My Book
Dadlı yemək reseptləri bloqu

“Banan” Pirojnası

Banan pirojnası Bakıda keçirdiyim uşaqlığımın və gəncliyimin bir xatirəsidir. Bu pirojna evimizdə tez-tez bişərdi – həm qonağımız olanda,  həm təntənəli günlərdə, həm də ki, ürəyimiz şirniyyat istəyəndə, banan pirojnası bişirərdik. Bu yay Bakıda olanda anam bir ənənə olaraq bizə bu ləziz şirniyyatdan bişirdi. O bişirdi, mən də proses boyu şəkillər çəkdim ki, sizə çatdırım. Nuş Olsun!


“Banan” Pirojnası

20 pirojna üçün

Xəmir üçün:
1 stəkan xama
çay qaşığının ucunda (çay qaşığının dörtdə  bir hissəsi) çay sodası
200 qram kərə yağı – əridib soyudun (qaynatmayın – əriyən kimi oddan götürün)
2 stəkan əla növ ağ un

İçi üçün:
2 stəkan kəsmik
1 stəkan şəkər
yarım stəkan un
bir çimdik vanil

Üstü üçün – şəkər kirşanı (pudrası)

Əvvəlcə xəmiri düzəldin. Bunun üçün bir qabda sodanı xamada qabardın. Üstünə yağ və unu əlavə edib xəmir yoğurun. Xəmir zərif olmalı və çox bərk olmalalıdır. Xəmiri kündələyib 2 saat ərsində soyuducuda saxlayın.

İçi hazırlayın. Bunun üçün bir qabda kəsmik, şəkər, un və vanili qarışdırın. Alınan kütləni 1 saat ərzində soyuducuda saxlayın. Diqqət – əgər kəsmik çox suludursa, onu tənzifə qoyub suyunu süzün. Əks halda iç sulu olacaq.

Sobanı 190C-dək qızdırın.

Xəmiri qozdan bir qədər böyük parçalara ayırıb kündələyin. Hər kündəni oxlovla diyametri 5 santimetrə olan dairələr şəklində açın. Dairənin bir tərəfinə təxminən bir xörək qaşığı içdən qoyub dairəni şəkildə gördüyünüz kimi bükün. Sonra pirojnalara banan şəkli verib tikişləri aşağıda olmaq şərtilə listə aralı-aralı düzün.

Təxminən 20-25 dəqiqə bişirin. Hazır pirojnaların altı bir qədər qızarmış olmalı, üstü isə ağ qalmalıdır. Pirojnalar tamamilə soyuduqdan sonra üstlərinə şəkər kirşanı ələyin. Nuş Olsun!

Related Posts with Thumbnails
84 Şərh
  1. Bu pirojna bizim de cox sevimli shirniyyatimizdi.Indiye geder dadmayanlara meslehet görürem cox zerif superdir!!!! nyam nyam nyamm….

  2. Cox sagolun banan pirjnasini qoydugunuz ucun tez bir vxtda bisirecem elleriniz yorulmasinnnnnnnnnnnnnn

  3. cox dadli gorsenirr

  4. Heqiqeten cox dadlidir.Ruslar demisken “vartu tayt”.Meslehet gorurem,bisirin yeyin.

  5. Coxdandir mehz bu resepti axtariram,tarkibinden basha dushdum ki, bu esil men axtaran bananlardir.Bir nece neferden resepti almishdim,ancaq men istediyim alinmirdi.Teshekkur edirem cox sevindim.Insheallah mutleq bishirecem.

  6. COX SAG OLUN HER ZAMAN MAILIME GELEN RESEPTLERI OXUYUB EVDE HAZIRLAYIRAM COX LEZZETLI ALINIR.TESEKKURLER.

  7. SALAM EZIZ VE GOZEL FERIDE XANIM.XOSH GELMISINIZ.HEQIQETEN DE CHOX DARIXDIQ SIZDEN OTRU.BU GOZEL RESEPTE GORE DE SIZE CHOX MINNETDARAM.BIZIM SIZE CHOX EHTIYACIMIZ OLUR.XAHISH EDIREM BIR DE BIZI BU QEDER SIZSIZ QOYMAYIN.BIR RESEPT SIZDEN ISTEYIRDIM.XEMIRDEN HAZIRLANAN QOZ VE VAFLININ XEMIRI.ONCEDEN TESHEKKURLER.

  8. Feride Xanim ,spasibo bolwoi za vash sayt,ya xotela bi zapisatsa ,na vash sayt,u mnja k vam prosba dayte mne pojalusta rezept ,mutaki ,esli mojna ,Allah razi olsun sizden ,jal u vas net ,na russkom yazike sayt

  9. Salam. Dunen hazirladim,dunen de bitdi ;) bu gun yeniden eledim. TESEKKUR EDIREM !!! bu gun xemrimden artiq qaldi, icine bu yaxinlarda bisirdiyim kokenin icliyi- yag,un ,sekerden ibaret umac var idi, onu qoydum,o da lezzetli chixdi. Bir daha tesekkurler… :*)

  10. Salam,Feride xanim.maillerinizi yeniden almaqdan chox shadam:)ozletdinizi kendinizi:)
    Bu shirniyyati canim Anam hemishe hazirlayirdi bize.en sevdiyim shirnidi.Anamdan uzaq qaldigim gunlerde onu vanilin,ince elleri ile hazirladigi shirniyyatlarin qoxusu ile xatirlardim.lap ushaqligim yadima dushdu.bizim evden min shukur shirniler hech eskik olmur.shirniyyat xatirine chay ichirik.lap ari yuvasina oxshayir evimiz.:)))en bashda da Atam durur:))Duzu bu aralar men metbexe kechdiyimden 1muddetdir banan pirojmasi bishmir:(Xatirlatdiginiz uchun teshekkur:)

  11. Salam .Əllərinə sağlıq Fəridə xanım yenə harikalar yaratmış.
    Amma ki., Fəridə xanim aaayyyy Fəridə xanim .Mən kəsmiyi heç sevmiəm.Bunu bəziləri qoznan da eləyir.Xahiş edirəm iç üçün qozlu olan resepti də yazın …

  12. Salam Fəridə xanım.Xahiş edirəm sizdən bu reseptin içinin qozla olanını yazasınız.Çünki mən heç sevmiəm kəsmiyi.

  13. salam Feride xanim.men sizi coxdandir izleyirewm.reseptlerinizi cox xoslayiram.tetile cixanda cox darixmisdim.

  14. banan pirojnasin mende bisirmisem dadlidi cox sagolun.

  15. NERGIZ: Duzu men qozla elememisem hec, amma yegin ki qoz, seker tozu olur icinde. Belke icine bir az bal da qatmaq olar ki, iclik toz kimi olmasin.

  16. salam FERIDE xanim . cox sag olun ki bize gore bele eziyyet cekirsiniz.bishirirsiniz sinagdan kecirirsiniz sonra sonra bize meslehet gorursunuz. elleriniz var olsun.coooox sag olun

  17. Bu gun banan pirojnasini bisirdim qozla seker tozunun qarisigi ile cox dadli oldu evde beyenildi haminiza meslehet gorurem ve adasim Feride xanim size tesekkur edirem

  18. salam feride xanim, butun reseptleriniz gozel ve professional seviyyededir. bananli pirojnanin reseptine gore cox sag olun. sizden cox xahis edirem bezeli snikers tortunun reseptini de yazin

  19. Salam Feride xanim.Men bir nece saytda sizin oz ellerinizle bisirib seklini cekdiyiniz yemekleri,sirniyyatlari gormusam.Bilmek isteyirem ki,siz onlara heqiqeten icaza verirsiniz ki,sizin eziyyeti oz saytlarina yerlesdirsinler?meselen,sharm.az saytinin kulinariya bolumu.seklin altindan azcook mohurunu silib vurublar sharm.az pecatini.

  20. ULVIYYE: Cox sag olun o sayt haqda mene yazdiginiz ucun. Xeyir, onlara icaze vermemisem, daha dogrusu menden hec icaze alan da olmayib. Bu cur saytlar coxdur. Teessufler olsun ki, bezi insanlar emeye hormet anlayisinlan cox cox uzaqdadirlar. Cox sag olun desteyinize gore.

  21. o duzdu Feride xanim mende cox saytlarda gorurem hirslenirem sizin isinizden istifade edib oz adlarina cixarirlar amma siz ruhdan dusmeyin biz bilirik ki o qoyduqlari resept ve sekiller size mexsusdur

  22. Feride xanim salam men bura yeni uzv olmusam. eger mumkunse buraya turklerin zeytinyagli dolmasinin tarifin qoya bilersiz? Blogunuz bir sozle superdi!

  23. Feride xanim menim bu yaxinlarda toyum olacax sizin saytivizdan cox maraqli reseptler oyrendim,cox sag olunki bele sayt acmisiz

  24. slam uzr isteyirem kesmik nedir?

  25. dadli idi sag olun

  26. Mehriban: Kesmiyin ruscasi TVORUQdur.

  27. Feride xanim,necesiz.sizincun ve yeni reseptlerinizcun darixmishdim.bu bananlardan yemishdim amma hazirlanma qaydasini bilmirdim.cox sagolun ki,bu cur reseptlerle bizi sevindirirsiniz.bir de qeyri-adi yemek reseptleri de yazsaniz bizi “her gun ne bishirek “adli beladan qurtarmish olarsiniz

  28. inanin ki bu pirojnani neçe nefer tarif etti ama bir şeyler anlada bilmemişdiler.Allah razi olsun Feride xanim,çox guzel ve de pratik olarak anlatmişsiniz

  29. SALAM COX SAG OL KI KULINARIYA BARÄDÄ BIZI DÄGIG ANLADA BILIRSÄN ALLAH SÄNDÄN RAZI OLSUN BIR XAHIWIM VAR EKLER PIROWNASINI ANLATSAN YAZSAN COX SEVINÄRÄM

  30. SALAM FÄRIDÄ: BU GÜN BANANLI PIROJNANI ELÄDIM COX DADLI CIXDI SAG OL KI BILDIYLÄRINDÄN BIZÄDÄ ANLADIRSAN COX COX SAG OL:HÄYATINDA GÜNÜNDÄ HÄR ZAMAN BELÄ WIRINLI OLSUN AMIN

  31. Feride xanim size tewekkurler.cunki banan pirojnasina gore qaynanamdan,onun iw yoldawlarindan 5+ aldim.amma belke siz bilesiz xemir hec cure oxlovla yayilmadi,yapiwdi,elimle yaglayib acdim.ic de biwende kenarlarindan sobaya axwiwdi.amma dadi ela idi

  32. HUSNİYE: Ola bilsin ki, xemir yaxsi soyumamisdi. Ona gore cetin yayilirdi. Cox yumusaq oldugundan kenarlari acilib mence. Nus olsun:)

  33. salam canim feride.xos gorduk.umudvaramki bakini gelib gezende yenilikleri gorub sevinmisiniz.hemise bele xos gezintilerde olun. bisirdiyiniz bananlar ise super gorunur helelik saq olun

  34. Yeni reseptler üçün teşekkürlər.

  35. Salam Fəridə xanim. Banan pirojnaları çox dadlı alındı.
    Ananınızın da sizin də əlinizə sağlıq olsun.
    Çox təşəkkürlər..
    Daimi oxucunuz Ulya :)

  36. SALAM FÄRIDÄ NECÄSÄN GURBAN BAYRAMINIZ MÜBARÄK ALLAH NÄ NIYYÄTINIZ VARSA GÄBUL ETSIN :AMIN HAMIMIZIN GURBAN BAYRAMI MÜBARÄK: GÖZÄL INSANLAR

  37. salam Feride xanim necesiz?men her zaman sizin reseptləri oxuyuram.bir necesini hazirlamisam ve cox dadli alinir .bele dadli-duzlu bir bloq yaratdiginiza görə sizə tesekkür edirem.SEHER

  38. COX DADLIDIR SAGOLUN.BU SAYTI KIM TESKIL EDIPSE HEMN XANIMA OZ TESEKKURUMU BILDIRIREM.BU SAYTIN VASITESIYLE BIZ COX YIMEKLER BISIRIRIK VE HEYAT YOLDASLARIMIZI SEVINDIRIRIK.TESEKKURLER.

  39. salam men Gulnar.ela saytdi.men sirniyatlar bisirmeyi cox xoslayiram.sizdeki reseptlerden de istifade edecem.hem asan hem de izahli

  40. salam,dunen sizen zebra tortunun reseptin goturmusdum bisirdim cox dadli cixdi.evdekiler hem dadini hem de girunusunu cox beyendi.Ne yaxsi ki siz varsiz.cooooox tesekkurler bu saytin yaradicisina

  41. men onun xemirini bele edirem 200 qr yag+3st un ovulur. 3yumurtanin sarisi, 1 st. qatiq+1qab. tozu qatilib xemir yogurulur ancaq siz eleyen daha ucuz bawa geler. bunu da prob sleyecem .Cooooooox sagolun Feride xanim!

  42. cox sagolun verdiyiniz reseptlere gore amaki bezilerini bizirende burdakilar kimi yaxsi cixmir((((zebra tortunu duzeltdim amaki hec qalxmadi

  43. cox ləzzəttidir! Hamiya tövsiyə edirəm

  44. Salam Fəridə xanım.Mən bu projnanı bişirdim.Amma 1 paçka xəmirə vanil atdım.Əla oldu.
    Mənim tvaroqdan xoşum gelmediyi üçün bu iç əvəzinə şəkərburanın içindən istifadə etdim.Super idi.Hamı bəyəndi təşəkkürlər.

  45. Dunen hazirladim, ev ehli beyendi!! teshekkurler!!

    ~Nargiz

  46. salam

  47. salam Feride xanim men bunu bishirdim super cixdi.kesmikide ozum hazirlamishdim aaa )))) siz yazan variantla.size cox-cox teshekkurler eziz Feride xanim.

  48. Feride xanim cox sagolun resepte gore dunen bishirdim her kes beyendi ve 1 defe bishrdiyime baxmayaraq cox seliqeli cooooox dadli idi

  49. salam feride xanim .kesmikyin miqdarini qrmla bildirseydiniz daha yazsi olardi .2st deyende nece qram veya nece packa nezerde tutulur. cavablandirmaqinizi cox xahis edirem.

  50. salam feride xanim .kesmikyin miqdarini qrmla bildirseydiniz daha yazsi olardi .2st deyende nece qram veya nece packa nezerde tutulur. cavablandirmaqinizi cox xahis edirem.

  51. superrr.. tesekkurler:)

  52. NIGAR – men stekanla olculem, deqiq qramla deye bilmirem ona gore. Stekan dediyim adi cay fincanlari ki var (chaska), onunla beraberdir.

  53. Salam, Feride xanim. Bir sualim var. Dairelerin diametri 5 sm olduguna eminsiniz? Shekilde daha boyuk gorunur, hem de 5 sm ichine 1 xorek qashigi ichlik yerleshmez.

  54. Feride xanim zehmet olmasa koklu keks resepti yazardiz

  55. qizimin cox xosuna geldi twkler size

  56. Farida Xanim, cox sag olun.. Tasakkurlar …. Hazirladim ela alindi… Cox sag olun … Amma sizin bu reseptlar mani 5 kilo kokaldib :))))) bisirmayacam Deyiram Yena da bisiriram… :))))an cox da darcinli bulkalari bayaniram… Cox sag olun…

  57. salam.farida.banani hazirladim bismeye qoymusam.ammaki tvoroqum 9% niydi.elebil cox yagli gorunurdu.sizce nece alinar????nese ele bilirem yaxsi olmayacaq(((

  58. salam,Feride xanim,
    Menim de ANAM banani cox gozel bisirirdi,o vaxtlar usaq olduqumdAN yadimda hazirlanmasi qalmamisdi,belede 1 refiqem vermisdi,elede ok alinmadi,o da dediki tvoroq sulu olub, o uzden yaxsi cixmayib.
    Amma sizin resepti tam deqiqliye oyrendim,insallah tez 1 zamanda hazirlamaqi dusunurem,CASKI ANAMIN HAZIRLADIQI KIMI OLA,O ZAMAN NE QEDER SEVINMIS OLMAMI SIZINLE PAYLASACAM
    cox tesekkur!!!!

  59. Salam, Feride xanim. cox sag olun reseptlere gore.
    Sizden xahis edirem badamburanin ve ona benzer bayramlarda bisirilern bizim metbexin sirniyyatlarini yerlesdire bilersiniz saytiniza? Burda qurbetde heqiqeten oz sirniyyatlari yad edib bisirmek isterdim:)

  60. tewekkurler

  61. Cox dadlidir.meslehet gorurem haminiz bunu biwirib dadasiniz.

  62. niye yeni reseptler yoxdu? mumkunse talyan metbexinden yemek resepleri yazin

  63. salam millet kesmik sordu bizde kentde bele bir sey var

  64. en cox sevdiyim pirojnadir,tez tez hazirlayiram hamida beyenir.Resepte gorede cox sagolun.

  65. Hamiya salam Çudo peçkada satılan Kamilfo pirojnasinin reseptin bilen varsa yazsin da

  66. saytinizi yeni kewf etmiw
    em,cox xowuma gelir.En cox da geniw izahatiniz.

  67. hamiya salam xususanda siza Farida xanim.Xamiri hazirladim soyuducudadir aminam cooooooox dadli cixacaq Inanin siz bizimcun bir tapintisiz cox sag olun

  68. salamlar 3usaqdan vaxt tapib cavabi vaxtinda yaza bilmadim cox dadli idi 2dafa etdim 3 yasli qizim gozlarini yumub ummmmm cox dadlidi dedi birda gordum dostlarini gatirib hayatdan onlar ucunda istayir.Sayanizda qonsulardanda ala aldim.AMINAMKI BU sizin, ananizin va manim urumuzdu sagolun.

  69. salam Feride xanim. burda – Meksikada kesmik tapmaq chetin meseledir :) . bunu men duzsus pendirle ede bilerem?

  70. twk ressept ucun

  71. nece vaxtdir ki bananin reseptini axtarirdim size twk edirem

  72. salamlar.banan bizim ailenin de sevimli sirniyyatidir.ancaq men bunu basqa cur hazirlayiram.
    XEMIR UCUN; 2.5 stekan un
    200 qr kere yagi
    bunlardan umac hazirlayiram.sonra uzerine
    1 eded xama(200 qr) + soda elave edib
    xemir yogururam.umaca qabardici da elave olunur.
    ICLIK UCUN: 1 stekan un
    200 qr.kesmik
    1 stekan sheker
    100 qr.kere yagi
    bunlardan da umac hazir edib kenara qoyuram
    sonrasi da melum.kundeleri hazirlayib icine iclik
    qoyuram.
    NUSH OLSUN

  73. kesmik nedi goresen
    hec bilmirem bizim tereflerde bele soz islenmir bilen yzsinda

  74. Dunu, kəsmik- rusca tvaroqdur.

  75. Hamiya salamlar.Men Feride xanimin bananli pirojnasindan bisirdim.Bizde kesmik seven yoxdur ona gore icini sekerbura icliyi qoyuram. Xemire soz ola bilmez. Eladir…Ellerinize saqliq

  76. azeri kizina atesli salamlar.necesiniz feride xanim.

  77. salam Ferida xanum men kesmik sevmrem bunun icine kokosla nese bi iclik hazirlamaq olar ? olarsa nece etmek lazimdir

  78. Xanım xama evezine ne istifade ede bilerik?

  79. Men bisirdim cox lezzetli alindi tesekkurler.men xama evezine smetan vurdum

  80. feride xanim 13 yasim var ,masallah bisirmek gelir elimden cooox sevirem

  81. feride xanim bu resepte gore size cox boyuk tesekkurumu bildirirem.cox gozel alindi.sizi heyatda tanimasamda ozume dogma hiss edirem sizi cox sevirem.

  82. :) cox gözel görunur

  83. cox gozel gorunur

Sizin Şərhiniz