Best in the World!
Dadlı yemək reseptləri bloqu

Bayram Süfrəsi – Hissə I

Holiday Season Tablescape

Salam dostlar! Sizinlə paylaşacağım gözəl xəbər var. Yeni və maraqlı bir layihəni -AZ Süfrə silsiləsini sizə təqdim edirəm. Bu layihə haqqında çox uzun zamandır düşünürdüm, nəhayət ki, həyata keçirməyin vaxtı gəldi. Yaradıcı düşüncə tərzinə malik dostum Viktoriya maraqlı süfrə dekoru tövsiyyələri ilə bu yeni layihədə mənə kömək edəcək.

Bu virtual layihə çərçivəsində biz süfrələrimizi müxtəlif mərasimlər, bayramlar üçün qeyri-adi şəkildə bəzəyəcəyik, məsləhətlərimizi və müxtəlif süfrələrə bəzək verə biləcək əl işlərimizi paylaşacayıq.

Biz inanırıq ki, gözəl şəkildə bəzədilən süfrə yalnız gözü oxşamır, eyni zamanda ailə üzvlərinizə və qonaqlarınıza xüsusi ovqat bəxş edir. Hər birimiz özümüzü dəyərli hiss etməyə layiq deyilmiyik?

Holiday Season Tablescapes

Səhifənin izləyiciləri arasında Amerikalı və Qərbliləri nəzərə alıb,  həmçinin ilin sonuna yaxın bayram əhval ruhiyyəsinə uyğun layihəni Milad və Yeni İl bayramları mövzusu ilə başlamaq istərdik. Beləliklə, gəlin bayram ovqatına köklənib, bəzək işlərinə başlayaq! Milad Bayramını, Yeni İli və yaxud digər bayramları keçirənlər təqdim olunan ideyalardan yararlana bilərlər.

Bayram süfrəmizə bir az rəng qataq – qırmızı, qızılı və yaşıldan istifadə edək. Bu isti çalarlar süfrənizə parlaqlıq və zənginlik qatacaq. Yerli firma olan Pier 1 Imports-dan əldə etdiyimiz bu gözəl yarpaq formalı qabları çox bəyənirik-çox göz oxşayırlar.

Holiday Season Tablescape

Şəkildə rəfiqəm Viktoriya iş başındadır (lollipoplarla).

Holiday Season Table

Bəzədilmiş şam ağacı formasında olan salfet-tutanı çox bəyənirəm.

Holiday Season Tablescape

Yuxarıdan görüntü.

Holiday Season Tablescape

Bəzəkli konfet qabı da bayram süfrəsinə yaraşır.

Holiday Season Tablescape

Boş qalan yerləri bir birindən fərqli şamlarla və müxtəlif ölçülü və formalı bayram bəzəkləri ilə bəzəyin.

Holiday Season Tablescape

Salfet-tutan lap yaxından.

Holiday Season Tablescape

Qonaqlarınız üçün əlavə şirin sürpriz – qabların üzərində şokolad. Çox bəyənəcəklər!

Holiday Season Tablescape

Bayram mövzulu qabaltı örtüklər digər aksesuarlar və ümumi rəng çalarlarına uyğundurlar.

Holiday Season Tablescape

Milad mövzulu dekora daha bir sadə əlavə – şəkər çəlikli şam. Uşaqlarınızı da işə cəlb etmək üçün gözəl bir fürsət. Burada süfrəmiz üçün bir nümunə hazırlamaqdayıq.

Holiday Season Tablescape

Bu dekoru hazırlamaq üçün sizə bir ədəd böyük şam, çəlik formasında şəkərlər, rezin,  qırmızı lent və qayçı lazım olacaq. Şirniyyatın hər iki uclarından kağızı qoparın, lakin qalanı olduğu kimi qalsın. Rezini şam ətrafına keçirdin. Bütün şirniyyatları şamla rezin arasına doldurun, şamı tam əhatə edənə qədər.

Holiday Season Tablescape

Daha sonra gözəl bir qırmızı lentlə şamı dolayın. Sonda ya rezini kesib atın, ya da lentin altında gizlədin. Sənət əsəriniz hazırdır! Bizimki

Ümidvaram ki, bəyəndiniz! Bəs sizin  ən çox sevdiyiniz bayram mövzulu süfrə bəzəkləri hansılardır? Şərhləriniz vasitəsilə bölüşməniz şad olardıq. Bayramlarınız mübarək olsun!

PS: Ardı var.

Bir cavab yazın

8 Şərh
  1. Nə maraqlı sufrədir. Sonuncu samı və salfetləri lap cox bəyəndimm. Tşəkkurlər Canım..

  2. Baxdiqca baxmaq isteyir insan:)

  3. Salam Feride xanim, Sizin yeni layihenizi cox beyendim. Bu layihenizin de ugurlu ve rengareng olacagina eminem. Size can sagligi uzun omr ve ugurlar arzulayiram. Opurem Sizi

  4. Saytinizi cox beyendim. Xaricde yashayan azerbaycanlilar ucun bu saytin xidmeti xususile boyukdur. Uqurlar gelecek ishinizde.

  5. Superdi, cooox beyendim, ellerinize sagliq
    Bayramlariniz da mubarek!

  6. Salam,Feride xanim. Size tewekkur etmek istedim sadece,cox wey oyrenirik sizden,sağolun

  7. lap acidim)))

Bir cavab yazın