Çox ləzzətli və asan salatdır. Ümid edirəm ki, siz də bəyənəcəksiniz.
BOLQAR BİBƏRLİ TOYUQ SALATI
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
450 qram dərisiz və sümüksüz toyuğun döş əti
1/2 çay qaşığı duz (toyuğun qaynadığı suya əlavə etmək üçün)
1 ədəd qabığı soyulmuş xiyar (əgər təzə xiyarınız yoxdursa, onu turşu xiyarla əvəz edə bilərsiniz)
2 ədəd suda bişmiş və qabığı soyulmuş yerkökü
1 ədəd yaşıl Bolqar bibəri
1 ədəd qırmızı Bolqar bibəri
1 ədəd sarı və ya narıncı Bolqar bibəri
zövqə görə xırda doğranmış şüyüt
zövqə görə duz
zövqə görə istiot
4 xörək qaşığı mayonez və yaxud 2 xörək qaşığı mayonez və 2 xörək qaşığı xama (zövqə görə bu miqdarı artırmaq da olar)
1. Toyuq ətini duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda, bıcaqla uzunsov doğrayın və ya da əlinizlə didin.
2. Xiyar, yerkökü və bibərləri nazik uzunsov şəkildə doğrayın.
3. Ərzaqların hamısını bir qaba qoyub qarışdırın. Soyuducuda ən azı yarım saat saxladıqdan sonra servis edin.
Nuş Olsun!
30 Comments Add your own
1. Mehin | Fevral 6th, 2009 at 2:20 am
Fəridə, təşəkkürlər! Dünən elədim, senzuradan keçdi, üstəgəl tərifnamə qazandım. Mən buna bir az da qarğıdalı əlavə elədim. (yəni hazır satılır a, göy noxud kimi duza qoyulmuş qarğıdalı, bax ondan)
2. FƏRİDƏ | Fevral 6th, 2009 at 10:00 pm
MEHIN: Novbeti reseptimin sizin senzuradan kecdiyine gore sevindim:) Qarghidali yaxsi fikirdir. Gelen defe men de “prob” edeceyem. Sagh ol, dostum.
3. aynure | Fevral 27th, 2009 at 4:10 am
Salam! Men bu gun sizin saytla tanish oldum ve chox beyendim. Men dadli shorbalari beyenirem. Chox isterdim ki bir nece dadli shorba reseptleri yazasiniz. Evvelceden teshekkurumu bildirirem. Size ishinizde ugurlar arzulayiram
4. FƏRİDƏ | Fevral 28th, 2009 at 12:49 pm
AYNURE: Xogh geldiniz. Bloqumda shorbalar da olacaq. Tez-tez gelin.
5. aygun | Aprel 23rd, 2009 at 3:11 am
zehmet olmasa, mene sazan,kefal kimi tixli baliqlardan dadli yemeklerin reseptini verseniz,chox razi olaram. evvelceden teshekkur edirem
6. Hemayil | Iyun 7th, 2009 at 2:29 am
salam,FERIDE XANIM.reseptler ucun cox sag olun.isterdim salat reseptlerini coxaldasiniz.evvelceden tesekkurler.ugurlar size….
7. FƏRİDƏ | Iyun 9th, 2009 at 9:22 pm
Aygun ve Hemayil, istedikleriniz ne vaxtsa olacaq, amma vaxtini soz vere bilmerem.
8. Nargiz | Avqust 5th, 2009 at 11:51 pm
Feride xanim,
Resepte gore teshekkur edirem. Men xiyarin ancaq qabiq hissesinden, su salmasin deyem, hem de rengarengliliye gore istifade edirem.
Hormetle,
Nargiz
9. Vüqar | Dekabr 19th, 2009 at 2:17 am
napelion tortu
10. Vüqar | Dekabr 19th, 2009 at 2:19 am
Mümkündürsə Napoleon tortunun reseptini istəyirəm.Bilən varsa
yazsın.
11. NAZLI | Dekabr 30th, 2009 at 4:30 am
Resepte gore tesekkurler.
12. Aydan | Yanvar 6th, 2010 at 5:51 am
Bu salati bayramda hazirladim. Indiye qeder yediyimiz en dadli salat idi.Ailem de cox beyendi.cox saq olun.Kecmis bayraminiz mubarek Feride xanim.
13. METANET | Yanvar 14th, 2010 at 5:13 am
HER BİR RESEPT ÇOX ELADIR FERİDE XANIM TEÇEKKÜR EDİRİK
14. METANET | Yanvar 14th, 2010 at 5:16 am
feride xanım çox rica ederdim eger imkanınız varsa malakan
kelemi turşusunun reseptini vererdiniz men evde onu hazırlayıram
ancaq bazardan aldığım kimi dadlı olmur
evvelceden teşekkür edirem
15. FƏRİDƏ | Yanvar 15th, 2010 at 7:03 pm
METANET: Malakan kelemi hansi kelemdir? Tanis gelmir adi.
16. METANET | Yanvar 15th, 2010 at 10:33 pm
Sabahınız xeyir! Feride xanım Men eslen Genceliyem biz tereflerde
ona ele deyirler o şorabanı ancaq Malakanlar hazırlayırlar
adi kelem və yerköküdür ancaq bu çorabanın hazırlanmasında
duzun və yerkökünün miqdarı çox önemli olduğu üçünmü
ya hazırlanma texnologiyası başqa cür olduğu üçün evde hazırlayanda o dad alınmır ya onlar onun içine şeker vururlar yada ki bilmirem nece olur teşekkür edirem.
17. FƏRİDƏ | Yanvar 18th, 2010 at 4:01 pm
METANET: Cox sag olun izaha gore. Duzu, hec esitmemisem bu sorbani. Reseptini tapsaniz, mene de yazin:)
18. Cemale | Yanvar 18th, 2010 at 5:00 pm
SALAM. FERIDE xanim cox sag ol reseptler ucun,bolqar biberli toyuq salati cox lezzetlidir.Mumkunse sinikers tortunun reseptini yazde mene.Evvelceden tesekkurumu bildirirem.
19. Ayten | Yanvar 25th, 2010 at 6:46 am
cox sag olu,Feride xanim….bu salatdan cox xosum gelir…
bir de onu elave etmek isterdim ki,bu salatin hem de duru yagla hazirlanan novu de var…:)
20. Afaq | Yanvar 28th, 2010 at 1:20 am
Salam yazdiqiniz resepler cox eladir. sizden xahiwim diabetler ucun de resepler yazasiniz.
21. Gunel | Fevral 3rd, 2010 at 6:56 am
Salata gore tesekkur edirem-cox dadli,cox lezzettli idi.Aile uzvleri de beyendi-TESEKKURLER
22. imran | Fevral 18th, 2010 at 2:48 am
salam necesiz imran 14
23. AYGUN | Mart 9th, 2010 at 1:50 am
Salam.Saytinizda maraqli, qeyri adi yemekler olsa daha yaxsi olar. Belede cox maraqlidir. Tesekkurler
24. afet | Mart 18th, 2010 at 11:12 am
salam feride xanim men hollandada yasiyiram sizden daha kozel yemek resepleri kozluyuruk meselem spanak yemeyi qonaqim kelecek evdede spanaqim var isdiyirem ki qeyri adi yeni yeni bir sey bisirim ama tapamadim eker bu kun oxusaniz eke xais edirem mene konderesiniz saliqla qalin
25. anjelina | Aprel 10th, 2010 at 1:33 am
reseptlere gore tesekkurler
26. Xatire | Aprel 24th, 2010 at 1:17 am
Kiev kotleti olacaq
27. Xalide | Aprel 27th, 2010 at 12:33 am
Feride xanim cox lezzetli alindi. Cox saqolun. )))
28. AYGUN | May 16th, 2010 at 10:30 am
bu gun hazirladim chox dadlidi. mence buna kichik dogranmish suxaride elave etmek olar, hazir satilir.
29. Sara | May 30th, 2010 at 3:47 am
MENIM EN COX SEVDIYIM SALATDI.
BILIRSINIZ,SIZE DEYIM KI AILE QURANDA NE BISHIRECEYIM VE NECE BISHIRECEYIMCUN DERD CEKIRDIM.AMMA SIZIN SAYTA GIRDIKCE BU PROBLEMIMI DE ARADAN QALDIRMISH OLACAM.YOLDASHIMA HER GUN BIR HSEY BISHIRECEM.
30. ayka | Iyun 6th, 2010 at 5:46 am
toyuqlu butun yemekleri sevirem .cox sag olun.mutleq hazrlayacam
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed