
Bulqur Türk mətbəxi və ümumiyyətlə Şərq mətbəxində tez-tez istifadə edilən ərzaqdır. Türk mətbəxində ondan ləziz plov, salat, küftələr düzəldirlər.
Bəs bu məşhur bulqur nədir, nədən hazırlanır? Bulqur buğdadır, amma onun bir qədər emal edilmiş formasıdır. Bulqur əldə etmək üçün buğda təmizlənir, yarımçiy bişirilir, sonra isə qurudulub döyülür, və nəticədə alınan buğda hissəcikləri bulqur adlanır. Bulqur yarımbişmiş olduğuna görə yeməklərdə istifadə edildiyində tez bişir. Bulqurun iki əsas növü var - iri bulqur və narın (incə, küftəlik) bulqur. İri bulqur plovlarda, incə bulqur isə salat və küftələrdə istifadə olunur.
Bu gün içində bulqurun da yer aldığı ləziz kroketlər hazırlayacayıq. Kroket ətli və ya tərəvəzli bir qarışığın lülə şəkli verilib qızardılan yeməyə deyilir. Bu kroketlərin tərkibində ətdən başqa bulqur da var. Bulqur və Azərbaycan mətbəxində istidafə olunan yarma bulqurla eynidir. Bu reseptdə bulquru yarma ilə əvəz etməyin.
Bulqurlu kroketlər olduqca ləzzətli olur. Yanında qozlu-pomidor sousuyla süfrəyə verildiyində daha da iştahaçıcı olur. Kroketləri ya sousa batırıb, ya da sousu üstlərinə töküb yeyin. Nuş Olsun!
Pomidor Souslu Bulqurlu Kroketlər
Sahrap Soysalın ”Anne, Ben Acıktım” kitabından adaptə edilmişdir.
Kroketlər üçün:
2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)
yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kilo çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan - rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə zirə - toz halına gətirin (zəruri deyil)
1 stəkan duru yağ - qızartmaq üçün
Pomidor Sousu Üçün;
2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) - qabığını soyub əzin (püre edin)
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq - əzin
1 çay qaşığı quru nanə və ya reyhan
Zövqə görə düz və istiot
1 stəkan xırda doğranmış qoz
Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumuşalacaq. Ət, qoz, soğan, yumurta, bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.
Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.
İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alib, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.
36 Comments Add your own
1. Elvira | Oktyabr 29th, 2010 at 5:12 am
bulguru cox sevirem.yegin ki bu da dadli olar
2. akife | Oktyabr 29th, 2010 at 10:16 am
Salam feride xanim cox gozel gorunurler eminem ki cox da lezzetlidirler.Umumiyyetle men bulquru cox sevirem hem lezzet olaraq hem de faydali oldugu ucun, ellerine saglik yeni bulqur tarifleri gozleyirik.
3. kamillarustamova | Oktyabr 29th, 2010 at 10:18 pm
Cox gozeldir, ama biri lutfen bunu bishirb mene getire bilermi?
4. Revane | Oktyabr 31st, 2010 at 8:20 am
Men bu gun bishirdim, ela idi Feride xanim. Hem cox dadlidir, hemde cox yumushaq olur. Amma ete yumurta vurmaq yadimdan coxmishdi, onsuz bele cox gozel oldu. Amma pomidor burda cox tursh olur deye souzum tursh cixmishdi. Feride xanim bizle bele gozel reseptleri bolushduyunuz ucun cox saq olun. K state axshamada Zerif keteni bishirecem, o menim en sevimli shirniyatim olub.
5. Nurane | Oktyabr 31st, 2010 at 10:03 am
Yeqin cox dadli olar,hazirlayacam
6. Aynure | Oktyabr 31st, 2010 at 10:16 pm
Salam ezizim. Oxudum ve duwunurem ki ela bir wey olmalidir. Indi iwdeyem. Hefte boyu yeni reseptleri cixardiram sonra da wenbe bazar evdekilere bayram edirem. Biwirirem yeni bir weyleri ve ilk defe ucun de pis alinmir. Bu heftede bu yuemeyi biwirecem. Butun erzaqlar da evde varimdi. Mutleq dadina baxmaq lazimdir. Yeni reseptler gozleyirik.
7. ulker | Noyabr 1st, 2010 at 4:51 am
terkibinde bulqur olan her ne varsa onu cox xoshlayiram,yeqin ki,bunu da hefte ici hazirlayaram ALLAH qoysa.Bir de zehmet deyilse bulqurlu salatin da reseptini yazarsaniz cox sevinerem
8. gulya | Noyabr 2nd, 2010 at 11:00 pm
Ezizim, feride xanim, mende bildiyiniz kimi sizin reseptlerin coxundan faydalanmisam, ve cox muveffegiyyetli alinib, Eger mumkunse ezizim, bulgurun ingilisce adini yazasiz, gorum burda marketlerde tapa bilirem ya yox. Yene de her sey ucun minnetdaram, Yegin ki yemeli olacag buda
9. Revane | Noyabr 3rd, 2010 at 5:57 am
Gulya:
Men Hollandiyada almisham ingilis mehsulu idi, ustune Bulgur yazilmishdi. Amma wiki-de baxdim hemcini bulghur ve ya burghulda yazila biler.
10. PƏRVANƏ | Noyabr 3rd, 2010 at 11:41 am
SALAM FƏRİDƏ XANIM BULQUR AZƏRBAYCAN DİLİNDƏ NƏDİ?MƏN SƏHV ETMİRƏMSƏ BULQUR TURK SÖZÜDÜR.SƏHV EDİRƏMSƏ SİZ DÜZƏLDİN SƏHVİMİ,XAHİŞ EDİRƏM.SAĞ OLUN.
11. FƏRİDƏ | Noyabr 3rd, 2010 at 12:50 pm
GULYA: Beli, bulqur ingilisce BULGUR-dur. Herden ona Bulghur da deyirler.
12. FƏRİDƏ | Noyabr 3rd, 2010 at 12:52 pm
PERVANE: Bulqur Azericede ele bulqurdur. Bulqur Turk be Ereb sozudur, iki dilde de adi bele gedir. Hetta ingilis dilinde de adi eynidir. Azerice ele bulqurdur. Yani ki adi tercume olunmur. Bizim yarma kimi bir seydir. Reseptin evvelinde men yarmanin ve bulqurun ferqi haqda hazmisam.
13. Rena | Noyabr 5th, 2010 at 7:55 am
feride xanim saytin ingilisce versiyasinda Chocolate Pear Cake-in reseptindeki bu erzaqlari deqiq azerbaycan dilinde yazardiz pls
½ cup almond meal (finely ground almond), or hazelnut meal, or a combination of both
4 tablespoons unsweetened cocoa powder or Dutch process cocoa powder -tund kakao tozu??????
14. Feride | Noyabr 5th, 2010 at 8:42 am
Feride xanim xahis edirem Chocolate Pear Cake resetini tercume edib bura qoyunda indiden tesekkurler daimi daimi saytinizi izleyen adasiniz
15. Lale Eliyeva | Noyabr 5th, 2010 at 12:58 pm
Men bulquru cox sevirem. bulqurlu salatlar, bulqur plovu ve bulqur supunu her gun yeyerem. hem de cox xeyirli mehsuldu. bu yaxinlarda turk tv.lerinde bulqurun kansorejen bedenden uzaqlasdirdigini ve qorudugunu deyirdiler.
Yeni bulqurlu yemek reseptini oyrendiyim ucum cox sevindim. Tesekkurler Feride xanim. size bol-bol ugurlar. yeni reseptlerinizi gozleyirik
16. Leyla | Noyabr 8th, 2010 at 10:27 am
salam.Feride xanim,tesekkurler bu resepte gore.mence dadli olmalidi.heftenin axirina Turkiyeden,Moskvadan,Bakidan yoldasim,qardasim,qardasimin nisanlisi gelecek.onlar ucun bisirmeye hazirlasiram.uzaqdan gelirler ve ne vaxtdandi ki,yemeklerimi dadmayiblar.sizin sayenizde onlar menle qurur duyacaqlar bele dadli bisirdiyime gore insAllah.opurem sizi
17. feride | Noyabr 16th, 2010 at 2:10 am
Feride xanim sizin reseptinizi oxudum ve bir elavede bulunmaq isteyirem.Bulqur temiz turk mehsuludur yeni bugdanin yarmasidir bu yemek sirf turklere aitdir.Tewekur
18. FƏRİDƏ | Noyabr 16th, 2010 at 7:17 am
FERIDE: Sizin yazdiqarinizi men reseptin basinda yazmisam. Cox sag olun.
19. Sevda Bayramova | Fevral 3rd, 2011 at 12:45 pm
Salam Feride xanim. Men bulqurdan itifade edirem, acigi ne oldugunu deqiq bilmirdim. Birde bulqurdan Turk metbexinin lezzetli sorbalarindan olan Ezogelin sorbasi hazirliyiram. Cox dadlidir. Kroketleride hazirlayacm Insallah. Cox sagolun.
20. tunzalä | Fevral 16th, 2011 at 3:57 pm
SALAM fÄRIDÄ XANIM MÄN BULQURU ISVECÄ GÄLÄNDÄN GÖRMUWÄM AMMA BAKIDA YAWADIGIM SURÄDÄ BILMIRDIM ONUN NÄ OLDUGUNU.COX DADLIDIR MÄN BULGURUN XIRDA VERMÄWILLÄ QARIWIGINI ALIRAM O DA COX GÖZÄLDIR.MÄN BAKIYA GEDÄNDÄ BULQUR TAPA BILMÄDIM,TANIWA DEDIMKI BILMIRÄM NECÄDIR AMMA DIYÄSÄN BUGDANIN NÖVUDUR O DA MÄNÄ GETDI DÄYIRMANDAN BUGDANIN COXDA UYUDULMÄMIWINI GÄTIRDI GÖSDÄRDI DEDIMKI YOX BUNDAN DEYIL.SÄN DEMÄ INDI SIZIN YAZDIGINIZI OXUDUMKI BUGDA YARI BIWMIW VÄZIYYÄTDÄ OLMALIDIR.COX SAG OLUN BUNU SIZIN Sayänizdä bildim,SÄNKS
21. meryem | May 9th, 2011 at 4:54 am
salam Feride xanim men yeni daxil olmusam sizin sayta cox xosuma geldi coz saq olun opurem sizi
22. Ruhiyye | May 21st, 2011 at 10:09 am
ellerinize saqliq
23. Rasmiya | May 31st, 2011 at 11:57 pm
elleriniza saglikkkkkkkkkkkkkkkkkkkkkkk mac mac eledim sizi….
Super
24. Nigar | Iyun 21st, 2011 at 11:04 am
Salam.Bu yemeyi ad gununde bisirmisdim.qonaqlar hami resepti sorusurdular!!!!!
25. meleyke | Avqust 10th, 2011 at 4:47 am
bu yemək məncə çox dadlı olar əsas da ramazan süfrəsində. xeyirli ramazanlar.
26. esmiralda | Avqust 10th, 2011 at 6:08 am
Salam resepte görə çox təşəkkür edirəm
27. minaxanim | Sentyabr 23rd, 2011 at 4:29 am
salam xanimlar haminiza nus olsun feride xanim sizin nece de bacariqli elleriniz var belke bulqur pilavinin reseptin deyesiniz he?
28. Saint | Oktyabr 18th, 2011 at 9:37 pm
Feride xanim.. Deyəsən Bulgur sevənlər az deyilmiş
Bulgurdan aş, köfte, salat eləmişdim ama bunu yox :))) Mütləq eliyəcəm :)))
Təşəkkürlər!!
29. Səidə | Yanvar 1st, 2012 at 7:45 am
Salamlar.Fəridə xanım zəhmət olmasa mənə snikers tortunun reseptini deyəsiniz.
30. aygun | Fevral 23rd, 2012 at 9:14 am
Salam Feride xanim .saytinizdan men de cox istifade edirem. men Hollandiyada yasayiram. reseptde cire de var .onu burda tapa bilmirem. cire atmasam olar?evvelceden tesekkur
31. Elnur | Fevral 24th, 2012 at 7:21 am
men bu shekle baxanda agzim sulandi. cox dadli gorunur.
32. FƏRİDƏ | Fevral 24th, 2012 at 11:55 pm
AYGUN - bu reseptde cire yoxdur.
33. arzuNY | Fevral 26th, 2012 at 6:27 pm
Salam FERIDE xanim bir seyi diqqetinize catirmaq isteyiremki,yamisiz resepte cire yoxdu amma reseptinizde cire var
34. FƏRİDƏ | Fevral 26th, 2012 at 11:08 pm
AygunNY - Düz deyirsiniz, indi fikir verdim. Bəli zirə var (bir yerdə səhf edib zirə yerinə cirə yazmışam), amma heç zəruri deyil, mən çox vaxt heç elavə etmirəm.
35. Aynure | Mart 7th, 2012 at 12:07 am
Salam Feride xanim, duz oxudum- krokete de qoz qatilir????
Feride xanim mende sizin reseptle ciyer pa$tetini hazirladim, hem quru alindi, hem de dagildi… Amma cox daddi idi.
36. leyla | Aprel 14th, 2012 at 5:49 am
Etin budu ve ya qol hissesinden pecde nece bisirmek olar?
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed