kataloq

Ətli Blinçik

Qızımın ən çox sevdiyi qəlyanaltılardan biri blinçikdir. Hərdən blinçiklərin içini ya ətlə ya da şirin kəsmiklə doldururam. Çox ləzzətli olur. Bu gün sizə ətlə doldurulmuş blinçikin reseptini yazıram.

ƏTLİ  BLİNÇİK

16 balaca və ya 8 iri içi doldurulmuş blinçik üçün

Ərzaqlar

Blinçik Üçün:

2 yumurta
1 xörək qaşığı şəkər tozu
bir çimdik duz
2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
1  1/5 stəkan un
2 xörək qaşığı duru yağ

İçi Üçün:
500 q çəkilmiş mal əti
1 ədəd orta boy soğan
duz
istiot
qızartmaq üçün duru yağ

Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminin 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. Mən ət-soğan  qızardıqdan sonra onu ət çəkən maşından keçirirəm ki, koma-koma qalmasın, iç narın olsun, amma bu istəyə görədir. İçi duzlayıb istiotlayın. (Əgər kaloriyası az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin).

İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün (mən blinçikləri kiçik edirəm, ona görə də az xəmir tökürəm). Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi,  o  biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri  bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün (şəkildə gördüyünüz kimi)

İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəkdirin (yeməyin az kaloriyalı olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. Nuş Olsun!

Related Posts with Thumbnails

106 Comments Add your own

  • 1. Aynur  |  Iyul 16th, 2009 at 12:23 pm

    şükür acıldı.Bilmirəm niyə amma blinçikin resept hissəsi açılmırdı.mütləq bu resepti istifadə edəcəm.Çox sağ olun Fəridə xanım.

  • 2. Aynur  |  Iyul 16th, 2009 at 12:39 pm

    Fəridə xanım,ümumiyyətlə blinçikin xəmirinə şəkər tozu vurmasam olar?

  • 3. Fəridə  |  Iyul 16th, 2009 at 12:40 pm

    AYNUR: Seker qatmasan da olar. Bir az sirinteher olmasi ucun seker qatilir, amma istemeyen qatmaya da biler.

  • 4. Aynur  |  Iyul 17th, 2009 at 11:44 am

    çox sağ olun diqqətiniz üçün.Allah razı olsun!

  • 5. FIRA.  |  Iyul 19th, 2009 at 8:06 am

    SALAM.FERIDE XANIM.NECESINIZ.KOMPUTERIM FARMAT OLUNDUGUNDAN,HEMDE BILMIREM NEDENSE XARAB OLMUSDU DEYE SIZE SERH YAZA BILMIRDIM.BU GUNDEN YAZACAM.

  • 6. esmer  |  Iyul 21st, 2009 at 2:02 am

    cox sagolun Feride xanim menim de en sevimli qelyanaltimdir.

  • 7. Sema  |  Iyul 22nd, 2009 at 3:54 am

    salam feride xanim necesiniz?bilincik cox dadliya oxsayir.inaniram menimde qizim bunu sever derhal pisireceyem.

  • 8. tunzalä  |  Iyul 23rd, 2009 at 7:53 am

    blincikä ag ciyär icliyi dä goymag olar Färidä xanim.Män hämishä ag ciyärlä ediräm blinciki cox dadli olur.

  • 9. Gunay20  |  Iyul 24th, 2009 at 1:34 am

    Salam Feride xanim!inanirsiz ureyimden ne yemek kecirse,acib bu bloqda tapiram,blincikden otru ureyim gedir coooox sevirem mama evde blincik bishiren gunu bayram edirem,indi ise ozum bishirmek isteyirem,ne qeder de olmasa boyumushuk axi…opurem sizi,ugurlar!

  • 10. Fəridə  |  Iyul 24th, 2009 at 10:44 am

    TUNZALE: Agh ciyer hec aghlima gelmemisdi. Maraqli versiyadir. Mutleq bir gun “prob” ederem. Cox sagh olun.

    GUNAY20: Blinchik bisirmek olduqca asandir, bu reseptden istifade edin, goreceksiniz.

  • 11. Gunay20  |  Iyul 26th, 2009 at 6:22 am

    he eledirki var cetin deyilmish, sizin gosterdiyiniz qayda ile bishirdim ve cox beyenildi.

  • 12. Malak  |  Avqust 8th, 2009 at 10:32 am

    Salam Farida xanim.man sizin saytla yeni tanis oldum,cox gozaldir.turklar demiskan “allariniza sagliq” :)
    manda blinçiki hardasa bela hazirlayiram,ici belada gozal olur,ama man icini basqa usulnan ediram,onda daha gozal alinir.Istasaniz yoxlayarsiniz.hamin ic bela hazirlanir;
    Yarim kq. az piyli qoyun ati suda soyutma bisirilir.Sonra həmin bu ət ət masinindan kecirilir.Daha sonra isə iki ədəd ortaboy bas sogan xirda dogranilir va tavada yagda qizardilir.Soganlar qizaran kimi uzarina at masinindan kecirilmis at əlavə edilir,duz vurulur va qarisdirilaraq qovrulur.Sonra qazdan dusurulur,uzərinə istiot,xirda dogranmis suyud əlavə edilir va qarisdirilir.soyuduqdan sonra ic blinçiklərə doldurulur va qizardilir.
    bunu prob edin,əminəmki,çox xosunuz galacak.Allah amaninda.

  • 13. FƏRİDƏ  |  Avqust 11th, 2009 at 3:19 pm

    MALAK: Cox sagh olun serhinize gore. Reseptiniz de cox maraqlidir. Men de herden suda qaynaridam eti, sonra qizardiram, amma qoyun etini deyil, mal etini. Qoyun eti lap lezzetli olar. Cox sagh olun. Mutleq “prob” edecem.

  • 14. susuz-mercan  |  Avqust 13th, 2009 at 12:24 am

    chox sag olun bu resepti kimden sorushurdumsa hami birteher orta olchulu cavab verirdi deye men de hech vaxt bishirmirdimşamma bu resepti tapdim sizden chox sag olun.mutleq prob edecem.teshekkurler

  • 15. SULE  |  Avqust 16th, 2009 at 6:48 am

    SALAM FERIDE XANIM RESEPTE GORE SIZE COX TESEKKUR EDIREM SIZ BU RESEPTI VERMEKLE COX BOYUK YAXSILIQ ELEDINIZ MENE YENIKI MENI QARDASIMIN DILINDEN QURTARDINIZ SIZE COX TESEKKUR EDIREM SAGOLUN.

  • 16. vusale  |  Avqust 24th, 2009 at 10:53 pm

    feride xanim thanks for everythink

  • 17. Malak  |  Avqust 29th, 2009 at 8:14 am

    Farida xanim,sizdan bir sey sorusmaq istyriam,ama bilmiram hara yazim,ona gorada bura yazacam.Baliq filsi qizartmasinin yaninda sizca na vermak olar sufraya,mana sabahadek tacili cavab lazimdir,agar mumkunsa.

  • 18. Malak  |  Avqust 29th, 2009 at 8:20 am

    birdaki kasmik,yani tvoroqla dolduranda blinciki tvoroqlu ici neca hazirlayirsiz?

  • 19. FƏRİDƏ  |  Sentyabr 1st, 2009 at 8:41 am

    MALAK: Bagisla gec yaziram cavabini. Baliq qizartmasinin yaninda kartof puresi yaxsi olar. Tvoroqlu blinchike tvoroq + zovge gore seker tozu.

  • 20. Chimnaz  |  Sentyabr 2nd, 2009 at 1:53 am

    Farida xanim salam. Man sizin saytla yeni tanis oldum, cox gozaldir. Resepleri gozel achiqlamasi ile teqdim etmisiniz. Ruslarin “Qotovim doma” sayti yaxshi idi. Ancaq Azerbaycan dilinde bele saytin olmasi uchun Size teshekkur edirem.

  • 21. Nargiz  |  Sentyabr 3rd, 2009 at 10:57 pm

    Salam Feride xanim,

    Bu hisseni basha duhmedim:
    1 1/5 stəkan un , yeni 1 stakan + 1/5 stakan un?
    yoxsa yalniz 1/5?

    Onceden teshekkur edirem,

    Nargiz

  • 22. FƏRİDƏ  |  Sentyabr 4th, 2009 at 8:00 am

    NARGIZ: yani ki, 1 stakan + 1/5 stakan un. yalniz 1/5 stekan deyil.

  • 23. cinara  |  Sentyabr 6th, 2009 at 1:40 am

    Salam Feride xanim necesiniz? men etli bilinciki hazirladim cox dadli alindi.Size boyuk tessekurumu bildirirem..

  • 24. cinara  |  Sentyabr 6th, 2009 at 1:51 am

    cox saq olun ki reseptleri hazirlayib bizimle bolusursuz.size ugurlar!

  • 25. Fəridə  |  Sentyabr 8th, 2009 at 6:07 pm

    CINARA: Nush olsun:)

  • 26. zema  |  Sentyabr 16th, 2009 at 11:04 am

    Salam siz gobelekli blincik terifi bilmirsiz?

  • 27. ulya1  |  Oktyabr 28th, 2009 at 1:09 pm

    Salam. Ətli blinçik çooooooooox dadlı alındı.Feride xanım yazılarımdan bezməmisiniz ki ? Sag olun.

  • 28. Xumar  |  Dekabr 12th, 2009 at 3:48 am

    Salam Fridə xanım mən bilinçik bişirə bilirəm amma onu bükmək mənim üçün həmişə əziyyətli olub sizin üsulunuz çox asandır çox sağolun.

  • 29. Inci  |  Dekabr 19th, 2009 at 3:18 pm

    Salam Feride xanim, cox sag olun bu sayta gore. Bir fakti nezrrinize chatdirmag istiyerdim. Coxlari ele bilir blinchik sirf rus yemeyidir. Eslinde Seki-Zagatala zonasinda bu yimeyi sac uctunde bishirirler. Adina da ” MAXARA” deyirler. Reseptler bir az ferglense de eyni yemekdir. Maxara cigara kimi nazik olur.

  • 30. FƏRİDƏ  |  Dekabr 19th, 2009 at 5:18 pm

    INCI: Cox sag ol. Beli, tamamile dogru soyleyirsen. Men Shekide maxara yememisem, amma Zagatala-Balakende ne qeder istesen. Dayimin yoldasi Balakende en yaxsi maxara bisirenlerdendir:) Sac ustunde bisen maxaraya tava ustunde bisen blinchik catmaz elbette ki.

  • 31. FƏRİDƏ  |  Dekabr 19th, 2009 at 5:24 pm

    Maxaranin goruntusu de blincikden ferqli ve istahacici olur. Gunes kimi shualari olur:)

  • 32. Refiqe  |  Yanvar 3rd, 2010 at 6:48 am

    Salam Fəridə xanim.Mən sizin səhifənizi cox bəyəndim.Fəridəxanim siz mənə qoz şirniyyatinin reseptini yaza bilərsiniz?Qabaqcadan təşəkkür edirəm.

  • 33. Rəfiqə  |  Yanvar 4th, 2010 at 8:11 am

    Bir daha salamlar Fəridə xanım.Mən zebra tortunu eynən sizin yazdığınız kimi bişirdim ammaəslinə qalsa heç də zebraya oxşamadı.Yəni şəkildəki kimi alınmadı.

  • 34. FƏRİDƏ  |  Yanvar 4th, 2010 at 11:14 am

    REFIQE: Ola bilsin ki, xemirler cox sulu idi. BIlmirem niye alinmadi sizde.

  • 35. Refiqe  |  Yanvar 5th, 2010 at 12:35 am

    Fəridə xanım təşəkkür edirik.Fəridə xanım biz sizdən qoz reseptini istəmişdik.
    .Yəqin ki,bundan əvvəlki Email’imizi oxumamısınız.
    Hə birdəki xəmirlər elə də çox sulu olmamışdı.Normal keks xəmiri kimi olmuşdu.Eybi yox bir də bişirərik.Sizdən yeni-yeni reseptlər gözləyirik.Sağ olun.

  • 36. FƏRİDƏ  |  Yanvar 5th, 2010 at 9:53 am

    REFIQE: qoz formam olmadigina gore, qoz sirniyyatini bisire bilmirem. onun ucun xususi qoz formasi lazimdir cunki, elbette, o sirniyiyati nezerde tutursanizsa.

  • 37. Gülər  |  Yanvar 5th, 2010 at 10:58 am

    Fəridə,bir detalı nəzərə çatdırım.
    Xanım qoz şirniyyatı dedikdə nəyi nəzərdə tuturdu, onu dəqiq qeyd etsin. Qoz formalı,içinə karamel yaxud ağ krem doldurulan,yoxsa şəkərlə qozun qarışığından olan çox şirin,kökə formalı şirnini?
    Bunlar tam fərqli şirniyyatdır.İkincisinin tərkibində şərbət olur diyəsən,çünki həddindən artıq şirin və tutumlu şirniyyatdır.

  • 38. Gülər  |  Yanvar 5th, 2010 at 11:31 am

    Fəridə,bu reseptdə blinçikin xəmirinə süd əvəzinə təkcə su vurmaq olar yoxsa süd mütləqdir?
    Bir də,bəzi reseplərdə soda da olur.Bilmək istərdim bu nə üçündür, sodanın nə əhəmiyyəti ola bilər?

    Maç-maç :)

  • 39. Rəfiqə  |  Yanvar 5th, 2010 at 1:54 pm

    GULƏR BİZ QOZ ŞİRNİYYATI DEDİKDE QOZ FORMASINDA İCİNE QAYNADILMIŞ ŞİRİN SÜD QOYULAN QOZ ŞİRNİYYATINI NƏZƏRDƏ TUTMUŞUQ.BUNUN ÜÇÜN XÜSUSİ QABLAR LAZIMDIR.

  • 40. FƏRİDƏ  |  Yanvar 5th, 2010 at 6:32 pm

    Guler ve Refiqe xanimlar: mesele deyesen aydinlasdi, cavabima ehtiyyac yoxdur. beli, o ici qatilasmis sudlu kremle doldurulan qozlar nezerte tutulur. coxdandir yememisem onlardan.

    GULER: Yarisi sud, yarisi su elave etmek olar. Yalniz su olsa dadi yaxsi olmaz.

  • 41. Vusale  |  Yanvar 6th, 2010 at 6:37 am

    Feride xanim, butun reseptlerinize gore tesekur edirem. Duzu men xoreklerden cox salatlari hem sevirem,hemde salatlara cox ustunluk verirem. Menim bilmediklerimden,sizin yazdiginiz salatlarin ekseriyyetini yeni il bayraminda hazirlamisdim. Cox dadli idi,herkesin cox xosuna geldi. Yeni salat reseptlerini mumkun olsa menim Email adresime gonderersiniz. Onceden tesekkurler!

  • 42. Mehriban  |  Yanvar 17th, 2010 at 2:53 am

    Salam Feride xanim, reseptleriniz cox xosuma geldi:)
    size teshekkurumu bildirirem

  • 43. Nusabe  |  Fevral 19th, 2010 at 9:15 am

    En cox sevdiyim yemeklerdendi. Amma hec vaxt ozum hazirlamamisam. Sizin reseptinizden sonra yaman hevese geldim. Baxaq gorek nece alinacaq. Tesekkurler size.

  • 44. Xalide  |  Fevral 20th, 2010 at 5:28 am

    Salam Feride xanim . Blinciki eledim cox super cixdi. Bir az icinin duzu az idi)))) o da menim gunahimdi. Sizden Vineqredin reseptini sorushmaq isteyirem. BIr de ki siz Napaleon tortunu adi xemirden yazmisiz. Belke onun qat qat xemirle olanin reseptini bilesiniz? Eshitdiyime gore o daha lezzetli olur. Indiden s tesekkerumu bildirirem))

  • 45. Mina  |  Mart 14th, 2010 at 1:31 pm

    salam.bilincikin reseptini anama verdim,ve hazirladi,cox gozel alindi,evde hami beyendi. cooooooooox sag ol Feride xanim,anamda oz tesekkurunu size bildirir

  • 46. elvin  |  Mart 15th, 2010 at 12:50 pm

    salam FERIDE XANIM. blinciki anam hazirladi. COX xosuma geldi. TESEKKUR EDIREM!

  • 47. kemale  |  Aprel 18th, 2010 at 11:04 pm

    Salam Feride xanim! Pashteti çox sevirem,lakin mene çox çetin gelirdi onu hazirlamaq.Siz onu ele sade etrafli yazmisiniz ki men artiq çekinmeden onu tez-tez hazirlamaqa qerar verdim.Teshekkur edirem Feride xanim.,ellerinizden opurem.

  • 48. aynuraa  |  May 9th, 2010 at 2:32 pm

    man bahreynda yashayan azari turkuyam yemaklarinizi cox bayandim

  • 49. aynuraa  |  May 9th, 2010 at 2:39 pm

    FARIDA xanim tiramisonun bir neca novu var manda. maskarpone pendiri ila bashga shanti krem ila va s sizin yazdiginiz usulu bilmirdim tacrubadan keciracam.cox sevinardim gush sudu tortunun tarifini yazsaz.anamin oyratdiyi 4 leposhka acib arasina krem cakilan novu var amma man moskvada rusiyada dukanlarda satilan asil gush sudu tortunun reseptini axtariram.yazsaydiz cox xoshbaxt olardim.sizi opuram bahreyndan azarbaycana salamlar

  • 50. mehriban  |  May 26th, 2010 at 1:51 pm

    salam menim sizden bir xaisim var zehmet olmazsa deyerdiniz sudun yerine su elave etmek olar? yeni iki stekanida su sudun evezine xaish edirem cavab yazin.

  • 51. Feride  |  May 26th, 2010 at 7:12 pm

    MEHRIBAN: Yarisi su, yarisi sud ede bilersiniz. Tekce su olsa alinmaz. Dadi da pis olar.

  • 52. lale  |  Iyun 24th, 2010 at 4:08 am

    makaron salati:
    makaron qaynadilir.
    boyuk qaba qoyulur.
    uzerine mayonez surtulur ve qarisdirilir..
    ele lezzetli olur ki……………
    mutleq deneyin!!!!!!!!!!!!

  • 53. nermin_ortac  |  Iyun 24th, 2010 at 4:20 am

    “cay salati”
    terkibi:
    xiyar darcin
    pomidor smetan
    sogan mayonez
    biber quru(yas) cay
    yumurta kok ; zeferan ; murebbe su ;SUD ;CEREZ
    keklikotu lubulub her sey qarisir.
    goyerti denemek tehlikelidir. makaron DIKKAT!!!!!!!!!!!

  • 54. Hepsi 1 Eren ŞƏMKİRLİ  |  Iyun 29th, 2010 at 6:38 am

    FİDAN SALATI
    4 ədəd kök.2yumurta.toyuq filesi.qoz.xiyar.smetan.moyonez.
    HAZIRLANMASI
    kökü yumurtanı və toyuq filesini qaynadırıq.Sonra bunları dayaz qaba tyorkadan keçiririk.Bunların arasına moyenez və ya smetan çəkirik.Duz istiotunu bunların üzərinə tökürük.Sonra xiyarı tyorkadan keçiririk və üzərinə qoz qoyuruq

  • 55. Hepsi 1 Eren ŞƏMKİRLİ  |  Iyun 29th, 2010 at 6:41 am

    Lalə xanım makoron salatının üzərinə ketçap töksək necə olar.

  • 56. Gulnar  |  Iyul 12th, 2010 at 10:07 am

    Salam FERIDE xanim necesiniz.Men gulnaram sizin saytinizi cox beyendim.Bir xahisim var,menim ucun sayta yay salatlarini reseptlerini yazasiniz.Zehmet olmasa.Cunki 3 gun sonra qizimin ad gunudur o xahis edib.Her seye gore tesekkurler FERIDE xanim!!!

  • 57. mustafa  |  Avqust 19th, 2010 at 3:31 am

    sakarya

  • 58. Ləmarə  |  Oktyabr 4th, 2010 at 5:44 am

    Salam, Fəridə xanım nəsiniz? Blinçik superdi.Vaxtım olsa hər həftə bişirib yeyərəm.Hələlik.

  • 59. lala memmedova  |  Oktyabr 8th, 2010 at 11:39 pm

    Salam menim de xoshuma geldi super idi nene alladinin resepti lazimdir amma duzgun olsun

  • 60. Zeyneb  |  Oktyabr 17th, 2010 at 9:03 am

    Men yemekler hakkinda deyil cunki yemeklere soz ola bilmez izahi da cox asan yolla verilib, ama sizin sayt hakkinda demek isteyirem ki her bu sayta geldiyimde Bakiya getmish kimi oluram. hem hesretimi goturur hem de hasret getirir. Ama yene de sag olun. Ne yaxshi ki varsiniz…..

  • 61. mehriban  |  Oktyabr 27th, 2010 at 8:03 am

    salam ! feride xanım sizin gönderdiyiniz reseptlere baxdım cox gözeldi hetdda ballı bulkanı bele hazırladım qızımın ve anamın cox xoşuna geldi size sağol deyirem alnınızdan öprem esl azerbaycan xanımısınız .sizden salyonu xemirin reseptini isterdim eger mümükünse.

  • 62. Aytac  |  Dekabr 18th, 2010 at 8:55 am

    Salam Feride xanim, sizi qarsidan gelen yeni il munasibetile tebrik edir, fealiyyetinizde ugurlar arzulayiram. Sizdn xhisim bilinciki ressepti ve hazirlanma qaydasi olacaq. Eyer zehmet deyilse mene yazardiniz. Indeden tesekkurler edirem.

  • 63. FƏRİDƏ  |  Dekabr 21st, 2010 at 11:40 am

    AYTAC: Cox sag olun. Men de sizi tebrike direm. Blincik resepti saytda var - etli blincike baxin.

  • 64. FƏRİDƏ  |  Dekabr 21st, 2010 at 11:41 am

    AYTAC: Daha dogrusu burada var resepti, yuxarida. Siz axi serhi ele bu reseptin alinda yazmisiniz:)

  • 65. konul  |  Dekabr 23rd, 2010 at 6:31 am

    Salam ela reseptleriniz var. Yeni aile quran cavan xanimlara bunlari bilmek cox vacibdir.

  • 66. FİRA AZ-TR  |  Dekabr 26th, 2010 at 2:11 am

    oyyy ayallla ölüremmmm eee bununçn

  • 67. leyla  |  Dekabr 30th, 2010 at 8:20 am

    salam.men icerisinde qaynadilmiw sirin sud olan qozun reseptini oyrenmek isteyirem,eger bilen varsa deqiq yazsinda)please)amma deqiq olsun..

  • 68. Gulnare  |  Dekabr 31st, 2010 at 11:38 am

    salam Feride xanim. blincikin xemirine soda lazim deyil?

  • 69. FƏRİDƏ  |  Yanvar 3rd, 2011 at 11:54 am

    GUNLARE: Xeyir, soda lazim deyil.

  • 70. Gulnare  |  Yanvar 4th, 2011 at 4:16 am

    oldu. cox sag olun))))

  • 71. nargiz  |  Yanvar 14th, 2011 at 2:22 am

    Feride xanim! Men “Mujskoy ideal tort”unu cox sevirem. onun reseptini elde etmeye mene komek ede bilersiiz? cox xais edirem.

  • 72. sureyya  |  Yanvar 15th, 2011 at 6:57 am

    coxdandir hazirlanma qaydasini axtarirdim…tewekkurler))

  • 73. xalida  |  Yanvar 19th, 2011 at 3:47 pm

    salam farida xanim. olmazki stakanla deyil gramla deyasiniz unun gadarini?cox sag olun

  • 74. FƏRİDƏ  |  Yanvar 20th, 2011 at 5:28 pm

    XALIDA - bir stekan un = 150 qram.

  • 75. ulker  |  Yanvar 21st, 2011 at 11:57 pm

    tvaroqnan hazirlanan blincik de cox dadli olur.esas da pehriz saxlayanlar ucun cox xeyirlidi

  • 76. AYSEN  |  Fevral 5th, 2011 at 6:54 am

    seker tozu blincikde yaxsi alinmir cunki,etle seker tozu uygun deyil.iyrenc olur

  • 77. Turkan  |  Fevral 10th, 2011 at 1:23 am

    Feride xanim mende bele biwirirem. eziyyete gore cooox tewekkur.

  • 78. mehriban  |  Fevral 10th, 2011 at 10:53 pm

    salam feride xanim men blincikleri hazirladim.amma nedense qizaranda acilirdi.onlarin bukulen hissesini birinci tavaya qoysamda acilir.dedim belke icini cox yigiram azaltdim yene acildi.bilmirem ne edim?

  • 79. FƏRİDƏ  |  Fevral 12th, 2011 at 11:10 am

    MEHRIBAN - Blinçikləri çox bişirməyin içini doldurmadan əvvəl. Onda çox açılmaz.

  • 80. mehriban  |  Fevral 13th, 2011 at 5:42 am

    cox sagolun Feride xanim bu defede ele prob ederem.birde mən kələkoş-u bişirdim .orda şerhler bolmesi olmadığı üçün sizə burda nəticəni yazmaq istədim.nəticə super mənim və ailəmin xoşuna gəldi.hazirlayib bizə təqdim edən əlləriniz var olsun.
    Sizdən bir xahişim var. mümkünsə türklərin kuru fasuliyye receptini bizlərə şəkilli təqdim edərdinizdə.

  • 81. xalida  |  Fevral 14th, 2011 at 3:51 pm

    farida xanim salam blinciklari eladim cox gozal cixdi.manda hamisa problrmlar uza cixirdi blincika gora.allariniz var olsun

  • 82. turan  |  Fevral 27th, 2011 at 1:42 pm

    Salam,Feride xanim,saytiniz chox xoshuma geldi,blinchik resepti de lap yerine dushdu,menim evvel bishirdiyim blinchikler bukende qirilirdi,bilmirem yeqin neyise az,ya da chox edirdim.Sizin resepti sabah mutleq prob edecem,eminem ki yaxshi chixar,sabah gunorta novbedeyem yeqin ki ac qalmayacam:-)))Teshekkurler!

  • 83. Turan  |  Mart 3rd, 2011 at 9:00 am

    Blinchiklerim ela chixdi:-))Amma eti soganla qovurduqdan sonra yeniden et mashinindan kechirmek daha yaxshi olardi,onda daha zerif alinar,siz bunu qeyd etmishdiz:-)

  • 84. GUNEL  |  Aprel 2nd, 2011 at 4:08 am

    salam,Feride xanim badamburanin reseptini yazsaniz cox wad olardim,indide tewekkur

  • 85. seva  |  Aprel 5th, 2011 at 7:53 am

    men bawa duwmedim 1 1/5 un ne demekdi feride xanim cvb yazin

  • 86. FƏRİDƏ  |  Aprel 5th, 2011 at 10:30 am

    SEVA - Bir stəkan və bir stəkanın beşdə biri qədər un deməkdir.

  • 87. Pervane_pervane  |  Aprel 6th, 2011 at 2:42 am

    Uzr isteyirem, Feride xanim, sogan etle birge chekilir ya xirda dogranir?

  • 88. FƏRİDƏ  |  Aprel 7th, 2011 at 10:31 am

    PƏRVANƏ - Soğan xırda doğranıb ətlə bərabər qızardılır. istəsəniz, sonra bu qarışığı ət maşınından keçirin.

  • 89. Pervane_pervane  |  May 5th, 2011 at 3:16 am

    Feride xanim, menim blinchiklerimin qiraqlari quruyur. sizce neden olar? bir de shekildeki kimi olmur, bir az yanan fason olur. bbutun suallarimi cavablandirmaginizi xahish edirem. eziyyet verdiyim uchun bagishlayin

  • 90. Vefa  |  May 25th, 2011 at 4:33 am

    Salam Feride,

    Ishin avand olsun.
    Sene 1 sualim var movzu ile baghli.
    Blinchikin alinmamainda soyuducudan derhal chixarilib istifade edilmish sudun ehemiyyeti ne qederdir?

    Onceden teshekkurler

  • 91. Feride  |  May 26th, 2011 at 11:12 am

    VƏFA -problem olmaz.

  • 92. ulker82  |  May 26th, 2011 at 11:38 am

    feride xanim size ne qeder tewekkur etsem azdir inanin men her biwirende yapiwirdi amma sizin recepte nece yazilib ele eledim cox gozel cixdi yaxwiki sizin bu sait var allah hemiwe var etsin.oxucu sayiniz bitmez tukenmez olsun.opurem sizi

  • 93. ayten  |  Iyun 3rd, 2011 at 12:32 am

    FERiDE xanim men qizimin ad gununde blincikin ici dagilmasin deye 2 eded orta boy kartof qaynatdim mohkem ezib ice qatdim.dagilmadi lezzetli oldu.bezen xanimlar bilmeden blincikin icini duzlu etse yumru duyunu yaxsica bisirib ice qatsinlar.tesekkurler

  • 94. Nermin  |  Iyul 12th, 2011 at 3:53 am

    Aq ciyerden hazirlanan bilincikde super olur

  • 95. lale  |  Sentyabr 2nd, 2011 at 12:11 am

    cox sagolun.reseptdeki olculeri deqiq verdiyiniz ucun.ilk isim bunu hazirlamaq olacaq.bir daha tesekkurler….

  • 96. JASMEN  |  Sentyabr 23rd, 2011 at 8:16 am

    MENIM QIZIMINDA EN COOX SEVDIYI QELYANALTIDI, HAZIRLADIM COXXXX GOZEL ALINDI TEWEKKURLER SIZLERE….MEN YARIM ST WEKER ELAVE ETDIM COX GOEL OLDU UWAGLARIM SADECE BLINCIKLERI YEDILER)))))

  • 97. гуля  |  Noyabr 22nd, 2011 at 4:05 am

    cox sag olun

  • 98. Nurlana  |  Noyabr 26th, 2011 at 3:09 pm

    Ellerinize sagliq:)

  • 99. sevinj  |  Dekabr 12th, 2011 at 5:58 pm

    cox tesekkur edirem

  • 100. ayse  |  Yanvar 3rd, 2012 at 2:22 am

    bende blincik oldu cox sag olun

  • 101. Nermin  |  Yanvar 20th, 2012 at 10:39 am

    Tewekkur edirem size Feride xanim…Minnetdaram…ELLERINIZE SAGLIQ INSALLAH…

  • 102. Pervane  |  Fevral 1st, 2012 at 11:24 pm

    Ezizlerim haminiza salamlar.reseptler chox xosuma geldi.aranizda eklerin deqiq reseptini bilen varsa yazin.chox saq olun

  • 103. Kəmalə_92  |  Fevral 2nd, 2012 at 12:29 am

    Salam Pervane xanım.Mənim bildiyim Ekler pirojnasının resepti belədir.bəyənsəniz hazırlayarsınız.En azından kömək etmək istədim.Sag olun.

    Ekler pirojnası

    Tərkibi:

    1 st.un
    120 qr kərə yağlı marqarin
    4 yumurta
    1 st.su
    duz
    şokolad sosu

    Hazırlanması:

    Bir qaba su,marqarin və duz qoyulub qaynadılır.
    Sonra qazın altını daha zəif edərək un əlavə edilir və durmadan qarışdırılır.Tam qarışdıqdan sonra ocağın üstündən götürülür.
    Xəmirin 5 dəqiqə soyuması lazımdır ki,yumurtalar içində çırpılarkən bişməsin.
    Sonra yumurtalar əlavə edilərək qarışdırılır.
    Xəmirdən mətbəx şpritsinə doldurularaq yağlanmış duxovka listinə düzülür.
    Bu xəmirdən hazırlanmış eklerler əvvəlcə 200 dərəcədə 10 dəqiqə,sonra 180 dərəcədə yenə 10 dəqiqə bişirilir.
    Sonra eklerlerin üzəri,ya da içərisi zövqə görə şokalad sosu ilə bəzədilir.
    NUŞ OLSUN PƏRVANƏ XANIM…

  • 104. Pervane  |  Fevral 2nd, 2012 at 8:47 am

    Ezizim kemale xanim,chox tesekkur edirem.mutleq bisirecem.yene de minnetdaram.

  • 105. sima  |  Fevral 3rd, 2012 at 3:03 am

    oooy elleriniz dert gormesin Azerbaycanli olaraq bele sayt gormeyime cox sadam fexr edirem facebook da hamiya gondermisem her kes destek olsun size siz laziminiz cunki bize var olun

  • 106. NATAVAN GOYCAYLI  |  Fevral 3rd, 2012 at 3:38 am

    SALAM FERIDE XANIM.MENDE SIZI COX COX DADLI BIR PIROQ RESEPTI YAZIRAM,UMUD EDIREM BEYENERSINIZ. 1 ST SMETAN+250 QR KERE YAGI+2 ST PESOK+4 ST UN+QABARTMA TOZU+VANIL+QOZ(ISTEYE GORE QOZUN YERINE KISMISDE QOYMAG OLAR).BU RESEPT IRI LIST UCUNDUR,EGER LISTINIZ BALACADIRSA BUNUB YARISINI ELEYIN

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed