
Yeni ildə hamınızı xoş gördük. Gözəl şərhlər və təbrik emaillərinizə görə hamınıza təşəkkür edirəm. Dostluğunuz mənim üçün dəyərlidir. Gəlin yeni ili şirin reseptlə açaq. Qərara gəldim ki, çox xoşladığım və bu il yeni il süfrəsinə hazırladığım almalı qurabiyənin reseptini sizinlə paylaşım. Mütləq sınaqdan keçirin. Çox zərif olurlar.
Almalı Qurabiyə
Gönül Candaşın “Bereketli Olsun” kitabından adaptə edilmişdir
Almalı qurabiyə Türkiyədə çox məşhur şirniyyatdır və hazırlanmasının bir neçə üsulu var. Mən bu resepti sınadım. Hazırlanması sizin üçün rahat olsun deyə orijinal reseptdə bəzi dəyişiklik və əlavələr etdim.
İçlik üçün:
3 ədəd alma
½ fincan şəkər tozu
½ çay qaşığı darçın
1 ovuc (təxminən 3/4 fincan) xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)
Xəmir üçün:
2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi
Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası
Hazırlanması:

İçliyin hazırlanması: Almaların qabığı soyulur. Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır. Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.

Xəmirin hazırlanması: Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır,bərk yox.

Üzəri yağlanmamış 2 list hazırlanır. Soba 190C –də qızdırılır.
Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır. Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/. Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.

Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır). Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.



92 Comments Add your own
1. arzu NR | Yanvar 9th, 2012 at 6:43 pm
SALAM FERIDE XANIM KURABIYYELER COX GOZEL GORSENIR,ELLERINIZE SALIK VE DERIN TESEKURLER SIZE GOZEL VE DEQIQ RESEPTLER UCUN.SIZE BIR SUALIM VAR MEN BURDAKI TIRAMISU RESEPTINI BISIRMEYI COX ISTIYIREM AMMA TEREDUTLERIM VAR MENE YAZA BILERSINIZ ZEHMET OLMASA “CHILLED HEAVY CREAM”YAZANDA HANSI KREMI NEZERDE TUTURSUZ SUD KIMI DURU OLANLARI YOXSA???
MEN NEW YORKDA YASAYIRAM VE BURDA MARKETKLERDE BAXMISAM DURU HALDADI TEREDUT ELIYIREM ONUN UCUN SUALIM CAVABLANDIRIB AYDINLIQ GETIRSENIZ COX SEVINEREM…
CAVABINIZI GOZLEMEK UMUDU ILE SAQ OLUN!!!
2. FƏRİDƏ | Yanvar 9th, 2012 at 6:53 pm
ARZU NR - Chilled deyəndə yəni ki, qaymaq soyuq olmalıdır. Bunu nəzərdə tuturdum. Heavy Cream - sulu olur, bəli, amma süd qədər deyil, ondan qatı.
3. arzu NR | Yanvar 9th, 2012 at 6:57 pm
CHILLED BILIREM MENASINI AMMA BIRAZ SULU OLMASINA GORE TERDUT EDIRDIM COX SAQ OLUNKI BELE TEZ CAVABLANDIRDINIZ.INSALLAX TEZLIKLE SINAQDAN KECIRDECEM.SIZE YENIDEN DERIN TESEKKURLERIMI BILDIRIREM.GECENIZ XEYRE QALSIN!
4. Samira | Yanvar 9th, 2012 at 9:28 pm
Nus olsun Feride xanim. Menimde en cox sevdiyim ve alma movsumunde bisirdiyim lezzetlerden biridir. Hetta daha bir hefte evvel haziladim icine de erik cemi qoydum. cemlede lezzetli olur.
Elinize saglik olsun…
5. Aywen | Yanvar 9th, 2012 at 10:30 pm
Feride xanim cox əla resepte oxşayir.indi hazirlayacam.elə daadlı görsənir.dözmə bilmədim.Cox sag olunki belə şirniyyatlari bizimlə bölüşürsüz.qizim baxçaya gedir.fikirləşirdimki nə hazirlayimki bəyənsin.əla resepti
6. sura | Yanvar 9th, 2012 at 10:59 pm
Salam Feride xoshuma gelir bu qurabiyye ellerine sagliq
men hemishe asagidaki reseptle edirem chox yaxshi alinir agiza qoyursan dagilir haminin xoshuna gelir amma bu formani vermek olmur o qeder yumushaq olur ki acib icine qoyub bagliyiram.Vaxtin olanda yoxlayarsan
*250 gr kereyagi ( otaq tempraturunda )
*yarım su stakani zeytunyağı,
*3 yem qasigi toz şeker,
*1 yumurta
*1 yem,qasigi qatiq
*1 paket qabartma tozu
*Aldığı qeder un
İçi için;3
*4 orta boy turshmeze alma
*3 yemek qaşığı toz şeker
*1 su st parçalara bölünmüş qoz
*2 cay qaşığı darçın
7. sevinj | Yanvar 10th, 2012 at 8:16 am
cox gozel,sizin xanimliqiniza ehsen !!!!!!!biz sizinle fexr edirik,bu resepti de beyendim cooooooox,opurem cox saq olun yeni ilde bol bol reseptler edin bisi sevindirin.
8. VUSKA | Yanvar 10th, 2012 at 2:19 pm
QURABIYLER COX GOZEL GORUNUR. YEQINKI DADI DA ELE OLAR
9. arzu NR | Yanvar 10th, 2012 at 9:36 pm
Salam FERIDE xanim,necesiniz?Men burda cox gormek isteyerdim OSSO BUCO yemeyini reseptini bir gun hazirlayib goysaniz cox sad olaram!!!evvelceden tesekurler!
10. Keks | Yanvar 11th, 2012 at 5:22 am
xemirdeki sheker pudrasini sheker tozu ile evez etmek olar?
11. narcissus | Yanvar 11th, 2012 at 5:26 am
mmmmm….cox dadli gorunur bu deqiqe bisirecem,sabah ishe aparim gorek beyeneceklermi(isciler hamisi yasli kend qadinlaridi,ne ise beyendirmek cetin olur)
12. natevan | Yanvar 12th, 2012 at 4:43 am
SALAM FERIDE XANIM.BU SIRNIYYATI MUTLEQ BISIRECEYEM INSALLAH.SIZDEN 1 XAHISIM VAR .ZEHMET OLMASA ” GUL TATLISI ” NIN RESEPTINI SAYITA YERLESDIRERDINIZDA.29 YANVARDA AD GUNUM OLACAG INSALLAH HEMIN GUNUNE BISIRMEK ISTEYIREM ,BU SIRNIYYATI .XAHISIMI YERINE YETIRSENIZ COX-COX SEVINEREM.OPUREM SIZI
13. narcissus | Yanvar 12th, 2012 at 9:01 am
cox beyenildiii ellerime sagliq)))siz de cooooooox sagolun.burdan cox arxayinliqla istifade edirem bilirem ki,hamisi sinaqdan kecirilib. tesekkur edirem sizi sexsen tanimasam da cox seirem helelik)))
14. Efsane | Yanvar 12th, 2012 at 12:12 pm
Saytinizi cox beyenirem,o qeder gozel aydin izah edirsiz ki,bizlere ancaq biwirmek qalir..bu reseptinizi de mutleq edecem.twk ezizimiz FERIDE xanim!
15. akife | Yanvar 12th, 2012 at 11:36 pm
Cox yemelidi ellerine sagliq
16. FƏRİDƏ | Yanvar 13th, 2012 at 12:27 am
KEKS - Olmaz.
17. Sabina | Yanvar 13th, 2012 at 4:46 pm
Farida xanum,chox dadli ve appetitni gorunurler
chox oriqinalni qabinizda var. Chox sagolun resepte gore !
18. gulu | Yanvar 14th, 2012 at 1:56 pm
Salam Feride xanim reseptleriniz superdi.zehmet deyilse sah plovun reseptin mene yazardizda
19. samira | Yanvar 14th, 2012 at 11:25 pm
SALAM FARIDA XANIM QURABIYANI BISIRDIM COX DADLI VA KOVRAKDI MANAN COX YOLDASIM XOSLADI RESEPTINIZ UCUN SIZA TASAKKUR EDIRAM YENI RESEPTLAR GOZLAYIRAM SAG OLUN
20. Keks | Yanvar 16th, 2012 at 9:33 am
Feride xanim menim qurabiyelerim dadli ama cirkin oldular
xemir cox yumsaq idi,elime yapisirdi,yayanda da cetinlik cekdim taxtaya coxlu un vurmali oldum yapismamagi ucun. unu stekanla yox yazdiginiz kimi fincanla tokdum. (200 ml olculudu fincan) gelen defe ucun ne ede bilerem?
21. elvira | Yanvar 17th, 2012 at 2:21 am
salam feride xanim imkan olsa karamelin reseptin yerleshdirin bloqunuzda.
22. aypara | Yanvar 17th, 2012 at 8:37 am
salam aleykum. Resepte gore tesekkur. Nisannimin en sevdiyi teamdi. Tez tez hazirlayiram,cox dadli alinir. Bu qurabiye menim ilk sirniyyat tecrubemdi
23. Günay | Yanvar 17th, 2012 at 1:08 pm
4ox xoshuma geldi,teshekkürler yorulmayasiz…
24. Kəmalə | Yanvar 17th, 2012 at 9:38 pm
Salam Fəridə xanım.Hər şey üçün sizə təşəkkür edirəm.Mən birinci dəfədir sizə yazıram.amma bloqunuzda çox olmuşam.yazdıgınız bütün reseptləri bəyənirəm.yeni ailə qurmuşam.yoldaşım,reseptini sizdən goturub hazırladıgım butun yeməkləri cox xoşlayır.Bunun üçün sizə minnətdaram.Cox sag olun!!!
25. Melahet | Yanvar 22nd, 2012 at 7:14 am
Cox teshekkurler ) bishirdim, cox dadli alindi) diger reseptlerden de yararlanacam)
26. Rena | Yanvar 22nd, 2012 at 11:08 am
hal hazirda biwirmek isteyrem ama pudra wekerim yoxdu,ne edim?
27. elvira | Yanvar 23rd, 2012 at 2:23 am
rena xanim bunun ucun qendi hevengdestede doyun ve ardindan elekden kecirin pudra shekeriniz hazirdir
28. Rena | Yanvar 23rd, 2012 at 8:20 am
cox sag olun
alindi.
29. Guler /admin/ | Yanvar 23rd, 2012 at 8:22 am
RƏNA,şəkər tozu və ya qəndi həvəngdəstədə döyüb sonra narın gözlü süzgəc -ələkdən keçirməklə pudra əldə edə bilərsiz.
30. Aygün | Yanvar 24th, 2012 at 3:22 am
Salam ,Fəridə xanım.qurabiyəni bişirdim. resept üçün təşəkkürlər.ama içliyinə qoz əvəzinə kişmiş əlavə etdim.çox dadlı alındı
31. sema eliyeva | Yanvar 24th, 2012 at 5:53 am
Feride xanim bu resepti ukrayna jurnalinan oxumusam hazirlayiram yaxsi kopmur sizce neyise sef edirem?ama cox isteyirem yaxsi alinsin.zehmet olmasa yazin . UKRAYNA PIROQU 2st un,1st bal.1st seker tozu.3eded yumurta,3x.q.bitki yagi.1st.sud.1c.q. soda.hamisini yaxsi qarisdirib xemir hazirlayiriq formanin icine qoyub 180 derecede 30,35 deqiqeye bisir. jurnalda bele yazilib.
32. Vusale | Yanvar 27th, 2012 at 11:53 am
Salam Feride xanim.Resept ucun tesekkurler.Refiqelerimle bisirdim cox dadli idi.
33. Ilahe | Yanvar 29th, 2012 at 10:09 pm
Salam Feride xanim. Eziyyetlerinize gore tesekkurler. Men sizden xahis etmisdim ki, seker hamurunun terifini yazasiz AMA cvb vermediniz. Yene xahis edirem onu tapib bizi melumatlandirasiz.
34. natevan | Yanvar 30th, 2012 at 8:20 am
FERİDE XANİM SALAM.SIZDEN AD GUNUM UCUN ”GUL TATLISI”NIN RESEPTINI XAHIS ETMISDIM,YAZMADINIZ.EYBI YOXDU DA……
35. Natavan | Yanvar 30th, 2012 at 9:13 am
Salam. cox beyenirem yazilarinizi tesekkurler
36. Natavan | Yanvar 30th, 2012 at 9:16 am
Feride xanim size daima ugurlar arzulayiram. Sizinle ve yaratdiginiz cox gozel ve deyerli meslehetlerden ibaret saytinizla tanis oldugma cox sadam.
37. gunel | Yanvar 31st, 2012 at 2:36 am
yeni reseptlerinizi gozleyirik axi?
38. Fəridə | Yanvar 31st, 2012 at 4:17 pm
ILAHE - HAQQINDA səhifəsində qeyd etdiyim kimi, təəssüflər olsun ki, vaxtımın məhdudiyyətindən yalnız konkret sual olan şərhlərə cavan yaza bilirəm. İstəkləri bir kənara yazıram, vaxtım olanda hazırlayıb paylaşmaq üçün.
39. Vusala N | Fevral 2nd, 2012 at 3:06 am
Salam.necasiz,Farida Xanim??yeni reseptlariniz Niya yoxdu??Sabirsizlikla gozlayirik…:))))))
40. Aidə | Fevral 2nd, 2012 at 4:59 am
bu saytin mene cox xeyri olub ozum nisanniyam burdan her seyi oyrenmisem bunun ucun tesekkurl’r
41. arzuNY | Fevral 2nd, 2012 at 7:55 pm
FERIDE xanim men burda cox gormek isteyerdim italian yemeklerinin reseptlerini.sizin verdiyiniz CACCIOATORE BIZIM EVIN EN SEVIMLI YEMEYIDI DEYE BILEREM,bunun kimi italian metbexinden numunelerinreseptlerin cox olmasini cox isterdim.evvelceden tessekurler!!!
42. FƏRİDƏ | Fevral 2nd, 2012 at 11:05 pm
Yeni reseptlər olacaq, dostlar.
43. Aynur | Fevral 3rd, 2012 at 3:01 am
Feride xanim bu bloq ucun size sonsuz tesekkurler!! Heqiqeten cox beyendim, sizin blogunuzu bu gun kesf elemisem ve cox da razi qaldim.
Sizden bir ricam olacaq, eger zehmet deyilse, tez bir zamanda hazirlanan ve sobada bisirilmeyen siriniyyat reseptleri vere bilersinizmi? Bezen seraitden asili olaraq, soba olmur ve sobasiz da siriniyyat bisirmek mumkun olmur:(
Hormetle,
aynur
44. shefeq | Fevral 3rd, 2012 at 9:45 am
salam feride xanim,1ilden coxdur ki,sizin reseptlerinizden istifade edirem.cox da xosuma gelir,kurabiyeler de cox gozel ve lezzetli alindi.eline, qoluna, ureyine sagliq.
45. natevan | Fevral 4th, 2012 at 12:55 am
SALAM FERIDE XANIM. SIZE 1 SUALIM VAR.MEN SIZE RESEPT YAZMAG ISTEYIREM ,RESMINIDE GONDERMEK ISTEYIREM.AMMA GONDERE BILMIREM?ONU NECE GONDERE BILEREM?
46. elvira | Fevral 4th, 2012 at 11:46 am
mende karamelin reseptin istirem.
47. Nübar | Fevral 5th, 2012 at 7:19 am
Salam Fəridə xanım. Çox gözəl reseptdir. Əlləriniz sağlıq. Birdəki alma turş olmalıdır yoxsa şirin? Zəhmət olmasa yazardınız? Təşəkkürlər
48. FƏRİDƏ | Fevral 5th, 2012 at 10:40 pm
NATEVAN - resept və şəkilləri elektron poçt ünvanıma göndərə bilərsiniz. HAQQINDA səhifəsində adres var.
49. FƏRİDƏ | Fevral 5th, 2012 at 10:41 pm
NÜBAR - Çox fərqi yoxdur. Amma mən adətən turşməzə yaşıl almadan istifadə edirəm.
50. MELTEM | Fevral 6th, 2012 at 4:32 am
SALAM FERIDE XANIM.EGER BILIRSINIZSE MENE” BES BARMAG”IN RESEPTINI YAZARDINIZDA VE BU SAYITDA BU RESEPTI GORMEYI COX ISTEYIREM.CUNKU ELA YEMEKDIR
51. natevan | Fevral 6th, 2012 at 4:44 am
KOK SIRNIYYATI - 500 QR KOK - 1,5 STEKAN SEKER - 7 EDED SADE PECENYE - YARIM ST FINDIQ QIRIGI - 1 PAKET KREM SANTI - 2 X.Q HINDISTAN QOZU .KOKU SUZGECDEN KECIRIB SEKER TOZU ILE BIRLIKDE SUYUNU CEKENEDEK( 5-10 DEQIQE)BISIRIN.SOYUDUQDAN SONRA OVULMUS PECENYE VE FINDIQ QIRIGINI ELAVE EDIN.QARISDIRIB 20X25 SM OLCUDE QABA YAYIN .KREM SANTINI SUDLE CIRPIB KOKUN USTUNE YAYIN.HINDISTAN QOZU SEPIB SOYUDUCUDA 3-4 SAAT SAXLAYIN.NUS OLSUN!
52. natevan | Fevral 6th, 2012 at 4:49 am
”KOK SIRNIYYATI”NI AYSEL JURNALINDAN GOTURMUSEM
53. elvira | Fevral 6th, 2012 at 8:52 am
salam feride xanim men duz 3cu defediki karamelin reseptin istirem.sevgililer gunune ozel tort reseptide isterem karamelnen bezemek imkan olsa tezlikle yerleshdirersiz.
54. Sadıqova Səidə | Fevral 7th, 2012 at 7:21 am
Salam Fəridə xanım məndə hazırlayıram ama nədənsə xəmir yaxşı olmur xəmir parçalanır bilmək olar niyə??
55. natevan | Fevral 7th, 2012 at 10:06 am
FERIDE XANIM,SADIQOVA SEIDE DUZ DEYIR.MENDE DUNEN BISIRDIM,XEMIR PARCALANDI .GUCLE 13 QURABIYE DUZELTDIM,QALANINI BULKU ELEYIB BISIRDIM.AMMA DADI SUPER IDI
56. arzuNY | Fevral 7th, 2012 at 4:37 pm
SALAM FERIDE XANIM!MEN sebirsizlikle SIZIN CAESAR SALATININ RESEPTINI GOZLEYIREM.Evvelceden tesekkurler!!!
GELEN HEFTE QONAQLARIM OLACAQ E ONLARA BU SALATI HAZIRLAMAQI COX ISTERDIM…INSALLAX ONA QEDER SALATIN RESEPTI BURDA OLAR…..SIZE UREKDEN TESEKKURLER.YAXSIKI VARSIZ!!!
57. natevan | Fevral 8th, 2012 at 3:51 am
SALAM FERIDE XANIM,SIZE MEN COX DADLI KEKs RESEPTI VERIREM.SOSISKALI KARTOFU KEKS - 5 BISMIS KARTOF - 3 YUMURTA - 4 SOSISKA - 4 X.Q QATIG - 1 PAKET QABARTMA TOZU - DUZ - ISTIYOT - NANE( OLSA TEZE NANE) - APARAN QEDER UN(TEXMINI 4 X.Q UN)..KARTOF VE SOSISKANI KUB-KUB DOGRANILIR.QALAN ERZAQLAR KARTOF VE SOSISKA ILE BERABER QARISDIRILIR.BALACA LISt YAGLANIR VE HAZIR OLAN XEMIR LISTE KOKULUR,QASIGLA YAYILIR,UZERINE TUYORKARAN KECIRILMIS PENDIR TOKULUR VE BISMEYE QOYULUR. nus olsun!
58. natevan | Fevral 8th, 2012 at 3:57 am
YAZMAGI UNUTDUM.UZERINE 1 ST TUYORKADAN KECIRILMIS HOLLAND PEDIRI- ICINEDE 2 X.Q KERE KAGI TOKULUR,NANE OLMASA DOGRANILMIS KISNIS SUYUD TOKMEK OLAR.MEN KISNIS, SUYUD TOKUREM
59. natevan | Fevral 8th, 2012 at 4:00 am
SOBA 175 DERECEDE QIZDIRILIR
60. FƏRİDƏ | Fevral 9th, 2012 at 11:33 pm
ELVIRA (şərh 53) - HAQQINDA səhifəsində izah etdiyim kimi, resept istəyi olan şərhlərə cavab vermirəm, vaxtım olmur çünki, istəkləri bir kənara yazıram, vaxtım olsa bişirmək üçün. Resept istəkləri çox gəlir - mən isə təkəm və gün içində işləyirəm:)
61. FƏRİDƏ | Fevral 9th, 2012 at 11:35 pm
SƏİDƏ və NATƏVAN - Xəmir çox isti temperaturda parçalana bilər. Kövrək xəmirdir. Astaca açıb qatlamalısınız, əgər yenə parçalanırsa, bir qədər soyuduca tutun.
62. elvira | Fevral 10th, 2012 at 11:11 pm
salam Feride xanim diqqetinize gore cox sag olun.Tesadufen bu sayti tapdim ve buna gote shadam.qismet olsa yaz gelini olacam ve burdan yazdiqlarimi gelecek heyatimda tetbiq etcem.Talish daglarindan sevgilerle Elvira
63. natevan | Fevral 12th, 2012 at 2:10 am
SALAM FERIDE XANIM.MEN BU SAYITDA” YAS KEKS” RESEPTINI GORMEYI COX ISTEYIREM.RESEPTINI YAZIB GOTURMEG ISTEYIREM.DUNEN BIR KAFEDE YIDIM SUPER IDI,DADI DAMAGIMDA QALDI.AGIZDA ERIYIRDI.
64. natevan | Fevral 12th, 2012 at 8:55 am
FERİDE XANİM BELKE SİZ BİLERSİNİZ TURKLERDE KADAYİF DEYİLİR.BİZLERDE ONA NE DEYİLİR?
65. Guler/admin | Fevral 12th, 2012 at 11:17 pm
NATƏVAN, “kadayıf” türk mətbəxinə aid şirniyyat növüdür. Azərbaycan mətbəxində eyni şirniyyat tanınmır.
66. GUL | Fevral 13th, 2012 at 2:27 am
SALAM .FERIDE XANIM.SABAHA SEVGILILER GUNUNE GORE.YENI RESEPT OLACAG?
67. elvira | Fevral 13th, 2012 at 2:39 am
mende tortun uzerine karamel istirdim amma olmadi axsama kimi gozleyirem
68. Guler/admin | Fevral 13th, 2012 at 3:43 am
ELVİRA, ev şəraitində KARAMEL hazırlamaq üçün belə bir resept təqdim edə bilərəm.
1) Qalın altlığı olan alüminum qazanı odun üzərində bir qədər qızdırın,sonra şəkər tozunu içinə tökün,orta odda əriməsini gözləyir. Təxminən 5 dəqiqə keçdikdə sonra görəcəksiz ki, şəkər tozu qazanın kənarlarında əriyir. Bir qədər əriyəndən sonra qazanı silkələyin ki qalan şəkər tozu da qarışıb əriyə bilsin. Taxta qaşıqla arabir yavaş-yavaş qarışdırmaq lazımdır. Karamel rəngi alanadək şəkər tozu 10 dəqiqə ərzində orda odda beləcə əridilməlidir. Sonra isə qazan kənara çəkilir, bir qədər ilıq su əlavə olunur. ( 100 qr şəkər tozuna 1 xörək qaşığı su) Suyu tökərkən ehtiyatlı olmaq lazımdır ki əli yandırmasın. Qaşığqla yenidən qarışdırıldıqdan sonra yenə odun üzərinə qoyulur ki bir az açılsın bərk olmasın.
Şəkər tozu -əsasən qəhvəyi rəngli şəkərdən istifadə olunur. Əgər yoxdursa ağ rənglisindən də olar.
69. Guler/admin | Fevral 13th, 2012 at 4:02 am
Şəkər tozuna qatılacaq suyu şəkər əriyərkən də əlavə etmək olar. Karamel hazırlayarkən sonda şəkər tozunun üzərinə vanil də qata bilərsiniz.
Bu ən sadə KARAMEL reseptidir.
70. AysElnurBARISH | Fevral 13th, 2012 at 9:20 am
Feride xanim men sozun esl menasinda size asiq olmusam:) menim musahidelerim mene deyir ki,siz her terefli XANIMsiz! Inanmazsiz Sizi cox istemeye baslamisam
bunu saba bisirecem ve neticeni yazaram bura
71. natevan | Fevral 13th, 2012 at 10:23 am
GULER XANIM SALAM.BELKE SIZ ”YAS KEKS”IN RESEPTINI BILIRSINIZ?BILIRSINIZSE,BU RESEPTI MENIMLE PAYLASSANIZ COX SEVINEREM.(SUALLARIMIDA CAVABLANDIRDIGINIZ UCUN GULER XANIM SIZE COX SAG OLUMU BILDIRIREM.ELLERINIZ DERT GORMESIN)
72. Guler/admin | Fevral 13th, 2012 at 11:20 am
Buyurun,NATƏVAN.
Yaş keks haqqında eşitməmişəm heç. Hansı mətbəxə aiddir və ya haradan eşitmisiz bu şirniyyat haqda? Məlumat versəniz bəlkə araşdırmaqla tapa bilərəm.
73. Keks | Fevral 14th, 2012 at 1:45 am
yaş keks adeten sousla olur. men bişirmişem,dadli olur. yoldaşım bəyənmədiyi üçün bişirmirəm daha (keksin nə vaxt quruyacağını soruşmaqdan məni yorur:) ) türklər çox bişirir,islak kek. mən oktay ustanın resepti ile hazirlamışdım,çox qəşəng hündür həm də yüngül keks olmuşdu.
74. Keks | Fevral 14th, 2012 at 1:48 am
mən bişirdiyim olmasa da başqaları var burda
http://www.kekevi.com/blog/tag/islak-kek/
75. Keks | Fevral 14th, 2012 at 2:01 am
http://www.kekevi.com/blog/2011/11/25/video-super-islak-kek-bol-soslu/#comment-416
76. natevan | Fevral 14th, 2012 at 3:02 am
KEKS-COX SAG OL.AMMA YOLDASIMIN XOSUNA GELECEKMI ,ONU BILMIREM.RENGI QARA OLDUGU UCUN DEYIREM.CUNKI 1 DEFE SOKALATLI PIROQ BISIRMISDIM,DADI SUPER IDI,AMMA RENGINE GORE YEMEDI.OZUME SOZ VERDIMKI,O PIRQU BISIRENDE ICINE AG SOKALAD VURACAGAM.YOLDASIMIN XOSUNA GELMEYEN HECNEYI IKINCI DEFE BISIRMIREM.
77. hecer | Fevral 14th, 2012 at 4:13 am
baki eziz sheher,mehriban diyar.Feride xanim sizi ve saytiniza daxil olan butun xanimlari salamlayiram.men 5 ilden coxdur ki,sumgayita gelin kocmusem amma buralar hele de mene yaddir,oyrese bilmemisem,inanirsiniz,bakida her gun ishe gedib geldiyim,artig bezdiyim 26 nomreli avtobus ucun bele darixiram.ne ise…saytiniz coox maraglidir.bu reseptleri hazirlayib bize tegdim eden elleriniz var olsun.
78. hecer | Fevral 14th, 2012 at 4:37 am
Feride xanim,isteyiremsize baldizimdan oyrendiyim maragli 1 resept deyim,1kg toyug filesini 2 defe et masinindan kecirin,amma sogansiz.duzunu,istiotunu vurub garisdirin.daha sonra bunu falganin uzerine elinizle yayin(pashteti nece yayirsiz,bax ele)sonra ise,bunun uzerine levengini yayin(nece ki,pashtetin uzerine yag cekirsiz,bax ele).cekilmis filenin uzerine yaydiginiz levengi nazik olmasin,1-2 sm galinliginda olsun.sonra bunu pashtet kimi sixa-sixa firladib bukun,alinan bu ruleti tamamile falgaya bukub 160C -de bishirin.umid edirem ki,beyeneceksiniz.NUS OLSUN
79. Keks | Fevral 15th, 2012 at 6:17 am
Xoshdu natevan xanim.menim yoldasimsa ag olanda xoslamir)) o shokoladi,kakaonu sevir. islaq keksi belke kakaosuz yoxlamaq olar? internetde axtarsaz mutleq kakaosuz islaq keks var. meyveli olanlari olur. meselen http://sihirlitatlar.blogspot.com/2010/02/portakalli-islak-kek.html
80. Guler/admin | Fevral 15th, 2012 at 11:38 am
KEKS,təqdim etdiyin keçidlərdən bir reseptdə mənə belə aydın oldu ki bu yaş keks yumurtasız hazırlanır. İndi xatırladım ki ingilis sayağı bişirilən bu cür keksin dadına baxmışam. Nəmliyi çox olur,amma xəmir kimi yox. Mümkünsə özün hazırladığın formada təqdim edərdin.
81. SEBINE | Fevral 16th, 2012 at 3:03 am
salam Guler xanim.Size 1 sualim var.Feride xanimin kitabi hansi dilde cap olunacag?Azerbaycan dilinde deyilse eger,bes ne zamani olacag Azerbaycan dilinde?
82. Guler/admin | Fevral 16th, 2012 at 7:47 am
SEBINƏ,ilk öncə diqqətiniz üçün sağ olun.
Sualınıza gəlincə, Fəridə xanım Azərbaycan mətbəxini əcnəbilərə tanıtmaq məqsədi ilə kitabını ingilis dilində hazırlayır. İngilicə çap olunacaq bu kitab. İnşallah,bu nəşrdən sonra imkan olsa Azərbaycan dilində də nəşr olunar yəqin. Amma zamanını deyə bilmərik.Çünki keyfiyyətli nəşr elə də asan iş deyil.Bunun üçün böyük maddi vəsait tələb olunur.
83. SEBINE | Fevral 17th, 2012 at 2:20 am
SALAM GULER XANİM.SIZ BILERSINIZ ,TURKLERDE ”SIVI TAHIN” ,BIZLERDE NEYE DEYILIR?
84. sima | Fevral 17th, 2012 at 3:06 am
Feride xanim salam.Turk metbexine aid ”’ASURE”var.Eger dadinba baxmisinizsa,izce dadi nece olur?.Kimse bunun dadina baxibsa ve yazsa cox sevinerem.resepti var mende amma elemeye biraz cekiniremki,yaxsi cixmaz birden.
85. Keks | Fevral 17th, 2012 at 6:06 am
Guler xanim men hazirladigim reseptde de yumurta var,amma siz demis yumurtasiz da olur. oz reseptimi insha Allah yazacam.
86. Guler/admin | Fevral 17th, 2012 at 11:44 am
SƏBİNƏ, ” tahin” bizim dildə -küncütdür, “sıvı” isə maye. Böyük ehtimalla küncüt yağı nəzərdə tutulur. Türklər bu yağdan çox istifadə edir.
87. Guler/admin | Fevral 17th, 2012 at 12:11 pm
SİMA, Aşure bizim hədik kimidir. Fərqi ondadır ki Aşurənin içinə türk mətbəxində çərəz də vurulur- qoz,fındıq,kişmiş,fıstıq.
88. natevan | Fevral 17th, 2012 at 12:15 pm
MEN RUSIYADA YASAYANDA HEDIK BISIRMISDIM,QIZIM ILK DISINI CIXARDANDA.DADI COX GOZEL IDI.
89. SIMA 1 | Fevral 18th, 2012 at 3:14 am
salam.GULER XANIMSIZ BILERSINIZ .TURKLERDE DIL PEYNIRI VAR.BIZLEDRE O HANSI PENDIRDI?
90. Guler/admin | Fevral 18th, 2012 at 7:07 am
Əziz xanımlar, təqdim olunan reseptdən kənar sual və təkliflərinizi,eləcə də məsləhətləri blogun - MƏSLƏHƏTLƏR- bölümünə yazın. Yaxud da foruma müraciət edin.
91. Fəridə | Fevral 19th, 2012 at 1:22 am
SƏBİNƏ (83) - Tahin küncüt əzməsinidir. Sıvı tahin bir qədər sulu tahinə deyirlər, yəni əzmə çox qatı olmur. O adətən heç qatı olmur əslində.
92. Aytac | May 10th, 2012 at 9:18 am
ellerinize sagliq.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed