıdır.
İçliyin doldurulması: Hazır yuxanın üzərinə yarıyadək ətli içlik qoyulub yayılır. İçlik sıx,lakin nazik olmalıdır. Sonra yuxanın digər yarısı ətli içliyin üzərinə qatlanıb,kənarları barmaqla ehmalca basılaraq bitişdirilir. Qutablar aşağıdakı iki üsülla bişirilə bilər.
1-ci üsul: (Balakən zonasında qutab yalnız sacda/tavada bişirilir və bizim ailədə həmişə bu üsuldan istifadə edilib). Öncədən qızdırılmış sac yaxud yapışmayan tavada qutabın növbə ilə əvvəl bir,sonra isə digər tərəfi üzərində zərif qəhvəyi qabarcılar əmələ gələnədək qızardılır. Hazır bişbiş qutablar boşqaba qoyulur və elə isti halda üzərinə firça ilə yağ çəkilir. Qutablar bu qayda ilə qızardılıb yağlanaraq bir boşqabda üst-üstə yığılır. Sonda üzərinə sumaq səpilib süfrəyə verilməlidir.
2-ci üsul: (Bəzi yerlərdə bu üsuldan istifadə edilir). 1 xörək qaşığı bitki yağı yapışmayan tava tökülüb qızdırlır. Üzəri qızılı rəng alanadək qutabların hər iki tərəfi qızardılır. Hər dəfə qızartma zamanı lazım gələrsə yağ əlavə olunmalıdır. Qızardılmış qutablar sonra salfetin üzərinə qoyulub yağı çəkilməlidir. (Bu üsulla bişirilimiş qutablar sonradan yağlanmır.) Hazır qutabların üzərinə sumaq səpilib dərhal süfrəyə verilməlidir.
32 Comments Add your own
1. Fidan | Noyabr 4th, 2011 at 12:22 am
Feride xanim,cox sevindim bizim Balaekenin et qutabini paylashdiginiza gore.cox orijinal ve tebii
2. Rasmiya | Noyabr 5th, 2011 at 12:34 am
чох саг ол Фарида ханым аллах сиздан разы галсын
3. nigar | Noyabr 5th, 2011 at 1:38 am
coxsagolun feride xanim. 1 ci gun ALLAH qoysa balakene gedirem. orda qohumlariniz kimdir????????
4. zema | Noyabr 5th, 2011 at 11:07 am
ellerinize sagliq. cox gozel gorunur.
5. sabina karimova buendia | Noyabr 6th, 2011 at 9:22 am
Feride xanim bu dadli balaken qutabi ucun ve sekiller ucun size ne qeder tesekkur etsem azdir. Manim anamda balaken rayonunun kor tala kendindendir. Yeni usaqligim orada kecib. Oranin yemeklerinin ayri lezzeti var. O xatireleri canlandirdiqiniz ucun Size bir daha tesekkur edirem. gelecekde basqa balaken yemeklerinin resseplerini
Gormek dileyiyle
6. nura | Noyabr 8th, 2011 at 8:07 am
SALAM FERIDE XANUM.MEN ANLAMDIM BU ET ICLIK QOVURULMALIDIR SONRANICINE QOYULUR QUTABIN YOXSA CIY HALDA???
7. FƏRİDƏ | Noyabr 8th, 2011 at 10:34 pm
NURA - Çiy halda.
8. afet | Noyabr 9th, 2011 at 11:34 am
cox sag olun .mende qutab xoslayiramen cox da qarin qutabini anamin elediyini cox ozledimmmm.tesekkurler.
9. Reyhan | Noyabr 11th, 2011 at 8:05 am
Salam Feride xanim.balaken sozunu gordukde cooox,sevindim.hec bilmirdim siz balakenlisiniz.burdaki balakenlilerin hamisina salam:))qutabda cox lezzetli gorunur.
10. Chinara | Noyabr 12th, 2011 at 2:13 am
indi basha dushdum sizin paylashdiginiz ekser reseptlerin haradan gaynagladigini :)) demek,siz de o zonadansiniz. maragli gelmishdi ki,bu kelekkohsh,surhullu,garpiz murebbesi ve s. kimi reseptleri hardan bilirsiniz
Feride xanim,size ugurlar! hemishe sizi izleyirik. tak derjat!
11. leman | Noyabr 15th, 2011 at 4:06 am
salam Feride xanim Sizaden cox xahiw edirem mene maxaranin reseptini yazasiniz evvelceden twk edirem
12. gulnar | Noyabr 17th, 2011 at 1:52 pm
salam Feride xanim
dadli reseptleriniz ucun cox sagolun.
Bizim rayonumuzu bu qeder muveffeqiyyetle temsil etdiyiniz ucun cox sagolun.Siz bizim qururumuzsunuz.
imkan olsa eger ozunuz haqqinda yazin.
Sizden MUJSKOY IDEAL TORTUNUN ve lavash salatinin resptini isteyirem
hormetler
13. sevinc alizade | Noyabr 20th, 2011 at 2:37 am
men de Balakenliyem)))hamiya salamlar,eriste reseptini hardan tapa bilerem?
14. Reyhan alizade | Noyabr 25th, 2011 at 6:12 am
eleykume salam seva :)))) burdada qarsilasdiq :)))
15. Qutaye | Dekabr 3rd, 2011 at 9:52 am
Salam.men sizin sehiveni tez tez oxuyuram. 1 defedir yaziram. Balken xitebini(orda qutaba bele deyirler) gorende yazmadan dayana bilmedim. menim anamda balakendendir. puste tala kendinnen(qaravelliden).usaqligimda orda keib. kor taladada qohumlar tanislar var. Balakenin qutablari coxdu. menim en cox sevdiklerimden biride qabaqla sor qutabidir. cox lezettli olur. esasende balaken qabagi ile. onunda reseptni yazsaz yaxsi olar. ugurlar
16. nazli kerimova | Dekabr 30th, 2011 at 12:07 am
her kese salam buda bizim Balakenin gozel yemeklerinden biri mence her biriniz bunu evde bishirmelisiz :-)))
17. Angel | Yanvar 24th, 2012 at 11:00 am
cooox sagolun qizlarnan biwirdik yedik super dadir Feride xanim cooooooooox sagolun,superdi mene gore :))))
18. beren | Fevral 4th, 2012 at 5:09 am
cooooooooooooooox sagolun twk
19. gunay | Fevral 9th, 2012 at 4:58 am
duz deyirsiz coooooooooooox gozeldi bishirdik daddiq
20. gunesh | Fevral 9th, 2012 at 7:11 am
yazilariniz shekilleriniz olduqca maraqlidir. usahligim yadima dushdu. 35 yashindayam. balakende kortala kendinde 13 yashimda olmusham, Yazbahar xalagilde. bacimla men ilk defe idiki kend gorurduk. 3 ay orada qaldiq. ALLAH rehmet elesin cox yaxshi insan idi. hec bizim xetrimize deymedi bu 3 ayi. bizi cox gozel gezdirdiler. o zamandan ilk defedir ki, balakeni shekillerde gordum. agladim…bilmedim nine ucun yoxsa, o gozel gunlerin geride qaldigi ucun. men coxdandir ki, size teshekkurumu bildirmek isteyirem reseptleriniz ucun.cox deqiq, seliqeli, gozel reseptleriniz var. hansini bishirmishemse ela cixib. elleriniz derd gormesin. cox sagolun
21. FƏRİDƏ | Fevral 9th, 2012 at 11:47 pm
Hamımıza nuş olsun!
GUNESH - maraqlı şərhinizə görə təşəkkür edirəm. Mən də nənəmgildə yayları qaldığım günlər üçün darıxıram. Oralar çox gözəldir, insanları da yaxşıdır.
22. refiqe | Fevral 15th, 2012 at 3:21 am
he mende balakendenem yay qish buradayam
23. natevan | Fevral 28th, 2012 at 11:33 am
Salam Feride xanim.Men size” DUYU QUTABI” reseptini yazmag isteyirem.XEMIRINE- un,duz,su.ICLIK- bismis duyu,xirda-xirda dogranilmis sogan,suyud,olsa nar.qutab formasinda ele yagda qizart(BU RESEPTI QEDERIYLE ELEMIREM,HER SEYI TEXMINI TOKUREM)>Beyenmeseniz bir daha resept yazmaram,yeni sizi narahat etmerem
24. natevan | Fevral 28th, 2012 at 11:40 am
Sizin reseptleri cox beyenirem,hetda bisiriremde.Meselcun, ”SIRIN COREK” ”hilli darcinli burmalara” “”asan paxlava”"bilerzik salati””almali qurabiye””toyuq cigirtmasi”.Bunlari tez tez bisirirem.cox sag olun.Yeni reseptlerinizi sebirsizlikle gozleyirem
25. Guler/admin | Fevral 29th, 2012 at 6:59 am
NATƏVAN,reseptləriniz maraqlıdır. Paylaşdığınıza görə də çox sağ olun. Kimisə narahat etmirsiniz. Amma forumda daha geniş müzakirə imkanları var,yəni əlavə yeni reseptləri orada paylaşmaq olar.
26. natevan | Fevral 29th, 2012 at 10:07 am
Salam,Guler xanim.Men forma daxil ola bilmedim nedense. Bir ikidefe baxdim,amma gire bilmedim.
27. natevan | Fevral 29th, 2012 at 10:45 am
Guler xanim size bir sualim var .Bu sayitda ingilis dilinde “Lasagne Verdi al Forne-Daring Bakers ” RESEPTI GORDUM .Azerbaycan dilinde bu resept sayta yerlesdirilmeyib?Tapa bilmedim.Azerbayca dilinde bunun adi nedir?Yeni gornusce xosuma geldi.
28. Guler/admin | Fevral 29th, 2012 at 11:36 pm
NATƏVAN, forumda da qeydiyyatdan keçib yazmaq lazımdır.
29. Guler/admin | Mart 1st, 2012 at 12:39 am
Lasagne -italyan yeməyidir. Bizim mağazalarda makaron-spagetti stendlərində satışda var. Bir növ qurudulmuş xəngəl kimidir,amma ondan böyükdür. Lay-lay aralarına müxtəlif içliklər qoyularaq sobada bişirilir,məsələn,pendirli,ətli,tərəvəzli və s. Rusca və türkcə ” Lazanya” kimi tərcümə olunur. Lazanya deyə bilərsiz. Fəridə xanımın reseptində Lazanya ev şəraitində hazırlanıb, həm də xəmiri göyərtilidir.
30. Aynur | Mart 11th, 2012 at 5:10 am
Salam Feride xanim. Bu qutablari gorub cox sevindim, et qutabini cox sevirem. Oz rayonumuzun qutabindan basqasini yox amma. Men Zaqataladanam. Bizde de qutab eynile bu cur bisirilir. Suyud toxumu qutaba basqa dad verir.
Men de Azerbaycan kenarda yasayiram, oz milli yemeklerimiz ucun darixiram. Sizin reseplerinizden cox istifade etmisem, hemise komeyime catib, yoldasim da cox beyenib. Amma serh yazmag bu gune qismetmis. Her sey cox gozeldi, ellerinize sagliq. Yeni-yeni reseptler gozleyirik.
31. Turken | Mart 29th, 2012 at 2:56 am
Boyreyin receptni, zehamet olmasa , yaza bilersiz?
32. Gulnar | Aprel 24th, 2012 at 3:45 am
coooooooox gozeldir burdan Balakene coxlu -coxlu salamlar
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed