Best in the World!
Dadlı yemək reseptləri bloqu

Almalı Qurabiyə

Yeni ildə hamınızı xoş gördük. Gözəl şərhlər və təbrik emaillərinizə görə hamınıza təşəkkür edirəm. Dostluğunuz mənim üçün dəyərlidir. Gəlin yeni ili şirin reseptlə açaq. Qərara gəldim ki, çox xoşladığım və bu il yeni il süfrəsinə hazırladığım almalı qurabiyənin reseptini sizinlə paylaşım. Mütləq sınaqdan keçirin. Çox zərif olurlar.

Almalı Qurabiyə

Gönül Candaşın “Bereketli Olsun” kitabından adaptə edilmişdir

Almalı qurabiyə Türkiyədə çox məşhur şirniyyatdır və hazırlanmasının bir neçə üsulu var. Mən bu resepti sınadım. Hazırlanması sizin üçün rahat olsun deyə orijinal reseptdə bəzi dəyişiklik və əlavələr etdim.

İçlik üçün:

3 ədəd alma
½ fincan şəkər tozu
½ çay qaşığı darçın
1 ovuc (təxminən 3/4 fincan) xırda doğranmış qoz (çox da xırda olmamalı,bir qədər iri doğranmalıdır)

Xəmir üçün:

2+3/4 fincan un
1/3 fincan şəkər pudrası
1 çay qaşığı qabartma tozu
250 qram duzsuz kərə yağı (otaq temperaturunda yumşalmış)
2 xörək qaşığı qatıq
1 xörək qaşığı limon qabığı rəndəsi

Şirniyyatın üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:

İçliyin hazırlanması: Almaların qabığı soyulur. Soyulub təmizlənmiş almalar sürtgəcin iri gözündən keçirilir.Tavaya yaxud geniş qazana tökülür. Üzərinə şəkər tozu əlavə olunur,qarışdırılır. Aşağı –orta dərəcəli odda hərdənbir qarışdırılaraq,təxminən 10 dəqiqə,alınmış şirə qurtaranadək bişirilir. Sonra tava odun üzərindən götürülür və otaq tempraturunda soyudulur. Soyuduqdan sonra üzərinə qoz,darçın əlavə edilir və qarışdırılır. Hazır içlik bir kənara qoyulur.

Xəmirin hazırlanması: Böyük bir qaba un,şəkər pudrası və qabartma tozu tökülür və qarışdırılır. Daha sonra qalan ərzaqlar qatılır,qarışdırılır və xəmir yoğrulur. Xəmir yumşaq olmalıdır,bərk yox.

Üzəri yağlanmamış 2 list hazırlanır. Soba 190C –də qızdırılır.

Xəmir 4 hissəyə bölünür və kündələnir. Kündələrin hər biri 22 sm diametrində oxlovla yayılıb açılır. Yayılmış dairəvi xəmir iti bıçaqla 8 hissəyə kəsilərək bölünür /şəkildəki kimi- klin formasında/. Çay qaşığıyla içlikdən götürülüb kəsilmiş xəmirlərin geniş olan hissəsinə qoyulur və nazik hissəsinədək burulur.

Hazır qurabiyələr bişirləcək listin üzərinə yerləşdilir. Kənarları tündləşənəcən,12-15 dəqiqə bişirilir (qurabiyənin üzəri isə ağ qalmalıdır). Sonra list sobadan çıxarılır və qurabiyələr tamamilə soyudulur. Soyuduqdan sonra qurabiyələr dayaz boşqaba yığılır,üzərinə çoxlu şəkər pudrası səpilir.

Bir cavab yazın

135 Şərh
  1. SALAM FERIDE XANIM KURABIYYELER COX GOZEL GORSENIR,ELLERINIZE SALIK VE DERIN TESEKURLER SIZE GOZEL VE DEQIQ RESEPTLER UCUN.SIZE BIR SUALIM VAR MEN BURDAKI TIRAMISU RESEPTINI BISIRMEYI COX ISTIYIREM AMMA TEREDUTLERIM VAR MENE YAZA BILERSINIZ ZEHMET OLMASA “CHILLED HEAVY CREAM”YAZANDA HANSI KREMI NEZERDE TUTURSUZ SUD KIMI DURU OLANLARI YOXSA???
    MEN NEW YORKDA YASAYIRAM VE BURDA MARKETKLERDE BAXMISAM DURU HALDADI TEREDUT ELIYIREM ONUN UCUN SUALIM CAVABLANDIRIB AYDINLIQ GETIRSENIZ COX SEVINEREM…
    CAVABINIZI GOZLEMEK UMUDU ILE SAQ OLUN!!!

  2. ARZU NR – Chilled deyəndə yəni ki, qaymaq soyuq olmalıdır. Bunu nəzərdə tuturdum. Heavy Cream – sulu olur, bəli, amma süd qədər deyil, ondan qatı.

  3. CHILLED BILIREM MENASINI AMMA BIRAZ SULU OLMASINA GORE TERDUT EDIRDIM COX SAQ OLUNKI BELE TEZ CAVABLANDIRDINIZ.INSALLAX TEZLIKLE SINAQDAN KECIRDECEM.SIZE YENIDEN DERIN TESEKKURLERIMI BILDIRIREM.GECENIZ XEYRE QALSIN!

  4. Nus olsun Feride xanim. Menimde en cox sevdiyim ve alma movsumunde bisirdiyim lezzetlerden biridir. Hetta daha bir hefte evvel haziladim icine de erik cemi qoydum. cemlede lezzetli olur.
    Elinize saglik olsun…

  5. Feride xanim cox əla resepte oxşayir.indi hazirlayacam.elə daadlı görsənir.dözmə bilmədim.Cox sag olunki belə şirniyyatlari bizimlə bölüşürsüz.qizim baxçaya gedir.fikirləşirdimki nə hazirlayimki bəyənsin.əla resepti

  6. Salam Feride xoshuma gelir bu qurabiyye ellerine sagliq
    men hemishe asagidaki reseptle edirem chox yaxshi alinir agiza qoyursan dagilir haminin xoshuna gelir amma bu formani vermek olmur o qeder yumushaq olur ki acib icine qoyub bagliyiram.Vaxtin olanda yoxlayarsan 🙂

    *250 gr kereyagi ( otaq tempraturunda )
    *yarım su stakani zeytunyağı,
    *3 yem qasigi toz şeker,
    *1 yumurta
    *1 yem,qasigi qatiq
    *1 paket qabartma tozu
    *Aldığı qeder un
    İçi için;3
    *4 orta boy turshmeze alma
    *3 yemek qaşığı toz şeker
    *1 su st parçalara bölünmüş qoz
    *2 cay qaşığı darçın

  7. cox gozel,sizin xanimliqiniza ehsen !!!!!!!biz sizinle fexr edirik,bu resepti de beyendim cooooooox,opurem cox saq olun yeni ilde bol bol reseptler edin bisi sevindirin.

  8. QURABIYLER COX GOZEL GORUNUR. YEQINKI DADI DA ELE OLAR

  9. Salam FERIDE xanim,necesiniz?Men burda cox gormek isteyerdim OSSO BUCO yemeyini reseptini bir gun hazirlayib goysaniz cox sad olaram!!!evvelceden tesekurler!

  10. xemirdeki sheker pudrasini sheker tozu ile evez etmek olar?

  11. mmmmm….cox dadli gorunur bu deqiqe bisirecem,sabah ishe aparim gorek beyeneceklermi(isciler hamisi yasli kend qadinlaridi,ne ise beyendirmek cetin olur)

  12. SALAM FERIDE XANIM.BU SIRNIYYATI MUTLEQ BISIRECEYEM INSALLAH.SIZDEN 1 XAHISIM VAR .ZEHMET OLMASA ” GUL TATLISI ” NIN RESEPTINI SAYITA YERLESDIRERDINIZDA.29 YANVARDA AD GUNUM OLACAG INSALLAH HEMIN GUNUNE BISIRMEK ISTEYIREM ,BU SIRNIYYATI .XAHISIMI YERINE YETIRSENIZ COX-COX SEVINEREM.OPUREM SIZI

  13. cox beyenildiii ellerime sagliq)))siz de cooooooox sagolun.burdan cox arxayinliqla istifade edirem bilirem ki,hamisi sinaqdan kecirilib. tesekkur edirem sizi sexsen tanimasam da cox seirem helelik)))

  14. Saytinizi cox beyenirem,o qeder gozel aydin izah edirsiz ki,bizlere ancaq biwirmek qalir..bu reseptinizi de mutleq edecem.twk ezizimiz FERIDE xanim!

  15. Cox yemelidi ellerine sagliq

  16. KEKS – Olmaz.

  17. Farida xanum,chox dadli ve appetitni gorunurler 🙂 chox oriqinalni qabinizda var. Chox sagolun resepte gore !

  18. Salam Feride xanim reseptleriniz superdi.zehmet deyilse sah plovun reseptin mene yazardizda

  19. SALAM FARIDA XANIM QURABIYANI BISIRDIM COX DADLI VA KOVRAKDI MANAN COX YOLDASIM XOSLADI RESEPTINIZ UCUN SIZA TASAKKUR EDIRAM YENI RESEPTLAR GOZLAYIRAM SAG OLUN

  20. Feride xanim menim qurabiyelerim dadli ama cirkin oldular 🙁 xemir cox yumsaq idi,elime yapisirdi,yayanda da cetinlik cekdim taxtaya coxlu un vurmali oldum yapismamagi ucun. unu stekanla yox yazdiginiz kimi fincanla tokdum. (200 ml olculudu fincan) gelen defe ucun ne ede bilerem?

  21. salam feride xanim imkan olsa karamelin reseptin yerleshdirin bloqunuzda.

  22. salam aleykum. Resepte gore tesekkur. Nisannimin en sevdiyi teamdi. Tez tez hazirlayiram,cox dadli alinir. Bu qurabiye menim ilk sirniyyat tecrubemdi

  23. 4ox xoshuma geldi,teshekkürler yorulmayasiz…

  24. Salam Fəridə xanım.Hər şey üçün sizə təşəkkür edirəm.Mən birinci dəfədir sizə yazıram.amma bloqunuzda çox olmuşam.yazdıgınız bütün reseptləri bəyənirəm.yeni ailə qurmuşam.yoldaşım,reseptini sizdən goturub hazırladıgım butun yeməkləri cox xoşlayır.Bunun üçün sizə minnətdaram.Cox sag olun!!!

  25. Cox teshekkurler ) bishirdim, cox dadli alindi) diger reseptlerden de yararlanacam)

  26. hal hazirda biwirmek isteyrem ama pudra wekerim yoxdu,ne edim? 🙁

  27. rena xanim bunun ucun qendi hevengdestede doyun ve ardindan elekden kecirin pudra shekeriniz hazirdir

  28. cox sag olun 🙂 alindi.

  29. RƏNA,şəkər tozu və ya qəndi həvəngdəstədə döyüb sonra narın gözlü süzgəc -ələkdən keçirməklə pudra əldə edə bilərsiz.

  30. Salam ,Fəridə xanım.qurabiyəni bişirdim. resept üçün təşəkkürlər.ama içliyinə qoz əvəzinə kişmiş əlavə etdim.çox dadlı alındı

  31. Feride xanim bu resepti ukrayna jurnalinan oxumusam hazirlayiram yaxsi kopmur sizce neyise sef edirem?ama cox isteyirem yaxsi alinsin.zehmet olmasa yazin . UKRAYNA PIROQU 2st un,1st bal.1st seker tozu.3eded yumurta,3x.q.bitki yagi.1st.sud.1c.q. soda.hamisini yaxsi qarisdirib xemir hazirlayiriq formanin icine qoyub 180 derecede 30,35 deqiqeye bisir. jurnalda bele yazilib.

  32. Salam Feride xanim.Resept ucun tesekkurler.Refiqelerimle bisirdim cox dadli idi.

  33. Salam Feride xanim. Eziyyetlerinize gore tesekkurler. Men sizden xahis etmisdim ki, seker hamurunun terifini yazasiz AMA cvb vermediniz. Yene xahis edirem onu tapib bizi melumatlandirasiz.

  34. FERİDE XANİM SALAM.SIZDEN AD GUNUM UCUN ”GUL TATLISI”NIN RESEPTINI XAHIS ETMISDIM,YAZMADINIZ.EYBI YOXDU DA……

  35. Salam. cox beyenirem yazilarinizi tesekkurler

  36. Feride xanim size daima ugurlar arzulayiram. Sizinle ve yaratdiginiz cox gozel ve deyerli meslehetlerden ibaret saytinizla tanis oldugma cox sadam.

  37. yeni reseptlerinizi gozleyirik axi?

  38. ILAHE – HAQQINDA səhifəsində qeyd etdiyim kimi, təəssüflər olsun ki, vaxtımın məhdudiyyətindən yalnız konkret sual olan şərhlərə cavan yaza bilirəm. İstəkləri bir kənara yazıram, vaxtım olanda hazırlayıb paylaşmaq üçün.

  39. Salam.necasiz,Farida Xanim??yeni reseptlariniz Niya yoxdu??Sabirsizlikla gozlayirik…:))))))

  40. bu saytin mene cox xeyri olub ozum nisanniyam burdan her seyi oyrenmisem bunun ucun tesekkurl’r

  41. FERIDE xanim men burda cox gormek isteyerdim italian yemeklerinin reseptlerini.sizin verdiyiniz CACCIOATORE BIZIM EVIN EN SEVIMLI YEMEYIDI DEYE BILEREM,bunun kimi italian metbexinden numunelerinreseptlerin cox olmasini cox isterdim.evvelceden tessekurler!!!

  42. Yeni reseptlər olacaq, dostlar.

  43. Feride xanim bu bloq ucun size sonsuz tesekkurler!! Heqiqeten cox beyendim, sizin blogunuzu bu gun kesf elemisem ve cox da razi qaldim.
    Sizden bir ricam olacaq, eger zehmet deyilse, tez bir zamanda hazirlanan ve sobada bisirilmeyen siriniyyat reseptleri vere bilersinizmi? Bezen seraitden asili olaraq, soba olmur ve sobasiz da siriniyyat bisirmek mumkun olmur:(

    Hormetle,
    aynur

  44. salam feride xanim,1ilden coxdur ki,sizin reseptlerinizden istifade edirem.cox da xosuma gelir,kurabiyeler de cox gozel ve lezzetli alindi.eline, qoluna, ureyine sagliq.

  45. SALAM FERIDE XANIM. SIZE 1 SUALIM VAR.MEN SIZE RESEPT YAZMAG ISTEYIREM ,RESMINIDE GONDERMEK ISTEYIREM.AMMA GONDERE BILMIREM?ONU NECE GONDERE BILEREM?

  46. mende karamelin reseptin istirem.

  47. Salam Fəridə xanım. Çox gözəl reseptdir. Əlləriniz sağlıq. Birdəki alma turş olmalıdır yoxsa şirin? Zəhmət olmasa yazardınız? Təşəkkürlər

  48. NATEVAN – resept və şəkilləri elektron poçt ünvanıma göndərə bilərsiniz. HAQQINDA səhifəsində adres var.

  49. NÜBAR – Çox fərqi yoxdur. Amma mən adətən turşməzə yaşıl almadan istifadə edirəm.

  50. SALAM FERIDE XANIM.EGER BILIRSINIZSE MENE” BES BARMAG”IN RESEPTINI YAZARDINIZDA VE BU SAYITDA BU RESEPTI GORMEYI COX ISTEYIREM.CUNKU ELA YEMEKDIR

  51. KOK SIRNIYYATI – 500 QR KOK – 1,5 STEKAN SEKER – 7 EDED SADE PECENYE – YARIM ST FINDIQ QIRIGI – 1 PAKET KREM SANTI – 2 X.Q HINDISTAN QOZU .KOKU SUZGECDEN KECIRIB SEKER TOZU ILE BIRLIKDE SUYUNU CEKENEDEK( 5-10 DEQIQE)BISIRIN.SOYUDUQDAN SONRA OVULMUS PECENYE VE FINDIQ QIRIGINI ELAVE EDIN.QARISDIRIB 20X25 SM OLCUDE QABA YAYIN .KREM SANTINI SUDLE CIRPIB KOKUN USTUNE YAYIN.HINDISTAN QOZU SEPIB SOYUDUCUDA 3-4 SAAT SAXLAYIN.NUS OLSUN!

  52. ”KOK SIRNIYYATI”NI AYSEL JURNALINDAN GOTURMUSEM

  53. salam feride xanim men duz 3cu defediki karamelin reseptin istirem.sevgililer gunune ozel tort reseptide isterem karamelnen bezemek imkan olsa tezlikle yerleshdirersiz.

  54. Salam Fəridə xanım məndə hazırlayıram ama nədənsə xəmir yaxşı olmur xəmir parçalanır bilmək olar niyə??

  55. FERIDE XANIM,SADIQOVA SEIDE DUZ DEYIR.MENDE DUNEN BISIRDIM,XEMIR PARCALANDI .GUCLE 13 QURABIYE DUZELTDIM,QALANINI BULKU ELEYIB BISIRDIM.AMMA DADI SUPER IDI

  56. SALAM FERIDE XANIM!MEN sebirsizlikle SIZIN CAESAR SALATININ RESEPTINI GOZLEYIREM.Evvelceden tesekkurler!!!
    GELEN HEFTE QONAQLARIM OLACAQ E ONLARA BU SALATI HAZIRLAMAQI COX ISTERDIM…INSALLAX ONA QEDER SALATIN RESEPTI BURDA OLAR…..SIZE UREKDEN TESEKKURLER.YAXSIKI VARSIZ!!!

  57. SALAM FERIDE XANIM,SIZE MEN COX DADLI KEKs RESEPTI VERIREM.SOSISKALI KARTOFU KEKS – 5 BISMIS KARTOF – 3 YUMURTA – 4 SOSISKA – 4 X.Q QATIG – 1 PAKET QABARTMA TOZU – DUZ – ISTIYOT – NANE( OLSA TEZE NANE) – APARAN QEDER UN(TEXMINI 4 X.Q UN)..KARTOF VE SOSISKANI KUB-KUB DOGRANILIR.QALAN ERZAQLAR KARTOF VE SOSISKA ILE BERABER QARISDIRILIR.BALACA LISt YAGLANIR VE HAZIR OLAN XEMIR LISTE KOKULUR,QASIGLA YAYILIR,UZERINE TUYORKARAN KECIRILMIS PENDIR TOKULUR VE BISMEYE QOYULUR. nus olsun!

  58. YAZMAGI UNUTDUM.UZERINE 1 ST TUYORKADAN KECIRILMIS HOLLAND PEDIRI- ICINEDE 2 X.Q KERE KAGI TOKULUR,NANE OLMASA DOGRANILMIS KISNIS SUYUD TOKMEK OLAR.MEN KISNIS, SUYUD TOKUREM

  59. SOBA 175 DERECEDE QIZDIRILIR

  60. ELVIRA (şərh 53) – HAQQINDA səhifəsində izah etdiyim kimi, resept istəyi olan şərhlərə cavab vermirəm, vaxtım olmur çünki, istəkləri bir kənara yazıram, vaxtım olsa bişirmək üçün. Resept istəkləri çox gəlir – mən isə təkəm və gün içində işləyirəm:)

  61. SƏİDƏ və NATƏVAN – Xəmir çox isti temperaturda parçalana bilər. Kövrək xəmirdir. Astaca açıb qatlamalısınız, əgər yenə parçalanırsa, bir qədər soyuduca tutun.

  62. salam Feride xanim diqqetinize gore cox sag olun.Tesadufen bu sayti tapdim ve buna gote shadam.qismet olsa yaz gelini olacam ve burdan yazdiqlarimi gelecek heyatimda tetbiq etcem.Talish daglarindan sevgilerle Elvira

  63. SALAM FERIDE XANIM.MEN BU SAYITDA” YAS KEKS” RESEPTINI GORMEYI COX ISTEYIREM.RESEPTINI YAZIB GOTURMEG ISTEYIREM.DUNEN BIR KAFEDE YIDIM SUPER IDI,DADI DAMAGIMDA QALDI.AGIZDA ERIYIRDI.

  64. FERİDE XANİM BELKE SİZ BİLERSİNİZ TURKLERDE KADAYİF DEYİLİR.BİZLERDE ONA NE DEYİLİR?

  65. NATƏVAN, “kadayıf” türk mətbəxinə aid şirniyyat növüdür. Azərbaycan mətbəxində eyni şirniyyat tanınmır.

  66. SALAM .FERIDE XANIM.SABAHA SEVGILILER GUNUNE GORE.YENI RESEPT OLACAG?

  67. mende tortun uzerine karamel istirdim amma olmadi axsama kimi gozleyirem

  68. ELVİRA, ev şəraitində KARAMEL hazırlamaq üçün belə bir resept təqdim edə bilərəm.

    1) Qalın altlığı olan alüminum qazanı odun üzərində bir qədər qızdırın,sonra şəkər tozunu içinə tökün,orta odda əriməsini gözləyir. Təxminən 5 dəqiqə keçdikdə sonra görəcəksiz ki, şəkər tozu qazanın kənarlarında əriyir. Bir qədər əriyəndən sonra qazanı silkələyin ki qalan şəkər tozu da qarışıb əriyə bilsin. Taxta qaşıqla arabir yavaş-yavaş qarışdırmaq lazımdır. Karamel rəngi alanadək şəkər tozu 10 dəqiqə ərzində orda odda beləcə əridilməlidir. Sonra isə qazan kənara çəkilir, bir qədər ilıq su əlavə olunur. ( 100 qr şəkər tozuna 1 xörək qaşığı su) Suyu tökərkən ehtiyatlı olmaq lazımdır ki əli yandırmasın. Qaşığqla yenidən qarışdırıldıqdan sonra yenə odun üzərinə qoyulur ki bir az açılsın bərk olmasın.

    Şəkər tozu -əsasən qəhvəyi rəngli şəkərdən istifadə olunur. Əgər yoxdursa ağ rənglisindən də olar.

  69. Şəkər tozuna qatılacaq suyu şəkər əriyərkən də əlavə etmək olar. Karamel hazırlayarkən sonda şəkər tozunun üzərinə vanil də qata bilərsiniz.
    Bu ən sadə KARAMEL reseptidir.

  70. Feride xanim men sozun esl menasinda size asiq olmusam:) menim musahidelerim mene deyir ki,siz her terefli XANIMsiz! Inanmazsiz Sizi cox istemeye baslamisam 🙂 bunu saba bisirecem ve neticeni yazaram bura

  71. GULER XANIM SALAM.BELKE SIZ ”YAS KEKS”IN RESEPTINI BILIRSINIZ?BILIRSINIZSE,BU RESEPTI MENIMLE PAYLASSANIZ COX SEVINEREM.(SUALLARIMIDA CAVABLANDIRDIGINIZ UCUN GULER XANIM SIZE COX SAG OLUMU BILDIRIREM.ELLERINIZ DERT GORMESIN)

  72. Buyurun,NATƏVAN.

    Yaş keks haqqında eşitməmişəm heç. Hansı mətbəxə aiddir və ya haradan eşitmisiz bu şirniyyat haqda? Məlumat versəniz bəlkə araşdırmaqla tapa bilərəm.

  73. yaş keks adeten sousla olur. men bişirmişem,dadli olur. yoldaşım bəyənmədiyi üçün bişirmirəm daha (keksin nə vaxt quruyacağını soruşmaqdan məni yorur:) ) türklər çox bişirir,islak kek. mən oktay ustanın resepti ile hazirlamışdım,çox qəşəng hündür həm də yüngül keks olmuşdu.

  74. mən bişirdiyim olmasa da başqaları var burda
    http://www.kekevi.com/blog/tag/islak-kek/

  75. KEKS-COX SAG OL.AMMA YOLDASIMIN XOSUNA GELECEKMI ,ONU BILMIREM.RENGI QARA OLDUGU UCUN DEYIREM.CUNKI 1 DEFE SOKALATLI PIROQ BISIRMISDIM,DADI SUPER IDI,AMMA RENGINE GORE YEMEDI.OZUME SOZ VERDIMKI,O PIRQU BISIRENDE ICINE AG SOKALAD VURACAGAM.YOLDASIMIN XOSUNA GELMEYEN HECNEYI IKINCI DEFE BISIRMIREM.

  76. baki eziz sheher,mehriban diyar.Feride xanim sizi ve saytiniza daxil olan butun xanimlari salamlayiram.men 5 ilden coxdur ki,sumgayita gelin kocmusem amma buralar hele de mene yaddir,oyrese bilmemisem,inanirsiniz,bakida her gun ishe gedib geldiyim,artig bezdiyim 26 nomreli avtobus ucun bele darixiram.ne ise…saytiniz coox maraglidir.bu reseptleri hazirlayib bize tegdim eden elleriniz var olsun.

  77. Feride xanim,isteyiremsize baldizimdan oyrendiyim maragli 1 resept deyim,1kg toyug filesini 2 defe et masinindan kecirin,amma sogansiz.duzunu,istiotunu vurub garisdirin.daha sonra bunu falganin uzerine elinizle yayin(pashteti nece yayirsiz,bax ele)sonra ise,bunun uzerine levengini yayin(nece ki,pashtetin uzerine yag cekirsiz,bax ele).cekilmis filenin uzerine yaydiginiz levengi nazik olmasin,1-2 sm galinliginda olsun.sonra bunu pashtet kimi sixa-sixa firladib bukun,alinan bu ruleti tamamile falgaya bukub 160C -de bishirin.umid edirem ki,beyeneceksiniz.NUS OLSUN

  78. Xoshdu natevan xanim.menim yoldasimsa ag olanda xoslamir)) o shokoladi,kakaonu sevir. islaq keksi belke kakaosuz yoxlamaq olar? internetde axtarsaz mutleq kakaosuz islaq keks var. meyveli olanlari olur. meselen http://sihirlitatlar.blogspot.com/2010/02/portakalli-islak-kek.html

  79. KEKS,təqdim etdiyin keçidlərdən bir reseptdə mənə belə aydın oldu ki bu yaş keks yumurtasız hazırlanır. İndi xatırladım ki ingilis sayağı bişirilən bu cür keksin dadına baxmışam. Nəmliyi çox olur,amma xəmir kimi yox. Mümkünsə özün hazırladığın formada təqdim edərdin.

  80. salam Guler xanim.Size 1 sualim var.Feride xanimin kitabi hansi dilde cap olunacag?Azerbaycan dilinde deyilse eger,bes ne zamani olacag Azerbaycan dilinde?

  81. SEBINƏ,ilk öncə diqqətiniz üçün sağ olun.

    Sualınıza gəlincə, Fəridə xanım Azərbaycan mətbəxini əcnəbilərə tanıtmaq məqsədi ilə kitabını ingilis dilində hazırlayır. İngilicə çap olunacaq bu kitab. İnşallah,bu nəşrdən sonra imkan olsa Azərbaycan dilində də nəşr olunar yəqin. Amma zamanını deyə bilmərik.Çünki keyfiyyətli nəşr elə də asan iş deyil.Bunun üçün böyük maddi vəsait tələb olunur.

  82. SALAM GULER XANİM.SIZ BILERSINIZ ,TURKLERDE ”SIVI TAHIN” ,BIZLERDE NEYE DEYILIR?

  83. Feride xanim salam.Turk metbexine aid ”’ASURE”var.Eger dadinba baxmisinizsa,izce dadi nece olur?.Kimse bunun dadina baxibsa ve yazsa cox sevinerem.resepti var mende amma elemeye biraz cekiniremki,yaxsi cixmaz birden.

  84. Guler xanim men hazirladigim reseptde de yumurta var,amma siz demis yumurtasiz da olur. oz reseptimi insha Allah yazacam.

  85. SƏBİNƏ, ” tahin” bizim dildə -küncütdür, “sıvı” isə maye. Böyük ehtimalla küncüt yağı nəzərdə tutulur. Türklər bu yağdan çox istifadə edir.

  86. SİMA, Aşure bizim hədik kimidir. Fərqi ondadır ki Aşurənin içinə türk mətbəxində çərəz də vurulur- qoz,fındıq,kişmiş,fıstıq.

  87. MEN RUSIYADA YASAYANDA HEDIK BISIRMISDIM,QIZIM ILK DISINI CIXARDANDA.DADI COX GOZEL IDI.

  88. salam.GULER XANIMSIZ BILERSINIZ .TURKLERDE DIL PEYNIRI VAR.BIZLEDRE O HANSI PENDIRDI?

  89. Əziz xanımlar, təqdim olunan reseptdən kənar sual və təkliflərinizi,eləcə də məsləhətləri blogun – MƏSLƏHƏTLƏR- bölümünə yazın. Yaxud da foruma müraciət edin.

  90. SƏBİNƏ (83) – Tahin küncüt əzməsinidir. Sıvı tahin bir qədər sulu tahinə deyirlər, yəni əzmə çox qatı olmur. O adətən heç qatı olmur əslində.

  91. ellerinize sagliq.

  92. salam ..hazirlama qaydalarini cox asan yazmisiz minetdaram ama biwirme derecesini yazmamisiz

  93. KONUL – bisirme derecesi de yazilib, diqqetle baxin:) Soba 190C –də qızdırılır.

  94. superdi ellerinize sagliq

  95. cox gozel sirinyatlariniz var

  96. mən bu günü bişirdim. xəmiri o qədər yaxşı alınmadı çox yağlı idi yaymaq olmurdu güclə unlayarq birtəhər yaymışam. hər şeyi olduğu kimi vurdum. sizcə xamir nədən belə ola bilər? Xahiş edirəm cavab yazın. Amma qurabiyənin dadı əla, görünüşü gözəl alınmasa sa. Çox sağ olun

  97. siz heç xəmirin hazırlanmasına aid şəkillər də verməmisiniz?

  98. men wirniyyat coox sevirem resepte gore cox sagolun. wekillerden cox leziz gorunur. hazirlayacam

  99. slm feride xanim .Men hal hazirda bu qurabiyyeden hazirlayiram amma basa dusmedimki,unu niye gore 2 hisseye bolub yazmisiz? deqiq resept olsun deye yoxsa?… cox saqolun.”YAXSIKI VARSIZ”

  100. RERIDE XANIM MEN BISIRDIM.YAGINI COX TOKMEDIM DEHSET YAGLI IDI XEMIRE OXSAMIRDI.UNU BIR AZ COX TOKDUM AMMA YEYENDE ELE BILKI UN YEYILIR YEGINKI UNDANDI.ICLIYI VE GORUNUSU ELADI.BES SIZ NECE ELEMISIZKI?

  101. ÜLKƏR AZƏRİ, un iki hissəyə bölünməyib. Ölçünün ümumi miqdarı o qədərdir. Yəni 2 fincandan bir qədər artıq, fincanın 3/4 hissəsi qədər əlavə un.

  102. Ola bilər yağ çox yumşalıb, ona görə xəmir yağlı kimi görünüb. Yağı azca yumşaltmaq lazımdır.

  103. tesekkur edirem.GULER.

  104. salam feride xanim men bunu bisirdim amma deyesen yagi bir az cox oldu.xemir cirilirdi.amma cox dadlidi sag olun.

  105. salam Feride ve Guler xanim evvelce size cox tesekkur edirem Allah razi olsun sizlerden.sizden cox xahis edirem LECO ve IKRANIN reseptini yazasiz.oxuyanlardan da xais edirem bilirsizse yazin.SEBIRSIZLIKLE GOZLEYIREM

  106. FERIDE XANIM ELLERINIZE SAGLIQ COX SAGOLUN KI GOZEL RESSEPT VERDINIZ SIZDEN DAHA COXLU RESSEPTLER GOZLEYIRIK BAYRAMINIZ MUBAREK

  107. salam feride xanim.her hazirladiginiz yemeylerin cox gozel dadi ve gorunusu var.men sizden spaqetti ve sousunun receptini isteyirem. indiden cox sag olun.

  108. SALAM FERIDE XANIM. ELLERINIZE SAGLIQ. SIZIN RESEPT ESASINDA ZEBRA TORTU HAZIRLAMIWAM. YOLDAWIMIN COX XOWUNA GELDI. VAXTIM OLDUQCA SIZIN SAYTA GIRIREM. SAG OLUN 🙂

  109. men hazirladim ela alindi.hami beyendi

  110. kurabiyeler cox gozel gorunur amma men daha sade yeni top seklinde olan kurabiyeleri daha cox sevrem birdeki sabah menim ad gunumdu sizden sade sokolatli bir tort resepti isteyirem. cavabinizi gozleyirem

  111. salam fəridə xanım . qurabiyələr gozəl gorunur. mən sizdən seker çöreyi reseptini gozleyirem.

  112. salam feride xanim sizin butun reseptlerinizi deyerlendirmisem hamisi super cixib lakin bunu eledim oxlavla yayilmir adamin elinde ovulursizce niebele oldu? birdeki feride xanim mende seker pudrasi yoxdu daha dogrusu biz terefde satilmir olar seker pudrasi vurmayim??????

  113. Feride xanim bele gozel reseptler hazirlayib bizlere teqdim etdiyinizcun size oz derin tesekkurumu bildirirem.Allah sizin kimi qaygikes xanimlari basimizin ustunden kem etmesin.Men Rusiyada yasayiram.Bir cox reseptinizi hazirlayib musbet netice almisam.Ellerinize ve ureyinize saglig.

  114. Men yedim. Çox bəyəndim. Bu gün qızım Leyla ilə bişirəcəm. Onun 8 yaşı var. Şəkər pudrası əvəzinə tozu töksəm necə olar?

  115. LALA – Şəkər tozu pirojnaların üstündə qalmaz. Pudra yoxdursa, heç nə vurmayın.

  116. pesogu kofomorkadan kecir pudra alinacaq

  117. Qenatcil Feride xanim men hele KURABIYENI BISIRMEMISEM.Eminem ki yaxsi olar.Terevezli keks nese menim ve usaqlarimin damaq dadi deyildi.MINGECEVIR

  118. Qara seker tozu bahadir 4man.adi seker tozu ise 84 qep.Bunlarin ferqi nedir?Almamisam bilmirem yalan niye yazim.Xahis olunur aciqlayin:-)???

    FƏRİDƏ – AZCOOKBOOK: Qara şəkər tozu daha təbii olduğuna görə daha bahalıdır.

  119. Cavabinizi gozleyirem.Sualima 1 cumle ile yaza bileresiniz vaxt cox aparmir

  120. Heqiqetende yaxsi cixdi kurabiye.Mektebe apardim is yoldaslarim cox beyendi.Hormetli xemirde cetilik ceken xsanimlar.Bu xemiri biraz cox yogurun ne yag buraxacaq ne de parcalanacaq.Eyni ile Feride xanim yazdigi kimi alinir.ELA ELA SUPER.Size o yad olkede ugurlar arzulayiram.

  121. Sevinc xanim meslehetinize gore cox sag olun,yazanda diqqetli olun sehve yol vermeyin.Alma qurabiyesi cox dadli cixdi, meslehetinize gore cox sag olun. Allah razi qalsin sizden ve sizin ailenizden.ALLAH AMANINDA

  122. Salam Sevinc muellime.Sizin meslehetinize qulaq asdim ve alma qurabiyesini bisirdim cox xosuma geldi .Siz necada qenaetcil xanimsiz.Allah sizden ve ailenizden razi qalsin

  123. salam necesiz men balli tortun reseptini oyrenmek isteyirem.

  124. salam feride xanim sizin bu sirniyyatlar yemekler menim coxxx xosuma gelir sizden bir xahisim var sizde trikorickil salat yoxdur eger resepti varsa sizde xahis edirem bura yazin

  125. cok guzel yani

  126. Feride xanim elernize saglig guzel bir tarif sizin bu verdiyiniz salat resebti menim xosuma gelirr

  127. Qedim xorekleri dadmaq isterdim

  128. Cox dadli alindi. Hamiya meslehet gorerem. Superdir

  129. SALAM BIR MENE IZAH ETSN XAHS EDREM HEC CUR ANLAMADIM BURDAKI UNUN MIQDARI NE QEDERDIR?

  130. Ferıde xanim men bu kurabiyeni etdim ancaq bele
    Çixmadi,çox yumwaq alindi yayildi liste.neylemek olar??

    • Feride,sizin bloqunuzla yeni tanış olmuşam. Bu qurabiyələrdən hazırladım.çooox gözəl alındı. Əllərinizə sağlıq, sizə uğurlar.

  131. Feride,sizin bloqunuzla yeni tanış olmuşam. Bu qurabiyələrdən hazırladım.çooox gözəl alındı. Əllərinizə sağlıq, sizə uğurlar.

  132. SALAM FƏRİDƏ XANIM. DADLI RESEPTLƏR ÜÇÜN VƏ ONLARIN BİŞİRİLMƏSİNİ DƏQİQ TƏSVİR ETDİYİNİZ ÜÇÜN ÇOOOX TƏŞƏKKÜR EDİRƏM. MƏMNUNİYYƏTLƏ SİZİN RESEPTLƏRİNİZDƏN FAYDALANIRAM.

Bir cavab yazın