My Book
Dadlı yemək reseptləri bloqu

Ballı Tort

Bloqumun Azəri dilindəki versiyasını açdığım gündən bəri sizin məndən ən çox istədiyiniz resept ballı tortun reseptidir. Odur ki, sizi gözü yolda qoymamaq üçün dünən bu tortu  bişirdim, şəkillərini çəkdim, detallarını dəqiqləşdirdim ki, siz bu tortu bişirdiyinizdə yalnız və yalnız əla nəticə alasınız. Bu resepti dəqiqliklə yerinə yetirsəniz, ballı tortunuz yupyumuşaq olacaq. Nuş Olsun! Həyatınız da bal kimi şirin olsun:)

BALLI TORT

ADDIM 1 – Kremi hazırlayın

Qeyd: Krem bir həftə əvvəl hazırlanıb lazım olana qədər soyuducuda saxlana bilər.

Krem üçün:
2 banka qatılaşmış süd (bişirdikdən sonra bir yarım bankadan istifadə edəcəksiniz)
300 q kərə yağı

Bankaları qazana qoyun. Qazanı bankaların üstünü örtənə qədər suyla doldurun. Qoyun 2 saat ərzində bişsinlər.  Qazandakı su çəkildikcə bir kənarından qaynar su tökün. 2 saat sonra qazanı kənara çəkin. Qoyun bankalar suyun içində 5 dəqiqə qalsın. Sonra suyunu boşaldın, amma bankaları açmayın, yoxsa partlayarlar! Qoyun bankalar otaq hərarətində olana qədər soyusunlar. Sonra açın.

Bir qabda yağı mikserlə ağaranadək çalın. Sonra isə soyumuş qatılaşmış südün bir banka yarımını yağın üstünə əlavə edib bir az da çalın. Çox çalmayın, yoxsa krem çürüyər. Kremi soyuducuya qoyun və xəmirin hazırlanmasına keçin.

ADDIM 2 – Xəmiri hazırlayın

Xəmir üçün lazım olan ərzaqlar:
3 yumurta
1 stəkan şəkər tozu
3 xörək qaşığı bal
100 qram kərə yağı
1 çay qaşığı soda
3 -3.5 stəkan un

Yumurta və şəkəri istiyə dayanıqlı bir kasaya və ya bir qazana qoyun və qarışdırın. Bunlara bal və kərə yağı əlavə edin. Ayrı qazanda su qaynadın. Yumurtalı kasanı və ya qazanı su qaynayan qazanın üstünə yerləşdirin. Su üstdəki qaba dəyməməlidir. Su qaynamağa davam etsin, siz isə dayanmadan üstdəki kasadakı ərzaqları qarışdırın ki, ərisinlər. Təxminən 5 dəqiqə ərzində.

Sonra qarışdırmağa davam edərək, bu kütləyə sodanı da əlavə edin. Kütlə bir qədər ağaracaq və qabaracaq. Təxminən yarım dəqiqə ərzində qarışdırıb kasanı oddan kənara çəkin. Kütləyə 3 stəkan unu tədricən və az-az əlavə edərək qarışdırın. Xəmir bir qədər əlinizə yapışırsa, bu normaldır. Xəmir soyuduqdan sonra bərkiyir, odur ki, çox un qatmayın. Yox əgər xəmir soyuduqdan sonra belə çox yapışqan  qalsa, onda qalan unu da əlavə edin. Mən 3 stəkan yarım un qatıram. Amma unların qatılığı fərqli olur, odur ki, diqqətli olun, xəmiri çox bərkitməyin. Hazır xəmiri 5 hissəyə bölün.

ADDIM 3 -Biskvit laylarını bişirin

Sobanı 190Cdək qızdırın.  İri listi yaxşıca yağlayın.

Kündələrdən birini listin ortasına qoyun. Barmaqlarınızla basaraq xəmiri 28 sm ölçüsü olan dairə şəklində yayın. Əgər xəmir barmaqlarınıza yapışırsa, onları una batırıb xəmiri yayın. Unlu barmaqlar xəmirə yapışmaz. Alınan dairə nazik alınacaq. QEYD: İstəyə görə bu tort dördbucaq şəklində də hazırlana bilər.

Tortun üstünü və kənarlarını bəzəmək üçün sizə biskvit ovuntusu lazım olacaq. Bunun üçün yaydığınız xəmiri bişirdikdən sonra onun kənarlarını kəsməli olacaqsınız. Amma mən başqa texnologiyadan istifadə edirəm – dairənin kənarlarını bişməzdən əvvəl kəsirəm. Bunun üçün yaydığınız xəmirin üstünə 10 sm ölçüsü olan qab qoyun və iti bıçaqla qabın kənarına çıxan xəmiri kəsin amma listdən çıxartmayın. Beləliklə kənarlar da dairəylə bərabər bişəcək. Bişdikdən sonra onları sadəcə olaraq listdən soyub çıxardacaq və ovacaqsınız.

Layları bir-bir 4-5 dəqiqə ərzində, və yaxud üstləri bir az qızaranadək bişirin. Biskvitlər bir qədər qabaracaq. Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun.

ADDIM 4 – Tortu hazırlayın

Layların arasına bolluca krem çəkin. Tortun üstünə və kənarlarına da krem yaxın. Ovuntuları tortun üstünə və kənarlarına səpin. Əgər ovntunuz azdırsa, onda bir miqdar qozu ovub ovuntuyla qarışdırın. Bu mərhələdə tort yeməyə hazır deyil. Tortu kənarda otaq hərarətində ən azı 6 saat saxlayın ki, yumuşalsın.

ADDIM 5 – Nuş Olsun! (tortunuzu yeyəndə məni yada salın:)

Related Posts with Thumbnails
309 Şərh
  1. ellerinize sagliq feride xanim dadli tortdu bal tortu.Dunen men yeniden hil ve limonlu bulkanin xemirin qatdim isti yere qoydum bi defe xemirim sisdi cox sagolun o gunu sualimi cavablandirdiginiz ucun allah caninizi sag elesin

    • salam ferida xanim menda deyilana gora cox gozal sirniyyatlar bisiriram sizi ustadim hesab ediram sorusurlar ki resepti hardan almisan deyiram ki adini esidim uzunu gormadiyim ferida xanimdan mene gulurler ki neca yeni amma hele beyenmeyen olmayib teessseeeekkkkuuuurrrlllleeeerrr

    • bu tort saliqlidirmi

  2. Feride xanim salam.Bu bizim ailenin en sevimli tortudu.Mende sizin kimi kulinariya heveskariyam.Demek olar(özümü terif olmasin)her bir shey mende yaxshi alinir.amma tortun giraglarini kesmek texnalogiyasini sizden öyrendim.Cox yayshi fikirdir ,sag olun bele etrafli aciglamalara göre öpdüm

  3. Maşallah Fəride xanım . Çox gözəl görünür. Əlləriniz dərt görməsin.
    Ama mənə maraqlıdır Amerikada molokonu hardan almak olar. Təşəkkür

  4. Feride, salam, necesen ?
    Allah ellerine varliq versin nece deyerler.
    Birce sualim var: Soda deyende neyi nezerde tutursan ? cunki burda curbecur sodalar var : xemiri shishirtmek ucun lazim olan sodadan sohbet gedir ?
    Opdum.

  5. Feride xanım çox teşekkür ederim menim favori tortumdur ballı tort çox sevirem bu resepti birde sizden öyrenmek istemiştim çox çox sağolun camsınız ellerinize sağlık

  6. salam Feride xanim ne gözel reseptler qoyursunuz sayita..aglim basimdan getdi eee coooxx superr mutleq elemeliyem ela gorunur sirniyati cox sevirem sizinde eleriniz yorulmasin …helelik

  7. SAGOLUN FERIDE XANIM.MEN DE COXDANDIR YENI TORT RESEPTI GOZLEYIRDIM.ELA GORUNUR : )

  8. Salam, Feride xanim. Men bu saytla teze tanish olmusham. Cox beyenirem hem sayti hem de reseptleri. Balli tortu ozum cox sevirem. Ancaq “Zebrani”-yoldashim. Sizin sayenizde qohumlarim mene “kulinar” adi veribler. Cox sag olun.

  9. Salam Fəridə xanım ! Reseptə görə sağ olun…Kremin ərzaqları
    mənə çox göründü…Bu kremin hamısını torta istfadə etmək lazımdır ?( Mən kremi çox xoşlamıram..ona görə)…

  10. men uzun zamandır bu tortu axtarırdım çox yaxşı oldu feride xanım çox sagolun

  11. qızlar sayta olan varmı

  12. qızlar qatılaştırılmış süt evde nece hazırlanır bilen varmı varsa yazın xaiş edirem ne zamandır yazıram cavap yoxdu

  13. salam. Feride xanim.cox sag olun bele sayta gore.men balli tortu bosirdim cox gozel alindi. evde hami beyendi.sizden yeni reseptler gozleyirem.her seye gore cox sag olun

  14. ulviye qatilasdirilmis sud ucun 2stakan sud texminen 500ml,50qr un,sirinliyin istediyin qeder pesok vura bilersen 1stekan,ya da yarim st pesok.

  15. QIZLAR, şərhlərinizə görə təşəkkürlər.

    Suallarınıza cavab:

    SAMİRƏ: moloko Amerikadan tanınan ərzaqdır. Marketlərdə var. Adı sweetened condensed milk.

    AFƏT: bəli, xəmir üçün nəzərdə tutulanı. Baking Soda.

    ULYA1: Kremi az da etmək olar, amma onda tort çox yumuşaq olmayacaq.

    ULVİYE: əvvəl də yazdığım kimi, qatılaşmış südün reseptini bilmirəm. Hazır alıram. Gulnar sağ olsun, kömək etdi.

  16. salam. mende bu sayti coxxx beyendim.amma ki, yeri var

  17. eladir. sezz

  18. Feride xanim mene TURK PAXLAVASININ RESEPTINI YAZIN DA NOOOOOOOOOOOOOOOOOOOOOOOLAR :) :) :)
    YAZSANIZ – :) :) :) :)
    YAZMASANIZ – :( :( :( :(

  19. Deutschland

  20. bu tortu mutle bisirecem. en cox sevdiyim tortdur. recepte göre tesekkurler.

  21. Salam Fəridə xanım ! Həmişə olduğu kimi bu resertiniz də əla alındı…Nahaq yerə mən bu saytı seçməmişəm ki!!!
    TEŞEKKÜRLÜR!
    Daimi istfadəçiniz ULYA1.:)

  22. salam Feride xanim.ingilis versiyasina baxdim.amma acigi basha düüshmedim.zehmet olmasa TIRAMISUNU azerbaycan dilindede tercüme edin.sag olun evvelceden

  23. Salam !!
    Bu weekend bishirdim, ela alindi, hami cox beyendi!!
    Teshekkur edirem…
    Ingilis dili versiyasinda tamamile ayri recepie qoyulub. Gerek onu da deneyek :)

    ~Nargiz

  24. Salam Feride xanim bu resepti axtarirdim ve burda tapdim saytiniz superdi. İslerinizde ugurlar.

  25. salam Fride xanim necesiniz? Feride xanim men soci perokunu bishirdim bir az quru cixdi ola bilerki cox yaydigim ucun ele cixsin? teshekkurler.

  26. GUNEL: Ola biler ki cox nazik acmisiniz xemiri.

  27. Salam feride xanim.
    Size sualim var
    Siz orda krem yerinde yazmisiniz ki 2 eded skushonka bankasi qaynadin
    Sonra da yazmisiniz ki ancaq 1 denesinin yarisini ishledeceksiniz.Niye bes onda 2-sini qaynatdiniz?Chox maraqlidi cavabiniz.Tou bosh vaxt tapan kimi bishirecem
    Evvelceden teshekkur edirem.
    He bi de bu cumleni basha dushmedim

    Listi sobadan çıxartdıqdan sonra, biskvitin altına spatulanı gəzdirin ki, dibi zədələnmədən sobadan qopsun

    Spatula nedi?onsuz da qabi yaglamishdiq da evvelceden yapishma ehtimali var beyem?

  28. AYnur xanim yegin ki Feride xanim incimez onun yerine cavab vermeyime.2 dene skushyonkani gaynadib 1 ini ve o birinin yarisini istifade edeceksen.Spatula ise kinditeriyada ishledilen aletdi.Uzun bicag kimidi.Galan yarim dene skushyunkani ise istesen burda yaz men sene Shaftali pirojnasi recepti verim orda yarim dene gaynadilmish malako lazm olur

  29. herif sehfim oldu.konditeriya yazacagdim .bir de deyim ki her defe listi yaglamalisan eger yaxshica yaglanibsa yapishmaz.,,

  30. AYNUR: Elvira menim yerime cox gozel cavabladi. Cox sag olun, Elvira. Spatulaniz yoxdursa enli bicaqla da biskvitin altina gezdirin. List yaglanmis olsa da, biskvitler nazik oldugundan bir az yapisa biler, ona gore altini bosaltmaq lazimdir.

  31. Mende bu tortu bişirdim ilk defe ila alındı yumuşacık oldu men listi yağlamadım burda yani Türkiyede hazır yağlı kağızlar var ondan qoydum yağlamaya ehtiyac yoxdur ve burda malako satmırlar men Azerbaycanda bişmiş hazır satılandan almıştım kremi onunla eledim yani qısacası ela alındı bunun üçün size çox teşekkür eliyirem

  32. feride xanim ingilis dilinde olan bloqunuzda fevralin 27 qoydugunuz sirniyyati zehmet olmasa tercume eliyib burada qoyunda ne olar ne ise cox dadli bir seye oxsadi

  33. Kardeşim ben Türkiye’den Ankara’dan yazıyorum,pastanız çok güzel,
    sizi de benim siteme beklerim,sevgiler gönderirem.

  34. Salam feride xanim.Tesadufen rasladim saytiniza ve sevindim .Bele gozel sayt hazirladiginiz ucun tesekkur edirik .Balli tortunuzu bisirdim cox gozeldi ailece haminin cox xosuna geldi.coox sag olun.

  35. SALAM.FƏRİDƏ xanım bu tort çox dadlıdı bizdə mama tez tez bişirir.fəridə xanım siz özbek aşı bilirsiz?

  36. 28. Elvira | Mart 4th, 2010 at 5:47 am

    Chox sag olun achiqlamaniza gore/
    Mende o aletden yoxdu enli bichaq var onu istifade ede bilerem/
    Chox sag olun

  37. Salam Feride xanim menim ve ailemin sevimli tortudur.bishirdim xemirim biraz yapishqan oldu incitdi meni amma cox dadli alinmisdi.tesekkur edirem.

  38. Salam Feride xanim necesiniz? Allah bu gozel reseplerinize gore sizden razi olsun.Menim yashim hele azdir yemek bishirmeyi yavash-yavash sizin sayenizde oyrenirem.Sizden bir xahishim var.Iki aydan sonra ad gunumdu shokoladli tort hazirlamaq isteyirem.Zehmet olmasa reseptini yerleshdire bilersiniz?Alinsa size cox minnetdar olaram.evvelceden cox sagolun

  39. gülnar çok sagol birtanem

  40. salam feride xanı necesiz feride xanım umaclı helvanın recseptini bilirsiz bilirsinize eyer mümkünse yazında

  41. Sabah men de bishirecem bu tortdan.Hem de menim bishirdiyim ilk tort olacaq )).

  42. Salam Feride xanim.Axir ki bu tortu dunen işdən eve geden kimi bişirdim.Çox rahar oldu.Eziyyeti o qeder de deyil.
    Çox sağ olun .ÇOOOOOXXXXXX ela tortdu.
    Axşam bişirdim seher yedik .Hami beyenib evde.Minnetdaram.)))))))))))))))))))))))))))))))))))

  43. bi de ki yaz salatinin reseptini mumkunse qeyd edin.

  44. KIM YAXSI RESEPTLER ISTEYIRSE LEZZETLER.COM SAYTINA GIRSIN.

  45. TWRK PAXLAVASINI ISTEYEN XANIM LEZZETLER.COM-A GIR.

  46. salam,Feride xanim. Sizin blogu tesadufen tapdim wikipediada paxlava resepti axtararken. anam sizin reseptleri chox beyendi ve tezlikle bishirmeye hazirlashir. Eger size de maraqli olsa shirniyyat reseptleri yaza bilerem. Umid edirem ki, oxucularinizin sayi gunbegun artacaq. Sag olun ellerinize sagliq !!!

  47. AYNURKA: Xos geldiniz. Elbette ki, istediyiniz vaxt elektron poct unvanima reseptleriniz gondere bilersiniz. Cox sag olun.

  48. cok ama cok tesekkur ederim ellerinize saglik , tarifi okudum ama yapmadim yarin mutlaka allah nasip ederse mutlaka yapacam ! insallah yapa bilirim ! tekrar emeyinize saglik !
    Saygilarimla Yeliz

  49. cok pardon pasta arasinda hangi kremi kullandiniz , krem hakta bilgi vermemissiniz , her hangi krem kullana bilirmiyiz yoksa ozel kremimi var , bilgi verirseniz cok memmun olurum , ondecen tesekkur ederim
    Sayglarimla Yeliz

  50. YELIZ: Bu kekin özel kreması var. Turkiye de kati sud satilmiyor zannedersem. İngiliscesi condensed milk. Onu suda kavanozunda bisiriyoruz, sonra tere yagiyla iyice karistiriyoruz. Eger condensed milk yoksa, o zaman istediginiz kremadan kullana bilirsiniz.

  51. salam mene bu recepi nece adam demisdi amma yumsag olmurdu oglumun en sevdiyi tortdu size tesekur edirem men isvecde yasayram sizden salat recepleri isteyirem eger mumkunse önceden tesekur edirem

  52. boyuk is gorursunuz. Azerbaycanimizin medeniyyetini yayirsiniz. size xususi tesekkurler. artiq dusmenlerimiz , ermeniler yemeklerimize de el qoyublar. oz adlarina cixmaga baslayiblar. size ugurlar

  53. feride xanim men tort bezemeyi oyrenmek isterdim.gozel bezemek isterdim.feride xanim sizden xahis ederdim bu barede mene komec ederdiniz,eger mumkundurse.sag olun!

  54. Fəridə xanım,salam.Mən ballı tortu bir dəfə bişirdim.Əvvəla,listi yaglayıb xəmiri listə yaydım,xəmir bişəndən sonra onu listdən heç cür çıxara bilmədim,çünki xəmir peçenye kimi ovuldu.Sonra listə un səpb eləcə xəmiri açdım və bişirdim.Tortu birtəhər hazır etdim,amma həm dadı,həm də görkəmi ürəyimcə olmadı.Bu çox çətin hazırlanan tortdur.

  55. ELNARƏ: Tortu bu reseptlə bişirdiniz yoxsa başqasıyıa yaxşı alınmadı?

  56. feride xanim bu tort mende nese yumsaq alinmir bilmirem niye

  57. AMALYA: Eger bu reseptden istifade etseniz, tortunuz yumusaq cixmalidir. Burada her seyi deqiqlikle yazilib. Netice yaxsi alinmalidir. Siz bu reseptden bisirmisiniz?

  58. Salam xanimlar.Bu hqiqetende cetin hazirlanan tortdur.Ancaq men Feride xanimin resepti ile tanish olmamishdan qabaqda bu tortu ele bishirirdim. Bu resepti orada gorende cox maraqlandim,ve baxdim li,men de eyniyle bele hazirlayirmisham. Ve men de de ele gozel alinir ki,hami o tortumu digerlerinden daha cox beyenir. Men bu tortu tez-tez hazirlayiram. Xemiri hazirlamaq ve ondan yuxalar cox cetin alinir. Amma meshq eleseniz yeqin ki,mutleq alinacaq. Amma listden cixmayan yuxam demek olar ki, hec olmayib. Tortun yumushaq alinmasi ucun ise o en azindan bir gun qalmalidir. Ve bir de onu qeyd edim ki, men qutu sudunu qaynatmiram. Elece ona kere yagi qatiram,bir az da kremi duru edirem,belke ona gore yumushaq alinir.Feride xanim bele sherhimden incimediniz ki?Men sadeceSizin reseptinizle heqiqeten gozel tort alinacagini tesdiq etdim.Insahallah bu yaxinda Napaleon tortunu bishireceyenm,ve neticesini mutleq yazacagam.Haminizi opdum.

  59. Salam Feride xanim Men sizin bir nece yazdiginiz reseptlerden istifade etmishem ela alinib.Meselen hilli-limonlu bulkalari 2 defedir bişirirem cox dadlidir.Menim sizden xahishim var eger mumkunse qat-qat xemir (sloyonnoye testo ) reseptini veresiniz.Evvelceden minnetdaram.

  60. Salam Fəridə xanım. Mən də İradə xanımın xahişinə qoşuluram. Mümükünsə tez bir zamanda əgər bilirsinizsə qat-qat xəmirin reseptini verəsiniz. Bəlkə başqa bir bilən varsa zəhmət olmasa desin. Sağ olun.

  61. salam Feridə xanım zəhmət olmasa mənə ekiler pirojnasının reseptini verə bilərsiz axtarıram tapmıram.Çox sağ olun

  62. ay feride xanim dunya durduqca durasiz allah sizi bize cox gormesin

  63. reseptleriniz coooooooooooooooooooooooooooox gozeldir ozunuz kimi

  64. feride xanim salam sizin reseptlerinizi beyenirem ve tez tez istifade edirem.Sizden qat qat xemirin reseptini isteyirem zehmet olmasa.Indiden tewekkur edirem

  65. birde ay Feride xanim men balaca olanda yadima gelir magazalarda nagil tortlari satilirdi.Cox lezzetli olurdu hemen bu tortlar. mene o teseptidevere bilsez coox sevinerdim.yeri gelmiwken balli tortu biwirdim super idi .elinize dilinize sagliq.

  66. bişirdim çox yaxşıdır

  67. Salam, Fəridə xanım mənə yoyuq ləvəngisinin reseptini yazın da zəhmət olmasa.Yazsanız çox sevinərəm.

  68. Yeni aile heyati qurmush xanimlara,hem de ailelerinden cox cox uzaqda olan xanimlara chox boyuk komek olursunuz,Bunun uchun size chox boyuk teshekkuurumu bildirirem.

  69. Salam Fəridə xanım! Mən bu saytla təzə tanış olmuşam. Sizin reseptləriniz o qədər dəqiq və dadlı alınır ki… Sizə çox-çox təşəkkür edirəm!

  70. Calam Feride xanim.Cizin rezeptler cox xosuma geldi.En cox zebra tortunu cevdim.Rezeptleri cox aydin yazirsiniz hemde addim-addim be tam azerbaican dilinde.Zebra tortunu ailemde beyendi.Size derin tessekürümü bildirirem.Allah her seji gözel jaradib.Bizde indi onlardan istifade edirik.Helelik bu geder.

  71. salam.feride xanim mene abseron tortun reseptini vererdiz.SAG OL.

  72. Salam, Feride xanim. Biz evveller balli tort bisirende kundeleri cox edirdik, amma sizde 3 kundedi. Sualim odur ki, xemirin terkibine qatilanlari 2 qat eliyib 6 kunde etmek olar?

  73. Uzr isteyirem, siz 5 kunde qeyd etmisiniz. Kundelerin sayini cox etmek olar?

  74. XUMAR, bu qədər xəmirdən bundan artıq kündə çıxmır, amma xəmiri bir az çoxaltsanız ola bilər.

  75. salam. men balli tortu cox sevirem ve cox bisirirem. Amma 5-6 saat yumusalmagini gozlemeye hovselem catmir onuncunde men kremnen evvel biskivitlerin arasina isti sud sonra ise zkusonka cekirem. sud tortu yumusaq edir, zkusonka ise dadli. ve bucur hazirlanmis tortu hazirlanan tortu hazir olan kimi yemek olar yumsalmagini gozlemek lazim deyil. sag olun.nus olsun.

  76. Feride xanim salam,necesiz?balli tortu men basqa receptle bisirirdim,ama bu defe sizin receptle bisirdim cox cox gozel cixdi.cavabinizada cox sevindim,aldim,bir daha tesekkurler.yeni receptler gozleyirik!!!

  77. feride xanim necesiz?inşaAllah ki,tezlikle qatqat hamurun tarifesini
    verersiniz)))))bekliyoruz güzel hanim.size ugurlar RABBİM İZ yar ve yardimciniz olsun

  78. salam feride xanim sizinle taniw olmaqima sadam men qaymaqli kremi oyrenmek isteyirem

  79. hamiya salam,balli tortu burdaki reseptle biwirdim,aralara ise dogranmiw qara gavali(albuxara),qaysi qurusu,iri dogranmiw qoz qoydum.ela alindi.xanimlar yoxlamaga deyer

  80. Feride xanim Emeyinize sagliq men balli torta en cox zavarnoy kremden istifade edirem. mence yaxsi alinir.

  81. Super:))))
    Tesekkur edirem

  82. COOOOOOOOOOOOOOOOOOOOOOOX SAG OLUN
    COX BEYENDIM
    COXDANDIR BUNU BISIRMEK ARZUSUNDAYDIM
    COX GOZEL RESEPTDIR
    TVOROGLU PIROGUN RESEPTINIDE YAZSAYDINIZ SEVINERDIM
    ONCEDEN TESEKKURLER

  83. I made it today for Thanksgiving.And like always I do,I did mentioned your name :) Thanks Farida for amazing ,detailed recipies.
    Happy Thanksgiving.
    Aygun from San Jose

  84. eladı elleriniz dert görmesinnnn teşekkür edirem AZERBAYCAN XANIMLARI KİMİ BECERİKLİ XANIM YOXDU VALLA

  85. feride xanim allah sizden razi olsun chox gozel tortdu tesekkur edirem.agziniz sirin olsun

  86. Salamlar, Fəridə xanım.
    Mən bu tortu çox sevirəm, amma İstanbulda qatılaşdırılmış süd tapa bilmirəm. Qatılaşdırılmış südü normal süddən necə əld edə bilərəm?

  87. salam Feride xanim)bayraminiz mubarek..men Gece Gunduz tortunun reseptini oyrenmek isteyirdim,cox saytda tapmiwam ama duzgunluyune emin deyilem.xahiw edirem siz deyerdiniz..

  88. bu tort heyatimda gorduyum en istahlandirici tortdur

  89. Feride xanim reseptlerinize gore size cox tesekkur edirem. anam da bu tortun bisirenidir. cox adam bu tortu bisirir amma quru cixir. ola bilsin siz yazdiginiz kimi 6 saat gozletmir. amma anam bismis laylari kremlemeden onlari desmalin uzerine duzur ve azca sirin su sepir ki yumsalsinlar. mense sizin reseptle sabah bu tortu sinaqdan kecirecem insallah

  90. ne edirem mende bu alinmir ki alinmir bunnan basqa elimden gelmeyen sey yoxdu. bunu ise ne elesem xeyri yoxdu, alinmir

  91. hmmm dulce de leche,lezzet!!!!! :)))

  92. salam Feride xanim mumkunduse umacdi halvanin hazirlanmasin gostererdiz tesekkur edirem.

  93. salam ,mene absheron tortu resepti deqiqlikle lazimdir

  94. salam feride xanim men yazmisdim size cox tortlar vaki kreminde yag olmur parasok kimi dadir ureyi bulandirmir qaymaqda deyil coxdandi axtariram amma tapa bilmirem bilirsinizse yazardiniz tesekurler saytinizi cox beyenirem

  95. LALƏ – yəgin krem şantil kremini deyirsiniz. Onu hazırlamaq üçün qaymağı bir az şəkər kirşanıyla çalın.

  96. FERIDE HANIM.KREMINI BIZ OZUMUZ EVDE NECE HAZIRLAYABILERIZ.TURKIYEDE,MOLOKO YOXTUR,KOMEK EDERSES COX SEVIINIRIM.

  97. Salam Feride xanim.Xahis edirem, qat-qat xemirin reseptini veresiniz.Evvelceden size oz minnetdarligimi bildirirem.

  98. bu tort superdi

  99. Salam Feride xanim.size nece teshekkur edeceyimi bilmirem.Evvelce sor qogala gore cox sagolun.sebirsizlikle gozleyirdim resepti.bayramda gorende oqeder sevindim.Allah sizi de sevindirsin her zaman.Balli tortu aprelin 30-u dogum gunum idi.Onda hazirladim,cox gozel alindi.Qonaqlarimin cox xosuna geldi,yumsaq ve zerif idi.Allah sizden razi olsun.Ellerinize sagliq.

  100. men bu tortu biwirdim,daha supper idi,evdekiler dedi dunyanin en dadli tortudur,twk edirem

  101. SUPER SAYTDI

  102. salam

  103. Feride xanım bu reçeb superdi.

  104. SUPER SAYTDI

  105. Salam, Feride xanim, saytinizi chox beyenmishik ailelikce, uzunomurlu olsun, her sheyi chox anlashilan shekilde izah etmisiniz, chox sag olun, ellerinize sagliq!!!

  106. Salam Feride xanim.Reseptlerinize gore size chox tewekkur edirem.Evveller biwirdiyim yemekler yaxwi alinmirdi.Indi sizin sayenizde yemeklerim dadli olur.Tewekkurler )

  107. olmaz ki bu tortun üstüne bir bezek vurarlar?

  108. Saq ol canim, Feride xanim,mene ele bu resept lazim idi.Mutleq bisirecem..guman ediremki yaxsi alinacaq. nece aldigini isa bisirenden sonra yazacam……..

  109. Feride necesen ?Mən neçə illerdir bişirirdim ballı tortu gözel alınmırdı.Senin reseptindın istifadə etdim və bişirdim.VALLAH ele gözəl alındıki.ALLAH seni uzaq ellərdə qorusun inş

  110. cox sagolun resept ucun.inwallah bugun etmeye caliwacam.cox lezzetli gorsenir.en sevdiyim tortlardan 1dir…

  111. Feride,canim menim,seni shexsen tanimasam da demek olar ki her gun sayta baxiram nese oyrenirem,yeni her defe seni xatirlayiram)) Baxcadan qizimin muellimleri kofe icmeye gelmeli idiler senin balli tortdan bishirdim,inan ki valeh oldular ,saytin unvanini verdim,yeni ingilis dilinde olani,melum menim qonaqlarim Azerbaycan dilini bilmir)))

  112. salam meltem.bu kremi malakosuzda hazirlamag olar.3st süd+1.5st pesok+3x.q un+1vanil hamisini qatiwdir qoy ocaga.(pudinq kimi)qatilawanda ocagdan alib soyut.sora 250qr tere yagini mikserle agarana kimi cal pudinqide az az tökub cal.sora 30deq mikserle qatiwdir.dum ag krem olmalidi.qar kimi.nuw olsun

  113. cox gozeldir feride xanim

  114. hamurun içindeki bildigimiz normal balmi acaba.

  115. çok affedersiniz azerice fazla anlamadigim için .acaba hamuru elde yogursak olyomu. cok kisa zamanda yapmak istiyorum..şimididen saolun

  116. GONCA – Evet, notmal bal. Elle yoğurun, evet.

  117. cok saolun

  118. salam farida xanim bal tortuna soda avazi gabartma vurmag olar bida man zebra tortun birdafa gabartmaynan birdafa sodaynan eladim sodanin tami galir neca edim hansi yaxsidi indidan twk

  119. NURANA – Bu reseptlə sodanın dadı heç qalmamalıdır.

  120. selam.ben azeri kökenliyim ama antalyada yaşıyorum.novruz bayramlarında yapılan şoranın nasıl hazırlandığını yaza bilir misiniz lütfen.şimdiden teşekkür ederim.

  121. HULYA – Şora dediyiniz şorqoğalsa, burada var

    http://www.azcookbook.com/azeri/sorqogal/

  122. farida xanim bas bali torta soda vurmag olar bida yeni reseptlarinizi neca oxuyum pls

  123. feride xanim salam.olarki,soda yerine kabartma tozu eleve edib?balli tort bishirmishem ama soda ile iy gelir.bali men bileni 2 xorek qashiqi atilir.bir defe 3 etmishdim,xemirim berk olmushdu.teshekkurler

  124. KAMA – Bu resept dəqiqdir. Sodanın iyi gəlmir. Yoxlayıb. Qabartma tozu ilə sınaqdan keçirməmişəm.

  125. xemir resepti yaxsidir ancaq zavarnov krem olsa dadina doyum olmaz

  126. Salam. Burdaki butun resseptlere gore bu sayti duzub-qosana,resseptleri yazana,umumilikde burda eziyyeti olanlara elecede oxuyuculara oz derin minnetdarligimi bildirirem.Allah hamimiza komek olsun.Hec vaxt acliqla sinaga cekilmeyek.AMin

  127. balli tortu cox sevirem.mene cox cetin gelirdi onu hazirlamaq,yalniz ele izah vermisinizki mutleq hazirlayacam inshAllah.bir defe mama tez bazar krem shantiden istifade etmishdi krem yerine cox gozel alinmishdi.xemirin qraqlarina nece seliqeli gorunush vermeyi sizden oyrendim.soda yerine qabartma tozundan istifade ede bilerem?

  128. MERRI – Cox sag olun. Beli istifade ede bilersiniz, miqdarini iki defe artirin.

  129. Salam Farida xanim men bu resepti hazirlamaq isteyirem ancaq basha dushmedim bir qabra yag yazmisiniz ne demekdi?

  130. SƏİDƏ – Bir qabda demək istəmişdim. Düzəltdim.

  131. Salam feride xanim . BU tortu eledim amma alinmadi. Siz deye bilersinizmi ki, pesoklu yumurtani parda qarishidranda unu da parda qarishdiririq??? Yoxsa pardan goturub sonra unu tokuru,,

  132. LEYLA – Un pardan kənara çəkildikdən sonra əlavə olunur.

  133. Feride xanim cox gozel qabiliyyetiniz var beyendim tort ela cixib hem de cox dadlidi evdekilerde cox beyendi ellerinize sagliq

  134. Feride xanim bir weyi bawa duwmedim kremi hazirlayarken 2 banka qatilawmiw sud yazmisiz o 1 litr bankada olar yeqin ki yoxsa 2 litrlik bankada mene bir cavab deyin men biwirdim gozel cixdi ama men 1 litrlik bankada qatilawdirilmiw sudu 2 banka goturdum

  135. Feride xanim, men kremi bele etdim, amma hech cur yaxshi alindira bilmirem. Yagin tami gelir.
    Bir de Feride xanim, zehmet olmasa sualimi cavablandirin. kremden artiq qalib yigdim bir balaca shushe bankaya qoydum buzluga. krem qalsa sonra zeherlemez ki? amma buzluqdadir.

  136. PERVANE – Buzluqda xarab olmaz.

  137. Her kese salamlar.Men dûnen bu tordan bi$irdim.Dadli alindi.

  138. coox sagolun:)))))

  139. tortu nece asan yolla bezemek olar.cetinli cekirem

  140. Feride xanim salam men bu tortu 1nece defe biwirmiwem ama berk cixir hec yumuwalmag istemir.Bu niye bele olur sizce?

  141. nagil tortu resepti var mende ele balli tortun dadin verir,hemcinin gorunusude oxsayir twk.Tez-tez yeni reseptler qoysaniz yaxsi olar

  142. Fəridə xanım mən sizə çox təşəkkür edirəm mən sizdən çox şey öyrəndim inanın şirniyyatlarım sizin sayənizdə çox gözəl alınır.Sizə minnətdaram

  143. salam..mene tort reseptleri deyin

  144. gozeldi

  145. SALAM FERIDE XANIM SAYTINIZ SUPERDIIIIIII,,,,,,.

  146. FERIDE XANIM ZEHMET OLMASA TORT RESEPTLERINI TEZ-TEZ YAZIN SAGOLUNNNNNNN>…….,……,…..

  147. saytinizi chox beyendim tesekkurler.

  148. menim en sevdiyim tortdu

  149. men de bele bisirirem

  150. .

  151. salam eziz xanimlar

  152. lezzetli tortdu.cox xoslayrm.mende de alinar Insallah sizin sayenizde.))

  153. salam

  154. cox dadsiz tortdu

  155. niye?

  156. salam xanimlar.

  157. Feride xanim men napalionu yaxsi alindira bilmrem xemir yaxsi kopmur sizce niye? resepti cox diqqetli hazirlayiram amma yenede alinmir.

  158. men bu saiti yeni gormusem men sirniyat yemeyi cok xoslayiram ona gorada cok saqolun ki bele gozel reseptleri her kesle paylasirsiniz bu bali tortda cok gozel tortdur elinize saqliq

  159. Sagolun Feride xanim.men sizin sayenizde dadli yemekler bisirirem.

  160. cox sagolun ki bize bele sirniyatlar oyredirsiz…

  161. men size tesekul edirem.men bu tortu bisirdim cox qeseng cixdi.anamin ad gunun de bisirdim cox narahat idim pis cixar.allah uzun omur versin size.

  162. size cox tesekkur edirem cox sagolun men bu tortu nece gundu axtariram yenede cox sagolun

  163. FERIDE XANIM, MEN BU RESEPTI CHOXDANDIR AXTARIRDIM, NEHAYET KI, TAPDIM. ILK DEFE ETDIM CHOX DADLI, ELA ALINDI. ARTIQ DEFELERLE EDIREM ( TEBII KI, SENIN SAYENDE ). MEHZ SEN ETDIYIN KIMI EDIREM. BUNA GORE SENE DERIN TESHEKKUR EDIREM. VE SONDA YAZMISAN KI YEYENDE MENI YADA SALIN. MEN NEINKI YADA SALIRAM HETTA DUA DA EDIREM;-)

  164. Super tortdu !

  165. ellerinize agliq

  166. feride xanim bu tortdan bisirmisem amma nese guru cixir

  167. Baki.xanim menim tortum berki cixdi niye bele oldu diye bilersiniz?

  168. COX BEYENDIM

  169. superdi coxsagolun

  170. ellllllllla her superdi

  171. salam,qizlar bu tortun kremini krem santi ile evez etmek olar?

  172. Feride xanim cox xais edirem sualima cavab vererdiz.

  173. LEMAN – Olmaz.

  174. torti berk cixanlar-yeqinki, firinda cox saxlayirsiniz quruyur.

  175. tortunuz berk alinibsa demeli unu cox gatmisiz

  176. SALAM.BALLI TORTU MENIM QEDER GOZEL BISIREN VARSA YAZSIN,YOXDUSA MEN OZ RESEPTIMI VERE BILEREM

  177. salam feride xanim menim zebra tortum yaxsi kixmada.siz nege tarif vermisiniz elede elemisdim bilmirem neye gore ele oldu

  178. feride xanim zehmet olmasa cavab yazasiz

  179. SHAYESTE – səbəbini bilmirəm bağışlayın. bu resept məndə 100% işləyir. Çıxmadı deyəndə hansı problem oldu?

  180. yaxsi qabarir ama ikerisi lik kimi olur sebebi ne ola biler?

  181. salam feride xanim.Ellerinize sagliq.Bir soz soruwumde.men kremi 2 defe hazirlamiwam ikisindede sudu cox olur axi.sizdeki kimi alinmir.ne edim?

  182. men zebra tortunu biwirdim cox ela cixdi haminin xowuna geldi)))))

  183. feride xanim yeni reseptlerinizi sebirsizlikle gozleyirik.

  184. Salam,Feride xanim.Allah sizden razi olsun.Men bu tortu 5 ildi bisirmek istiyirem,amma cesaret etmirem.Qorxuram ki,birden alinmaz.Sizin sayti gorenden sonra ozumde cesaret tapdim ve ilk defe Yoldasimin Ad gunune -1 Iyuna bisirdim.Ozum de daxil hami beyendi,gozel alindi. Sizi yada saldim ve hetta,Hamiya da anlatdim.

  185. FERIDE XANIM ALLAH SIZI BIZIM UCUN ELEDIYLERINIZE GORE MUJDESIZ QOYMAZ INWAALLAH

  186. ayin 9 ad gunum idi, 8 biwirdim cox gozel alindi. hami beyendi ve inanmadilarki birinci seferdi biwirirem bu tortu. yeyen yeyen terifledi. coox saq olun.

  187. Bu tortu cox sevirem amma bisire bilmirdim sizin sayenizde oyrendim cox sagolun teeeesekkurler

  188. Salam feride xanim cox sagolun ki bele gozel basa saldiniz size tsk edirem bunu yoxlayacagam:)

  189. salam feride xanim men bu tortu indi bishirirem.bunun xemirini soyuducuda gozletmek lazimdi?

  190. ƏFSANƏ – Reseptdə necə yazılıbsa elədir, soyuducu qeyd olunmayıb orada.

  191. bishirdim.chox sagolun ela dadir.ama chox balaca chixdi….

  192. Fəridə xanım.bu resept çox xoşuma gəldi və inşallah ayın 31i qardaşımın ad gününə bişirəcəm.nəticəni yazasan.birdə reseptdə görə tşk.

  193. Menim cox xoshum geldi FERIDE xanim bu sayitdan men bu balli tortun reseptini axtarirdim ve bu resepti goturub sifteni eledim ve ela oldu tesekkurler…

  194. men lap yaxsi duzelderirem

  195. salamlar haminiza. supeeeer tortdu. cox tesekkurler

  196. bu tortun laylarini krem vurmazdan qabaq meyve suyu ile islatsaq 15 deqiqeden s onra yaglasaq daha lezzetli olar

  197. Size sagol demeyi ozume borc bildim, Farida. Birinci defedir ki, tort tam istediyim kimi alindi ve cox teriflendi. Ugurlar!

  198. Salam Ferida xanim…Men bu tortu da bişirdim…çox gözəl alındı..Hami beyendi…..Reseptlər üçün bu sayt üçün çox sağolun

  199. Cox saqolun Ferida xanim, bu tort hamimizin xoshuna geldi.=)

  200. Coooox sag olun))))

  201. Salam dostlar Bunu nece bi.irler

  202. Salam Feride xanim.men bu sayta yeni uzv olmusam.Balli tort reseptini gordum ve qerara geldimki bisirim.Ve bugun seher 4de hazur etdim.dadinin nece oldyquny ise aile uzvlerim deyecek.siz nece yazmisdinizsa ocurde bisirdim.xemir yumsaq alindi.sadece sekilde kremin rengi aqdir,amma mende aciq qehveyi alindi.yenede teshekkurler.indi ise novbede pastet reseptidi );-)

  203. Balli torta soz ola bilmez.cox lezzetli alindi.herkes beyendi.Thanks

  204. salam FERIDE xanim,men bu sayti secdiyime gore sevinirem,cooooooooox sag olun.sizden cox wey oyrenirik,men de bu tortu biwirdim amma cox cetinlik cekdim,size bir sualim var,onu nece yaymisiz listde.cox cetin yayilir,qiraqda yayib sonra qoymusuz?birde cox cetin cixdi listden,qopalaqlandi.xahish edirem cavab yazin,evvelceden teshekkurlerrrrrrr

  205. salam Ferida xanim bisirdim balli tortunuzu cox qasang alindi cox sagolun butun reseptlare gora

  206. nergiz—Feride xanim daha deqiq deyar ama men oz eladiyimi deyim bunu sina alinacaq….evvelce listi azaciq isit sonra yagla ve elinle xemiri yay…yayanda elini tez-tez una batir….cixaranda da bicaqla altini terpet ve surfeye sal…..İnsallah alınar…..

  207. Salam. Men size ruletin reseptini vermek isteyirem.
    5-yumurta
    1-paket vanel
    az qabartma tozu
    1-stekan pesok
    1-stekan un
    1-nelbeki povidla
    hazirlanmasi-yumurtayla pesoku mikserle calaq vanel kenarda unu qabartma tozuna qatib caldiqimiz bezeye tokuruk taxta qasiqla hell edib yaqlanmis unlu liste tokub bisiririk sonra listden cixarib isti -isti povidlani uzerine cekib ruleti bukuyruk uzerini pudrala
    NUSH OLSUN

  208. men balli tortu bisirdim cox gozel alindi resepte gore cox sagolun men sirniyyatlari cox sevirem hevesle hazirlayiram

  209. salam xanimlar bu tort menim cox xosuma geldi hem de asant gorsenir sabah hazirlayacam .tesekkurler

  210. salam feride xanim cooox gozel alindi twkler

  211. supper bacimin ad gunusune hazirladim cooox begendiler men de begendim coox saolun bawqa ne resepleri bilirsiz??)))))))

  212. man bu recepti axtarirdim cox sagolun

  213. size minnetdaram bele gozel reseptlere gore)))

  214. minatdaram torta gora

  215. Gözel tortdur,menim en cox bisirdiyim tortlardandir.Krem bisirilende daha da dadli alinir.Xemiri acanda cox vaxt bisirileceyi listi yaqlayiram ve elimi una yox,suya batirib aciram ki,xemir quru alinmasin ve tortun kremi cekildikden sonra 7-8 saat dinlenmelidir ki,kremi canina ceksin.Bezen qatlara azaciq sirop da cilense, daha da kövrek olur.

  216. salam biz bu sayta daxil olduq reseptler elde etdik zebra tortunu bisirdik evde hami beyendi

  217. CHOX SAG OLUN. Size derin minnetdarligimi bildirirem. Tortu sizin reseptle etdim ela alindi. Chox dadli ve yumshaq. Hami razi qaldi.

  218. cox gozeeeeeeeeeeeeeeelllllllllllllllllllllllllllllllllllllllll

  219. çox gözəl reseptdir. yeni reseptlerde olsa çox çox gözəl olar

  220. Feride xanim lap agzimin suyu axdi.Tesekkur edirem

  221. Feride xanim tewekkur edirem resepte gore ne yaxsiki siz varsiz bele reseptler bizlere verirsiz.xais edirem ki mayanezli salatlar cox yazasiz.

  222. salam cox teshekkur edirem cox dadli alinir men evveller edirdim bucur alinmirdi squshonkani qaynadanda dadi cox gozelolur

  223. Salam. çox sağ olun bu retçepə görə. bayram qabagı əla hediyyə oldu mənim və ailə üzüvləri üçün. həmişə uçaqlar mənnən bu tortu bişirməyimi istiyirdilər.

  224. salam men ne edirem edim mende bu tort taxta kimi olur ne edim

  225. salam,cox saq oluntewekkur

  226. mende bu ttortu yenu il bayraminda hazirlamagi dusunurem mence cox dadli olar

  227. Gözəl.tortdur.amma.zəhmət olmasa.mənə.birinci.sinif.tortunun.reseptini.deyə bilərsinizmi
    Əgər.mümkündürsə?

  228. tort cox gozeldir

  229. Salam Fəridə xanım.Əvvəla gənc xanımları maariflənçdirdiyiniz üçün Sizə minnətdaram.Mən Sizin saytınıza tez-tez daxil oluram və çox reseptləri sınaqdan keçirmişəm.Bircə onu deyə bilərəm ki,hər şey möhtəşəmdir.Yeni reseptlər tez-tez olsa,bizləri sevindirmiş olarsınız.Sağ olun!

  230. en sevdiyim tortdu.Biwiren olsa yeyerdik.kikiki

  231. salam feride xanim men size tesekkur edirem ve sizden xahis edirem ki yeni reseptlerle bizi temin edesiniz

  232. MANDA BU TORTU BISIRACAM TASAKURLAR

  233. Men squwonnunu 2saat qaynatdim ,ama yaxwi qatilawmiyib :( bugunluk gorek nece alinacaq. Cox sagolunki bele deqiq ve lezzetli reseptler yazirsiz. Elleriniz derd gormesin!!!!!!

  234. feride xanim resepte gore cox sag olun deqiq ve rahat hazirladim cox yaxsi cixdi hem yumusaq. hemde cox dadli tesekkur edirem ve hamiya bisirmeyi meslehet gorurem

  235. Sekile baxib ve serhleri oxuduqdan sonra bu tortu bisirmeye ele heveslendim ki, seher mutleq hazirlayacagam Feride xanim. Kash yaxshi alinsin. Qaynanama surpriz edim.

  236. dadlidi

  237. cox gozel totdur

  238. Coxlu tesekkurler. Super alindi. Hami cox beyendi

  239. Salam Feride xanim. Elle acmagi basla dusmedim oxlovla olmaz acmaq? Elle nece alinir?

  240. tewekkurler cox sag olun Feride xanim

  241. Salam ,Feride xanim.Sizin saitinize coxdandir ki,nezer saliram,cox gozel ,deqiq basa salirsiniz,cox minnetdaram.Heqiqeten de vetenimizden uzaq yasayan xanimlarimiza cox boyuk komekdir..ellerinize sagliq….

  242. olmaz di ki resepti balaca yazasiniz

  243. salam feride xanim men sizin verdiyiniz sunger biskvitini hazirladim .amma yumurtalarin suyu ayrilirdi.biskvitin alt hissesi yapisqan cixdi.yumurta sulu olanda neynemek olar?yoxsa bele olanda en yaxsisi bisirmemekdi?sizden hazirlanmasi asan olan tort resepti isteyirem.sirniyyatda o qeder de yaxsi deyilem.evvelceden tesekkur edirem.

  244. salamlar.men de balli tortu tez tez bisirirem.artiq ozumunkulesdirmisem.reseptde deyisiklik etmisem,bizimkiler bu tortu menim adimla deyir.men qatlari cooox nazik edirem.kremde az yag isledirem.coooooox dadli olur.
    tesekkurler,dadli gorunur

  245. salam feride xanim suqusonka qaynayandan sonra nun icne kere yagini diri atib eritmek olar? nece alinar??mende mikser yoxdu

  246. cox gozeldi, tsk.

  247. mende qizimin ad gunune ne tortu biwireceyimi fikirlewirdim.ela reseptdi tewekkur

  248. Feride xanim resepte gore cox sagolun men bu tortu sizin sayeniZde bishirdim cox dadli alindi yoldasimin da xoshuna geldi sagolun

  249. salam feride xanim men eledim ancaq quru alindi

  250. qizlar mene tisbaga tortunun bilen varsa reseptini verin de

  251. salamlar men eveller bu cur usulla bishirirdim,quru cixanda yeke salafanin icine qoyurdum ve 4-5 saata yumshalirdi.amma indi qati smetani qaynadilmish skushonkaynan qatib edirem coooox dadli olur,hemde yup-yumshaq olur.bu hec vaxt tort bishirmiyen adamda yaxshi akinacaq,amma gerek kremi evvel soyuducuda saxlayib sonra bolluca korjlarin ustune yayasan.twr

  252. menim anam da bundan bisirib……

  253. salam feride xanim ellerinize saliq men bu tortu cox sevirem….allah sizden razi olsun cox vaxti biwirirem.

  254. Fəridə xanım bu resepti göydə axtarırdım amma sizin saytda tapdım. Təşəkkürlər. İşlərinizdə uğurlar sizə. yeni kitabınız nə vaxt işıq üzü görəcək???

  255. salam feride xanim.bu tort mende elaaa alindi hami beyendi cox sagolun

  256. Men bunu biwirdim cox gozel tortdu elleriniz dert gormesin

  257. Cox gozel gorunur mende bisireceyem

  258. Feride xanim sekerbura reseptini yaza bilersiz?

  259. xanimlar salam.evde sudle moloko bisire bilersiz.4litir sude 2kq pesoq tokub qatilasana qeder qaynadin,axirda vanel elave edin.

  260. salam qizlAR MENDE BU TORTU BISIRMEK ISTIYIREM AMA RISK ETMIREM BIRDEN BERK CIXAR DEYE QORXURAM

  261. Coox tewekkurler. Mende coox sevirem bu tortu. Ellerinize saliq.

  262. çok sağ olun Feride hanım bu çok çok güzel bir tort

  263. Salam Feride xanim,cay sodasi yerine qabartma tozu isletmek olar?

  264. Salam, Feride xanim.Qatilasdirilmis sudu bisirende rengi deyisib qeyveyi olur.Bes niye sizin krem ağ renglidir

  265. salam FERIDE xanim resepte gore tesekkur edirem suuuuuuuuuperdi

  266. feride xanim men bildiyime gore balli tort qaynadilmis skusonnudan olmur axi yeni sade krem yox esl necedir

  267. Salam Feride xanım necesiz? Sankt Peterburq şeherinden size salamlar var. Men ilk defe eledim bişirdim pis alınmadı biraz korjım quru kimi oldu amma ela dadıdı. Ellerinize sağlığ reyleri oxudum çoxu yazıb kı, sodanın iyisi özüm ölüm heç sodanın dadı bele yoxdur. Reseptlerinize göre çox sağ olun

  268. cox gozel reseptlerdi hal;aldi size cox twk

  269. Arzumdur ki bu şirniyatlardan ev seraitinde hazirlayim

  270. salam sizden xahis edirem fisincan-in bisirme qaydasini yazasiniz .xatirladim ki Lenkeran yemeyidir

  271. Mən hec vaxt bişirməmişəm ama qaynanam cox gözəl bişirir bu tortu. Təşəkkurlər.

  272. Salam feride xanım mən başqa tortları bişirmişəm birdənə bu tort qalıb onuda bişirəcəm yəqinki yaxşı alınar,tort gözəl çıxıb əlinizə sağlıq.

  273. Salam Feride xanim ..xaiw edirem yuxa tortunun hazirlanma qaydasini e-mail yada facebook hesabima gondererdiz..

  274. bu tortu cox xoslayiram,resepte gore cox sag olun

  275. çoox sağ olun. bu sayta gəldiyimə görə çoox şadam.

  276. salam men bisirdim tort cox super alindi

  277. Çoooooxxxx gözəll tortduu balli tort

  278. Elerınıze saglık gozel görünür

  279. Salam mene blincik resepti lazımdır bılen varsa zehmet olmasa yazsın tesekkur edırem

  280. salam feride xanim bu tortun sokaladlisi nece bisir onu da yazin de nolar gozleyirem

  281. bu da qesengdir bayildim

  282. sagolun feride xanim bu resepti bura qoydugunuz ucun

  283. menimde gozel reseptlerim var bbir gun reseptleri bura yazacagam
    sagolun butun qadinlarki oz metbextlerinin sulltanlari

  284. Feride xanim, krem buzluqda saxlana biler ya soyuducuda?

  285. saalam herkese malcipan resepti bilen var

  286. fəridə xanim çox gözəll bişirmisiniz mən də bunu 4 ildir ki görmürəm və deyirəm sizə halal olsun ellerinize salik

  287. eladi men bisirmisem dadi ela alinir :)

  288. elaaaaaaaaaaaaaaaaaaaaaaaaadi

  289. Salam,
    Feride xanım, men bu tortu bişirerken biskvitleri şerbetle isladıram. Onda tort olduqca yumşaq olur.
    Resepte göre teşekkürler :)

  290. super elaaaaaaaaaaaaaaaaaa

  291. Tewekkurler resepte gore!Men coxdan biwirmirem bu tortu,amma yadimdadir ki, o zaman bu tortun kremini zavarnoy krem edirdim.Mence onla daha yumwaq alinir.Inwallah sizin resepti de biwirmeye hazirlawiram!

  292. Eladi.Feride xanim hazirladim cox gozel alindi.Elleriniz dert gormesin.

  293. ela tortdur

  294. cox beyendim dadi eladir.indi ele men onu bisirirem.
    gozeldir

  295. Mən bir dəfə bundan hazırlamışam ama eynən bunun kimi alınmışdı görünüşü dadını deyə bilmərəm.Əllərinizə sağlıq

  296. Elleriniz var olsun,Feride xanim. Cox asan reseptdir. Mutleq hazirlayacam. Bir nov napoleon tortunu xatirladir. Ama bu daha dadlidir.

  297. salam feride xanım mən sizə facebookda yazmışdım size resepdə göndermişdim ‘azerbaycan meyvəleri şirniyatı’.Neyse onu deyimki mən bu tortu bişmiş kirem vururam elə olur pambıx kimi
    Resepdi:
    700-qr süd
    1st-un
    1,5st-şəkək
    50qr-yağ
    bunları qarişdirif oda bişirirəm elimizi dayandırmırıx bişənə kimi qarışdırıram qatılaşanda özpıqqıldıyıf hava çıxır dadına baxın xəmir dadı gəlmirsə demək hazırdı götürüf qoyurux kənara soyusun soyuduxdan sonra içinə yağ əlavə edib qarışdırıf yuxalarımıza vura bilərik.
    çox dadı kiremdi uşaxlar xüsusi ilə bəyənir 1saata 2saata tortunuz pilə kimi olur

  298. salam.reseptlərinizi çox bəyənirəm.çalışıram çatdıra bildiyim qədər məndə onları hazırlayım.

  299. əllərinizə sağlıq

  300. Salam…..balli tort hecde tortlarin wahidi mene bu tortun ressepti onsuzda lazim idi…nenem cox sevir menden xaiw edibki biwir onun ucun biwirecem…neneme deyecemkii feride xanim tortu yeyib sizin caniniza dua etsin opurem sizi feride xanim)))by ,,akkuw

  301. tewekkurler oxudum hevese geldimm mutleq hazirlayacam

  302. salam men sizin bloqunuza yeni abune olanlardanam bu şeraiti yaratdiğiniza göre teşekkür edirem

Sizin Şərhiniz