Best in the World!
Dadlı yemək reseptləri bloqu

Amerikada Azərbaycan Radiosu

Şəkildə – Qöyçay Nar Festivalı. Mənbə – Respublika qəzeti.

Dostlar, böyük sevinc hissi duyaraq sizə bildirmək istəyirəm ki, Washington şəhərinin New World Radio kanalında (WUST AM 1120), Azərbaycan Radio Saatı adlı yeni veriliş başlanıb. Veriliş hər həftənin baza günü 1 saat davam etməklə,  Amerikada mədəniyyətimizi gözəl şəkildə təbliğ edir. Verilişin birinci hissəsi İngilis, ikinci hissəsi isə Azəri dilində səslənir.

Bu yaxınlarda yayınlanan veriliş Azərbaycan Mətbəxinə aid idi. İstedadlı jurnalistimiz Şəfəq Mehralıyevanın hazırladığı bu proqram məncə xaricilərin ürəyincə oldu.

BuvVerilişdə mənim müsahibəmə də qulaq asa bilərsiniz. Müsahibə ingilis dilindədir.

Buyurun qulaq asın.

Buraya Basın

Azərbaycan Radio Saatına hər həftə internet üzərindən qulaq asmaq olar  –  www.wust1120.com.

Çox sağ olun.

Bir cavab yazın

10 Şərh
  1. Cox ela!!! Feride xanim , cox, coooox teshekkur edirem, shabalidi bir turlu uzun muddet saxlaya bilmirdim, Texasda ilde tek bir defe yeni il gabagi shabalit almag mumkundur, onu uzun muddetli saxlamagin yolunu sizin sehifeden oyrendim, shabalitsiz da bizim plovun dadi yari-yariya azalir da, ozunuz bilirsiniz.:) ustelik bizim ushgalar kelem dolmasini da shabalitsiz yemirler. Gobelek dolmasinin resepti lazimdir size?

  2. KAMILLA: Cox sag olun. Reseptinizi email adresime gondere bilersiniz. Tezlike FORUM da acilacaq. orada hami oz reseptini paylasa bilecek.

  3. Adasim Feride xanim size cox tesekkur edirem men ve bizim aile sizinle fexr edirik sozun esl menasinda bu xeberi bizimle paylasdiginiz ucun heqiqeten cox sevindirici xeberdir.Forumu sebirsizlikle mende gozleyirem mende reseptler qoyum.Xanimlarinda reseptlerinden yararlanim

  4. Xeyirli olsun. Insalah bunu kimi fealiyyetler devamli olar. Azerbaycanin sesi insalah butun dunyadan geler. Tesekkur edirem melumat ucun. Mutlek dinleyecem.

  5. Feride xanim reseptler ucun cox sag olun

  6. cox saq ol her defe sizin sehfeni aciram maraqli bir sey isteyende bisirirem hamiyada meslehet gorurem

  7. Salam Feride xanim, men Ruminiyada yashayan azeriyem,bura gelende dushunurdumki tekbashina yemeklerin ohdesinden gele bilmeyecem,teze evliydim….amma size chox teshekkur edirem,sayenizde muxtelif shirniyyat ve yemekler oyrendim,,,demek olar ki hamisini bishirmeye chalishiram,,,,saqolun

  8. Salam.Tortun uzerine hazirlanan xamirdan kremin nece hazirlandigini zehmet olmazsa mene deyerdiniz.Eger saytda varsa zehmet olmazsa yerin mene deyin men baxim goturum.Video olsa lap gozel olardi..Tesekkurler..

  9. Salam. Men Almanyada yashayiram ve vaxtashiri evimde qonaqliqlar edib müxtelif milletlerden olan dost-tanishlari azerbaycan metbexile tanish edirem. Bizim xörek ve shirniyyatlar her kesin cooox xoshuna gelir ve bir kere dadan mütleq resept isteyir. Tesadüfen sizin sayta daxil oldum ve cox sevindim. Burda istediyim her cüre resepti tapa bilirem ve bunun ücün de bu sayti yaradan, erseye getiren her kese cox-cox teshekkür edirem.
    Cox sag olun.

  10. Salam Fəridə xanım mən Ukrainada yaşayıram və mənimdə mətbəxtlə aram sazdı şirniyyat sfarişləri qəbul edirəm yaxın gələcəkdə ev istehsalatı adlı kicik bir dükkan acmağı planlaşdırıram təsadüfən sizin formunuza daxil oldum çox xoşuma gəldi .Artiq tez tez formunuzun qonağı olacağam istəsəniz məndə sizə reseptlər verə bilərəm. Hələlik sağlıqla qalın.

Bir cavab yazın