Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ağ Turp və Yerkökü Salatı

Yuxarıdakı qonaq masasında gördüyünüz sarı-ağ rəngli salatı tez-tez hazırlayıram – həm qonaqlar, həm də özümüz üçün. Bu, ağ turp və yerkökü salatıdır. Çox asan hazırlanan, dadlı və sağlığa xeyirli salatdır.

Bu salat üçün sizə ağ turp, yerkökü, təzə göyərti və üzərinə tökmək üçün zeytun yağı, limon yaxud zeytun yağı ilə sirkə qarışığı lazımdır. Siz ərzaqları bir-birinə qata da bilərsiz, gözəl görünüşlü olması üçün bir tərəvəzi digərinin ətrafına düzərək bəzək verə də bilərsiz. Tərəvəzləri bir-birilə qarışdıranda salat daha dadlı olur, amma gözəlliyə üstünlük verirsinizsə ikinci üsuldan istifadə edin.

Ağ Turp və Yerkökü Salatı
‘Sultan’s Kitchen”  (Özcan Ozan) və “The Turkish Cookbook” (Nur Ilkin və Sheila Kaufman)  kitablarından adaptə edilmişdir

4 pay üçün

Burada mən daikon və ya yapon turpu adlanan turpdan istifadə edirəm. Bu turp yerkökü kimi uzunsov olur, və dadı bildiyimiz yumru ağ turpdan fərqli olaraq heç acı olmur. Azərbaycanda daikon turpunun satılıb satılmaması haqqında məlumatım yoxdur. O turp olmasa belə, bu salat adi yumru ağ turpdan da hazırlana bilər. Yerkökü və turpun miqdarını zövqünüzə görə müəyyən edə bilərsiniz – bunun üçün bir qayda yoxdur.

Ərzaqlar:
2 böyük yerkökü – qabığı təmizlənmiş və sürtkəcin iri gözündən keçirilmiş
2 orta boylu ağ turp  – qabığı təmizlənmiş, sürtkəcin iri gözündən keçirilmiş
Doğranmış cəfəri
Doğranmış göy soğan (baş və yarpaq hissəsi ilə birgə)
Qara zeytun (üzərini bəzəmək üçün)

Üzərini üçün sous
3-4 xörək qaşığı extra-virgin zeytun yağı (zövqə görə bir qədər artıq və ya az da olar)
Təzə sıxılmış 1 limonun şirəsi
Zövqə görə duz, döyülmüş qara istiot

Birinci üsül:
Sürtkəcdən keçirilimiş turpu dayaz boşqabın ortasında yerləşdirin. Yerkökünü də turpun ətrafına əlavə edin. Salatın üzərinə tökəcəyiniz sousun ərzaqları kiçik bir qabda qarışdırın. Hazırladığınız qarışığı salatın üzərinə çiləyin. Doğranmış cəfəri və göy soğanı də üzərinə səpin. Sonda qara zeytunla salatın kənarlarını bəzəyin və süfrəyə verin.

İkinci üsul:
Sürtkəcdən keçirilmiş tərəvəzləri və digər ərzaqların hamısını bir qabda qarışdırın. Qabın üzərini bağlayıb ən azı 15 dəqiqə soyuducuda saxlayın. Sərin halda yaxud otaq tempraturunda süfrəyə verin.

Bir cavab yazın

15 Şərh
  1. Cox sag olun resepte gore ,insaAllah hazirlayib dadina baxacam.

  2. Coxdandi evde soyuducuda aq turp ve markof var idi bilmirdim ne edim cunki aq turp o qeder de yemirler.Bu salati hazirladim hami beyendi ve yedi)))Cox saq olun

  3. Salam.. Zehmet olmasa deyerdiz extra virgin zeytun yagi nedir? Bildiyimiz zeytun yagi ya bawqa?

  4. ,ox sa] ol,twkrler,dadli salata oxwuyur 🙂

  5. GÜL – Extra-virgin şüşələrinin üstündə eləcə yazmalıdır. Bu o deməkdir ki, zeytunun xalis yağıdır, heç bir prosesdən keçirilməmiş. Zeytun yığılır və yağı çıxardılır. Bu cür yağ salatlarda yaxşı olur.

  6. Salam, sevimli ve maraglı seyfenin peşakarları!
    Seyfenizi büyün goxum-egraba sevir ve perestiş edir!
    İki xayişimiz var.
    1. Mümkünse, Azerbaycannan kenar açılmış restaurant’lardan riport ve daimi xeberler vere bilsez, böyük bir kömek olardı xaricde yaşayan azerbaycanlılar(telebe, iş adamı, mekan salan) üçün.
    2. Azerbaycan “yerli”(regional) metbexi.
    Şergden tutmuş gerb, şimal ve cenub serhedlerimize geder.
    Şeher be şeher, kend be kend.
    Böyük hörmetle, Sevinc ve restaurant
    Marquis de Salade 🙂

  7. salam.Feride xanim,sizin reseptlerinizi her defe hevesle gozleyib oxuyuram.her defe de yaxsi alinir.cox xahis edirem sizden novruz bayramina kimi paxlavanin reseptini yaza bilersiz?burdan sekerburani kecen il etmisdim yaxsi alinmisdi.kecen il sizden paxlavani xahis etdim dediz bu ile catdira bilmerem qalsin gelen ile.indi gelen ildi h aa:):)

  8. Cox Dadli salatdir sag olun

  9. Mende hazirliyacam. Sagolun. Ordubad paxlavasi isteyirsiz, hemise hazirlayiriq reseptini yazim. Cox lezzetli olur

  10. vitamin baximdan zengindir. sagolun mende oz fantaziyasi olan bir salat yazacam size

  11. Necə gözəl süfrə bəzəmisiniz superdi salata gəlincə isə çox ləzətli gorsenir

  12. Əziz xanımlar, yeni reseptlərinizi paylaşsanız gözəl olar. Amma müvafiq bölmədə. Bunun üçün foruma yaza bilərsiz. Ya da, Qumral xanım, paxlava reseptiniz məsəhətlər bölümündə paylaşın. Salat resepti ilə qarışıq düşməsin.

  13. Salam sizin reseptlerinizi cox beyenirem tewekkurleeer

  14. salam Feride xanim. Bu sayti coxdandan bilirem. Deye bilmerem nece ildi. Amma belke de 5 il belke de cox.amma hec vaxt yazmamisam. Budapeste kocenden sonra qeriblikde yasayan azerbaycanlilari daha yaxsi anlayiram ve Azerbaycan metbexi ucun cox darixiram.telebe oldugum ucun butun yemekleri ,xususile de cox vaxt alan) bisirmeye vaxtim yoxdu.ona gore de Bakida nenemin bisirdiyi yemeklercun darixiram.sizin buradaki reseptleri gorende qeribsedim hem de xatireler oyandi. Xususile bozbasinizi. Ilk 1-2 cumleni oxuyanda ele agzimi doldurmusdum deyem ki kufteye goyerti vurmurlar ,gordum ki siz ariq bunu yazmisiz.Bakililar kufteye goyerti vurmur,bu cumle xususi xosuma geldi.
    Bu salat menim sevimli salatimdi. Hem xeyirlidi hem de dadlidi.men bunu tez tez edirem.amma surtkecden kecirmeye tembellik edib blenderde xirdalayiram. Qonaq gelse surtkecden etmek gozel olar. Hem de bu salati ona gore sevirem ki men cox balaca olanda belke de 3-4 yasim olandan beri nenemin bu salati elediyini gormusem. O vaxtdan cox sevirem.
    Size cox tesekkur edirem ki meni o illere apardiniz.

    • Gözəl şərhinizə görə çox sağ olun, Xədicə xanım. Bloqumun sizə hansısa köməyi dəyirsə, sevinirəm.

Bir cavab yazın