
Bloqumun başlığını dəyişdim. Necədir, nar dənələri xoşunuza gəlir? Artıq bloqun adı AZ Yemək Kitabı olacaq. Qısa və konkret. AZ ilə nə demək istədiyimi öyrənmək üçün buranı oxuyun. Bu sözarası. İndi isə keçək yeməyə.
Keçən həftə sonu uşaqlarla alma tarlalarına getdik. Tarlalar bizdən təxminən bir saatlıq yolda yerləşir. Tarla kənardan gələnlərə açıqdır - düzü bu pulsuz deyil - tarladan alma yığdıqdan sonra almalar çəkilir və pulu ödənilir. Hayıf ki, bu il alma barı zəif idi. Amma yenə də bir iki alma tapdıq. Almaların yarısını yedik, yarısıyla isə almalı Şarlotka piroqu bişirdim.
Almalı Şarlotla Rusiyanın məşhur piroqlarıdan biridir. Piroqun əsl kökü Fransaya gedib çıxır. Fransız aşbazlarının icad etdiyi Şarlotka sonralar Rusiya mətbəxi tərəfindən bəyənilib mənimsənmişdir. Fransız Şarkotkasında piroqun xəmiri isladılmış çörək dilimlərindən hazırlanır. Rusiya versiyasında isə çörək yerinə sadə biskvit xəmiri hazırlanaraq almaların üstünə tökülür. Piroqun sobada bişməsi hardasa 1 saat çəkməsinə baxmayaraq, hazırlanması 10 dəqiqə çəkir. Nuş olsun!
ALMALI ŞARLOTKA
5 ədəd turşməzə alma (1 kg)
1 xörək qaşığı çörək qırıntısı (suxarik)
bir-iki çimdik darçın (zəruri deyil)
4 ədəd yumurta, oda hərarətində (soyuducudan hardasa 30 dəqiqə əvvəldən çıxardın)
1 stəkan şəkər tozu
1 stəkan un
bir çimdik vanil və ya bir neçə damcı vanil ekstraktı
şəkər kirşanı (pudrası), üstü üçün
1. Əvvəlcə almaları soyun. Sonra 4 hissəyə bölüb, hər hissəni nə çox nazik, nə də çox qalın dilimlərə doğrayın.
2. Kənarları çıxan tort formasının (23 cm diametri olan) dibini və kənarlarını yağlayın. Əgər belə formanız yoxdursa, onda adi formadan da istifadə edə bilərsiniz. Dibinə çörək qırıntısı səpin. Alma dilimlərini formaya yığın. Əgər istəyirsinizsə, üstünə bir az darçın səpin.

3. İri qabda yumurta və şəkəri kütlənin rəngi açıq sarı olana qədər mikserlə çalın. Nə qədər çox çalsanız piroqunuz bir o qədər yaxşı şişər. İçinə vanil və unu əlavə edib, bir az da çalın.

4. Alınan kütləni almaların hər tərəfinə tökün. Qarışdırmayın.

5. Sobanı 180C-dək qızdırın. Piroqu 1 saat ərzində üstü qızaranadək bişirin. Piroqun hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ piroqunuz hazırdır. Piroq öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardın. Üstünə şəkər kirşanı səpin və süfrəyə verin. Bu piroq istiykən də çox ləzzətli olur - üstünə bir az dondurma qoyub yeyin.

35 Comments Add your own
1. Gulgun | Oktyabr 13th, 2009 at 8:32 am
Salam. Men bu piroqu eshitmishdim ancaq dadini bilmirem. Mutleq bisirecem. Yeri gelmisken, hilli limonlu bulkalari da bisirdim,chox lezzetli idi. Ellerinize sagliq.
Menim bir xahisim var. Turk metbexinde ‘Revani’ deye bir sirniyyat var, yoldasim dadina baxib,chox beyenib. Menden bisirmeyimi xahis etdi. Ancaq resepti bilmirem. bilirem ki, uzerine sherbet tokulen bir shirniyyatdir. Mumkundurse, resepti bilirsinizse izah edermisiniz?
Onceden tesekkurler.
2. afag | Oktyabr 13th, 2009 at 12:37 pm
Salam. Feride Xanim…
cox sagolun Almali sarlatka ucun…
Eledim ele indi onu yeye yeye size yaziram:))))))))))))
cox ela cixib….
3. Natavan | Oktyabr 14th, 2009 at 7:22 am
Chox sag olun ki, bele bir sayt yaratmisiniz. Bundan sonra tez-tez girib istifade etmeye chalishacam.
4. FƏRİDƏ | Oktyabr 14th, 2009 at 1:31 pm
GULGUN: Revaninin resepti mende var. Duzu, serbetli sirniyyatlari o qeder xoslamiram, amma br gun bisirib qoyaram bura. Teszlikle soz vere bilmerem amma.
AFAG: Nush olsun:)
NATAVAN: Xosh geldiniz.
5. aide | Oktyabr 14th, 2009 at 5:07 pm
salam Feride xanim.necesiniz?men abune olmaqcun e mail yazdim cavab sms gelmedi.nece abune ola bilerem?mende sarlotkanin apelsin soklu resepti var,eyer istesez gonderim.
6. sladkayewka | Oktyabr 15th, 2009 at 2:19 am
Salam
evvelce bloqun bashligi haqqinda fikir bildirim cox qeshengdir ela fikirleshmisen halaldir
resepte qaldiqda ise mence maraqli dadli ve asan hazirlanandi
FERIDE BIR DAHA COX SAGOL…
7. Şəbnəm | Oktyabr 15th, 2009 at 5:29 am
Salam bacı..
Bu almalı piroq ki var mən də heç alınmır ki alınmır. Həmişə dağılır. Nəyisə düz eləmirəm. İndi isə sənin tarifindən istifadə edəcəm. İnşallah alınar.
P.S. Məni yəqin ki xatırladın. “Mürəkkəb dolu qələm” saytından Şəbnəm. Neçə vaxtdır ki, buralardan uzağam. Amma, artıq daha bir ünvanda da bloq fəaliyyətim davam edir. Web-də keçidi elə həmin ünvana yönləndirdim. hələlik))
8. ulya1 | Oktyabr 15th, 2009 at 10:19 am
Salam Feride xanim ! Yeni bashliginiz qeshengdir.Sizin bloqda nese yaxshi olmaya biler ki? Amma sizin
bu bir-birinden dadli reseptlerle neca az yemek olar bilmirem .
Aha deyesen yeni resept var . Bu resepti hazirlayib size yazacam.Sag olun.
9. ulya1 | Oktyabr 16th, 2009 at 1:19 am
Salam. Feride xanim almali sharlotka uchun teshekkurler.
Ela dadi var .Piroq chox gesheng shishdi..Amma nedense uzu bir az bishenden sonra chat oldu. Sizce bu neden olar ?
Sag olun.
10. FƏRİDƏ | Oktyabr 16th, 2009 at 10:24 am
AIDE: evvelce bu linke email adresini yaz.
http://feedburner.google.com/fb/a/mailverify?uri=azyemekkitabi&loc=en_US
Sonra ise, emailini yoxla, Oraya bir email gelecek, deyecek ki, activate ele, icinde bir link olacaq, oraya tikladighinda her sey hazirdir. reseptler hemen gelmeyecek. bir dahaki yazim gelecek, yani her yazdighimda gelecek.
Apelsinli sharlotkanin reseptini isteyirem:)
11. FƏRİDƏ | Oktyabr 16th, 2009 at 10:35 am
SEBNEM: Elbette ki, tanidim. Bloquna gelecem. Men de coxdandir yazilarini oxumamisam.
ULYA1: Chat bir az olsa eybi yoxdur, yox eger cox oldusa onda bilmirem neden. Mende olmur.
12. Turkan | Oktyabr 18th, 2009 at 8:01 am
Super cox qeseng alindi.
13. ulya1 | Oktyabr 19th, 2009 at 2:29 am
Salam Feride xanim ! Sizden xahish edirem zehmet olmazsa sizin ingilis dilinde olan bloqunuzda yerleshdirdiyiniz Opera cake ve Danish Braid reseptinin azeri tercumesini burda vererdiniz .Menim ingiliscem bir az zeifdir.
Evvelceden teshekkurler.
14. KAMILE | Oktyabr 19th, 2009 at 9:23 am
YOX YALAN DEYEREM KI MEN ONU YEYIREM KASIBIN OLANINDAN!!
15. FƏRİDƏ | Oktyabr 19th, 2009 at 8:08 pm
ULYA: Danish Bread cox lezzetli olur, onu tercume edib qoyaram, amma Opera Cake hec xosuma gelmedi. Onu ona gore bisirmisdim ki, bir qrupun uzvuydum, ve o qrupda her ay hami eyni sey bisirib bloquna qoyurdu, men de bisirdim bu Opera Caki, amma hec deymez idi o qeder ezeiyyete ve erzada. Odur ki, onu tercume etmeye deymez. Yaxsi tort reseptlerim var, qoyacam bloqa tedricen.
16. ulya1 | Oktyabr 19th, 2009 at 11:19 pm
Salam ! Diqqətinizə görə sizə çox minnətdaram Fəridə xanım. Haminin suallarını bir- bir cavablandırırsınız. Siz bizdən çox uzaqdasınız amma artıq bir o qədər yaxınsınız. Arzu edirəm ki , saytınız uzunömürlü olsun və biz də baxıb fəxr edək.
17. aide | Oktyabr 20th, 2009 at 5:03 pm
Salam Feride xanim.zebra tortu mende super alindi.listden cox seliqeli cixdi,dadi da elaydi.tesekkur.korpeliyem deye vaxt ede bilmirem,size reseptler gonderecem.
18. gulya | Oktyabr 20th, 2009 at 7:01 pm
Salam Feride xanim. Evvelce size tesekkur etmek isteyirem bu sayti duzeltdiyinize gore. Men ozumde azerbaycandan uzagdayam, ve tesadufen etli pirog axtararken, sizin sayti kesf etdim, ve fikrimi deyisdirdim, sizin pirpjkilerden etdim, cox yemeli alinmisdi, evdekilerde mene tesekkur etdiler, bele dadli pirojkiler ucun. Ama isterdim kelekosh nedise onunda reseptini gorum, ama ki acilmir. Serhi olsa size minnetdar olaram
19. Kamil | Oktyabr 21st, 2009 at 1:33 am
Salam Feride xanim,bu almali sarlotta fikrimce cox dadli olar.Gerek sifaris verim hazirlasinlar.Tesekkur edirem
20. Aynur | Oktyabr 21st, 2009 at 9:06 pm
Salam Feride xanim. Mene sloyoniy xemirin reseptini yazardiz,bilirsinizse,cox sevinerdim. Men ne qeder internetden biwirirem,alinmir ki,alinmir. Ama sizin reseptlerle her wey gozel alinir. Tewekkur edirem
21. uluska | Oktyabr 22nd, 2009 at 10:17 am
Salam Feride xanim Size Azerbaycannan coxlu salamlarimizve sevgilerimizi gonderirik Her seyi etrafli yazib bize her defe yeni reseptler oyredirsiniz Size tesekkur edirem Bu resepti indi gotudum hazirlayib size yazacam Zebra tortunu hazirladim coooox gozel alindi
22. Fəridə | Oktyabr 22nd, 2009 at 1:29 pm
DOSTLAR, haminiza serhlerinize gore tesekkur edirem.
AYNUR: Sloyenir xemir olacaq bir gun. Planimda var.
GULYA: Kelekosh sehifesinde nese problem olmalidir. Indi gostermelidir.
23. eldivenlerim | Oktyabr 24th, 2009 at 9:23 am
muhteşem bir görüntü, ellerinize sağlık…..
24. hafize | Oktyabr 28th, 2009 at 12:44 am
salam feride xanim.hersheye gore cox sag olun men ozum de vetenden uzaqda oluram.hersey superdi.sizin bir nece reseptininzden yararlanmisham,gurcu yemeyi “coxoxbili”ni bishirdim,ela alindi. teze reseptlerinizi gozeyirik. sagliqla qalin.
25. denish | Oktyabr 29th, 2009 at 4:09 am
müdhiş…inşallah qısa zaman ərzində bunu da bişirəcəm.əminəm ki bu da yaxşı alınacaq.təşəkkürlər.Allah yardımçınız olsun Fəridə xanım
26. Gulnare | Oktyabr 30th, 2009 at 10:34 am
Salam canim.necesen?bacimla evde tekem,yadima bu piroq duwdu.bu qeder asan oldugunu bilmezdim.hazirladim.coooox gozel alindi.hele qonwumuza da pay apardim.o da reseptini aldi.bir sozle mukemmel.Allah komeyin olsun.ozunden mugayat ol.opdum:)
27. Səfurə | Oktyabr 30th, 2009 at 12:02 pm
Salam. Məni lap həvəsə saldınız. Evdə alma yoxdu hal hazırda.Sabah alma alıb bu piroqu mən də bişirəcəyəm inşallah.Yoldaşım şirniyyat sevəndi.Sevinər yəqin ki.
28. aysel | Noyabr 3rd, 2009 at 1:39 pm
Salam Fəridə xanim.piroqu dünən bişirdim,artiq səhərə qalmamişdi,qaynanamin çox xoşuna gəldi.Bu gün yenə də bişirdim mamam da yedi oda çox beyendi.reseptlerinize göre çox sagolun təsəkkür edirəm.yeni şirniyyat reseptlərinizi gözləyirəm.
29. SEVA | Noyabr 4th, 2009 at 6:36 am
ELADIR! COX DADLIDIR. BISHIRILMESIDE ASAN VE PRAKTIKDIR! CHOX SAG OL FIRA XANIM!
30. Gülər | Noyabr 4th, 2009 at 10:01 am
Fəridə,şirin almalardan da olar istifadə etmək ya piroqda almanın turşuluğu mütləq olmalıdır?
31. FƏRİDƏ | Noyabr 4th, 2009 at 11:20 am
GULER: Turshmeze alma olsa daha yaxsi olar, amma yoxdursa, sirin de pis olmaz. Alma olsun:)
32. uluska | Noyabr 26th, 2009 at 1:07 pm
salam Feride xaniim sizi ve butun dunyada yasayan muselmanlari tebrik edirem ALLAH hamimiza xos gunler qismet etsin Canimiz sag evimiz ruzili olsun ki sizin reseptlerinizi hazirlaya bilek
33. vusale | Noyabr 27th, 2009 at 8:47 am
FERIDE xanim,sizin ve butun azeribaycan xalqinin QURBAN bayramini tebrik edirem…
34. Nargiz | Fevral 2nd, 2010 at 10:32 pm
Salam Zerife xanim,
dunen ishden eve getdim, ve bishirmek qerarina geldim. Bu qeder rahat, gozel ve coooooooooox dadli olacagini dushunmezdim. Evdekiler cox beyendi.Amma doymadiq
Bugun insAllah birini de bishirecem ..
Duzunu desem resepte bir nece aydir baxirdim, amma dushunurdum ki almalar yanar
Teshekkur edirem..
Nargiz
35. Resad | Aprel 28th, 2010 at 7:52 am
bu ne tortdu belede tort olar davay gedin adam kimi tort pisirin.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed