Best in the World!
Dadlı yemək reseptləri bloqu

Pomidor Souslu Bulqurlu Kroketlər

Bulqur Türk mətbəxi və ümumiyyətlə Şərq mətbəxində tez-tez istifadə edilən ərzaqdır. Türk mətbəxində ondan ləziz plov, salat, küftələr düzəldirlər.

Bəs bu məşhur bulqur nədir,  nədən hazırlanır? Bulqur buğdadır, amma onun bir qədər emal edilmiş formasıdır. Bulqur əldə etmək üçün buğda təmizlənir, yarımçiy bişirilir, sonra isə qurudulub döyülür, və  nəticədə alınan buğda hissəcikləri bulqur adlanır. Bulqur yarımbişmiş olduğuna görə yeməklərdə istifadə edildiyində tez bişir. Bulqurun iki əsas növü var – iri bulqur və narın (incə, küftəlik) bulqur. İri bulqur plovlarda, incə bulqur isə salat və küftələrdə istifadə olunur.

Bu gün içində bulqurun da yer aldığı ləziz kroketlər hazırlayacayıq. Kroket ətli və ya tərəvəzli bir qarışığın lülə şəkli  verilib qızardılan yeməyə deyilir. Bu kroketlərin tərkibində ətdən başqa bulqur da var. Bulqur və Azərbaycan mətbəxində  istidafə olunan yarma bulqurla eynidir. Bu reseptdə bulquru yarma ilə əvəz etməyin.

Bulqurlu kroketlər olduqca ləzzətli olur. Yanında qozlu-pomidor sousuyla süfrəyə verildiyində daha da iştahaçıcı olur. Kroketləri ya sousa batırıb, ya da sousu üstlərinə töküb yeyin. Nuş Olsun!

Pomidor Souslu Bulqurlu Kroketlər
Sahrap Soysalın “Anne, Ben Acıktım” kitabından adaptə edilmişdir.

Kroketlər üçün:

2 stəkan incə bulqur (Türkcə buna köftelik bulqur deyirlər)
yarım stəkan mannı (mannı yoxdursa undan istifadə edin, amma mannı daha məsləhətlidir)
2 stəkan qaynar su (bulqur və mannını islatmaq üçün)
Yarım kilo çəkilmiş mal əti
1 stəkan xırda-xırda doğranmış qoz
1 ədəd orta baş soğan – rəndələnmiş
1 ədəd yumurta
1 xörək qaşığı tomat məti (tomat pastası) və yaxud şirin qırmızı bibər  məti (və ya ikisinin qarışığı)
1 çay qaşığı duz
Zövqə görə istiot
Zövqə görə zirə – toz halına gətirin (zəruri deyil)

1 stəkan duru yağ – qızartmaq üçün

Pomidor Sousu Üçün;

2 ədəd yetişmiş pomidor (əgər pomidor çox sulu deyilsə, onda sousa bir az tomat məti də əlavə etmək olar) – qabığını soyub əzin (püre edin)
2 xörək qaşığı zeytun yağı
2 diş sarımsaq – əzin
1 çay qaşığı quru nanə və ya reyhan
Zövqə görə düz və istiot
1 stəkan xırda doğranmış qoz

Əvvəlcə kroketləri hazırlayın. Bunun üçün bulqur və mannını bir qaba qoyun. Üstünə qaynar suyu töküb, üstünü qabla örtün. Qoyun kənarda 10-15 dəqiqə qalsın. Bu müddət ərzində bulqur suyun hamısını canına çəkəcək və yumuşalacaq.  Ət, qoz, soğan, yumurta,  bibər və ya tomat məti, duz-istiot və zirəni bulqura əlavə edib yaxşıca yoğurun, təxminən 5 dəqiqə. Alınan kütlənin 10 dəqiqəliyinə soyuducuya qoyun.

Sousu hazırlayın. Bunun üçün qozdan başqa bütün ərzaqları balaca qazana qoyub, orta odda təxminən 5 dəqiqə ərzində  bişirin. Kənara çəkib qozu əlavə edin və qarışdırın.

İndi isə kroketləri bişirin. Soyuducudakı kütlədən yumurta boyda əlinizə alib, sıxıb yumrulayın, sonra isə lülə şəkli verin. Lülələri yağda qızardın (kotlet qızartdığınız kimi). Od çox yüksək olmasın, yoxsa kroketlərin içi çiy qalar, istündəki bulqurlar isə qızarıb bərkiyər. İstəsəniz, qızarmış kroketləri kağız dəsmalın üstünə qoyub yağını süzdürün. Kroketləri pomidor sousulya süfrəyə verin.

Bir cavab yazın

48 Şərh
  1. bulguru cox sevirem.yegin ki bu da dadli olar

  2. Salam feride xanim cox gozel gorunurler eminem ki cox da lezzetlidirler.Umumiyyetle men bulquru cox sevirem hem lezzet olaraq hem de faydali oldugu ucun, ellerine saglik yeni bulqur tarifleri gozleyirik.

  3. Cox gozeldir, ama biri lutfen bunu bishirb mene getire bilermi?

  4. Men bu gun bishirdim, ela idi Feride xanim. Hem cox dadlidir, hemde cox yumushaq olur. Amma ete yumurta vurmaq yadimdan coxmishdi, onsuz bele cox gozel oldu. Amma pomidor burda cox tursh olur deye souzum tursh cixmishdi. Feride xanim bizle bele gozel reseptleri bolushduyunuz ucun cox saq olun. K state axshamada Zerif keteni bishirecem, o menim en sevimli shirniyatim olub.

  5. Yeqin cox dadli olar,hazirlayacam

  6. Salam ezizim. Oxudum ve duwunurem ki ela bir wey olmalidir. Indi iwdeyem. Hefte boyu yeni reseptleri cixardiram sonra da wenbe bazar evdekilere bayram edirem. Biwirirem yeni bir weyleri ve ilk defe ucun de pis alinmir. Bu heftede bu yuemeyi biwirecem. Butun erzaqlar da evde varimdi. Mutleq dadina baxmaq lazimdir. Yeni reseptler gozleyirik.

  7. terkibinde bulqur olan her ne varsa onu cox xoshlayiram,yeqin ki,bunu da hefte ici hazirlayaram ALLAH qoysa.Bir de zehmet deyilse bulqurlu salatin da reseptini yazarsaniz cox sevinerem

  8. Ezizim, feride xanim, mende bildiyiniz kimi sizin reseptlerin coxundan faydalanmisam, ve cox muveffegiyyetli alinib, Eger mumkunse ezizim, bulgurun ingilisce adini yazasiz, gorum burda marketlerde tapa bilirem ya yox. Yene de her sey ucun minnetdaram, Yegin ki yemeli olacag buda

  9. Gulya:
    Men Hollandiyada almisham ingilis mehsulu idi, ustune Bulgur yazilmishdi. Amma wiki-de baxdim hemcini bulghur ve ya burghulda yazila biler.

  10. SALAM FƏRİDƏ XANIM BULQUR AZƏRBAYCAN DİLİNDƏ NƏDİ?MƏN SƏHV ETMİRƏMSƏ BULQUR TURK SÖZÜDÜR.SƏHV EDİRƏMSƏ SİZ DÜZƏLDİN SƏHVİMİ,XAHİŞ EDİRƏM.SAĞ OLUN.

  11. GULYA: Beli, bulqur ingilisce BULGUR-dur. Herden ona Bulghur da deyirler.

  12. PERVANE: Bulqur Azericede ele bulqurdur. Bulqur Turk be Ereb sozudur, iki dilde de adi bele gedir. Hetta ingilis dilinde de adi eynidir. Azerice ele bulqurdur. Yani ki adi tercume olunmur. Bizim yarma kimi bir seydir. Reseptin evvelinde men yarmanin ve bulqurun ferqi haqda hazmisam.

  13. feride xanim saytin ingilisce versiyasinda Chocolate Pear Cake-in reseptindeki bu erzaqlari deqiq azerbaycan dilinde yazardiz pls
    ½ cup almond meal (finely ground almond), or hazelnut meal, or a combination of both
    4 tablespoons unsweetened cocoa powder or Dutch process cocoa powder -tund kakao tozu??????

  14. Feride xanim xahis edirem Chocolate Pear Cake resetini tercume edib bura qoyunda indiden tesekkurler daimi daimi saytinizi izleyen adasiniz

  15. Men bulquru cox sevirem. bulqurlu salatlar, bulqur plovu ve bulqur supunu her gun yeyerem. hem de cox xeyirli mehsuldu. bu yaxinlarda turk tv.lerinde bulqurun kansorejen bedenden uzaqlasdirdigini ve qorudugunu deyirdiler.
    Yeni bulqurlu yemek reseptini oyrendiyim ucum cox sevindim. Tesekkurler Feride xanim. size bol-bol ugurlar. yeni reseptlerinizi gozleyirik

  16. salam.Feride xanim,tesekkurler bu resepte gore.mence dadli olmalidi.heftenin axirina Turkiyeden,Moskvadan,Bakidan yoldasim,qardasim,qardasimin nisanlisi gelecek.onlar ucun bisirmeye hazirlasiram.uzaqdan gelirler ve ne vaxtdandi ki,yemeklerimi dadmayiblar.sizin sayenizde onlar menle qurur duyacaqlar bele dadli bisirdiyime gore insAllah.opurem sizi

  17. Feride xanim sizin reseptinizi oxudum ve bir elavede bulunmaq isteyirem.Bulqur temiz turk mehsuludur yeni bugdanin yarmasidir bu yemek sirf turklere aitdir.Tewekur

  18. FERIDE: Sizin yazdiqarinizi men reseptin basinda yazmisam. Cox sag olun.

  19. Salam Feride xanim. Men bulqurdan itifade edirem, acigi ne oldugunu deqiq bilmirdim. Birde bulqurdan Turk metbexinin lezzetli sorbalarindan olan Ezogelin sorbasi hazirliyiram. Cox dadlidir. Kroketleride hazirlayacm Insallah. Cox sagolun.

  20. SALAM fÄRIDÄ XANIM MÄN BULQURU ISVECÄ GÄLÄNDÄN GÖRMUWÄM AMMA BAKIDA YAWADIGIM SURÄDÄ BILMIRDIM ONUN NÄ OLDUGUNU.COX DADLIDIR MÄN BULGURUN XIRDA VERMÄWILLÄ QARIWIGINI ALIRAM O DA COX GÖZÄLDIR.MÄN BAKIYA GEDÄNDÄ BULQUR TAPA BILMÄDIM,TANIWA DEDIMKI BILMIRÄM NECÄDIR AMMA DIYÄSÄN BUGDANIN NÖVUDUR O DA MÄNÄ GETDI DÄYIRMANDAN BUGDANIN COXDA UYUDULMÄMIWINI GÄTIRDI GÖSDÄRDI DEDIMKI YOX BUNDAN DEYIL.SÄN DEMÄ INDI SIZIN YAZDIGINIZI OXUDUMKI BUGDA YARI BIWMIW VÄZIYYÄTDÄ OLMALIDIR.COX SAG OLUN BUNU SIZIN Sayänizdä bildim,SÄNKS

  21. salam Feride xanim men yeni daxil olmusam sizin sayta cox xosuma geldi coz saq olun opurem sizi

  22. ellerinize saqliq

  23. elleriniza saglikkkkkkkkkkkkkkkkkkkkkkk mac mac eledim sizi….
    Super

  24. Salam.Bu yemeyi ad gununde bisirmisdim.qonaqlar hami resepti sorusurdular!!!!!

  25. bu yemək məncə çox dadlı olar əsas da ramazan süfrəsində. xeyirli ramazanlar.

  26. Salam resepte görə çox təşəkkür edirəm

  27. salam xanimlar haminiza nus olsun feride xanim sizin nece de bacariqli elleriniz var belke bulqur pilavinin reseptin deyesiniz he?

  28. Feride xanim.. Deyəsən Bulgur sevənlər az deyilmiş 😀

    Bulgurdan aş, köfte, salat eləmişdim ama bunu yox :))) Mütləq eliyəcəm :)))

    Təşəkkürlər!!

  29. Salamlar.Fəridə xanım zəhmət olmasa mənə snikers tortunun reseptini deyəsiniz.

  30. Salam Feride xanim .saytinizdan men de cox istifade edirem. men Hollandiyada yasayiram. reseptde cire de var .onu burda tapa bilmirem. cire atmasam olar?evvelceden tesekkur

  31. men bu shekle baxanda agzim sulandi. cox dadli gorunur.

  32. AYGUN – bu reseptde cire yoxdur.

  33. Salam FERIDE xanim bir seyi diqqetinize catirmaq isteyiremki,yamisiz resepte cire yoxdu amma reseptinizde cire var

  34. AygunNY – Düz deyirsiniz, indi fikir verdim. Bəli zirə var (bir yerdə səhf edib zirə yerinə cirə yazmışam), amma heç zəruri deyil, mən çox vaxt heç elavə etmirəm.

  35. Salam Feride xanim, duz oxudum- krokete de qoz qatilir????

    Feride xanim mende sizin reseptle ciyer pa$tetini hazirladim, hem quru alindi, hem de dagildi… Amma cox daddi idi.

  36. Etin budu ve ya qol hissesinden pecde nece bisirmek olar?

  37. salam feride xanim.reseptlere gore twkr.zehmet olmasa napaleonun reseptini yazardizzz

  38. salammmm

  39. bulquru hardan ve nece elde ede bilerem?

  40. mende hazirlayacam,

  41. bunu etsiz bishirmek olar?

  42. bulqur supunun reseptini isteyerdim

  43. Chox saq olun.Lezzetli yemekdi 🙂

  44. Salam Feride xanim. Blokunuzu cox beyenirem. size sualim: bulqur rusca neca olacaq? Burda satisda sekildeki blqura cox oxsayan пшено var. belke odur?

  45. tesekkurler!

  46. Bu gun gunorta yemeyine bu bulqurlu kroketleri hazirladim, tebii ki, sousunu da. Cox lezzetli idi, shexsen men cox beyendim. Maraqli ve qeyri-adi dadi var. En azindan bizim ucun, cunki bizde ilk defe idi bulqur bishirdi.Ona gore qorxurdum ki, birden beyenmezler. Amma evdekiler de beyendi. Bu bulqur-manni-et tandemi cox lezzetli olurmuw. Qoz da icine cox yakiwdi;) Sadece men, qozu bir qeder az qoydum,duzu 1c/qasigindan cox qoydum ve zire qoymadim. (Eslinde evde kimyon var idi, amma deqiq bilmedim bu ziredir ya yox? Yeri gelmisken bilmek isterdim kimyon bizim dilde nece gedir? Almisham amma cox tund etri var, etin dadini tamam deyishir deye istifade etmirem)
    Teshekkurler Feride xanim, Allah razi olsun sizden,gozel reseptlere ve iwinize bu qeder ince yanawdiginiza gore.

    • Bəyənməyinizə görə sevindim. Nuş olsun! Kimyon elə zirədir.

Bir cavab yazın