Best in the World!
Dadlı yemək reseptləri bloqu

Ballı Çörəklər

Bu resepti  rəfiqəm Marisolun ləzzətli bloqunda gördüyümdə, ilk işim onu bir kənara saxlayıb fürsət tapan kimi bişirmək oldu. Ballı çörəklərin tərkibində bal olmasına baxmayaraq, çörəklər çox şirin deyillər. Bal onlara xoş dad və ətir əlavə edir. Mən bu çörəkləri səhər yeməyində çox xoşlayıram. İkiyə bölüb, arasına yağ, mürəbbə və yaxud bal çəkdiyinizdə çox ləzzətli olur. Bu çörəkləri istədiyiniz vaxt qəlyanaltı kimi də yeyə bilərsiniz. Hamburger çörəyi kimi də yaxşı olar. Bir nöqtəni nəzərinizə çatdırım ki, çörəklər bişdiyi gün yumuşaq olur, sonra isə bir az bərkiyirlər. Sabahısı gün mikrodalğalı sobada bir az istitsəniz, əvvəlki yumuşaqlığını bərba etmiş olacaqsınız. Nuş Olsun!

Ballı Cörəklər
Memories in the Baking bloqundan

Təxminən 27-30 çörək üçün

115 qram kərə yağı
1 stəkan süd
yarım stəkan bal
yarım stəkan ilıq su
2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı duz
2 yumurta  – azca çalın
6 stəkan – 6 stəkan yarıma qədər un
üstünə sürtmək üçün kərə yağı

Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.

Bir  qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib  qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT – unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).

İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri  qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.

Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün – kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.

Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək. Nuş Olsun!

Bir cavab yazın

29 Şərh
  1. ilk yorum menden gelsin ne gözel görünürler ellerinize sağlık Feride xanım

  2. Abune olun, balli chorekler e-mailinize gelsin… -)

  3. salam, Feride xanim. dunen sizin balli coreklerinizden etmek istedim. cox hevesli idim, resepte uygun wekilde xemir yogurdum. hetta mende xemir 5 stekan un apardi. amma cox teessuf ki, mende xemir cox berk oldu, yaxwida gelmedi. ona gorede coreklerin ici xemir cixdi, hec yiyilesi olmadi. inanirsiniz ki, cox pis oldum. sebebini bilmek isterdim ki, neden bele alindi? sizce neden ola biler bu?

  4. salam Feride xanim,super gorunurler,dadindan emin olum,bu sefer insallah demek ucun yazacam.helelik.dedli resepler arzusuyla

  5. LEYLA: Choreklerin alinmamasina teessuflendim, ammad duzunu deyim, bilmirem niye bele alindi sizde. Mende hec vaxt problem alinmir bu reseptle. Yegin ki, xemir cox berk alinib, ona gore de gelmeyib, gelmeyen xemir ise bisende xemir kimi qalir. Bu un olculeri buranin ununa gore yazilib, belke gelen defe ununu bir az az edesiniz.

  6. salam Feride xanim .Bu cur gozel reseptlerinize gore size tesekkur edirem.men de kulinariyani cox sevirem .Evdar qadinam.Gunumun yaridan coxu metbexde kecir .sizin saytiniz cox gozeldir.bir de sizden ‘NAGIL’ tortunun reseptini rica edirem.Duzdu defelerle bisirmisem,amma lap eveller(20-25)il bundan evvelki dadi vermir.Evvelceden tesekkur edirem.

  7. Salam Fəridə xanım necəsiniz?Bir sualla sizi narahat edəcəm. Bir paket quru maya Hil və limonlu şirin çörək reseptində 2+1/4ç.q qədərində yazmisınız. Belə çıxır ki, bu reseptdə 2 paket quru mayanı 4+ 2/4ç.q kimi götürməliyəm?? Əvvəlcədən minnətdaram

  8. HICRAN: 2 + 1/4 çay qaşığ – yani ki 2 cay qasigi bir de bir cay qasiginin dortde bir hissesi (yarisinin yarisi). Yox, yox, 4 qasiq elemeyin, coxdur.

  9. Salam Fəridə xanım. Siz məni səhv başa düşmüsünüz. Yəqin bu mənim səhvimdir ki, sizi düzgün başa salmamışam. Mən demək istəmişəm ki, Hil və limonlu şirin çörəklər reseptində siz yazmısınız ki, 1 paket quru maya 2 + 1/4 çay qaşığı olur. Mən bilmək istəyirəm ki, bəs o zaman 2 paket quru maya qaşıqla ölçüləndə neçə qaşıq olur. Bir də ki, quru maya deyəndə siz bizim çörək bişirəndə işlətdiyimiz droju nəzərdə tutmusunuz elə deyilmi?? Kabartma tozunu yox.
    Əziyyətə görə təşəkkür edirəm

  10. salam, Feride xanim. sizden xahiwim var. mene qat- qat xemirin hazirlanma qaydasini izah edesiniz. birde cheese cakenin reseptini bilmeyi cox isterdim. eger ozunuz hazirlayib saytda yerlewdirseydiniz lap cox sevinerdim. onceden derin minnetdaram size.

  11. HİCRAN: eger bir paket maya 2 + 1/4 cay qasigidirsa, onda 2 paket olur 4 yarim cay qasigi. Quru maya beli bizim drojdur. Droj rus sozudur, Azericesi mayadir. Men burada mayanin toz olan sekilinden istifade edirem. “palciq” kimi olandan deyil.

  12. Sizden xahiw edirem mene uzden kokelmek ucun resept yazib maile gonderesiniz.Diqqetinize gore twkr. !

  13. salam evvelce bele gözəl sayt yaratdiğiniz üçün təşəkkur edirəm. Xahiş edirəm sizə ünvanladigim suala cavab verəsiniz. Mən el arasında nazik adi ilə taninan şirniyyatin nece bişirildiyini bilmək istəyirəm xahiş edirəm bu haqda məlumatı mənim e-mail adresime yazasiniz evvelceden teşekkürler.

  14. AYGUN: Nazik haqqinda esitmisem, amma duzu bisirmemisem. Mende olan kitablardan resepti tapsam ve bisirsem buraya yerlesdirerem. Email vasitesile resept gondermirem, bagislayin.

  15. Salam Feride xanim. Sizin bloqunuzun daimi sakiniyem,cox weyleri biwirdim,ellerinize saglig. Ama ne vaxt bizi yeni reseptlerle sevindireceksiz?

  16. hil va limonlu bulkalari biwirdim beyendim heveslendim balli corekleride biwirdim hele qoymuwam xemir gelsin ….xemir elaaaa gelib, hemde yumuwaqdi. hec berk deyil ….coooooooooox sagoluuuuuuuun

  17. men balli corekleri biwirdim xemir yaxwi gelmiwdi, toppuw idi.ama biwirib qurtarandan sonra yeyende xemir hem demek olarki berk idi hemde xemirin rengi tund idi. sizce niye berk oldu? evvelden yaxwi idi biwib qurtarandan sonra bawqalawdi

  18. TURANE: Xemirin renginin tund olmasi nese qeribedir. Bele olmamalidir. Sobadan da ola biler. Herahertler deqiq olmalidir. SObanin hem ustu hem alti yaxsi bisirmelidir. Adeten bu chorekler yumusaq alinir.

  19. mende yumuwaq gozleyirdim xemir ela idi . oki saldim biwirneye cixardanda tamam bawqa cur alindi..ici ele idiki ele bil xemir presslenmiwdi..birde soruwmaq isteyirem ki hil ve limonlu corekleri men rulet formasinda kesende cox cetinlikle kesdim ,hemde mende burdaki wekil kimi toppuw yox nazik alindi ama dadi ela idi. olarki onu rulet formasinda biwirim, biwenden sonra kesim..sizde ele nece olar??? cvb gore coxsagolun

  20. TURANE: Ruleti kesende bicaqi suya salib batirin ele kesin, onda asan kesilir. Rulet formasinda da bisirmek olar. Amma mence balaca corekler daha yaxsi biser ve daha gozel goruner

  21. Cox tewekkurler butun reseptlere gore.indi en cox istifade etydim sayt bu olub.o da sizin sayenizde.her kese diqqetle yanasir suallara cvb yazirsiz.menim de sualim olsa yazacam)))hele ki yasim o qeder de cox olmasa da metbexde cox basarili olmaq isteyirem.inwallah olacam sizin reseptler sayenizde.sizin sayti tapdigima gore cox xowbextem vallah heqiqi sozumdu Feride xanim.ellerinize saglik

  22. tesekkurler verdiyuniz deyerli ve gozel reseptler ucun .calisacam en uygunlarini hazirlayam.

  23. salamlar Feride xanim size sexsen ancaq men sinikersli tortu oyrenmek isteyirem.

  24. hamini salamlayiram men cox beyendim ellerine sagliq

  25. təşəkkürlər Fəridə xanım. bişirdim, əla alındı hamı xoşladı.çox sağ olun

  26. COX SAGOLUN)))ANAM BIWIRDI,ELADI,YENE WEKLI GORUB WIWIREM)

  27. men bulkularin xemirini yalan olmasin amma sizdennde yaxsi edirem lakin men bisirende hec kim yemir……………

  28. Feride xanim bulki xemirinin reseptin yazinda

  29. Feride xanim elerinize sagliq eger men bu coreklerden 15hazirlamaq istesem resepti neqeder goturmek lazimdir cox xais edirem yazasiniz gozleyecem

Bir cavab yazın