
Balıq Buğlaması
Azərbaycanda balıq buğlamasının bir çox növü var. Onlardan biri burada gördüyünüz bölgə (beluqa) balığından hazırlanan buğlamadır. Bölgə balığınız yoxdursa, onu bişdiyində dağılmayacaq hər hansı bir balıq növüylə əvəz edə bilərsiniz.
4 pay üçün
1 kilo bölgə balığı (beluqa) - tikələrə bölünmüş
2 ədəd pomidor - qabığını soyub, doğrayın (2 stəkan alınmalıdır)
1 ədəd yaşıl bibər - doğrayın (1 stəkan alınmalıdır)
1 ədəd kərəviz sapı - doğrayın (yarım stəkan alınmalıdır)
yarım stəkan doğranmış cəfəri
2 ədəd dəfnə yarpağı
1 ədəd kiçik limon - 4 dilimə kəsilmiş
4 xörək qaşığı kərə yağı
duz, istiot
Qazan və ya dərin tavanın dibinə balıqları düzün. Duz-istiot səpin. Qalan ərzaqları bu qaydada balığın üstündən lay-lay düzün - pomidor, bibər, kərəviz, cəfəri, dəfnə, limon, kərə yağı. Qazanın qapağını örtün və buğlamanı vam oddan təxminən 30 dəqiqə ərzində, və yaxud balıq bişənədək bişirin. Çörəklə süfrəyə verin. Nuş Olsun!

17 Comments Add your own
1. GUNEL*** | Aprel 27th, 2010 at 1:45 am
Befstroqanoff ( 5 porsiya ucun)
500qr can eti
1 kicik olculu sogan
150 ml qaymaq
¼ limonun suyu
4 xorek qasigi yag
150 qr xirda dogranmis gobelek
Xirda dogranmis ceferi
Duz, istiot
1) Eti uzun nazik sekilde dograyin. Yagda qizili reng Alana qeder qizardin. Eti qizartmazdan evvel duz ve istiotlayin. Et hazir olduqda tavadan goturun.
2) Tavaya sogani tokun, bisirin. Daha sonra gobelekleri soganla qarisdirin,bisirin. Hazir olduqdan sonra tavadan yagini suzun.suzdukden sonra qaymaq elave edin. Sonra tavada qaymagin yarisi qalanadek bisirin .
3) Limon suyu ,et ,qaymaqla soganla ve gobeleklerle qarisdirin.qablara isti sekilde verin,ceferi ile bezeyin.
2. GUNEL*** | Aprel 27th, 2010 at 1:47 am
MELEYKE XANIM NECESIZ.MENIM BUGUN BIRAZ VAXTIM OLAN KIMI BIR NECE RESEPTLER GONDERDIM UMID VARAMKI BEYENERSINIZ.ELBETTE KI FERIDE XANIMINDA XOSUNA GELER.OPUREM,SIZI VAXTIM OLEN KIMI YENE YAZACAM…HELELIK
3. sevgi | Aprel 27th, 2010 at 9:11 am
salam Feride xanim.ela gorunur.men baliq sevenem bu menim ucun surpiriz oldu
4. GUNEL*** | Aprel 27th, 2010 at 10:39 pm
MELEYKE XANIM,NECESINIZ.ELE BIL BIR NECE GUNDU DAXIL OLMURSUNUZ.BIR NECE RESEPT YAZMISAM,XOSUNUZA GELEN OLSA GOTURUB YOXLAYIN.BARXAT SALATI NECE ALINDI?HAZIRLADINIZ?
5. afet | Aprel 27th, 2010 at 11:57 pm
salam.bu yemeyi mamam hemise eliyir,hamida cox teecubnen yanasir yeni demek olar ki bizim aileden basqa kiminse elediyini gormemisdim.sen deme siz de edirsiz ve yemek kimi movcuddur:)mende ele bilirdim anamin icadidir:)cox qeseng gorsenir ellerinize sagliq.anam ama baligi birinci kere yaginda her iki terefine biraz qizardir sonra bele edir.
6. nura | Aprel 28th, 2010 at 7:03 am
buglama chox dadli olur.bishirmeniz meslehetdir.feride xanim men bural abune idim.milashka860809 adi ile.xatirladiniz?o pochtami bagladim..amma burdan da size abune oldu.axi sizsiz olmaz/
7. kamala | Aprel 28th, 2010 at 11:35 am
salam feride xanim necesiniz.resept cox eladir amma men kanadanin vancouver seherinde yasadigima gore hemen belyuqa baligi tapa bilmemisem ola biler adini bilmirem amma cox isterdim o baliqdan yada asatrin baligi basqa baliqla onu evez etsek dadi nece olar sizce.Birde sizden eger mumkunse etli badamburanin reseptini daxil etseniz cox yaxsi olardi ugurlar.sag olun
8. FƏRİDƏ | Aprel 28th, 2010 at 7:57 pm
XANIMLAR, Şərhlərinizə görə çox sağ olun.
Afet, buğlamanın müxtəlif növü var. Məsəl üçün Əli-Bayramlıda var, Səlyanda var. Hər yerin öz resepti.
NURA: Xoş gəldin yenidən.
KAMALƏ: Mən də Kaliforniyada burada osetrin tapa bilmirəm. Daha doğrusu burada olmur. Ona görə swordfish ilə əvəz edirəm. Orada da olmalıdır.
9. kamala | Aprel 28th, 2010 at 11:37 pm
cox sag ol meslehetinize gore.
10. aysel | Aprel 29th, 2010 at 4:09 am
resepte gore sag olun
11. Aygun | Aprel 29th, 2010 at 8:16 am
Hamıya SALAM. Əsasəndə Fəridə Xanıma, reseptə görə Təşəkkürlər. Əvvəlcədən deyimki, dəniz məhsullarini dəlicəsinə sevirəm. Həm də bir hobbi kimi marağ dairəmdədi, təbii ki,yeyilən məhsullarınıda sevə-sevə yeyirəm.Beluqa gözel baliğdi,amma onun yerinə asotirin (bu baligin Azerice tercumesi,sehv etmiremse ag baliqdi) olsa mence dadi daha gozel olar.Tebiiki,bu zovqden asilidi. Bir şeyde deyim,buglamani közde (manqalda) bişirəndə dadi tamam başqa olur.Mən quzu buğlamasının közdə bişmiş formasını yemişəm, çox dadlı olur.
12. Meleyke | Aprel 30th, 2010 at 9:01 am
Salam Günel xanım siz necesiniz bağışlayın sizallah menim başım 3gündür qarışıqdı bezi işler çıxdı heç kampyuterə yaxın getmeye vaxtım olmurdu Barxat salatını hazırlaya bilmemişem bu günlərdə hökman hazırlayacaqam toyuq və mal ətinin qarışıqından ibarət salat bilirəmki çox dadlı olar və sizə başqa reseptleriniz üçündə təşəkkur edirəm kartof keksidə əladır sabah gerek mütleq metbexe keçim bu yemekleri hazırlamaq üçün onsuz ele günümüz metbexde keçir ama exskluziv Metbexin lezzeti tamam ayrıdır öpürem sizi
13. Xumar | May 4th, 2010 at 3:16 am
Salam Feride xanim beluqani kutumle evez etmek olarmi?
14. FƏRİDƏ | May 4th, 2010 at 9:12 am
XUMAR: Olar.
15. hüseyn | Iyun 2nd, 2010 at 11:21 pm
tesekkurler anama lazim idi hamsini printerden cixartdim
16. Aytac | Iyun 21st, 2010 at 3:15 am
men bunu cox sevmedim.
17. PƏRVANƏ | Iyul 7th, 2010 at 4:55 am
SALAM FƏRİDƏ XANİM.BALİQ BUGLAMASİNİ BİSİRİM COX ƏLA ALİNDİ TƏSƏKKURLƏR.BİRDƏ COX DARİXDİM TEZ GƏLİN SİZ OLMASANİZDA HƏR GUN BAXİRAM SAYTA .BURA BAXMAQDAN BOYUK ZOVQ ALİRAM.UGURLAR.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed