kataloq

Asan Paxlava və yaxud Soçi Piroqu

Novruz bayrami üçün paxlava bişirməyi planlayırsınızsa, və əsl Azərbaycan paxlavasını bişirmək sizin üçün zəhmətli və vaxtaparan gəlirsə, onda daha tez bişirilən və eyni dərəcədə ləzzətli  başqa paxlava növünü bişirin. Bu paxlavaya müxtəlif adlarla rast gələ bilərsiniz - Tənbəl Paxlava, Soçi Piroqu, Qozlu Piroq, Asan Paxlava.

Adı nə olursa olsun, bircə onu bilirəm ki, bu paxlava həddindən artıq ləzzətli olur. Biz ailəlikcə onu çox bəyənirik. Siz də bu Novruz bayramında ondan bişirib nuş eləyin. Görün necədir, xoşunuza gəlir?


TƏNBƏL PAXLAVA - SOÇİ PİROQU

25 paxlava üçün

Ərzaqlar

Xəmir üçün:
3 stəkan əla növ un (465 g)
250 g kiçik-kiçik doğranmış kərə yağı
1 stəkan (200 g ) xama
1 çay qaşığı soda
2 yumurta sarısı

İç üçün:
2 səkan şəkər tozu
2 yumurta ağı
2 ½ stəkan (300 g)
maşının iri dişindən keçirilmiş qoz ləpəsi (toz kimi olmasın, qoz bir az diri olmalıdır ki, yeyəndə  hiss olunsun)

Üstü üçün:
1 yumurta sarısı

Lazım olanlar: kənarları bir az hündür olan 20 x 30 cm ölçülərində düzbucaq soba listi.  Düzbucaq listiniz yoxdursa, yumru listlə əvəz edə bilərsiniz.

Qeyd: Əgər pəhriz məqsədiylə, paxlavanızın çox şirin olmasını istəmirsinizsə, onda içinə gedəcək şəkərin miqdarını azaldıb, yerinə eyni miqdarda qoz əlavə edin.

1. Əvvəlcə xəmiri hazırlayın. Böyük qabda unu və kərə yağını çəngəl və yaxud bıçaqla iri umac əldə edənə qədər döyün.


2. Xamaya soda əlavə edib qarışdırın. Bu qarışığı və yumurta sarısını unlu-yağlı qarışığa əlavə edin. Əlinizlə xəmir əldə edənə kimi qarışdırın. Xəmir yumuşaq və zərif olmalıdır.

3. Xəmiri 3 hissəyə  bölüb, kündələyin. Kündələri ayrı-ayrı sellofana büküb soyuducuda 1 saat ərzində saxlayın.


4. İçi hazırlayın. Bir qabda şəkər tozunu və yumurtanın ağını mikserlə ağarana kimi yaxşıca çalın. Doğranmış qozu əlavə edib, qaşıqla qarışdırın.


5. Soba listinin həm dibini, həm də kənarlarını azacıq yağlayın. Sobanı 180˚C-dək qızdırın.

6. Xəmiri soyuducudan çıxardın. Masanı bir az unlayın. Kündələrin birini oxlovla uzunluğu 30 cm, qalınlığı isə 3 mm olan düzbucaq şəklində açın.


7. Açdığınız xəmiri soba listinə yerləşdirin, və əlinizlə xəmirin qıraqlarını listin kənarlarına yapışdırın (paxlava sobadaykən, şirə bıraxdığına görə, xəmirin kənarlarını beləcə bərkidmək lazımdır)

8. Bu layın üstünə için yarısını yayın.


9. İkinci kündəni də eyni şəkildə açın və birinci layın üstünə qoyun. Üstünə qalan içi töküb yayın. 

10. Üçüncü kündəni açıb, ikinci layın üstünə qoyun. Üstünə yumurta sarısı sürtün. İti bıcaqla romb şəklində kəsin. Hər paxlavanın ortasına yarım qoz ləpəsi qoyun.

11. Sobada 35 dəqiqə, və yaxud üstü qızarana qədər bişirin. Soyuduqdan sonra, paxlavaları listdən çıxardın. Nuş Olsun!

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!


Related Posts with Thumbnails

87 Comments Add your own

  • 1. TUNZALE*93  |  Aprel 29th, 2009 at 9:59 pm

    FERIDE XANIM SOZUN ACIGI PAXLAVANI XOSLAMIRAM,AMMA BURADA BIR SEYI BASA DUSMEDIM,KERE YAGINI NECE XIRDA-XIRDA DOGRAYAQ.BASA SALA BILERSINIZ.,HEM DEKI BUNU ICLIYINE NE UCUN YUMURTANIN AGINI VURURLAR.AMMA DADLI BIR SEY ANINMALIDI,AXI BUNU SIZ HAZIRLAMISINIZ.

  • 2. FƏRİDƏ  |  Aprel 30th, 2009 at 12:45 pm

    TUNZALE: Kere yagini bicaqla dogra ki, sonra ovmaq asan olsun. Yumurtanin aghi bu ice lezzet qatir, bir de o biri erzaqlari bir=birine yapisdirir. Ona gore lazimdir. Cox lezzetli paxlavadir.

  • 3. SELENA  |  May 23rd, 2009 at 12:42 am

    AYALA NE QEWENG BUTUN RESEPTLER VAREEEEEE BIR AZDA COXALSA SEVINERI!

  • 4. FƏRİDƏ  |  May 26th, 2009 at 10:16 am

    SELENA, xosh geldiniz bloquma. Reseptlerin sayti yavas-yavas artacaq.

  • 5. jala  |  May 26th, 2009 at 10:18 am

    her sey mukemmeldi.ne istesem burdam tapacagima eminem.thanks

  • 6. canan  |  Iyun 7th, 2009 at 5:22 am

    çok guzel gorunuyıor

  • 7. Alondra  |  Iyun 16th, 2009 at 7:27 am

    Salam Feride xanim siz saytinizla yeni taniw olmagima baxmayaraq sizin reseptlerinize heyran oldum ) sizden yenilikler gozleyirik

  • 8. FƏRİDƏ  |  Iyun 17th, 2009 at 10:33 am

    HAMINIZA SERHLERINIZE GORE TESEKKUR EDIREM.

  • 9. Selcan_Xatun  |  Iyun 21st, 2009 at 12:23 pm

    Salam Feride xanim, asan paxlava reseptini ne vaxtdir axtarirdim,mehz Siz yazdiginiz shekilde,cox ishime yaradi,men bu paxlavani xoshlayiram.Teshekkurler!!!

  • 10. mehriban  |  Iyun 27th, 2009 at 8:40 am

    Əzizim Fəridə! interneti açan kimi sənin saytını axtarıram.Mən müəlliməyəm,amma həm də kulinariya həvəskarıyam.Çox istərdim ki,amerikalıların da şirniyyat reseptlərini bizə yazasan,amma elə reseptlər yaz ki,onun içindəkiləri BAKIda tapa bilək.Əvvəlcədən təşəkkürlər.

  • 11. FƏRİDƏ  |  Iyun 28th, 2009 at 4:49 pm

    SELCAN_XATUN: Nush olsun:)

    MEHRIBAN: Xosh geldiniz bloquma. Cox sagh olun saytimi beyendiyinize gore. Amerikan shirniyyatlarindan da qoyaram. Amma onu deyim ki, bizde hazirlanan sirniyyatlar daha yaxsi olur:)

  • 12. hicran  |  Iyul 10th, 2009 at 1:48 am

    Fəridə xanım əllərinizə,ürəyinizə sağlıq saytınızla yeni tanış olmuşam hər şey superdi çox-çox təşəkkür edirəm ailəmizin və şəxsən öz adımdan xahiş edirəm mümkünsə yeni bir reseptlər qoyun yay yeməkləri ilə bağli maraqlıdır ki, amerikalılar yayda hansı yeməklərə üstünlük verirlər .Əvvəlcədən təşəkküe edirəm və sizi öpürəm

  • 13. FƏRİDƏ  |  Iyul 10th, 2009 at 11:06 am

    HICRAN: Xosh geldiniz bloquma. Xosh sozlerinize gore tesekkur edirem. Yeni reseptler olacaq. Teessufler olsun ki, bu gunler olduqca mesqulam, ureyim cox isiteyir ki, yeni bir sey qoyum, amma vaxt tapa bilmirem, amma yene de yeni reseptler olacaq. bir az lengimek sertile:) ailenize ve size uzaqdan salamlarimi gonderirem.

    Amerikalilarin reseptlerinden de yazacam.

  • 14. Hicran  |  Iyul 14th, 2009 at 4:16 am

    Her vaxtınız xeyir Fəridə xanım paxlavanı bişirdim eyni ilə siz bişirən kimi alındı.Hamı cox bəyəndi. Minnətdaram .Bir şey soruşmaq isteyirəm 3 stəkanı müxtəlif cür qramlarla ifadə edirsiniz yəni 3 stəkan bəzən 465qr bəzən də 450 qr olur bunların fərqini bilmək isteyirəm .Əvvəlcədən təşəkkur edirəm.

  • 15. FƏRİDƏ  |  Iyul 14th, 2009 at 10:55 am

    HICRAN: PAxlavanin yaxsi alinmasina sevindim. Nus olsun:)

    3 stakan adeten 450 qram olur. Bezi unlar elenmemis ve agir oldughundan stakanda olcusu daha cox olur. Deqiq olaraq harda iki feqli olcu yazilib, deseniz, men de baxardim. Siz 450 istifade edin. Ammabir 15 qram cox olsa da o qeder ferq olmur:)

  • 16. Pervane  |  Iyul 23rd, 2009 at 3:54 am

    Feride xanim bes bu paxlavanin laylarinin arasina yag vursam bir shey olmaz ki? Ve ya bishene yaxin duxovkadan cixarim yaq toksem? bu gozel resept;lere gore cox saq olun

  • 17. Fəridə  |  Iyul 24th, 2009 at 10:41 am

    PERVANE: Laylarin arasina resepte yazilanlarin xaricinde hec ne vurmayin. Bu paxlava o biri paxlavalardan ferqlidir. Yaq qoysaniz olduqca yagli olar ve dadini korlayar. Reseptdeki kimi hazirlasaniz, nentice ela olacaq. Nus olsun!

  • 18. Hicran  |  Avqust 31st, 2009 at 2:00 am

    Salam Fəridə xanim hər vaxtınız xeyir olsun necəsiniz? Fəridə xanim mən bu paxlavanı dəfələrlə bişirdim amma hər dəfədə bişəndə paxlavalar səliqəsiz alınır belə ki onun icindəki qoz qarişiq bize qalxır yəni li paxlavalar bişəndə o bize də onun kənarlarında qalır mən məcbur olub onu yenidən kənarlarını kəsirəm amma yenə də sizdəki qədər səliqəli alınmır. Mən xəmirə soda yerinə kabartma tozu qoyuram 1 ç/q umumiyyətlə mən şirniyyat bişrməyi sevirəm deyə tez-tez bişirirəm mümkünsə mənə bir cavab yazın

  • 19. FƏRİDƏ  |  Sentyabr 1st, 2009 at 8:48 am

    HICRAN: Sagh olun men yaxsiyam. Umid edirem ki, siz de hemcinin. Problemin neden ireli geldiyini duzu bilmirem., cunki men ee eyni bu reseptle bisirirem, ve problem olmur. Kenarlardan cixmasinin sebebi o ola biler ki, formaniz laylardan daha boyukdur. Ola biler mi? Yani xemiri formaya qoyanda, listin kenarlarini tam tutmur. Basqa hec bir fikir gelmir.

  • 20. lala  |  Sentyabr 4th, 2009 at 2:29 am

    SALAM,FERIDE XANIM.COX SAGOLUN VERDIYINIZ BU RESEPTLERE GORE.
    HEZIRLADIM BU PAXLAVADAN,AMA MEN ICLIYINE BIRAZDA KISMIS ELEVE ETDIM.YAXWI ALINDI.
    TEWEKKUR EDIREM

  • 21. gulxar  |  Oktyabr 5th, 2009 at 10:46 pm

    AH FERIDE XANIM BU MENIM EN COX SEVDIYIM PAXLAVADIR.INSALLAH BUGUN MUTLEK BUNU BISIRECEM YOLDASIMA SuRPRIZ EDECEM==

  • 22. gulxar  |  Oktyabr 5th, 2009 at 11:31 pm

    feride xanim men bura kismis qata bilerem

  • 23. FƏRİDƏ  |  Oktyabr 6th, 2009 at 11:52 am

    GULXAR: Bezileri kishmish qatir, amma duzu men cox beyenmirem. Zovq meselesi.Mene gore kishmishsiz yaxsidir, amma isteseniz elave edin. Nush olsun.

  • 24. Xatun  |  Oktyabr 6th, 2009 at 10:30 pm

    çox dadlıdır

  • 25. Nərmin  |  Oktyabr 17th, 2009 at 2:32 am

    mən de gedib indi bunu bişirəcəm. baxmayaraq ki payızdi

  • 26. samir  |  Oktyabr 23rd, 2009 at 9:14 am

    cox pisdi biwirmeyvize deymir baki paxlavasi yaxsidir gelin men biwirim bu sayta gelin sep sepi.az

  • 27. Leyla  |  Oktyabr 23rd, 2009 at 10:56 am

    salam Feride xanim. Bu gozel reseptinize gore size wexsen tewekkur etmek istedim. Ellerinize saglik. Allah size uzun omur, mohkem can sagligi versin! Men paxlavani biwirdim, yaxwi da alindi. Amma sizden soruwmaq isterdim ki olar ki bu xemirin arasina et qoyasan? Birde bu paxlavanin icliyini hazir ederken yumurta agila weker tozunu bize kimi calmalisan? Onceden size derin minnetdaram.

  • 28. FƏRİDƏ  |  Oktyabr 23rd, 2009 at 2:46 pm

    LEYLA: Bu xemire et ola biler, amma deqiq deye bilmerem, cunki elememisem. Yumurtanin aghini ve sekeri beze fason olana kimi cal.

  • 29. Vildan  |  Oktyabr 24th, 2009 at 4:55 am

    Salam Feride xanim,inaninki reseptlerineze heyran oldum,axtardigim chox sheyi burda tapa bilirem,chox sag olun.amma yeni reseptler gozleyirik……..

  • 30. Leyla  |  Oktyabr 26th, 2009 at 12:35 pm

    Salam Feride xanim. Size minnetdaram ki suallarimizi cavablandirirsiniz. Sizden bir xahiwim var. Mumkunse mene qat- qat xemirin reseptini ve hazirlanma qaydasini izah edesiniz. nedense mende bu xemir alinmir.

  • 31. ulya1  |  Noyabr 2nd, 2009 at 8:44 am

    Salam.Doğrudan da adı kimi hazırlanması da asan paxlavadır,amma dadı çox gözəldir.Reseprə görə təşəkkürlər.

  • 32. GUNAY !  |  Noyabr 6th, 2009 at 10:08 pm

    sizi ilk once salamlayir ve size minatdarligimi bildirirem ki bizlere bu gozell paylasimlari paylasirsiz :D cok sagolun sizi urekden alqisliyiram:) coklu risepler almisam sizn sayitinizden vede denemisem hamisi ala cixibdi:) tesekur edirem size :D hele bu paxlavani axtarmadigim yer qalmamisdi aslinda yaxinlarimdan almisdimama nese uzun dansdim deyesen :):F:D
    tesekur eddirem cok saglun basarilarinin devamini dilerim yureyden :D

  • 33. aide  |  Noyabr 14th, 2009 at 3:40 pm

    salam Feride xanim.necesiniz?size coox cooox coox tesekkurler.bu paxlavani bisirdim nece dadli,seliqeli alindi.Kanadada tekbasina 12 qat paxlava yaymaq cetindi mene duzu.bundan sora asan paxlava.

  • 34. ellada  |  Noyabr 16th, 2009 at 7:01 am

    salam cox gozel tarifeler var superrrrr ellerinize sagliqq xanim

  • 35. xanim  |  Noyabr 16th, 2009 at 4:26 pm

    selam . men soci paxlavasini bisirdim dadi cox yaxsi idi amma gornusu xosua gelmedi .onun arasina cekilen yumurta agi ile qoz qaraldi bisenden sonra .bu belemi olmali idi ?birde zehmet olmasa sinikers tortunun reseptini vere bilersinizmi vererseniz coxxxx sevinerem .onceden tesekkurler

  • 36. FƏRİDƏ  |  Noyabr 18th, 2009 at 12:06 pm

    XANIM: Beli, ici qaralmalidir, cunki icinde qoz var, amma pis gorsenmelelidir. Menim bisirdiklerim EYNIYLE sekilde gorduyunuz kimidir. BImlirem sizde nece gorunurdu. Snikers tortu bisirmemisem.

  • 37. xanim  |  Noyabr 18th, 2009 at 9:21 pm

    tesekkurler. Cavab yazdiginiza gore cox sag olun

  • 38. gulya  |  Noyabr 27th, 2009 at 10:59 am

    Size cox tesekkur edirem, men edirdim, ama bele gozel gorunmurdu. hemde men 2 gat ediridm. Bele cox gozel alindi, ve dadli idi. minnetdaram.

  • 39. gulya  |  Noyabr 27th, 2009 at 11:03 am

    2 gun once bir tanisimiz gilde idik. menim nezerimi bir sulu yemek cekdi. Icinde ag kelem, noxud ve bir cox goyerti vardi, en cox da nane. sorusdum. dediler kelekosdu. Duzu geribe geldi. Sizde bunun reseptini gormusdum ve orada kelem olmadigini blirdim ama duzgun xatirlamirdim. Bu gun baxdim, ve nahara hazirladim. Duzdu bir az curudu. ama tam basga bir sey idi. Bunun ucunde minetdaram, cox rahat, dovgadan bir az fergli idi.

  • 40. Taleh.  |  Dekabr 4th, 2009 at 5:28 pm

    Salam Feride Xanim. Mene vaxt ayirib cavab yazdiginiza gore cox sagolun. Ümidvaram ki ne vaxtsa mene esl paxlavanin reseptini gondereceysiz. eledir?…….

  • 41. elnure  |  Dekabr 5th, 2009 at 2:23 pm

    salam feride xanim.esl tenbel paxlavasidi.hemde gözel görünür.yeginki dadida gözel olar.bu geder zehmetinize göre sag olun

  • 42. FƏRİDƏ  |  Dekabr 6th, 2009 at 10:54 pm

    TALEH: Baki paxlavasinin resepti refiqem Gullu xanimin saytinda var. Burada: http://www.azerifood.com. Gence paxlavasi ise menim kitabimda cap olacagina gore bloqa qoya bilmerem.

  • 43. Elnure  |  Dekabr 7th, 2009 at 5:44 am

    Salam Feride xanim.Men size Snickers tortunun receptini vere bilerem:6 yumurta,1st pesok,1st un,1 dene vanil xemirine gedir. Ici ücün;1 st duzsuz araxis,1 st dogranmish goz lepesi,istenilen zavarnoy krem, 1 dene gaynadilmish malako.Hazirlanmasi beledir;yumuttanin agini pesokla beze halina düshene geder cal sonra sarisini ayrica gabda 2 degige cal garishdir bura,sonra vanil ve unu taxta gashigla yavash yavash garishdir kalka serilmish gaba tök 180 derecede bishir.(35-40 degige)Soyudugdan sonra 2 yere böl alti bir az galin olsun icini ov goy giraga.Zavarnoy kremi düzeldenden sonra malakonu az az garishdir bura cürümesin sonra lepeleri ve ovdugun ici garishdir doldur korjun arasina .Axirda üstüne shokoladli glazur ele lepe ile beze Cox zerif ve dadli tortdur.Nush olsun

  • 44. Taleh.  |  Dekabr 7th, 2009 at 8:26 am

    Teshekkurler…..

  • 45. Aynur  |  Dekabr 15th, 2009 at 11:05 am

    salam Feride xanim. men bu yaxinlarda aile heyati qurmusam. yoldasim paxlavani cox xoslayir. calisacam bisirim bu paxlavani. ola bilsin ki alinmadi. cunki yemek ve sirniyyat bisirmek heleki elimden gelmir. yene de calisacam. bele baxanda asan gelir. indiden size cox sagol deyirem.

  • 46. kamal  |  Yanvar 17th, 2010 at 11:56 am

    SAQ OLUN FERIDE XANIM RECEPTE GORE TEMBOLI VETENDEN UZAQLARDA BU PAXLAVANIN YERI VAR BIZ PROB ETDIK PROSTA ABALDET TESHEKKUR EDIREM

  • 47. Elvina  |  Yanvar 20th, 2010 at 10:30 am

    Salam Fəridə xanım.Şəkildə paxlava çox dadlı görsənir ümid edirəm ki, bişəndə də dadlı olacaq.Saytınız çox gözəldir daha da genişləndirin.

  • 48. Xedice  |  Yanvar 20th, 2010 at 3:08 pm

    cane ne qeseng reseptlerdi,yaxsi olar dahada cox olsun meselen salatlar…………..saq ol ferde xanim………

  • 49. Suzy  |  Yanvar 21st, 2010 at 9:04 am

    SALAMLAR her kese, basda FERIDE XANUM SIZE.. men bunu bisirdim ay ALLAX men bele dadli piroq qormemisdim.inanirsuz ki usdunde dava idi:)))))))).qonaqlarim var idi ele yidilerki cox xoslarina qeldi.cox lezzetli cox qozel cixmisdi.cox saqolun feride xanim.opuremmmmmmmmmmmmmmmmmmmmm

  • 50. Nayka  |  Fevral 2nd, 2010 at 3:00 pm

    salam feride xanim

  • 51. Nayka  |  Fevral 2nd, 2010 at 3:11 pm

    coxxxxxxxxxxxx saqoluz elinize saqliq öpuremmmmmmmmm sizi. Nayka

  • 52. Nubar  |  Fevral 3rd, 2010 at 1:03 am

    her seye gore size minnetdarligimi bildirirem

  • 53. Tarlan  |  Fevral 8th, 2010 at 9:12 pm

    pazlava ve sekerbura azerbaycanin hansi bolgesine aiddir deye bilersiz zehmet olmasa

  • 54. FƏRİDƏ  |  Fevral 10th, 2010 at 9:36 am

    TARLAN: Paxlava Azerbaycanin her yerine aiddir. Duzdur, bezi yerlerde paxlava o yere mexsus sekilde bisirilir. Mesel ucun Gence paxlavasi var, Baki paxlavasi var, Sheki paxlavasi (halvasi) var. Shekerbura da her yere aiddir.

  • 55. samire ismayilova  |  Fevral 10th, 2010 at 11:28 am

    Salam Feride xanim ! sizin reseptinizle, paxlavani bishirdim chox gozal alindi.Ancaq oz paxlavamizin dadina chatmaz. Size ise derin teshekkurumu bildirirem .Sag olun ki, bizim metbeximizin gozelliklerini dunyaya tanidirsiniz.

  • 56. Gulshan  |  Fevral 16th, 2010 at 5:05 pm

    salam..bu resepti gordum va cox gorunsuhu xoshuma galdi….man da amerikada yashayiram..6 gun gonlaglarimiz olachag onda bsihirmak isytayiram.,.inshalahh..ugurlar siza,..bela sayt hazirladiginiz uchun siza tashakurumu bildiriram…

  • 57. Sura  |  Fevral 22nd, 2010 at 7:27 am

    Ferideeeeeeeee super sene dediyim yemek kursu uchun bunu hazirladim yaponlarin ureyi getdi :))) herkes chox beyendi sagol birdenesen amma biraz deyishiklik eledim ichine kishmish de qatdim chox ama chox lezzetliydi

  • 58. Puste  |  Fevral 24th, 2010 at 11:33 am

    cox sag olun Feride xanim.cox gozel reseptleriniz var.tesekkurler.qarsidan gelen Novruz Bayraminizi da Tebrik edirem

  • 59. Gulnar  |  Mart 5th, 2010 at 12:08 am

    men paxlavani cox xoslayiram,bu paxlavani bisirib dadina baxdim heqiqetende bu paxlava o birsi paxlavadan cox asan basa gelir ve hedinden artiq cox dadli olur,cox sagolun Feride xanim cox gozel reseptler yerlesdimisiniz saytiniza.

  • 60. gülnaz  |  Mart 5th, 2010 at 2:26 pm

    salam fəridə xanim.gözəl reseptləriniz üçün çox sağ olun deyirəm.inanirsiz bu paxlavanı bişirdim cox lezzetli alındı.men gürcüstanda yaşayiram bu paxlavadan yeyen reseptini isteyir.mende hemen sizin saytınızı deyirem sağ olun.

  • 61. gülnaz  |  Mart 5th, 2010 at 2:27 pm

    zehmet olmasa feride xanım türk paxlavasının reseprini yaza bilersiz?

  • 62. Sirin  |  Mart 11th, 2010 at 11:51 am

    Salam Feride xanim . Super xanimsiz , super el qabilyetiniz var, Paxlavanin resepti cox xosuma geldi , lakin anlamadigim bu paxlavaya serbet tokulmediyi, serbet tokulmur kii ?? Cavab yazssaz inanin ki, cox sevinerem. Hormetle Sirin. Qrsida gelen Novruz Bayraninizi semimi qelbden tebrik edirem !!!

  • 63. FƏRİDƏ  |  Mart 11th, 2010 at 6:29 pm

    SIRIN: Cox sag olun. Xeyir, bu paxlavaya serbet qatilmir. Bu piroq kimi paxlavadir. Sizin de bayraminiz mubarek:)

  • 64. Cimnaz  |  Mart 12th, 2010 at 9:50 pm

    Men bu resepti indi goturdum.Lezzetli olsa( size indiden tesekkur edirem) cox sad olaram.Sizin metbexe nece uzv ola bilerem?

  • 65. leyla  |  Mart 13th, 2010 at 1:21 pm

    salam cok cok sevimdim bele bir saytin olmasina cok axtardim teze aile hayati kurmusham qaynanam cok gozel sirniyyar resepleri bilir yaxsiki mende sizi tapdim artik mende burdan oyrenecem ve eliyecem yoldashimda sirini cok sever valla cok sevindim Feride xanim

  • 66. ilahe  |  Mart 14th, 2010 at 3:40 am

    salam bilmirsiz paxlavanin werbetini balla nece hazirlayirlar?bali nece tokursen?etrafli bawa salardiz da

  • 67. FƏRİDƏ  |  Mart 15th, 2010 at 8:13 am

    ILAHE: Bu haqda Gullu xanimin saytinda etrafli yazilb: http://www.azerifood.com

  • 68. nelka  |  Mart 19th, 2010 at 3:30 am

    xanim - eslinde soci paxlavasinin adini ermeniler bizim paxlavanin reseptini ogurlayib gedib orda o adla teqdim edibler.
    Belede en sevdiyim gence paxlavasidi. Eger istesez Feride xanim reseptini yazili shekilde gondererem. Bolgelere gore bizde paxlvalar cox ferqlenir. Gəncədə əməlli bashli xususi hazirliq gedir paxlava uchun. hemdeki paxlava qazda yox közdə bishirilir. Xüsusi yeke qablarda hazirlanir. bu qabin qapagida var. Köze qoyulur bishene yaxin közle üzərinidə örtürlərki paxlavanın üstüdə qızarsın. Birde mütləq qozu temizlenmelidi. Yoxsa paxlavanən içi qara görünür.

  • 69. nelka  |  Mart 19th, 2010 at 3:33 am

    Birde deyimki men paxlavaya zeferan qatilmasini hech sevmirem. paxlavadan paxlava dadı gelmir onda.

  • 70. FƏRİDƏ  |  Mart 19th, 2010 at 2:23 pm

    NELKA: Gence paxlavasinin resepti mende var, butun ince detallariyla:) Kozu, qozun temizlenmesi ve saire. O resept kitabimda olacaq, bloqumda deyil teessufler olsun ki. Kitab ingilisce capdan cixacaq. Cox sag olun yene de.

  • 71. NARA  |  Mart 22nd, 2010 at 7:37 am

    SİGARA BÖREĞİ (ANTALYA)

    2,5 su bardağı un
    2 yumurta
    2 yumurta dolusu su
    1 tatlı kaşığı tuz
    İçi:
    1 tavuk göğsü (haşlanmış)
    3-4 dal maydanoz
    1 çay kaşığı karabiber
    Kızartmak için:
    2 su bardağı zeytin yağı

    Yapılışı
    Unu ele, ortasını aç, yumurta, su ve tuz ilavesiyle kulak memesi yumuşaklığında bir hamur yoğur. Yumurta büyüklüğünde bezeler yap. Yaş bez altında yarım saat dinlendir.Tavuk göğsünü dit, kıyılmış maydanoz ve karabiberle karıştır. Bezeleri ince aç, on santim uzunluğunda kes, iç koy, sigara şeklinde sar, kızgın yağda kızart, servise al.

  • 72. xanim  |  Mart 23rd, 2010 at 7:02 am

    selam

  • 73. gunel  |  Mart 30th, 2010 at 1:43 pm

    feride xanim slm.necesiniz?bu resepti bu gun gordum.asandir ilk gorunusden 1 de hazirlayib baxacam.yoldasim paxlavalari coxx sevir.men de erinirem bisirmeye bununla ins hemise aldata bilerem:)ama 1 seyi basa dusmedim ki bu paxlavaya axirda serbet tokmursen deyesen heee?birde 3 qat olanda qatlari qalin olmur ki?qalin olanda yemek olmur.xahis edirem cvbl gozleyirem opurem sizi

  • 74. FƏRİDƏ  |  Mart 30th, 2010 at 1:47 pm

    GUNEL: Bu paxlavaya serbet tokulmur. Ici shire buraxir onsuzda. Qatlar qalin olmur. Bu bir az basqa cur paxlavadir. Cox lezzetlidir. Ugurlar:)

  • 75. seva  |  Mart 31st, 2010 at 2:00 am

    MEN TEZE TAPMISAM BU SAYTI SIZE MINETDARLIGIMI BILDIRIREM COX SAGOLUN KI BELE SAYT ACMISIZ BIRDEKI MEN SIZDEN BIR SEY RICA EDCEMOLARRULETI DE OYREDINDE NE OLAR XAIS ELEYIREM

  • 76. Elshen  |  Aprel 9th, 2010 at 3:59 pm

    Ele bilersiz unvani sehf salmisham - yox)))))
    Sadece maraqlidi belke bishirdim.!!!!!
    Birdeki hamiya salamlar.!!!!

  • 77. zubeyir  |  May 3rd, 2010 at 8:25 am

    selam

  • 78. lamiye  |  May 7th, 2010 at 10:34 am

    salam Feride xanim,bir sualim olacaq.men Ingilterede yashayiram.xamani ne ile evez edim? thick cream olar?

  • 79. FƏRİDƏ  |  May 10th, 2010 at 11:11 am

    LAMIYE: Ingilterede sour cream yoxdur? Belke basqa ad altinda satilir. Mesel ucun burada bezen buna Mexican cream de deyilir. Belke ordaki thick cream ele xamadir. Eger dadi ve qatiligi eynidirse, onda olar. Ugurlar!

  • 80. Nayka  |  May 10th, 2010 at 1:48 pm

    salam bu saitde yaxwi reseptler var girib maraqlana bilersiz.

  • 81. Nayka  |  May 10th, 2010 at 2:07 pm

    http://gotovim-doma.ru/

  • 82. Nayka  |  May 10th, 2010 at 2:58 pm

    http://az.mlrecipes.com/tort-terifleri-vf19.html

  • 83. lamiye  |  May 11th, 2010 at 9:07 am

    Feride xanim teshekkurler cavab yazdiginiz ucun.sour cream var.

  • 84. jale  |  May 21st, 2010 at 3:50 am

    super teshekkur!

  • 85. amalya  |  May 23rd, 2010 at 10:27 pm

    feride xanim salam mene ele gelirki bunun terkibine kişmişde qatirlar reseptleriniz ucun cox sag olun sizi coxlu-coxlu opurem

  • 86. salamova-shahnaz  |  Iyun 6th, 2010 at 12:12 pm

    salam feride xanIm necəsiniz.Paxlavaya bəs axırda şərbət tökulmur?Quru olar yeyəndə boğularıq axı.Birdə bilirsənsə xahiş edirəm Snikers tortunun reseptini yazardınız.Zoluşkalarım uçun bişirərdim.Qabaqcadan çox sağ ol.

  • 87. FƏRİDƏ  |  Iyun 6th, 2010 at 2:37 pm

    SALAMOVA-SHAHNAZ: Bu paxlava ferqlidir, serhete ehtiyyac yoxdur. Oldugu kimi de cox yumusaq olur. Sizi bogacaq hec ne yoxdur bu saytda.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed