kataloq

Asan Şokoladlı Dondurma

Artıq dükkanlardan dondurma almağa son:) Çünki sizə elə bir resept verəcəyəm ki, deyəcəksiniz ki, elə bu? Dondurma düzəltmək belə asan iş imiş?

Bu mənim özümün fikirləşdiyim dondurmadır. Qatılaşmış südün bəzi dondurmaların hazırlanmasında istifadə edildiyini bilirdim, və hətta internetdə bir neçə reseptlə də rast gəldim. Ama oxuduğum reseplərdə ya yumurta sarısı ya da qaymaq var idi. Fikirləşdim ki, qaymağın əvəzinə elə adi süddən istifadə edim, yumurta sarısından isə heç istifadə etməyim. Ərzaqlara kakao tozu vı qatılıq üçün nişasta əlavə etdim və nəticədə ləzzətli şokoladlı dondurma alındı. Görəcəksiniz ki, bu dondurmanı hazırlamaq yalnız bir neçə dəqiqənizi alacaq. Düzdür, sonra o, uzun müddət buzluqda donmalıdır, amma eybi yoxdur, məncə gözləməyə dəyər. Nuş Olsun!


Fəridənin Asan Şokoladlı Dondurması

3-4 porsiya üçün

2 stəkan süd (yağlı və ya yağı az ola bilər, amma yağlı olsa daha ləzzətli olar)
1 konserv bankası (390 qramlıq) qatılaşmış süd (squshennoye moloko)
3 xörək qaşığı tünd şəkərsiz kakao (şirin kakao tozu vursanız dondurmanız həddindən artıq şirin olar)
1 xörək qaşığı qarğıdalı nişastası


Hazırlanması

Balaca qazana süd və kakao tozunu qoyun. Orda odda dəyanmadan qarışdıra-qarışdıra, kakao həll olana qədər bişirin. Qatılaşmış südü əlavə edin və qarışdıra-qarışdıra 2 dəqiqə də bişirin. Qazana oddan kənara çəkin.

Alınan kütlədən təxminən 0.5 stəkan ayırıb stəkana tökün. Bu stəkana qarğıdalı nişastası əlavə edib həll edin.

Nişastalı qarışığı qazana geri tökün. Qazanı yenidən orda oddan dayanmadan qarışdıra-qarışdıra kütlə bir qədər qatılaşanadək bişirin (təxminən 6-7 dəqiqə çəkir). Qarışığın qatılığının kifayət olub olmamasını bu cür yoxlayın: taxta qaşığı qarışığa salıb çıxardın. Əgər qaşığın üstündə südlü plyonka əmələ gəlirsə, və əgər barmağınızla o plyonkanın ortasından bir xət çəkdiyinizdə o xət yenidən birləşmirsə, onda qarışığın qatılığı istənilən kimidir.

Qazanı kənara çəkin. Alınan kütləni soyuğa dayanaqlı bir qabın içinə boşaldın. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 1 saat sonra çıxardın və qaşıqla qarışdırın. Sonra yenidən buzluğa qoyun. Bu prosesi təxminən 1 saat sonra da təkrarlayın.  Dondurmanı buzşuğa qoyun və tamamilə donmasını gözləyin. Dondurmanız hazırdır. Nuş Olsun!

Related Posts with Thumbnails

82 Comments Add your own

  • 1. Aynur  |  Iyul 24th, 2009 at 12:45 pm

    salam.mütləq hazirlayacam,çox sade resepti.Çox sağ olun

  • 2. Gülər  |  Iyul 25th, 2009 at 2:22 am

    Canik,çox sağ ol. Mənim kimi tənbəl üçün lap asandır. Tez-bazar hazırlamalıyam. Yoxsa bu gün-sabah yay bitəcək mənsə hələ dondurma yeməmişəm.

    Urraaaaa!!! Yaşasın dondurmaaaa! :)

  • 3. Gul  |  Iyul 29th, 2009 at 7:49 am

    Salam.
    men bu resepti hazirladim sadece cream istifade etdim sud evezine ancaq dondurma yox chocolate pudding alinib evezinde. neden ola biler?

  • 4. lala  |  Iyul 30th, 2009 at 12:01 pm

    salam FERIDE xanim.necesiz?
    size cooox minnetdaram bu reseptlere gore.
    shokoladli bananli keks,sobada perojki ve pizzani hazirlamiwam.coooox dadli idiler.coox sagolun.
    derin minnetdarligimi bildirirem .

  • 5. Sema  |  Iyul 31st, 2009 at 10:32 am

    salam feride xanim necesiniz?hemiseki kimi gozel reseptleriniz davam etmekdedir.tesekkurler. feride xanim sizden bir xahisim var menim 3 yasinda sirin seker balaca bir qizim var.sizden cox xahis edirem mene usaq yemekleri reseptleriniz varsa deyerdiniz.evvelceden tessekurler

  • 6. Elgun  |  Avqust 4th, 2009 at 2:53 pm

    salam Feride xanim,necesiz,yadiniza dushdum?menem Elgun,basim qarisiq idi,nece vaxt idi ki net.e gire bilmirdim,gerek bagislayasiz.cox gozel reseptdir,tesekkurler.hazirlayaram.opdum,helelik.

  • 7. susuz-mercan  |  Avqust 13th, 2009 at 1:01 am

    chox gozel gorunur shekilede .Ureyim marojna chekdi lap.

  • 8. Eldəniz  |  Avqust 13th, 2009 at 3:49 am

    Hər şey əladır. Həmişə belə davam edin. Fəridə xanım Sizə və bu saytın yaranmasında əməyi olan hər kəsə öz təşəkkürümü bildirirəm.

    Başqa bir ləzzət mənbəyi də var:

    http://kataloq.az/v2/saytlar/open/5068

    daxil olun və baxın

  • 9. SEM  |  Avqust 13th, 2009 at 3:50 am

    http://kataloq.az/v2/saytlar/open/5068

  • 10. Bobo55  |  Sentyabr 7th, 2009 at 5:21 am

    Chox gozel .Teshekkur!!!

  • 11. SEVGI  |  Sentyabr 14th, 2009 at 11:18 am

    ELA. COXSAQOL FERIDE XANIM.

  • 12. SEVGI  |  Sentyabr 14th, 2009 at 11:22 am

    ELLERINIZE SAQLIQ.SEHIFENIZLE BU GUN TANIS OLDUM.COX TESSUF EDIREMKI BU VAXTACAN SIZ TANIMAMISAM.SAQ OLUN.

  • 13. GUNAY  |  Oktyabr 9th, 2009 at 3:08 am

    bes dondurmani soyuducuya isti-isti qoyaq yoxsa soyusun? eger soyumaga qoysaq keyfiyyeti itmez???????????

  • 14. FƏRİDƏ  |  Oktyabr 11th, 2009 at 8:42 am

    GUNAY: Kenarda soyutmaq lazim deyil. BIrbasha soyuducuya qoy. amma istiye ve soyugha dayaniqli bir qabda. Keyfiyyeti itmez.

  • 15. rafael_guitarist  |  Noyabr 7th, 2009 at 2:28 pm

    Salammm

    Mənə bu saytı bizim Nino məsləhət gördü - dondurma bişirmək istədiyimi biləndə :-) - başqa yerlərə də baxacam, görüm ayrı nə dondurmalarınız var

    Sağ olun

  • 16. XEYALE  |  Dekabr 26th, 2009 at 7:07 am

    DONDURMAINI COX SEVIREM AMMA HAZIRLAYANA QEDER DEYECEM KI GEDIB ALIM YEYIM CUNKI MOROJNANI COX SEVIREMMM!YENEDE HAZIRLAYACAM.

  • 17. sebuhe  |  Yanvar 5th, 2010 at 7:32 am

    yeqin ki yadiniza dusdum.Men sizden asand bisirilen kemek isteyirem.

  • 18. Ülviyyə  |  Fevral 13th, 2010 at 6:49 am

    GÖZEL RESEPTDİR.BİZDEDE ŞEKİLDEKİ KİMİ ALİNSA ƏLA OLAR. ÇOX SAG OLUN.MEMMUNİYYETLE HAZİRLAYACAM!

  • 19. Dr.Aygun  |  Mart 22nd, 2010 at 4:20 am

    Salam, reseptler ucun cox sagol ,turkler demis Ellerine sagliq.Saytdaki her sey cox superdi,amma menim bir teklifim var.Feride xanim siz yemeklerin adlarini yazdiqda cox yaxsi olarki onun cox kicik seklinide yaninda yerlesdiresiz.Mence bele daha rahat olar.Yenede her sey superdi,maladec.

  • 20. Arzu  |  Mart 22nd, 2010 at 6:49 am

    cox sagolun.men yeni uzv oldum,goruremki her weyi deqiqliyi ile yazirsiniz.Her zaman sizleyem.

  • 21. Eliya  |  Mart 31st, 2010 at 1:52 pm

    bes bawqa reseptler yoxdu? mene sezar salatinin reseptini deye bilersiz? zehmet olmasa. her weye gore twk

  • 22. nigar  |  Aprel 1st, 2010 at 6:44 am

    mutleq hazirlayacam.

  • 23. Məleykə  |  Aprel 5th, 2010 at 4:00 am

    FƏRİDƏ XANIM MƏN BUGÜN SİZİN ASAN DONDURMANIZI HAZIRLADIM AMA 1 XQ NİŞASTA QATDIM ÇOX SULU OLDU 3 XQ QATDIQDAN SONRA ƏLA MƏHLUL ALINDI SİZİN YAZDIĞINIZ KİMİ YOXLADIM QATILIĞI YAXŞI İDİ DİYİRƏM BƏLKƏ MƏN KARTOF NİŞASTASI VURMUŞAM ONA GÖRƏ BELƏ OLUB QARĞIDALI NİŞASTASINI SİZ 1 XQ VURURSUZ? RESEPDƏ 1XQ YAZMISINIZ AMA MƏN 3 XQ VURDUM MÜMKÜNSƏ MƏNƏ YAZASINIZ DƏQİQ ÖLÇÜNÜ

  • 24. FƏRİDƏ  |  Aprel 5th, 2010 at 9:54 am

    MƏLEYKƏ: Dəqiq ölçü burada yazdığım kimidir. Ola bilsin kartof nişastası çox qatı etməyib dondurmanı.

  • 25. Məleykə  |  Aprel 5th, 2010 at 12:20 pm

    Təşəkkür edirəm dondurma soyuducudadır və çox əladır mən çalışaram daha keyfiyyətli nişastadan istifadə edim öpürəm sizi sizin kimi azəri qadınları ilə fəxr etmək lazımdır məncə şəxsən mən edirəm mən bugün birneçə rəfiqəmə sizin sayt haqqında danışdım onlarda mənim qədər sevindilər bundan sonra biz hər zaman SİZİNLƏYİK!

  • 26. xeyale  |  Aprel 14th, 2010 at 11:17 pm

    bu dondurma cox asandir amma hazirlayan lazimdir

  • 27. dilnure  |  Aprel 14th, 2010 at 11:20 pm

    bu cox iyrencdir. cox baxmayin iyrene bilersiz. yemeyin zeherlenersiz

  • 28. Ayten  |  Aprel 28th, 2010 at 12:24 am

    asand ve tez hazirlanan dondurma reseptine gore twk.mutleq hazirlayacam.

  • 29. LEYLA-SERGUL  |  May 16th, 2010 at 10:31 am

    salam canim Feride xanim,necesiz?Feride xanim yuxarda adres vermisiniz ama men ora daxil ola bilmedim.niye bilmiorsiniz?dadli dondurma reseptine gore sag olun.agziniz daima sirin olsun

  • 30. FƏRİDƏ  |  May 16th, 2010 at 5:19 pm

    LEYLA-SERGUL: men yaxsiyam, siz de yaxsi olun:) Basa dusmedim hansi adresi deyirsiniz. Xahis edirem aydinlasdirin:)

  • 31. Seher kuleyi  |  May 18th, 2010 at 3:34 am

    Salam, men yeni daxil oldum sayta cox da beyendim, bunnan sora daimi istifadecinizem, yeni resepler gozleyirik, ugurlar size

  • 32. Almaz  |  May 21st, 2010 at 8:52 am

    super…hazirladim ve cox dadli alindi… duzdu biraz sirnisi cox oldu, amma evde beyenildi.. tesekkur edirem :)

  • 33. gulush  |  May 22nd, 2010 at 8:51 am

    qargidali nisastasi tapmadim.kartof nisastasi istifade etdim cox dadli idi resepte gore tesekkur

  • 34. Leyla  |  May 25th, 2010 at 8:32 am

    Coooox sag olun.bele asan dondurma resepti axtarirdim ele…tesekkurler

  • 35. PƏRVANƏ  |  Iyun 2nd, 2010 at 6:03 am

    SALAM FƏRİDƏ XANİM.BU DONDURMANİ HAZİRLADİM COX ƏLA ALİNDİ.AXİR Kİ QİZLARİMA NƏSƏ BƏYƏNDİRƏ BİLDİM.TƏSƏKKURLƏR.

  • 36. Zülfiyyə  |  Iyun 11th, 2010 at 1:31 am

    SALAM…
    Çox təşəkkür edirəm Fəridə xanım. Şəkildə çox qəşəng və dadlı görünür. Hazırlayacam bunu.

  • 37. naira  |  Iyun 23rd, 2010 at 11:35 pm

    cox sevindim dondurmam dadli alindigina gore,cox sag olun

  • 38. FARİD  |  Iyul 15th, 2010 at 12:20 pm

    aaaaaa eladi. coooox sagol.. super

  • 39. Sara  |  Iyul 19th, 2010 at 2:15 pm

    Ehh gorum bu nece alinacaq. Inairsiz,uje mama qorxur men deyense ki ,yeni resept tpmisham. CCunki bir nece defe net.den tapdigim reseptle sadece erzagi korlaisham, ortaya da hec bir hsey cixmayib. Gurm bu nece alinacaq. Deyesen menim yaxshi yemek bishirmek isteyim hele ki alinmir.

  • 40. Melek_Nur  |  Iyul 21st, 2010 at 4:02 am

    Cox gozel saytdir. Her 1 qadini bu sayta devet edirem. Bizim kimi genc xanimlara cox komek edir. Tesekkurler.

  • 41. paparazzi  |  Iyul 26th, 2010 at 6:31 am

    salam.olarki bu resptde kartof niwastasi vuraq?

  • 42. ilawka  |  Avqust 3rd, 2010 at 6:58 am

    cox sagolun terife gore.ama bilmedimki qargidali nisastasi nedi?

  • 43. AYLA  |  Avqust 8th, 2010 at 3:30 am

    eladi……mama hazirladi yedim ela alindi….saqolun FEride xanim ELLERINIZI VE DILINIZE SAQLIQ….OPDUM BYEEE

  • 44. malish  |  Sentyabr 1st, 2010 at 5:16 am

    super mutlaq hazirlayacam.har kasa da salamlar.

  • 45. Nayka  |  Sentyabr 13th, 2010 at 6:16 am

    wooowwww twk-ler mene de ele bu lazim idi

  • 46. nata  |  Oktyabr 17th, 2010 at 7:12 am

    burdaki yemeylere baxanda lap istaham acildi

  • 47. aysel  |  Yanvar 5th, 2011 at 8:56 am

    qrgidali nisasdasi tapa bilmirem

  • 48. leyla  |  Yanvar 8th, 2011 at 3:29 am

    cox dadlidir bisirdim

  • 49. leyla  |  Yanvar 8th, 2011 at 3:32 am

    cox dadlidir bisirmisem

  • 50. leyla  |  Yanvar 8th, 2011 at 3:33 am

    dadlidirr

  • 51. ABDULA  |  Yanvar 17th, 2011 at 1:28 am

    gardabani

  • 52. aysel  |  Fevral 7th, 2011 at 12:37 pm

    görek nece alınacaq
    amma dadlı görünür

  • 53. aysel  |  Fevral 9th, 2011 at 5:57 am

    dadli gorunur

  • 54. anara  |  Fevral 13th, 2011 at 6:43 am

    supe olare.gerek mamaya deyem bisirsin cox sagolun

  • 55. sefiyye  |  Fevral 17th, 2011 at 4:56 am

    men bunu cox beyendim.yay gelsin sinaqdan kecirecem.ellerinize sagliq.

  • 56. Leyla  |  Mart 21st, 2011 at 6:38 am

    cox gozeldi beyendim.sayta ise soz ola bilmez

  • 57. Vusal  |  Mart 24th, 2011 at 2:24 pm

    bunu hazirlayana kimi gedib bir dondurma alib yeyerem ;)

  • 58. zərda  |  Aprel 20th, 2011 at 10:27 am

    salam aleykum.resepti cox beyendim ela.hasand.ve gorunusu de gozeldi,

  • 59. meryem  |  May 9th, 2011 at 4:56 am

    salam dondurma menim heyatimdi cox saq olun

  • 60. meryem  |  May 10th, 2011 at 11:41 am

    salam necesiz? dunen shokoladli dondurmani bishirdim qarqidali nishastasi olmadi buqda vurdum amma cox gozel alindi dadlidi bishirmeyen xanimlar bishirin peshiman olmasiz Feride xanim cox saq olun imkan olsa sabah pizza bishirecem size yazacam nece cixdi opdum

  • 61. aynura  |  May 19th, 2011 at 2:37 am

    salam .coxdandi axtardigim reseptdi tesekkurler

  • 62. Angel  |  Iyun 2nd, 2011 at 11:19 pm

    salam bunlari ozunuz hazirlamisiniz

  • 63. lam  |  Iyun 4th, 2011 at 8:14 am

    dondurmasiz bir gunumuz olmasin men qisda yayda butun sezon yeyirem cunki olurem dondurmadan oturu

  • 64. lam  |  Iyun 4th, 2011 at 8:16 am

    allah ineklerimizin janin sag elesin onlar olmasaydi neyniyerdik biz:):):)

  • 65. lam  |  Iyun 4th, 2011 at 8:16 am

    YASASIN DONDRMA YAHOOOOOOOO

  • 66. lam  |  Iyun 4th, 2011 at 8:18 am

    YASASIN INEKLER YAHOOO

  • 67. lam  |  Iyun 4th, 2011 at 8:19 am

    BU DONDURMA SEKILIN GORENDE OZUMU ITIRIREM EY BU SEKILLERDEN COH GOYUN BARI BIRAZ BAHIB DOYUM DA

  • 68. lam  |  Iyun 4th, 2011 at 8:19 am

    KESKI MONITORDAN ISTEDIYIM DONDURMANI EVIME SKACHAT ELIYE BILSEYDIM YATMAZIM GOZDUYERDIMKI NE VAXT 100% CHATAJAH LIJBI MENIM OLSUN :)

  • 69. idil  |  Iyun 28th, 2011 at 12:39 am

    superdir dondurmani hazirladim ela alindi tesekurler

  • 70. Terane  |  Iyul 23rd, 2011 at 1:42 am

    Salam.Sag olun ki bele bir sayt acmisiz.Bu dondurmani cox hevesle hazirladim her sheyi nece var ele eledim amma dondurma yox pudinq alindi.niye bilmirem belke siz deyesiz? :((((((

  • 71. sabina  |  Avqust 9th, 2011 at 4:42 am

    salam feride xanim men bunu hazirladim. 2 defe qarishdirdim sanki pudinq kimi oldu. bu bele olmalidir? soyuyandan sonra dodurma kivamini alacaq? yoxsa ele bele krem kimi olacaq?

  • 72. FƏRİDƏ  |  Avqust 9th, 2011 at 9:02 am

    SABINA - Dondurduqdan sonra berkiyecek.

  • 73. Aisha  |  Avqust 18th, 2011 at 2:52 am

    hazirlayacam,..tesekkurler

  • 74. meleyke  |  Sentyabr 6th, 2011 at 2:03 am

    salam feride xanim men hazirladim disem yalan olar amma sekilde gorub cox beyendim vaxtim olanda hazirlayaram biznesmenem

  • 75. konul  |  Sentyabr 6th, 2011 at 2:08 am

    salam ferus mumkunse sen hazirlayib vere bilersen?

  • 76. ilahe  |  Sentyabr 6th, 2011 at 9:52 am

    DADLI OLACAK

  • 77. gunel  |  Oktyabr 9th, 2011 at 11:29 am

    mence cok kotu feride hanim

  • 78. aynur  |  Yanvar 10th, 2012 at 8:25 am

    cooook iy

  • 79. aynur  |  Aprel 12th, 2012 at 9:41 am

    her sey cox eladir ama men yeye bilmerem cunki diet saxlayacam qismet olsa

  • 80. gulwen  |  Aprel 18th, 2012 at 12:51 am

    cox dadlidir men hazirlamiwam.size de meslehet gorurem hazirlamagi:)))))))))

  • 81. esmer  |  Aprel 21st, 2012 at 8:22 am

    sade dondurmanin hazirlanmasini mene deyin

  • 82. CINARE VALIYEVA  |  May 6th, 2012 at 6:15 am

    cox gozel resepti tesekurler))))))))))))

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed