kataloq

Balıq Ləvəngi

Lənkəranın balıq ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl nümunələrindəndir. Ən ləzzətli ləvəngi yalnız Xəzər dənizində tapılan kütüm balığından bişirilir. Ləvənginin tərkibini qoz ləpəsi, soğan, lavaşana, duz və istiot təşkil edir. Yeməyin hazırlanması heç də çətin deyil -əsası odur ki, təzə balıqdan istifadə edəsiniz. Əgər  balığın kürüsü varsa, onu atmayın. Ondan da çox ləzzətli ləvəngi içi hazırlamaq olar. Kürünü qoz və digər ərzaqlara əlavə edib qarışdırın. Qozun miqdarını bir az azaldın.

Ləvəngi  balığın yanında süfrəyə bütün balıq yeməklərində olduğu kimi, mütləq narşərab verilir.

Balıq Ləvəngi

6-8 porsiya üçün nəzərdə tutulub

1 ədəd iri kütüm
1  ədəd iri baş soğan
1 ½ stəkan qoz ləpəsi
2 xörək qaşığı palçıq turşu + üstünə və içinə sürtmək üçün (lavaşana da istifadə edə bilərsiniz: bunun üçün lavaşananı isti suda yumuşalana qədər həll edin)
zövqə görə duz
zövqə görə istiot

1. Balığın pulcuqlarını təmizləyin, içalatını çıxardın.  Sonra isə balığı yuyun və yaxşıca qurulayın. İçini və üstünü duzlayıb istiotlayın.

2. Ləvəngi içini hazırlayın. Soğanı ət maşınından keçirin. Tənzifə qoyun və suyunu yaxşıca sıxın.  Qozu da maşından keşirin. Bir qabda soğanı, qozu, palçıq turşunu, və zövqə görə duz-istiotu qarışdırın.

3. Sobanı 180˚C-dək qızdırın.

4. Balığın içinə və üstünə palçıq turşu sürtün. İçini ləvəngi içiylə doldurun. Balığı mətbəx ipiylə tikin və yaxud kokteyl çubuğuyla (cocktail stick) bərkidin.

5. Balığı soba listinə qoyub qızdırılmış sobada üstü qızarana və içi bişənədək (təxminən 45 dəqiqə ərzində ) bişirin.

6. Yanında narşarabla süfrəyə verin. Nuş Olsun!

Related Posts with Thumbnails

47 Comments Add your own

  • 1. Nazrin  |  Mart 17th, 2009 at 11:36 pm

    Ismi ila Allahin rahmanin rahimin salamlar man sizin sakarbura xamirini cox sevdim Allah razi olsun man dunan o sakarburadan bisirdim cox yaxsi alindi ancag xamir hazir olandan sonra saxlamag lazim deyil cunki xamir sonra axir onu yigmag olmur xamir hazir olan kimionu basdamag lazimdir ki alda galsin har seya gora cox sagolun.

  • 2. Nazrin  |  Mart 17th, 2009 at 11:39 pm

    baliq lavangisida cox xosuma galdi manda bucur eliyiram ancaq kurusuz Allah razi olsun.

  • 3. Nazrin  |  Mart 17th, 2009 at 11:47 pm

    Agar mumkunsa man sizdan paxlavanin reseptini istiyardim paxlavanida sizin reseptla elamak isdiyardim . Hamd Allah ucundur rabbidir alamlarin.

  • 4. Fəridə  |  Mart 18th, 2009 at 1:52 pm

    NAZRIN: Mən tezliklə Soçi paxlavasının reseptini qoyacam sayta. Çox ləzzətli olur.

  • 5. Nazrin  |  Mart 19th, 2009 at 12:50 am

    Ismi ila Allahin rahmanin rahimin salamlar Farida xanim man sizin sakarbura resepti mani oqadar hail mail etdi ki man bunu elamaya cox risk etdim cox ala cixdi ona gora da man paxlavani manda olan reseptla elamak isdamadim sozun acigi o qadar daddi idi ki paxlavani iki gundur ki paxlavani taxira salmisam ki sizdan resept gozlayiram manda olan resept. Paxlava 1kq ica gora xamir 3 yumurtanin sarisi 200 qr marqarin 1 kq un droj, duz, sud 700 qr arinmis sit yagi yaymalarin arasini yaglamaq ucun Sira;500qr pesok 2 st.su pecin ustunda tez tez qarisdirmaq, bir az mat olan kimi goturmak. Ancaq man hec vaxt paxlava elamamisam Insallah eliyaram mutlaq sizin o soci paxlavasini da garak eliyim Insallah sabirla sizin resepti gozlayiram samimi munasibata gora tasakkurlar sakarburanin daddi olduguna gorada Allah razi olsun. Hamd Allah ucundur rabbidir alamlarin.Sagolun sagliqla qalin.

  • 6. Aynur  |  Mart 19th, 2009 at 1:30 am

    teshekkur bilmidim levengi bidhirmeyi .1gun prob ederem

  • 7. sladkayewka  |  Aprel 19th, 2009 at 7:05 am

    toyuq levengisi bishhirmishem amma baliq yox lap ishtaha geldim bishirecem ))))
    Feride bu gedishle men emmelli bashli kokelecem)))))))
    cox sagol

  • 8. canan  |  Iyun 7th, 2009 at 5:39 am

    tşkkurler

  • 9. FƏRİDƏ  |  Iyun 9th, 2009 at 9:26 pm

    Nazrin, Ayrun, Sladkoyewka, Canan - tesekkur edirem!

  • 10. Turkan  |  Iyun 23rd, 2009 at 8:30 am

    Salam Feride xanim. Sizin saytinizi tapdigima cox sevidim.Mende yeni istifadecilerdenem ,eyni zamanda da yeni yemek bisirenlerden:)
    Levengi ucun kutum baligindan basqa hansi baligi secsem yaxsi cixar?cunki men Koreyada yasayiram ve burada bir cox sey tapmaq mumkun deyil eyni zamanda levenginin icinin tursusunu da.Tursunu ne ile evez ede bilerem?
    Cox sagolun.

  • 11. Fəridə  |  Iyun 23rd, 2009 at 2:46 pm

    TURKAN: Uzaq Koreyadan bloquma xosh geldin:) Koreyada hansi baliqlar olur emin deyilem. Amerikada bu b alighi grey mullet, red mullet, red snapper ve ya kutuma benzer her hansi baliqla bisirmek olar. Turshu evezine nar denesi, ve ya her hansi bir tursh meyvenin qurusunu isti suda hell edib elave et iche. Eger hec ne yoxdursa, onda bir limon six.

  • 12. Turkan  |  Iyun 23rd, 2009 at 7:57 pm

    Cox sag olun Feride xanim,mutleq edecem…. Bu arada indi de pizzanizi edirem gorek mende nece alinacaq.:)

  • 13. susuz-mercan  |  Avqust 13th, 2009 at 12:54 am

    men bilmirdim levengi hansi baliqdan olur.belece oyrenmish oldum thanks

  • 14. Turkan  |  Avqust 31st, 2009 at 11:07 pm

    Feride xanim salam.
    Bu cume iftara qonaqlarim var,levengi bisirmek isteyirem .Cunki danisanda nece oldugunu bucur yemek hec yemediklerinden cox maraqli geldi onlara.Amma problem odur ki men burada(Koreyada )ne tursu ne de nar tapa bilmirem.Mene bir meslehet verin levenginin ici ucun turs necebirsey sece bilerem ki hem o dadi itmesin hemde yaxsi alinsin?
    Birde burada baliqlar coxdu amma onuda secmemde mene komeklik etseniz cox sevinerdim. Iriliyine yoxsa neceliyine fikir verim?
    Deyerli vaxtinizidan bizede ayirdiginiz ucun cox sag olun.

  • 15. FƏRİDƏ  |  Sentyabr 1st, 2009 at 8:52 am

    TURKAN:

    Turshu evezine TAMARIND istifade ede bilersiniz. Mence Koreya metbexidne bundan istifade edilir. Tamarind lobyaya oxsayan bir meyvedir, amma turshdur, ondan turshu duzeldirler. Dadi bizim turhusya cox oxsayir. TaMARIND PASTE satilir belke orda, yani artiq turshu halina getirilmish pasta, denesiz. Ondan istifade ede bilersiniz. Tamarindin koreyaca adini bilmirem. Bu linke baxin gorun taniya bilirsiniz mi:
    bu tamarindin ozudur:

    http://i.ehow.com/images/GlobalPhoto/Articles/2012649/Tamarind.jpg

    bu ise pastasi: http://www.masdudiable.com/A55C37/mdd.nsf/dx/Fig-&-Tamarind-Chutney.jpg/file/Fig-&-Tamarind-Chutney.jpg

    Ughurlar!

  • 16. Turkan  |  Sentyabr 5th, 2009 at 8:21 am

    Salam Feride xanim.

    Heqiqeten bizim ucun deyerli vaxtinizdan ayirib problemlerimize hell yolu tapdiginiz ucun cox sag olun. Timarindi tapdim ve baliqli levengi etdim. Duzdu buranin baliqlari bizim kutumun yerini vermirdi amma ic eyni dad alinmisdi.Qonaqlarimda cox beyendiler ve iceri giren herkes ancaq onun icin maraqlanirdi. 1 koreyali qonagimsa vopse beyendi,cox lezzet etdi ona.
    Sizinde ellerinize saliq,meslehetleriniz ucun de cox saq olun.
    Bu hefte sizin duz 2 yemek ve en sevdiyim kekim bananlini etmisdim.

  • 17. pərvanə  |  Dekabr 1st, 2009 at 2:58 am

    SALAM FƏRİDƏ XANİM.SİZİN HAZİRLADİGİNİZ LƏVƏNGİNİN İCƏRİSİNDƏ Kİ QİRMİZİ SEY NƏDİR.MƏNDƏ ALCA TURSUSU VAR İSTİFADƏ ETMƏK OLARMİ.SAG OLUN.

  • 18. FƏRİDƏ  |  Dekabr 2nd, 2009 at 11:28 am

    PERVANE: O qirmizi NAR deneleridir. Bir var bisirdiyimde turshum yox idi, ona gore nar qoydum. Alca tursusu lap ela olar.

  • 19. pərvanə  |  Dekabr 4th, 2009 at 3:39 am

    SALAM FƏRİDƏ XANİM.BALİQ LƏVƏNGİNİ BİSİRDİM COX DADLİ ALİNDİ AMMA BALİQ LİSTƏ YAPİSDİ SİZCƏ NƏDƏN OLA BİLƏR.BİRDƏ SUFRƏYƏ İSTİ HALDA YOXSA SOYUQ HALDA VERİLİR.BU YAXİNLARDA OGLUMUN BİR YASİ OLACAQ BİSİRMƏK İSTƏYİRƏM.SULLARA CAVAB VERDİYİNİZ UCUN COX SAG OLUN.

  • 20. FƏRİDƏ  |  Dekabr 4th, 2009 at 1:06 pm

    PERVANE: Listi bir az yaglasaniz yapismaz. Bir de eger yapismaz listiniz varsa (non-stick), orda da bisire bilersiniz, onda yapismir. Levenginin sufreye cox qanar qaynar deyil, bir az soyusun ele verin. Yani cox isti olmasin. Amma soyuyandan sonra da lezzetli olur. Ureyiniz nece isteyir ele eliyin:) Oglunuzun ad gunu mubarek! Boyuk oglan olsun:)

  • 21. pərvanə  |  Dekabr 5th, 2009 at 12:58 am

    FƏRİDƏ XANİM SUALİMA CAVAB YAZDİGİNİZ UCUN TƏSƏKKUR EDİRƏM.ALLAH SİZDƏN RAZİ OLSUN.OPURƏM SİZİ.SAG OLUN.

  • 22. Samiye  |  Dekabr 27th, 2009 at 11:54 am

    Axshaminiz xeyir,xalqimin gozel insanlari.Men de teze-teze yemek bishirmeyi oyrenirem ve tesaduf neticesinde bu adrese girene qeder dushunurdum ki ancaq turk yemeklerini internetden bele rahat tapa bilerem.Dogrusu yeni il erefesinde ne bishireceyimi fikirleshe-fikirleshe qalmishdim.Chox sevindim.Allah sizin komeyiniz olsun,Bundan sonra vaxt tapdiqca sizin dadli yemeklerinizden oyrenib bishirecem.Ele men de eslen Ordubadliyam.Bizde bezen mash shorbasina keklikotu da vururlar ve eger qonaq getmeyeceksinizse sumaqda saxlanmish soganla sufreye vermek olar.Helelik

  • 23. gunay  |  Fevral 3rd, 2010 at 3:43 am

    SALAM FERIDE XANIM.LENKERAN LEVENGISINE GORE COX SAGOL SUPERDI .MEN DE SALYANLI OLDUGUMA GORE ICAZENIZLE ISTERDIM SALYANLILARIN BALIQ DOLMASININ RESEPTINI YAZARDIM:HER NOV DUZA QOYULMUS YAGLI BALIQDAN HAZIRLAMAQ OLAR .TEMIZ CUNA GOTURUN ICINE YA UZUM YARPAGI YA DA ENCIR YARPAGI DUZUN YAXSI OLAR KI DUZLU BALIGI AXSAMDAN SUYA QOYASZ SONRA ICINI DOLDURUB CUNANIN AGZINI BERK DUGUNLEYIN IRI QAZAN GOTURUN ICINE ELE BIR SEY QOYUN KI BALIG ONUN USTUNDE QALACAQ MES.BIZLER YA IRI CAYDASI YADA KICIK MASURKANI UZU USTE CEVIRIRIK O QEDER DE SU TOKUN OZ BUGUNDA BISHSIN;ICHLIK MOVSUME GORE DEYISIR KUBIK FORMADA POMIDOR AG SOGAN ALCA VISHNE GAVALI BIR DE GILEMERZE ADLI OT VAR ONDAN DUZ ISTIOT.DOVGA YA AYRAN ELA GEDIR

  • 24. samire ismayilova  |  Fevral 11th, 2010 at 1:20 pm

    Feride xanim! Salam. Men de talish geliniyem . Artiq 7 ildir ki, onlarin metbexi ile tanisham. Isteseniz size bir neche yemeklerin reseptini yazaram. Qaynanam Dilare xanim chox gozel bishirir, size de choxlu salamlari var. Baliq levengisinden sohbet dushmushken, size baliq kurusunden kuku hazirlamaqin qaydasini deyim. Xoshunuza gelecek. Mutleq bishirin Demeli kurunu bir derin qaba qoyub , onun nazik perdesini chengelle achib chaliriq. Kuru bir az dagildiqdan sonra ustune levengi (baliq uchun hazirlanan levengiden texminen iki qashiq gotururuk ki kuruye qataq) , bir chimdik soda, bir xorek qashigi un, ve yumurta elave edirik . Choxlu choxlu chaliriq . Tavani evvelceden qizdirib , yag tokuruk yag qaynadiqdan sonra, hazirladigimiz qarishigi tavaya tokub agzini ortub vam odda bishiririk . Baxmaq lazimdir ki, kuku yanmasin , ichinde qoz ve turshu olduguna gore yana biler. Kukunun bir uzu bishdikden sonra onu chevirib o biri uzunu de bishiririk . Texminen yarim saata bishir. Sufreye vererken paxlava sheklinde dograyib baliq levengisi ve plovla lezzetle yeyirik. Haminiza nush olsun.

  • 25. gunel  |  Fevral 18th, 2010 at 10:40 am

    salatlarin cox olmasin isteyerdim salatlarin gorunushun cox beyendim yeqin dadlarida bele olar

  • 26. Ayten  |  Mart 7th, 2010 at 4:59 am

    Chox sag olun Fride xanim.Choxdandirki axtarirdim bu yemeyi.Xaricde yashadigim uchun,yemek bishirende komek edir reseptleriniz mene.

  • 27. bediw  |  Mart 12th, 2010 at 10:18 am

    feride xanlm men sizi cox sevirem,ve reseptlerinizden cox faydalanlram.cox sag olun

  • 28. Leyla  |  Mart 12th, 2010 at 1:51 pm

    Salam Feride xanim!

    Cox sagolun bu bloqunuza gore!

    Ishlerinizda ve heyatinizda ugurlar!

    Men bir defe baliq yemishem icinde tursu var idi,qonaqliqda yediyimden sorusha bilmemisdim ne var icinde amma alca turshusu yoxdu,levengide deyildi/
    marinada qoyulmus qirmizi rengde tursu idi/

    burda yazmagimin sebebi hem oxuyanlar,hem lenkeranlilar hemde siz belke bilersiniz ne tursusu ola biler,belke kimse dadib bu dediyim baliq yemeyini?

    kimse bilse zehmet olmasa yazsin/

    cox sagolun!

  • 29. Mina  |  Mart 13th, 2010 at 2:13 pm

    Feride xanim sizden coxlu baliq yemekleri isteyirem,xahis edirem

  • 30. Feride  |  Mart 18th, 2010 at 1:05 am

    Salam, Feride xanim.Kulinariya haqqinda verdiyiniz her melumat menim ucun cox deyerlidir.Bu melumatlara gore size teshekkur edirem.Sizden bir meslehet almaq isteyirem.Men shekerbura bishirende xemir cox gozel alinir.Butun qaydalara duzgun emel edirem.Amma nedense bishdikden sonra goyerir.Xahish edirem, meslehet verin.Cox sag olun.Novruz bayraminiz mubarek.

  • 31. FƏRİDƏ  |  Mart 18th, 2010 at 9:01 pm

    FERIDE: Cosx sag olun serhinize gore. Goyerir deyende nece goyerir? Rengi tundlesir? Yoxsa? Bir az basa salin xahis edirem. Eger tundlesirse, belke un cox ag un deyil., Ondan olur bezen. Un ela nov un olmalidir, agappaq,

  • 32. FƏRİDƏ  |  Mart 18th, 2010 at 9:01 pm

    FERIDE Muellif: Cosx sag olun serhinize gore. Goyerir deyende nece goyerir? Rengi tundlesir? Yoxsa? Bir az basa salin xahis edirem. Eger tundlesirse, belke un cox ag un deyil., Ondan olur bezen. Un ela nov un olmalidir, agappaq,

  • 33. Mina  |  Mart 19th, 2010 at 4:17 am

    SALAM FERIDE XANIM,icaze verseydiniz men oz fikrimi deyim ::men anam deyende esitmisemki sekerbura ona gore goyerirki sobanin derecesi az olur,eger sobanin derecesi normaldisa isiq zeif oldugundan soba zeif isidir,sobanin istiliyini bir qeder artirin,BAYRAMINIZ MUBAREK

  • 34. FƏRİDƏ  |  Mart 19th, 2010 at 2:25 pm

    MINA: O da ola biler, duzdur.

    Xanimlar, xahis edirem serh qoydugunuzda resepte uygun serh qoyun. Yani ki sual sekerburaya aiddir, amma levengi reseptinin altinda verilib. Belelikle, her sey qarisir:)

  • 35. asiman  |  Mart 21st, 2010 at 8:55 am

    Feride xanim, her shey ucun sag olun, sizin bloq mene chox komek edir, sizden oyrenib bisirdiklerim hem dadli, hem de gozel gorunushlu olur. Mumkunse toyuq levengisinin de reseptini vererdiz. Evvelceden teshekkur edirem.

  • 36. Orxan  |  Mart 25th, 2010 at 4:56 am

    Salam sizin baliq reseptinizi oxudum xosuma geldi men bir iki sey dusundurur burda palciq-tursusu lavasana ne deimekdir mene etrafli yazinda birdeki 1 ½ stəkan qoz ləpəsi ne demekdir yarim stekan yoxsa 1 stekan birde onun yarisi ? Mumkunse bunu menim ucun cavablandirin emaylima gonderseniz xos olaram sagolun minnetdaram !!!

  • 37. gunel  |  Mart 25th, 2010 at 10:45 am

    allah sizden razi olsun sizi qorusun xosbext elesin

  • 38. FƏRİDƏ  |  Mart 25th, 2010 at 12:59 pm

    ORXAN: Palciq tursusu, turs alcadan, gavalidan hazirlanan metdir. Lavashana ise onu quru formasidir. bazarlarda satirlar. Sorussaniz size deyerler. Diger suala cavab : 1 stekan bir bir de onun yarisi.

  • 39. Məleykə  |  Aprel 5th, 2010 at 3:32 am

    salam Fəridə xanım balıqla bişən ba.qa yemək reseptlərini yazında xahiş edirəm mənim xalam qızı balıqdan başqa heç bir ət məhsulu yemir o bu həftə bizə qonaq gələcək mən ona istəyirəm balıqdan müxtəlif cür yeməklər bişirim ayin 9 na kimi yazsanız əla olar əvvəlcədən təşəkkür edirəm öpürə gül yanağınızdan

  • 40. GUNEL  |  Aprel 9th, 2010 at 10:02 pm

    salam Feride xanim.feride xanim sabah en yaxin padruqamin herisidi ve ona levengini mamam hazirlayacaq.toyuq levengisinsn deqiq reseptini yazib gonderinde zehmet olmasa

  • 41. GUNEL  |  Aprel 10th, 2010 at 4:22 am

    Feride xanim niye yazmirsiz vaxt az qalib axi.xahis edirem yazinda

  • 42. FƏRİDƏ  |  Aprel 10th, 2010 at 9:07 am

    GUNEL: Amerika ve Azerbaycan arasinda duz 12 saat ferq var, odur ki yazilara gec cavab yaziram. Toyuq levengi eyniyle baliq levengi kimi hazirlanir. Toyuqun ici ustu palciq tursusu cekilir. Ici eynidir.

  • 43. GUNEL  |  Aprel 10th, 2010 at 9:35 am

    cox sagolun.amma harda yasadiginizi bilmirdim.12 saat ferq oldugunu bilirem.yasadiginiz yeri bilseydim ve saat ferqini bildiyim halda size bele msj yazmazdim.yenede sagolun.

  • 44. Elnara  |  Aprel 24th, 2010 at 4:43 am

    salam her shey ucun teshekkurler olarsa menim ucun “sezar salatinin” reseptini yazasiz onun sousunu nece duzeltmek ve ya hardan elde etmek lazimdir yenede sagolun

  • 45. afet  |  Aprel 28th, 2010 at 12:12 am

    feride xanim kutumu hansisa baliqla evez ede bilerem?dubayda baliq bazari adlanan yerde coxlu baliq novu var.kutume oxsar baliqla evez etsem pis alinar?.evvelceden tesekkurler:)

  • 46. FƏRİDƏ  |  Aprel 28th, 2010 at 7:59 pm

    AFƏT: Məsəl üçün grey mullet adlanan balıqla əvəz edə bilərsiniz. Düzdür eyni dad olmur, amma pis olmur.

  • 47. Shehla  |  May 3rd, 2010 at 12:14 pm

    Salam,Feride xanim.Bele bir bloq acdiginiz ucun tesekkurler.Levenginin hazirlanma qaydasini bilmirdim.Goruntu ela alindi,ancaq qozlu hissenin dadini hec beyenmedim.Zebra tortunun ise hem dadi,hem de goruntusu super alindi.Cox sag olun.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed