Best in the World!
Dadlı yemək reseptləri bloqu

Badımcan Sırdağı

Badımcan Sırdağı

Uzun çəkən səssizliyimi üzürlü hesab edin. Bir müddət əvvəl kiçik bir sağlıq problemiylə üzləşdiyimə görə fasiləm bir az uzun çəkdi. İndi hər şey qaydasındadır və yenidən qarşınızdayam. Sizə çoxdandır ki hazırladığım bir resepti nəhayət ki, bu gün çatdırıram. Bu dəfə sizə badımcan sırdağını təqdim edəcəm.

Azərbaycanın cənub qərbinə məxsus olan badımcan sırdağı Lənkəran zonasında xüsusi ilə məşhurdur. Belə hesab olunur ki, badımcan sırdağının vətəni elə Lənkərandır. Yeməyi hazırlamaq üçün sadəcə 3 ərzaq lazımdır- badımcan, pomidor və sarımsaq və təamların bir-birinə qarışması üçün bir qədər su. Vəssalam, bununla da yemək hazır olur! Sözlə ifadə edilmbəyəcək dərəcədə gözəl dad alınır. Badımcanı sevən, hətta sevməyən də bu yeməyi bəyənəcək.

Bu resepti mənə sevimli rəfiqəm Sevda İsmayıl verib. Sevda Lənkəranlıdır və bu reseptin əsl sırdağ resepti olduğunu deyir. Onun sözlərinə görə, hətta göyərti belə səpməyə gərək yoxdur, baxmayaraq ki, xanımlar bu improvizasiyaya çox vaxt əl atırlar. Düzünü desəm, mən də bəzən sırdağın üstünə göyərti səpirəm, yeməyin daha da rəngarəng görünməsi üçün.

Qeyd edim ki, Lənkəran mətbəxində balıq sırdağı da yer alır. O resepti gələcək yazılarıma saxlayıram. Hələlik isə nuş olsun!

Badımcan Sırdağı

4 pay üçün

Lazım olan ərzaqlar:
8-9 ədəd orta boylu badımcan
Qızartmaq üçün təxminən yarım fincan bitki yağı
5 ədəd orta ölçülü yetişmiş, lakin bərk pomidor – dairəvi formada qalın doğranmış
4 diş sarımsaq- xırda doğranmış
1/3 fincan su
Duz, istiot

Hazırlanması:

Badımcanlar bıçaqla yarım santimetr qalınlığında uzununa doğranılır. Badımcanın acılığını almaq üçün aşağıda göstərilən iki üsulun birindən istifadə edin:

1) Badımcan dilimləri süzgəcin içinə yığılır, üzərinə təxminən 2 xörək qaşığı duz səpilir. Duzlanmış badımcanların üzərinə ağır bir şey qoyulur. Məsələn, boşqab – onun da üzərinə banka yaxud ağır qapaq yerləşdirilir. Bu ona görədir ki badımcanların suyu yaxşı çıxsın və acılığı getsin. Təxminən 20 dəqiqə sonra badımcandan ayrılan tünd su süzülüb atılır. Badımcanlar təmiz su ilə yüngülcə yuyulur, suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.

2) DBadımcan dilimləri  duzlu suya salınır. (Bunun üçün bir orta ləyən soyuq suya 2 xörək qaşığı duz əlavə edilir.) Üzəyinə ağır bir şey qoyulur, 20 dəqiqə sonra su tamamilə süzülüb atılır. Badımcanlar təmiz su ilə yuyulur və suyu süzülür. Hətta yaxşı olardi ki, salfet və ya kağız dəsmalla suyunu tamamilə çəkəsiniz.

Tavaya yağ salınır, orta dərəcəli odda yağ dağ olanadək qızdırılır. Əgər yağ yaxşı isinməsə badımcanlar yağı tamamilə öz canına çəkəcək. Badımcanların hər iki tərəfi, təxminən 3-5 dəqiqə olmaqla qızılı rəng alanadək bişirilir. Bişirərkən lazım olarsa yenidən yağ əlavə olunur. Yağ badımcanları bişirməzdən əvvəl hər dəfə isidilməlidir. Bişdikdən sonra badımcanlar tavadan götürülüb, yağı süzülsün deyə salfet üzərində qoyulur.

Tavada əlavə yağ qalıbsa doğranmış pomidorların da hər iki tərəfi, laz az müddət, təxminən bir dəqiqə bişirilir. (Əgər tavada badımcanlar bişərkən qara yanıqlar əmələ gəlibsə onlar təmizlənir, bir qədər yağ əlavə olunub lazımınca qızdırılıdıqdan sonra pomidorlar bişirilir.) Pomidorlar bişdikdən sonra ayrıca boşqaba yığılır.

Təmiz tavaya əvvəlcə 3-4 qat bişmiş badımcanlar düzülür, ən üst qata pomidorlar yerləşdirilir. Xırda doğranmış sarımsaq səpilir, duz, istiot vurulur. Su əlavə olunduqdan sonra tavanın üzəri qapaqla örtülür, vam odda qarışdırılımadan, 15 dəqiqə bişirlir. Hazır yemək çörəklə birgə süfrəyə verilir.

Bir cavab yazın

20 Şərh
  1. Feride,ellerine saqliq.Herenin bir varianti olduqu kimi bu da bir variantdi.Ozum talis olmasam da,bir talis gelini kimi deye bilerem ki,bu talis metbexine aiddi:si talis dilinde sarimsaq,daq ise qizartmaq,qovurmaq demekdi.Ona gore de sarimsaq bu yemekde bol olmalidi(senin reseptinde en azi bir bas sarimsaq ),hem de onu da pomidor kimi qovurmaq lazimdi.Men ozum de ne pomidoru,ne de ki,sarimsaqi qovurmuram.Qaynanam ise hele deme qoyarken de ustune erinmis yaq elave edirdi.Esas sertlerden de biri badimcanin sirdaq ucun xususi formada doqranmasi ve uzun -uzun badimcanlardan olmasidi.
    Refiqen Sevda duz qeyd edir ki,Lenkeranlilar ustune goyerti sepmeyi sevmirler,amma talislar eksine goyerti ile deme qoyurlar.Ve dasma plovla yeyirler:http://www.facebook.com/photo.php?fbid=431893356885427&set=a.332083916866372.76542.100001943002307&type=3&theater

  2. salam Feride xanim.men de Lenkeranliyam.duzdur sarimsaq xoslamiram ve yemirem,amma yayda mecbur 2-3defe yoldasim ucun hazirlayiram.men pomidoru qizartmiram.qizardilmis badimcanin uzerine pomidor dilimleri yigiram,uzerine debolluca sarimsaq sepirem.bol yag tokub,lap azca su tokub,deme qoyuram

  3. Salam Feride xanim! Cox tesekkur edirem bele bir sayt yaratdiginiza gore. Her hansi bir sheyin reseptin bilmeyende. bura daxil olub baxiram. Hal hazirda ise burdan Zerbra ve Banan pirojnasini hazirladim. Cox gozel oldu. Ellerinize quvvet. Size tesekkur etmeye bilmezdim, Allah razi olsun. Isterdim ki, emailime de sizin her hansi bir yeni reseptleriniz gelsin, mummkundurmu?

  4. Salam, Feride xanım. Deyerli meslehet ve reseptleriniz üçün teşekkür edirem. Zehmet olmasa saytınızda südemer körpeye hazırlamaq üçün yemek reseptleri de yerleşdirin. Oğlum 6 aylıqdır. Ona günde bir defe sıyıq (hazır), 1 defe kartof püresi ve ya kartof, yerkökü ve bugda mannasından hazırlanmış şorba ve bir defe de meyve (banan ezilmişi ve ya pörtlenmiş alma) verirem. Başqa be hazılaya bilerem. Teşekkürler…

  5. Feride salam! Kecmiş olsun(Türkler demişken).yemeye söz ola bilmez.Men bakiliyam,amma bu yemeyi bişirmeyide yemeyide cox sevirem.Men de göyerti vurmuram(bele deyibler).Teşekkürler.

  6. salam,FERIDE xanim,men lenkeranliyam.uzun iller idi ispaniyada yasayirdim,indi hal hazirda bakidayam..bu yemek cenub zonasinda en cox bisirilen yemekdir,paylasiminiz ucun tesekkur edirem,biz de goyerti vurmuruq bu yemeye,eynile yazdiginiz kimidir,cenub zonasinin coxlu ferqli dadli yemekleri var..sehifenizde paylasmainizi cox isteyerdim…mende size maraqli reseptler hem cenub zonasina aid hemde ispan yemeklerinden,yollaya bilerem..tesekkur edirem 🙂

  7. Once,nece deyerler,kechmish olsun.Biz bishirende elave olaraq biber de dograyib qizardiriq,badimcanin ustunden biberleri duzurukchox dadli olur,nyam-nyam)))

  8. Fəridə xanım yenidən sayta döndüyünüz üçün çox şad oldum. Mən şəxsən sizin reseptlərdən çox bəhrələnirəm. Demək olar, saytdakı bütün reseptləri sınamışam. Və çoxsuda mən istədiyim kimi dadlı alınıb. Təşşəkürlər…

  9. Salam, Feride xanım! Cox sağ olun ki, Azərbaycan mətbəxi haqqında geniş məlumat verirsiniz. Yaddan cıxardığımız ne ise olarsa sizin reseptlər vasitıəsilə yada salır, hem de yeni-yeni reseptler öyrənirik.
    Mən də əvvəllər badəmcanə duzlayıb saxlayırdım. Amma sonra mənə bir xanım badəmcanə duzlu suda saxlamağı məsləhət gördü. Onda badımcan dililmləri qaralmır. Badımcan dilimləri duzlu suda saxladıqdan sonra onları yuyub yavaşca sıxırıq. Sonra isə qızardırıq.

  10. eladir.ellerinize sagliq.feride xanim kitabinizi azerbaycanda elde edebileceyikmi

  11. Salam Feride xanim. Men Koreyada yasayiram. Sizin sayti mene refiqem meslehet gorub 🙂 yemek bisirmeyi yeni oyrenmisem ve bu saytda cox maraqli asan reseptler var. Size cox cox tesekkurler!

  12. maraqlidir

  13. yuxa salatinin reseptini osterdim

  14. Cenub zonasi deyince talis zonasi deyin de.Talisca danismamaq talis zonasindan olmaqi subut etmir.Danismirlarsa demeli gelmelerdiler.Seherde yasayanlar ,ozlerini tirk hesab edenler, talis hesab etmeyenler goterti vuranda deyirler ki,talislar goyerti vurur ve buna aqiz eyirler.Amma bilmek lazimdi ki,bu esil talis klassik metbexine aid yemekdi ve bura da goyerti vurmaq lazimdi.Kimse aqiz dadina gore vurmaya biler.Amma bu onlarin ailelerinin varianti olur.
    Afet kimi indi men de tezelikce badimcanin acisini duzlu suda saxlamaqla cixariram:pis de olmur!

  15. Salam,Feride xanim! Cox sag olun resepte gore. Biwirdim cox dadli idi, evde de hami beyendi.

  16. Çox sağ olun Feride xanım.Menim özümde cenub bölgesindenem.Yeni Talışam.Bizdede sirdağ bişirilir amma,ütünə göyerti vurmamalısan.Kim istiyirse vura biler.Herenin bir ağız dadı var.En esas sarımsağını bol elemelisen bundan bilinerki bişirdiyin sirdağdı

  17. Badımcan sırdağını bişirdim. Amma duzunu o qeder çox vurdum ki, dadını çox da bilmedim. Duz sırdağı oldu.)) Yene de resept üçün çox teşekkür!

  18. Bu yemeye katlet qizardib.yigirsan en ustede biber qizardib tokulur.o lap yaxsi olur.

Bir cavab yazın