Best in the World!
Dadlı yemək reseptləri bloqu

Şirniyyatlar

Evdə Hazırlanmış Asan Dulce de Leche

Evdə Hazırlanmış Asan Dulce de Leche

Dulce de Leche

İllər əvvəl, Amerikada dulce de leche (0xu: dulse de leçe) barədə ilk dəfə eşidəndə o mənə çox maraqlı bir şey kimi gəldi, amma onun nə olduğunu hələ bilmirdim. Hərfi tərcüməyə inansaq ispancadan bu süddən hazırlanmış konfet, yaxud süddən hazırlanmış şirni deməkdir. Hmm. Amma bir gün kəşf etdim ki, dulce de leche bizim Azərbaycanda, əslində həm də bütün keçmiş sovet respublikalarında “bişmiş, yaxud qaynadılmış qatılaşdırılmış süd” yaxud bəzən rusca “iris”, “iriska” adlandırdığımız şirniyyatdan başqa bir şey deyil.

Bişmiş qatılaşdırılmış süd adını çəkdiyim regionda bişirilən bir çox tortların kreminin əsasını təşkil edir. Elə-belə, yaxud da qozla qarışdırılmış, və ya kərə yağı ilə çalınmış formada tortun qatlarının arasına çəkilən bişirilmiş qatılaşdırılmış süd, yaxud dulce de leche ən gözəl kremlərdəndir. Siz həm də onu qaşıqla dondurmanın üzərinə qoya, qurabiyələrin arasına yaxa, ya da qaşıqlayıb (mənim sevimli üsulum!) yeyə bilərsiniz. Dulce de leche həqiqətən əla şirnidir.

Evdə Hazırlanmış Asan Dulçe de Leçe

Bir yaxşı xəbər var: dulce de lecheni evdə hazırlamaq çox asandır. Sizə lazım olan tək şey dükandan alınmış qatılaşdırılmış süddür. Bəli, əlbəttə, siz əvvəlcə qatılaşdırılmış südün özünü hazırlaya bilərsiniz və əgər istəsəniz onu dulce de lecheyə çevirə bilərsiniz. Amma bir banka qatılaşdırılmış südü dükandan ala, sonra da onu öz qabındaca bişirə biləcəyiniz halda niyə özümüzü əziyyətə salaq? Gəlin başlayaq.

Onu da deyim ki, istəyirəm içində dulce de leche olan çox qeyri-adi bir desertin resepti üçün özünüzü indidən hazırlayasınız. Bu reseptdən ötrü sizə 2 qab (banka) dulce de leche lazım olacaq. Hələlik onun nə olduğu sürpriz qalsın.

DAVAMINI OXU