Bu gün sizə AZ Süfrələri silsiləsindən olan çay süfrəsini təqdim edəcəyəm. Rəfiqəm Viktoriya ilə birlikdə həyətimizdə çay süfrəsi açdıq.
Diqqətinizə çatdırım ki, bu çay süfrəsi ənənəvi Azərbaycan çay süfrəsi deyil və daha çox Avropa çay süfrəsidir. Ümid edirəm ki, bu şəkillərdən özünüzə maraqlı ideyalar götürüb çay süfrənizdə həyata keçirərsiniz.
Göy, sarı və narıncı rəngləri birləşdirən süfrə.
Parça-salfet düzümü.
İkiqat qabda balaca qurabiyələr və rəngli kağıza bükülmüş şokoladlar gözəl görünür.
Qızılı rəngli fincanlar çaya hazırdırlar.
Ağacdan asdığımız bu bəzəyin adı “wind chime”dır. Yəni küləkzəngi. Külək əsdikcə qulağa xoş gələn müsiqi yaradır.
Mini güldanlar.
Süfrənin ümumi görünüşü.
Parça-salfetin düzümü.
Süfrə mənzərəsi.
Bu süfrədə kiçik dəyişiklik etdik. Sarı çay dəsti göy çay dəsti ilə əvəz olundu.
Fincanlara çay süzək!
Bu da çayımız.
İsti və pürrəngi.
Ümid edirəm ki, çay süfrəmiz xoşunuza gəldə. Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın!
salam sizin çai süfrəniz cox xoşuma qeldi feride xanum
Elbetde xowumuza geldi! kaw Azerbaycanda olardim. indi bagimiz cennetdi!
Salam. Beyendim.. Qeseng duzeltmisiz sufreni. Feride xanim, maraqli geldi…Ordaki sirniyyatlari ozunuz hazirlamisiz, ya alinmadi? Eger ozunuz bisirmisizse reseptlerin deyersiz?
Qurabiyələri özüm bişirməmişəm:)
cox gozel ve zovqle bezedilib ellerinize sagliq ))
Salam Feride xanim cox gozel cay sufrssidi zovqumuzu zenginlesdirdiyinize gore minnetdariq.parca-salfeti daha cox xosuma geldi.Nus olsun!:)
Çox mükəmməldir.
Elə bil qeyri-adi bir qonaq üçün açılmış süfrədir. Bəzən biz özümüz-özümüzü belə gözəlliklərlə mükafatlandırmağa qıymırıq. Ömrü boyu özgələrə diqqət, özümüzə biganəlik göstəririk. Atüstü ağzımıza nəsə atırıq. Afərin, Fəridə xanım, niyyətiniz çox gözəldir!
Bəyəndiyinizə görə sevindim. Çox sağ olun.
очень красиво !
Çox xoşagəlimli və zövqlüdür
çiçəklər çox gözəl ab hava qatıb
Nuş olsun Sizə, arzu edirəm ki yeni layihələrlə bizi sevindirəsiz.
Salam.Kecmis de olsa bayraminiz mubarek.Bilmek isteyirdim trilece tatlisi deyilen Balkan sirniyyati var,onun receptini bilen var?