kataloq

Bezeli Sandviç Qurabiyələr

Qaymaqlı vanilli dondurmada yumurtaların sarısını istifadə etdiniz, bəs ağlarını neyləyəcəksiniz? Bu sualın cavabını sizə elə özüm verəcəyəm - yumurtanın ağından Fransada çox məşhur olan və ingilis dilində Macaroon Sadwich Cookie adıyla tanınan Sandviç Qurabiyyələr düzəltəcəksiniz. Yumurtanın ağından üyüdülmüş badam və şəkər kirşanı əlavə etməklə bezelər hazırlanıb bişirilir. Sonra da 2 bezenin arasına istədiyiniz kremdən çəkib,  bezeleri sandviç kimi  bağlayırsınız. Arasına sürtmək üçün mən shokoladlı qanaş düzəldirəm. Bu qurabiyyələri listə düzmək üçün sizə qənnadı torba (rusca: konditerskiy meshok) lazım olacaq. Qurabiyyələr eyni böyüklükdə və yumru olmalıdır. Əgər qənnadı torbanız yoxdursa, onda ustalıqca qaşıqdan da istifadə edə bilərsiniz. Əgər bezelərin rəngli olmasını istəyirsinizsə (məsəl üçün, çəhrayı, yaşıl, mavi), onda çaldığınız yumurta ağının içərisinə bir damcı qida boyası əlavə edib qarışdırın. Nuş Olsun!

BEZELI SANDVİÇ QURABİYƏLƏR (MACARON SANDWICH COOKIES)
Bezenin resepti Desserts Magazine jurnalından götürülmüşdür
Qanaş Musun resepti Williams-Sonoma Baking kitabından götürülmüşdür

Təxminən 22 sandviç üçün

Ərzaqlar

Bezelər üçün:

5 iyi və ya 6 balaca yumurtanın ağı (toplam 200 q), otaq hərarətində
1/2 stəkan (100 q) şəkər tozu
1  1/2 stəkan (220 q)  QABIĞI SOYULMUŞ badam içi,
4 stəkan (400 q) şəkər kirşanı (pudrası)

Qanaş Mus (ganache mousse) üçün:
115 q sadə yarım-şirin və ya acı-şirin şokolad (plitka)
1/4 stəkan (60 ml) süd
1/4 stəkan (125 ml) qaymaq

Əvvəlcə Qanaş Mus hazırlanmalıdır.

Qanaş Musun hazırlanması

1. Şokoladı xırda-xırda doğrayın və istiyə-dayanaqlı bir qaba qoyun. Südü qaynadın və şokoladın üstünə tökün. Dəyanmadan, şokolad əriyib südə qarışanadək qarışdırın.

2. Ayrı qabda qaymağı mikserlə qatılaşanadək çalın. Çaldığınız qaymağı ehmallıca şokolada əlavə edib yüngülvari qarışdırın (çalmayın). Hazır kütlənin üstünü sellofanla örtüb bərkiməsi üçün təxminən 1 saatlığına (və ya bir gecəlik) soyuducuya qoyun.

Bezelərin hazırlanması:

1. İri qabda yumurta ağlarını mikserlə köpüklənənədək çalın . Üstünə şəkər tozunu əlavə edib bir az qatılaşanadək çalın (şəkildəki kimi alınmalıdır).

2. Qabığı soyulmuş badamı toz halına gələnədək üyüdün. Ayrı qabda üyüdülmüş badam və şəkər kirşanını qarışdırın. Sonra bu qarışığı çaldığınız yumurta ağına əlavə edib, qaşıqla yavaşca qarışdrın.

3.    2 iri soba listinin dibinə kalka kağızı sərin (mütləq!). İri qənnadı torbasını (rusca: konditerskiy meshok) yumurtalı qarışıqla doldurun  (torbanın ucu adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən ən azı 2 cm aralıda olmaq şərtilə  diametri 4 cm olan yastı dairərər sıxın (şəkilə baxın).

4. Qoyun listlər bezelərin bir az bərkiməsi üçün 45 dəqiqə ərzində kənarda qalsın. Sonra isə sobanı 150C-dək qızdırın. Listləri bir bir sobanın orta rəfində təxminən 15 dəqiqə ərzində  bişirin. Hazır bezelərin üstü bir qədər qızaracaq, amma çox deyil. Listləri sobadan çıxardın. Bezelər bir az soyuduqdan sonra, onları ehtiyyatla listdən çıxardın.

Sandviçlərin hazırlanması
İki bezenin arasına bir az qanaş mus sürtüb sandviç hazırlayın.

Related Posts with Thumbnails

34 Comments Add your own

  • 1. TURKAN  |  May 19th, 2009 at 11:33 pm

    salam canim necesiz cox ela gorunur ellerine ureyine sagliq cooox sagol ki bize gozel reseptler etrafli oyredirdirsiniz size sonsuz tesekkurler opurem

  • 2. LALA  |  May 20th, 2009 at 3:10 am

    SALAM! BƏH-BƏH-BƏH,MÜTLƏQ HAZIRLAYACAM!

  • 3. sladkayewka  |  May 20th, 2009 at 8:01 am

    immmmmmmmmmmm
    super cox sagol mutleq hazirlayacam 22-de qardashimin son zengidir ona hazirlayacam nece alimaginida yazacam sizlere))))))))
    FERIDE COX COX SAGOL))))))))ELLERIN AGRIIMASIN RESEPTLERIN BOL OLSUN AMIN

  • 4. sladkayewka  |  May 20th, 2009 at 8:03 am

    SUALLARIM YADIMDAN CIXDI))))
    BADAMI VE QAYMAGI NE ILE EVEZ ETMEK OLAR?ESASDA QAYMAGI

  • 5. FƏRİDƏ  |  May 20th, 2009 at 12:20 pm

    QIZLAR, SIZ SAGH OLUN KI, ERINMEYIB SERH YAZIRSINIZ.

    Sladkoyewka, badamin yerine findiq ve ya qoz da olar, yasil fistiq da olar. Qaymaghin yerine bir az xama (smetan) cox az sudu bir yerde qarisdir. sonra chal.

  • 6. sladkayewka  |  May 21st, 2009 at 12:31 am

    FERDIE TAPDIM BADAMIDA QAYMAGIDA AMMA QAYMAQ BIZIM QAYMAQLAR KI QATI DEYIL…INDI HAZIRLAYIRAM GOREK NECE OLACAQ

  • 7. maydanoz  |  May 22nd, 2009 at 1:15 am

    Bəyəndiyim blogunuza, cəfəri blog birliyi arasında təqdimatı üçün bir səhifə ayırdım, müvəffəqiyyətlər.

    http://cimcimeblog.blogspot.com/

  • 8. Fəridə  |  May 22nd, 2009 at 10:36 pm

    MAYDANOZ, tesekkur edirem saytima qonaq oldughunuza gore. Hemise gelin.

  • 9. Rena  |  May 23rd, 2009 at 7:33 am

    Feride xanim,salam.Artiq bir nece aydir ki, demek olar ki,her gun saytiniza girirem.Cox beyenirem.Refiqelerime de meslehet gorurem.Gozel reseptlere gore cox sag olun.Bizi tez-tez yeni ve maraqli reseptlerle sevindirin.Sizin reseptlere esasen ”qaraciyer pasteti”,”Mimoza salati”,”heyvali toyuq”ve s.hazirlamisam.Cox beyenmisem.Size ugurlar arzulayiram.

  • 10. Rena  |  May 23rd, 2009 at 7:40 am

    He bir de unutdum!Yumrta aglarini soyuq halda caldiqda daha yaxsi kopur.

  • 11. tunzale  |  May 23rd, 2009 at 12:00 pm

    Cox sag olun Färidä xanim bu resepti verdiyinizä görä.siz mänä söz vermisdiz ki veräcäm yumurta agina aid reseptler.biz burda här ay 90 yumurta agi atirig zibilliyä.hayfim gälirdi ona görä sizä yazdim ki,ägär elä 1 resept varsa yazin mänä atmaram daha yumurta agini.artig ondan da näyäsä yararli 1 gurabiyä etmäk olar.cox sag olun.

  • 12. AYSE  |  May 26th, 2009 at 5:21 am

    SALAM FERIDE XANIM MEN SIZE MOSKVADAN YAZIRAM.SIZIN SAYTI COX BEYENDIM ALLAH SIZDEN RAZI OLSUN!

  • 13. FƏRİDƏ  |  May 26th, 2009 at 10:17 am

    RENA, TUNZALE, AYSE, cox sagh olun serhlerinize gore. Hemise qelin.

  • 14. zarpandit  |  May 27th, 2009 at 10:47 pm

    linklere kaydetmek istemişssiniz tabi ki olur :):)
    şu zebra keki denemeye gidiyorum ben :)

  • 15. SEVİL  |  May 28th, 2009 at 2:16 am

    aman allahım ne guzel bir site ellerine saglık arkadaşım hersey harikaaa

  • 16. Fəridə  |  May 29th, 2009 at 1:52 pm

    Sevil, cok tesekkur ederim. Her zaman beklerim:)

  • 17. Esmira  |  Iyul 11th, 2009 at 11:45 am

    Feride xanim,ellerinize,ureyinize saglig.Cox gozel site,tez-tez oxuyuram reseptlerinizi,hamisi bir-birinden maraglidi.Mende yaxsi reseptler var,isteseniz gonderebilerem.opurem sizi AZERBAYCAN GIZI FERIDE ALLAH SENDEN RAZI OLSUN!!!

  • 18. FƏRİDƏ  |  Iyul 14th, 2009 at 10:34 am

    ESMIRA: Cox sagh olun. Beyendiyinize sevindim. Elbette, maraqli reseptleriniz varsa mutleq gonderin. Sevinerem. Elektron unvanim HAQQINDA sehifesinde var.

  • 19. aysun  |  Yanvar 4th, 2010 at 6:01 am

    salam necesiniz ?feride xanin wekerbura ici olsa olarmi badam evezine..

  • 20. FƏRİDƏ  |  Yanvar 4th, 2010 at 11:10 am

    AYSUN: Sekerbura icinden istifade edirsinizse, onda gerek bu proposriyada olsun: yarim stəkan (100 q) şəkər tozu +
    1 stekan yarim (220 q) QABIĞI SOYULMUŞ badam içi. Onda olar.

  • 21. Aynurcan  |  Yanvar 27th, 2010 at 1:57 pm

    evvelceden salam hamiya..bu sayita girenden beri cox sey gorub edirem coxda lezzetdidir ..hersey eladir

  • 22. Aynur  |  Fevral 25th, 2010 at 4:01 pm

    Mus nedir xayis edirem basa salardiniz Feride xanim?

  • 23. DENIZ  |  Oktyabr 31st, 2010 at 10:35 am

    damla23

  • 24. Aytac  |  Dekabr 27th, 2010 at 9:11 am

    Salam.mene tecili asan ve dadli tort retsepti isteyirem.xahis edirem,yazardiniz.

  • 25. FƏRİDƏ  |  Dekabr 27th, 2010 at 11:28 am

    AYTAC: Reseptler bolmesine baxin. Orda tortlar var.

  • 26. terlan  |  Dekabr 27th, 2010 at 1:25 pm

    cetin oldu…xanimlardan kim biwire bilse menide qonaq elese sevinerem….evvelceden twk

  • 27. xanim  |  Aprel 28th, 2011 at 4:50 pm

    Salam.Feride xanim 4 stekan=400 qram ( seker kirsani) olur ?axi 1 stekan 250 qram deyil? sizin stekan 100 qramlikdir? cavab yazin zehmet olmasa

  • 28. FƏRİDƏ  |  Aprel 30th, 2011 at 10:19 pm

    XANIM - Ölçü düzdür. 4 stəkan = 400 qram kirşan.

  • 29. saxriyar  |  Oktyabr 24th, 2011 at 9:59 am

    mende bisirerem

  • 30. Aypara  |  Yanvar 18th, 2012 at 5:06 am

    ÇOOOOOOOOOOOOOOOOOOX………….. TESEKKURLER…………………..FERIDE…………………..XANIM

  • 31. Sabina M.  |  Fevral 22nd, 2012 at 1:28 am

    Feride xanim, chox gozel resepte oxshayir,ama sandvichlerin arasina mus evezi bashqa ne teklif ede bilersiz? meselen shkaladniy qlazur evde hazirlanma nece olar?

  • 32. Fəridə  |  Fevral 23rd, 2012 at 12:16 am

    SABINA M - istediyiniz iclik ola biler, ama sulu olmasin ki axib getmesin.

  • 33. Arif  |  Fevral 26th, 2012 at 4:49 am

    nedense mende ureyim isteyen kimi alinmadi axdi yaxshi yumru olmadi

  • 34. Arif  |  Fevral 26th, 2012 at 4:52 am

    Feride xanim niye mende sulu kimi alindi axi amma edvali bananli qozlu keks ela alindi cox dadlidi

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed