
Bu resepti rəfiqəm Marisolun ləzzətli bloqunda gördüyümdə, ilk işim onu bir kənara saxlayıb fürsət tapan kimi bişirmək oldu. Ballı çörəklərin tərkibində bal olmasına baxmayaraq, çörəklər çox şirin deyillər. Bal onlara xoş dad və ətir əlavə edir. Mən bu çörəkləri səhər yeməyində çox xoşlayıram. İkiyə bölüb, arasına yağ, mürəbbə və yaxud bal çəkdiyinizdə çox ləzzətli olur. Bu çörəkləri istədiyiniz vaxt qəlyanaltı kimi də yeyə bilərsiniz. Hamburger çörəyi kimi də yaxşı olar. Bir nöqtəni nəzərinizə çatdırım ki, çörəklər bişdiyi gün yumuşaq olur, sonra isə bir az bərkiyirlər. Sabahısı gün mikrodalğalı sobada bir az istitsəniz, əvvəlki yumuşaqlığını bərba etmiş olacaqsınız. Nuş Olsun!
Ballı Cörəklər
Memories in the Baking bloqundan
115 qram kərə yağı
1 stəkan süd
yarım stəkan bal
yarım stəkan ilıq su
2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı duz
2 yumurta - azca çalın
6 stəkan - 6 stəkan yarıma qədər un
üstünə sürtmək üçün kərə yağı
Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.
Bir qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT - unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).
İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.
Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün - kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.
Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək. Nuş Olsun!

26 Comments Add your own
1. XEYALE | Yanvar 18th, 2010 at 12:36 pm
ilk yorum menden gelsin ne gözel görünürler ellerinize sağlık Feride xanım
2. Novarg | Yanvar 19th, 2010 at 2:25 am
Abune olun, balli chorekler e-mailinize gelsin… -)
3. Leyla | Yanvar 23rd, 2010 at 7:17 am
salam, Feride xanim. dunen sizin balli coreklerinizden etmek istedim. cox hevesli idim, resepte uygun wekilde xemir yogurdum. hetta mende xemir 5 stekan un apardi. amma cox teessuf ki, mende xemir cox berk oldu, yaxwida gelmedi. ona gorede coreklerin ici xemir cixdi, hec yiyilesi olmadi. inanirsiniz ki, cox pis oldum. sebebini bilmek isterdim ki, neden bele alindi? sizce neden ola biler bu?
4. leyla | Yanvar 25th, 2010 at 2:44 am
salam Feride xanim,super gorunurler,dadindan emin olum,bu sefer insallah demek ucun yazacam.helelik.dedli resepler arzusuyla
5. FƏRİDƏ | Yanvar 25th, 2010 at 2:26 pm
LEYLA: Choreklerin alinmamasina teessuflendim, ammad duzunu deyim, bilmirem niye bele alindi sizde. Mende hec vaxt problem alinmir bu reseptle. Yegin ki, xemir cox berk alinib, ona gore de gelmeyib, gelmeyen xemir ise bisende xemir kimi qalir. Bu un olculeri buranin ununa gore yazilib, belke gelen defe ununu bir az az edesiniz.
6. Rena | Yanvar 30th, 2010 at 4:36 am
salam Feride xanim .Bu cur gozel reseptlerinize gore size tesekkur edirem.men de kulinariyani cox sevirem .Evdar qadinam.Gunumun yaridan coxu metbexde kecir .sizin saytiniz cox gozeldir.bir de sizden ‘NAGIL’ tortunun reseptini rica edirem.Duzdu defelerle bisirmisem,amma lap eveller(20-25)il bundan evvelki dadi vermir.Evvelceden tesekkur edirem.
7. Hicran | Fevral 9th, 2010 at 5:03 am
Salam Fəridə xanım necəsiniz?Bir sualla sizi narahat edəcəm. Bir paket quru maya Hil və limonlu şirin çörək reseptində 2+1/4ç.q qədərində yazmisınız. Belə çıxır ki, bu reseptdə 2 paket quru mayanı 4+ 2/4ç.q kimi götürməliyəm?? Əvvəlcədən minnətdaram
8. FƏRİDƏ | Fevral 10th, 2010 at 9:42 am
HICRAN: 2 + 1/4 çay qaşığ - yani ki 2 cay qasigi bir de bir cay qasiginin dortde bir hissesi (yarisinin yarisi). Yox, yox, 4 qasiq elemeyin, coxdur.
9. Hicran | Fevral 11th, 2010 at 2:53 am
Salam Fəridə xanım. Siz məni səhv başa düşmüsünüz. Yəqin bu mənim səhvimdir ki, sizi düzgün başa salmamışam. Mən demək istəmişəm ki, Hil və limonlu şirin çörəklər reseptində siz yazmısınız ki, 1 paket quru maya 2 + 1/4 çay qaşığı olur. Mən bilmək istəyirəm ki, bəs o zaman 2 paket quru maya qaşıqla ölçüləndə neçə qaşıq olur. Bir də ki, quru maya deyəndə siz bizim çörək bişirəndə işlətdiyimiz droju nəzərdə tutmusunuz elə deyilmi?? Kabartma tozunu yox.
Əziyyətə görə təşəkkür edirəm
10. Leyla | Fevral 12th, 2010 at 2:08 pm
salam, Feride xanim. sizden xahiwim var. mene qat- qat xemirin hazirlanma qaydasini izah edesiniz. birde cheese cakenin reseptini bilmeyi cox isterdim. eger ozunuz hazirlayib saytda yerlewdirseydiniz lap cox sevinerdim. onceden derin minnetdaram size.
11. Fəridə | Fevral 12th, 2010 at 4:29 pm
HİCRAN: eger bir paket maya 2 + 1/4 cay qasigidirsa, onda 2 paket olur 4 yarim cay qasigi. Quru maya beli bizim drojdur. Droj rus sozudur, Azericesi mayadir. Men burada mayanin toz olan sekilinden istifade edirem. “palciq” kimi olandan deyil.
12. Togrul Meherremov | Iyul 4th, 2010 at 10:30 pm
Sizden xahiw edirem mene uzden kokelmek ucun resept yazib maile gonderesiniz.Diqqetinize gore twkr. !
13. Aygun | Sentyabr 11th, 2010 at 2:20 pm
salam evvelce bele gözəl sayt yaratdiğiniz üçün təşəkkur edirəm. Xahiş edirəm sizə ünvanladigim suala cavab verəsiniz. Mən el arasında nazik adi ilə taninan şirniyyatin nece bişirildiyini bilmək istəyirəm xahiş edirəm bu haqda məlumatı mənim e-mail adresime yazasiniz evvelceden teşekkürler.
14. Feride | Sentyabr 11th, 2010 at 2:49 pm
AYGUN: Nazik haqqinda esitmisem, amma duzu bisirmemisem. Mende olan kitablardan resepti tapsam ve bisirsem buraya yerlesdirerem. Email vasitesile resept gondermirem, bagislayin.
15. Aynur | Sentyabr 12th, 2010 at 2:58 am
Salam Feride xanim. Sizin bloqunuzun daimi sakiniyem,cox weyleri biwirdim,ellerinize saglig. Ama ne vaxt bizi yeni reseptlerle sevindireceksiz?
16. turane | Dekabr 22nd, 2010 at 7:13 am
hil va limonlu bulkalari biwirdim beyendim heveslendim balli corekleride biwirdim hele qoymuwam xemir gelsin ….xemir elaaaa gelib, hemde yumuwaqdi. hec berk deyil ….coooooooooox sagoluuuuuuuun
17. turane | Dekabr 22nd, 2010 at 1:21 pm
men balli corekleri biwirdim xemir yaxwi gelmiwdi, toppuw idi.ama biwirib qurtarandan sonra yeyende xemir hem demek olarki berk idi hemde xemirin rengi tund idi. sizce niye berk oldu? evvelden yaxwi idi biwib qurtarandan sonra bawqalawdi
18. FƏRİDƏ | Dekabr 22nd, 2010 at 1:58 pm
TURANE: Xemirin renginin tund olmasi nese qeribedir. Bele olmamalidir. Sobadan da ola biler. Herahertler deqiq olmalidir. SObanin hem ustu hem alti yaxsi bisirmelidir. Adeten bu chorekler yumusaq alinir.
19. turane | Dekabr 25th, 2010 at 3:24 pm
mende yumuwaq gozleyirdim xemir ela idi . oki saldim biwirneye cixardanda tamam bawqa cur alindi..ici ele idiki ele bil xemir presslenmiwdi..birde soruwmaq isteyirem ki hil ve limonlu corekleri men rulet formasinda kesende cox cetinlikle kesdim ,hemde mende burdaki wekil kimi toppuw yox nazik alindi ama dadi ela idi. olarki onu rulet formasinda biwirim, biwenden sonra kesim..sizde ele nece olar??? cvb gore coxsagolun
20. FƏRİDƏ | Dekabr 27th, 2010 at 11:09 am
TURANE: Ruleti kesende bicaqi suya salib batirin ele kesin, onda asan kesilir. Rulet formasinda da bisirmek olar. Amma mence balaca corekler daha yaxsi biser ve daha gozel goruner
21. Ayka | Yanvar 18th, 2011 at 3:35 am
Cox tewekkurler butun reseptlere gore.indi en cox istifade etydim sayt bu olub.o da sizin sayenizde.her kese diqqetle yanasir suallara cvb yazirsiz.menim de sualim olsa yazacam)))hele ki yasim o qeder de cox olmasa da metbexde cox basarili olmaq isteyirem.inwallah olacam sizin reseptler sayenizde.sizin sayti tapdigima gore cox xowbextem vallah heqiqi sozumdu Feride xanim.ellerinize saglik
22. gunay | May 15th, 2011 at 6:24 am
tesekkurler verdiyuniz deyerli ve gozel reseptler ucun .calisacam en uygunlarini hazirlayam.
23. Gunay | Dekabr 29th, 2011 at 10:03 am
salamlar Feride xanim size sexsen ancaq men sinikersli tortu oyrenmek isteyirem.
24. tehmine | Aprel 29th, 2012 at 4:24 am
hamini salamlayiram men cox beyendim ellerine sagliq
25. s_wee_t | May 7th, 2012 at 7:20 am
təşəkkürlər Fəridə xanım. bişirdim, əla alındı hamı xoşladı.çox sağ olun
26. senem | Fevral 1st, 2013 at 1:26 pm
COX SAGOLUN)))ANAM BIWIRDI,ELADI,YENE WEKLI GORUB WIWIREM)
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed