
Borş Sovetlər dövründə Rusiyadan Azərbaycan mətbəxinə daxil olan yeməklərdəndir. Rusiyadan başqa borşun müxtəlif növləri Ukrayna, Polşa, Litva, Moldova, və Şərqi Avropanın başqa ölkələrində də bişirilir.
Borşun tərkibində olan tərəvəzlər sümüklü mal ətinin suyunda bişirilir. Kaliforniyada iri sümükli mal əti tapmaq bir az müşkül məsələdir, odur ki burada mən sümüksüz ətə müraciət etməli oluram. Amma düzünü desəm, sümüksüz ətlə bişən borşun ləzzəti daha yaxşı olur.
Borşa rəng verən tərəvəz çuğundurdur. Bəziləri borşa az çiğundur qatır ki, bu da borşun rəngini qırmızı deyil, sarı edir. Mən isə qırmızı rəngdə olan borşu daha çox xoşlayıram.
Əgər vaxtınız varsa, borşu bişirdikdən sonra bir neçə saatlıq kənara qoyun ki, dadlar bir birinə qarışsın və borşunuz daha da ləziz olsun.
BORŞ
6 porsiya üçün nəzərdə tutulub
1 kq iri tikələrə bölünmüş sümüklü mal əti
5 xörək qaşığı kərə yağı və ya duru yağ
1 baş soğan
1 ədəd orta boy çuğundur (300 g)
2 ədəd yerkökü (300 g)
2 xörək qaşığı tomat
3-4 dəfnə yarpağı (rusca: lavroviy list)
1 ədəd orda boy kələm (700 g)
3 ədər kartof
2 stəkan xırda-xırda doğranmış cəfəri
zövgə görə duz
zövgə görə istiot

1. İri qazana mal ətini qoyub, üstünə təxminən 20 stəkan su töküb qaynadın. Tez-tez kəfini alın. Ət yumuşalanadək orta odda bişirin (ətin sərtliyindən asılı olaraq, ət 40 dəqiqəyə qədər bişə bilər). Ətin suyunu süzün ki, kəfdən təmizlənsin. Ət suyunu və əti qazana geri qoyun.
2. Ətin bişdiyi müddət ərzində digər ərzaqları hazırlayın. Soğanı xırda-xırda doğrayın. Çuğundur və yerkökünü sürtkəcin iri dişindən keçirin. Kələmi nazik-nazik doğrayın (təxminən 4 stəkan alınmalıdır). Kartofları soyun və iri-iri dilimləyin.
3. Tavada yağı qızdırın və soğanı bu yağda yumuşalanadək bişirin. Çuğundur və yerkökünü soğana əlavə edib, bərabər təxminən 10 dəqiqə ərzində, tərəvəzlər bir qədər yumuşalanadək bişirin. Sonra tomat, zövgə görə duz, istiot əlavə edib, təxminən 5 dəqiqə də bişirin.
4. Bişən tərəvəzləri və dəfnə yarpağını ət suyu olan qazana əlavə edin. QEYD: Ət bişdiyi müddətcə suyun bir qismi buxarlanacaq, odur ki, əldə etdiyiniz ət suyu azdırsa, qazana bir az su əlavə edin. Qazanda təxminən 12 stəkan maye olmalıdır). Qazanı qaynadın, sonra içinə kələm, kartof və cəfərini əlavə edib, orta odda təxminən 25 dəqiqə ərzində, və yaxud kələm və kartof yumuşalanadək bişirin.
5. Hazır borşu nimçələrə töküb süfrəyə verin. Borşun üstünə zövgə görə qatıq tökülüb yeyilir.
26 Comments Add your own
1. sladkayewka | Aprel 17th, 2009 at 3:47 am
EVDE PAPAMIN EN SEVIMLI YEMEYIDIR ))))BISHIRIREM COX SAGOL
2. Cek Li Taran | Avqust 5th, 2009 at 3:00 am
Borş super bir xörəkdir. Tərkibinə mal ətini qatanda və üzərinə Cek darısı səpəndə çox dadlı olur. Qatıq isə mənə görə borşu korlayır. Qatıqdan borşu yeyərkən ayran hazırlayıb içmək çox ləzzət verir.
3. Nargiz | Avqust 6th, 2009 at 12:11 am
Fəridə xanım,
Əti birişirərkən, bir az qaynadıqdan sonra suyunun dəyişdirilməsi adətinə necə yanaşırsız,
Hormətlə,
Nərgiz
4. FƏRİDƏ | Avqust 7th, 2009 at 9:12 am
Cek Li Taran: Cek darisini basa dusmedim nedir. qatiq zovge goredir. Men mesel ucun cox xoslayiram::)
Nargiz: Ele de elemek olar, eger et qocadirsa. Burdaki etlerin cox kopuyu cixmir, ona gore men bu addimi etmirem.
5. aynur | Noyabr 2nd, 2009 at 3:31 am
salam.borshun cugunduru en axirda qatilir yoxsa borsh shirin dadir once yag sogan sonra kok onlar qovrulannan sora kele ve tomat elave olunur et suyu tokulurduz,istiot ardinca kartof,defne yarpagi ocaqdan goturmeye 10 deqiqe qalmish cugundur ve ceferi elave edilir.borsh bele hazirlanir
6. Nizami Aliev | Dekabr 2nd, 2009 at 1:56 pm
borshu kohne yeyende daha lezzetli olur
7. aynur | Yanvar 14th, 2010 at 2:18 am
cox sag olun resepte gore.ancaq men elave ederdim ki borshu mence qatiqla deyil.smetanla yeyende daha dadli olur
8. nelka | Yanvar 18th, 2010 at 3:32 am
Şəxsən mən qatiqla cox sevirəm. Qatiq olmayanda ləzzət eləmir. Birdə mən kələmidə kok və çuğundurla birlikdə qovururam. Cox adam deyirki onda diri qalmir. Amam bir az kələm diri qalanda mən boğulduğum üçün bu cür edirəm.
9. afet | Aprel 19th, 2010 at 1:14 am
men borsu qirmizi xosladigim ucun cugundurunu yemeyin bismeyine 2-3 deq qalmis tokurem.onda cox qirmizi olur.
10. afet | Aprel 19th, 2010 at 1:16 am
bizde hemise qatigla yeyirik ozude sarimsaqli qatiqla.ama cox vaxt qatigi mamam suzmeden acir ondada cox dadli olur.
11. Ayten | Aprel 28th, 2010 at 12:18 am
resepte gore tessekur edirem.dadli yekdir
12. sabina | May 21st, 2010 at 3:57 am
salam,manda da borsh 4ox dadli alinir,amma 4agunduru axirda tokuram. onda borw rangini itirmir va lap girmizi olur
13. Elmar Hüseynov | Iyun 17th, 2010 at 11:30 pm
Dünyada en çox sevdiyim yemek - Borşdur. Lakin bundan bir az fərqlidir. Bildiyimə görə kələm orada heç olmur, yalnız çuğundur. Fəridə, resepti lazim olsa, Bakıdakı rəfiqən Səbinədən soruşa bilərsən
14. Nigar | Avqust 5th, 2010 at 2:05 am
Ellerinize saglig. Cox dadli gorunur
15. Gulnare | Avqust 13th, 2010 at 3:57 am
Salam.Feride xanim.Yazdiginiz reseptlere gore size cox minattaram.Xahis edirem manti reseptini de yazasiniz.Tesekkurler
16. Rəna | Noyabr 25th, 2010 at 4:56 am
Salam! Cox maraqli, gozel aytdir, tebrik edirem. Men de cuqunduru sonda elave edirem, rengi daha gozel olur/
17. humeyra | Noyabr 25th, 2010 at 2:42 pm
o qeder çoxlu borş reseptleri var ki!!!bizim de en çox sevdiyimiz şorbadir,bizim belarus akrabalar bezen borşun içine toyuq eti de vururdular.bir de bele bir letife de danişirdilar:belarus bir gün qonaq gedir,görür ki,o biri belarus borş yeyir.borş yeyen belarus qonaga deyir:dünenki borşdan yeyersen?cevab:memnuniyetle!ev sahibi:onda get sabah gel)))bu odemekdir ki slavyanlar borşu boyat olanda daha çox xoşlayirlar.
18. Husniyye | Noyabr 26th, 2010 at 7:44 pm
Borwu nece biwirsen de ele borw dadir!
19. Samira | Yanvar 1st, 2011 at 5:32 pm
Dogrudan da borsh bojat olanda dana lezzetli olur.Xatirladim ki her slavjan milletinin ozune mexsus borsh recepti var.Onlardan en mehshuru Ukraina borshudur.
20. leyla | Mart 5th, 2011 at 6:41 pm
bors cox lezetli yemekdi mene lezet edir. cox sevdiyim sorabadr.
21. Naile | Avqust 6th, 2011 at 9:05 pm
Borwu qoyun etiyle hazirlamaq olarmi? zehmet olmasa cavablandirin.
22. FƏRİDƏ | Avqust 6th, 2011 at 10:35 pm
NAİLƏ - Borş mal ətiylə hazırlanır. Qoyunla da olar, amma onda borş olmaz
23. nura | Avqust 7th, 2011 at 7:31 am
salam feride mende eynile senin kimi bisirirem.amma men ceferinide axirda qovurdugumuz soganli qarisiga elave edirem bir az qovrulur onlarla.sonra hamisin tokurem qazana.bors bildiyime gore ukraina yemeyidir.ve bizde smetanla yeyirik.bezen ona yeyenede zovqe gore sirkede 1 cqasigi qatib yeyirik super yemeydi.tesekkur
24. Günel | Dekabr 21st, 2011 at 5:05 am
Salam Fəridə xanım. Sizin sayta tez-tez daxil oluram. İnandırım ki, bu saytdan çoxlu sayda rəfiqələrim və qohumlarım və xüsusən yeni ailə quran gənc xanımlar olduqca yararlanırlar……..
Borş haqqında bir şey demək istərdim ki, çuğundurun hamsını qovurmursan birazını saxlayırsan və axıra yaxın atırsan. Bu borşun daha qırmızı alınması üçün edilir………..
Çox dəyərlisiniz.
Hörmətlə,
Günel
25. Leyla | Yanvar 3rd, 2012 at 3:40 pm
ilk defe bishirdim ve chooooooox dadli oldu. taeshekkurlar!:)
26. Yasef | Yanvar 15th, 2012 at 2:19 am
Salam man borsu cox xoslayiram ancaq sizin kimi hazirlaya bilmiram!
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed