Best in the World!
Dadlı yemək reseptləri bloqu

Bananlı Maffinlər

Westgold

Bananlõ Maffinl?r

Evinizdə çox yetişmiş yumuşaq banan varsa, bu maffinləri bişirərək o bananların atılmasının qarşını ala bilərsiniz. Mən bu  maffinlərin xəmirinə şokolad və qoz da qatıram. İstəyinizə görə, bunları kişmiş, fındıq, badam və sairə ilə əvəz edə bilərsiniz. Nuş olsun!

Bananlõ Maffinl?r

Bananlı Maffinlər

12 ədəd maffin üçün

Ərzaqlar:

80 qram Wetgold kərə yağı
2  yetişmiş banan
Yarım stəkan şəkər tozu (100 qram)
1 yumurta – yüngülvari çalın
Bir stəkan yarım un (225 qram)
1 çay qaşığı qabartma tozu
1 çay qaşığı soda
Bir ovuc şokolad qırığı (damla şokoladı)
Bir ovuc iri-iri döyülmüş qoz ləpəsi

Hazırlanma Qaydası:

Sobanı 180Cdək qızdırın.

Bananlõ Maffinl?r

12-bölməli maffin formasının bölmələrini bir az yağlayın.

Bananlõ Maffinl?r

Əgər maffinlər üçün nərəzdə tutulmuş kağız fincanlarınız varsa, bölmələri yağlamağa ehtiyac yoxdur – sadəcə olaraq hər bölməyə bir kağız fincanı yerləşdirin.

Bananlõ Maffinl?r

Kərə yağını əridib soyudun.

Bananlõ Maffinl?r

İri qabda bananları əzin. 1 çay fincanı banan əzməsi əldə etməlisiniz. Buraya şəkər tozu və yumurtanı əlavə edib qarışdırın. Yağı da əlavə edib yenidən qarışdırın.

Bananlõ Maffinl?r

Ayrı qabda un, qabartma tozu və sodanı qarışdırıb bananlı kütləyə əlavə edin.

Bananlõ Maffinl?r

Şokolad və qozu da əlavə edib qarışdırın.

Bananlõ Maffinl?r

Alınan qarışığı hazırladığınız maffin formasının bölmələrinə tökün. Hər bölmənin dörtdə üçü dolmalıdır.

Bananlõ Maffinl?r

Maffinləri sobanın orta gözündə 20 dəqiqə bişirin.

Westgold

Bir cavab yazın

6 Şərh
  1. maffinləri çox bəyəndim sağ olun

  2. tewekkurler.cox gozel gorunur.hazirlayacam mutleq 🙂

  3. Fəridə xanım, çox sağ olun. Damla şokoladı hardan əldə etmək olar?

    • Günəş, Bakıda olmadığıma görə dəqiq deyə bilmirəm, bağışlayın. Amma böyük supermarketlərdə olmamış olmaz. Yoxdursa, plitka şokoladı xırda-xırda doğrayın.

  4. salam Feride xanim.Butun reseptlerinize gore chox sag olun,hamisi bir-birinden gozeldi.Indiyene kimi sizin reseptlerle ne hazirlamishamsa chox dadli alinib.Chox deqiq ve qabiliyyetlisiniz.Buna gore sehifenize ve ozunuze MASHAALLAH!Bu maffinlerde qonaqlarimin chox xoshuna geldi,twk :-*

  5. Men bunlari cox beyendim hazirladim ve cox gozel de cixdi ellerinize saglik olsun bisirenlere de nush olsun

Bir cavab yazın