kataloq

Ciyər Paşteti

Bir gün yadıma yaman ciyər paşteti düşmüşdü. Təxminən 1 il bundan əvvəl. Və elə həmən gün heyatımda ilk dəfə olaraq ciyər paşteti bişirməyə qərar verdim. Reseptim var idi¸ həvəsim da var idi¸ iştaham da məni yaman tələsdirirdi. Yaxşı ki, evimizə yaxın bir Ərəb dükanı var. Oradan ciyər aldım. Bakıdan gətirdiyim resept dəftərimi qoydum qabağıma və işə başladım.

Nəticə məni qane elədiyi kimi sabahısı günü bizə qonaq gələn Amerikalı qonşularımızı da qane elədi. Qonşumuz süfrədə paşteti görəndə¸ “Bu nədir?” deyə maraqlandı. “Paştetdir¸ciyər paşteti” deyə cavab verdiyimdə Qonsumuzun üz ifadəsi bir az dəyişildi. “Narahat olma. Cox ləzzətli bir şeydir. Ciyər olduğunu bilmək də olmur. Bir dadına bax” dedim və Qonşumuzdan cavab almadan biz Azərbaycanlılara xas olan adətlə tez qabına bir neçə dilim paştet qoydum. Bir müddət tərəddüd etdikdən sonra¸ Qonşu¸ nəhayət ki¸ paştetin dadına baxdı. Və sonra yenə baxdı¸ sonra bir daha. Sonra isə Qonşunu saxlamaq mümkün olmadı. Hardasa bütün paşteti yedi qurtardı. “Həyatımda ciyərdən belə ləzzətli və görüntüsü belə maraqlı bir yemək görməmişdim dedi”. Qonşu mənə “Azərbaycanda bütun yeməklər belə maraqlıdır?” sualını verəndə artıq məni saxlamaq¸ daha doğrusu susdurmaq mümkün olmadı :)

Doğduran da¸ uzaqda yaşayanda insan Azərbaycan mətbəxinin nə qədər gözəl¸ nə qədər zəngin olduğunu daha yaxşı başa düşür və onu daha çox dəyərləndirir. Paştet sadəcə bir nümunədir. Mətbəximizdə bizi qürurlandıracaq neçə belə yemək var. Mətbəximizlə fəxr edirəm.

CIYƏR PAŞTETI

Ərzaqlar

1 kilo qaraciyər (qoyun və ya mal)
2 xörək qaşığı bitki və ya kərə yağı (soğan qızartmaq üçün)
1 böyük baş soğan¸ xırda doğranmış
2 orta boy yerkökü¸ soyutma bişirilmiş və təmizlənmiş
duz¸ zövqə görə
istiot¸ zövqə görə
2/3 çay fincanı (170 qram) kərə yağı¸ yumşaldılmış (əritməyin!)

Bu ruleti toyuq ciyərindən də hazırlamaq olar. Nəzərə alın ki¸ toyuq ciyəri suda qoyun və ya mal ciyərindən daha tez bişir.

1. Ciyəri yaxşıca təmizləyib orta ölçüdə tikələrə kəsin. Qazana təxminən 6 çay fincanı su toküb¸ ciyərləri o suda 20 dəqiqə və ya tam bişənə qədər qaynadın. Tez tez kəfini yığın. Bişmiş ciyəri süzün və blender və ya ət maşınından püre halına gələnə kimi keçirin. Kənara qoyun.

2. Tavaya 2 xörək qaşığı yağ töküb qızdırın. Xırda doğranmış soğanı bu yağda qızardın (təxminən 7 dəqiqə çəkir). Qızarmış soğanı və soyutma yerkökünü ayrı-ayrı ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin.

3. Çəkilmiş ciyər¸ soğan¸ və yerkökünü bir yerdə ət maşını və ya blenderdən püre halına gələnə kimi keçirin. Uzərinə zövqə görə duz və istiot əlavə edin.

4. Alınan kütləni bıçaqla kalka kağızının üzərinə qalınlığı təxminən 0.6 sm¸ uzunluğu 35 sm¸ eni isə 25 sm olan düzbucaq şəklində yayın. Sonra isə yumşalmış kərə yağını bıçaqla paştetin üzərinə yaxın.

5. Kalka kağızını ehtiyyatla qaldıraraq paşteti rulet kimi qatlayın və eyni kalka kağızına bükün. Ən azı 2 saat soyuducuda saxlayın. Bu paştet soyuducuda nə qədər çox qalsa bir o qədər yaxşıdır - rulet özünü tutar. Süfrəyə verəndə orta qalınlıqda dilimlərə doğrayın. Bu paştet soyuducuda bir həftəyə dək saxlanıla bilər. Nuş Olsun!

Related Posts with Thumbnails

67 Comments Add your own

  • 1. Zahirə  |  Yanvar 23rd, 2009 at 2:18 am

    Salam Fəridə xanim.
    Fəridə xanim bizə dadli yeməklər bişirməkdə kömək etdiyinizə görə sizə təşəkkürümü bildirirmək istəyirəm.Həqiqətən də hər gün sizin saytiniza böyük həvəslə daxil oluram(yeni-yeni reseptlər görmək ümidi ilə).Sizə işlərininzdə uğurlar arzulayiram.

  • 2. eldivenlerim  |  Yanvar 23rd, 2009 at 4:24 am

    ciğerin değişik bir sunumu, enfes gözüküyor aynı pasta gibi;) ellerine sağlık arkadaşım…..

  • 3. FƏRİDƏ  |  Yanvar 23rd, 2009 at 1:37 pm

    ZAHIRE: Xos geldiniz bloquma. Sevinirem ki, hemvetenlerim saytimdan faydalanir. Bu menim ucun boyuk hediyyedir.

    ELDIVENLERIM: Tesekkur ederim, arkadasim.

  • 4. tunzale  |  Fevral 23rd, 2009 at 3:26 pm

    men de sizin lediyiniz kimi edirem hec 1deyisiklik olmadan.män dä mätbäx isini cox sevirem.ona göre bu saytla maraglaniram.

  • 5. FƏRİDƏ  |  Fevral 23rd, 2009 at 9:43 pm

    TUNZALE: Cox sagh olun saytimla maraqlandighiniza gore. Tez-tez gelin.

  • 6. Umid  |  Mart 1st, 2009 at 5:12 am

    salam Feride xanim.men Umid krasnodarda yasayiram.saytiniza girdim cox xoshuma geldi.evde bir merc elemishem ki size sabah gunortaya dadli yemek bisirecem.mene bir tez hazirlanan asan kisi yemeyi terifi yazsaniz cox memnun qalaram.onceden tesekkurler…

  • 7. FƏRİDƏ  |  Mart 3rd, 2009 at 3:01 pm

    UMID: Xogh geldiniz. Deyesen cavabim vermeye geciktim:( Bilmirem yemek bisirdiniz ya yox. Amma eger bisirmedinizse, onda belke toyuq chighirmasi edesiniz, hem asand hem de lezzetli, ve ya yarpaq dolmasi. Kishi yemeyi kategoriyasina hansilar aiddir:) Khash ola biler:) amma men onun reseptini deqiq bilmirem, cunki bisirmirem. xahis edirem, konkret hansi yemeklerden isteyerdiniz yazasiniz. isteyirsiniz, email adresime yazin: farida@azcookbook.com.

  • 8. LEYLA  |  Aprel 12th, 2009 at 2:11 am

    Salam Feride xanim! Saytiniz Marvellous+Delicious!Men bu yaxinlarda aile qurmusham,her defe yemek bishirende anamla qaynanama zeng vurub recepti deqiqleshdirirdim.P.s. belke de yaziqlari bezdirmishim:):):) AMMA sizin aytinizla tanish olduqdan sonra ishim asanlashdi! SIZIN KIMI HEMVETENLIM OLDUGU UCUN FEXR EDIREM! ISHLERINIZDE HER ZAMAN UGUR ELDE EDESINIZ!COX SAGOLUN! NE YAXSHI KI SIZ VARSINIZ!:) from_ AZERBAIJAN

  • 9. sladkayewka  |  Aprel 19th, 2009 at 7:11 am

    he menim xoshuma gelen му axtardigim resepdir)))))))cox sagol
    FERIDE DUZ DEYIRSEN AZERBAYCANDAN KENARDA QALANDA OZ YEMEKLERIMIZIN QEDRINI DAHA YAXSHI BILMEK OLAR

  • 10. kamala  |  Aprel 20th, 2009 at 5:08 am

    inanin Feride xanim bu manim an chox sevdiyim yemakdir novudur
    bishirmaya curat elamirdim chatin galirdi siz ela gozal izah edibsiz ki bu yaxinlarda mutlag bishiracam bu recepti goranda chox sevindam chox sag olun.

  • 11. FƏRİDƏ  |  Aprel 20th, 2009 at 10:21 am

    DOSTLAR, SAĞ OLUN ŞƏRHLƏRİNİZƏ GÖRƏ.

  • 12. aygun  |  Aprel 23rd, 2009 at 2:57 am

    mence klassik resepde qizarilmish sogan ve kokun miqdari 2defe artiqdir,yumurta ve qoz da elave edilir. men bele hazirlayiram, dadli olur. lakin nedense rengi nisbetem tund olur

  • 13. FƏRİDƏ  |  Aprel 23rd, 2009 at 10:56 am

    AYGUN: Here bir cur bishirin bu pashteti. Men her novumu cox beyenirem:)

  • 14. nuriye  |  Aprel 26th, 2009 at 12:12 am

    inşallah bunu mutleq hazırlayacam . Cox maralı azerı yemeyıdı. Duzu men ılk defedı gorurem.
    tesekkur edırem Feride xanım.

  • 15. VEFA  |  May 8th, 2009 at 2:33 am

    OY OY OY
    bu cox sevdiyim bir novdur, evde tez tez edirler.amma ozum bishirmemishem.inshallah edecem,thanks a lot

  • 16. Gulnar  |  May 20th, 2009 at 11:06 pm

    salam aleykum feride xanim.sizin bloqu bugun tesadufen internet uzerinde axtarish ederken tapdim.Allah sizden razi olsun superdir.Ele tapan kimi zakladkaya elave etdim.inshaallah bu gozel reseptlerinizden faydalancam refiqelerime de gonderecem ki yemek bishirmek oyrensinler:) bu gun, sabah aile quracaqlar)))

  • 17. Fəridə  |  May 22nd, 2009 at 10:32 pm

    DOSLAR, serhlerinize gore cox sagh olun. Hemise qonaq olun:)

  • 18. Gunay  |  Iyun 9th, 2009 at 2:26 am

    Resepte gore tesekkurler. Men pasteti cox sevirem ama bilmirem sizin kimi yaxsi hazirlaya bilecem yoxsa yox.

  • 19. FƏRİDƏ  |  Iyun 9th, 2009 at 9:36 pm

    GUNAY, elbette yaxsi alinacaq, hetta cox yaxsi alinacaq.

  • 20. GUNAY,YUSIFOVA  |  Iyun 13th, 2009 at 8:19 am

    chox sag ol.men choxdandir pashdetin reseptini axtarirdim tapa bilmirdim,artiq etmishem,chox ela da alindi.sag ol.

  • 21. FƏRİDƏ  |  Iyun 14th, 2009 at 5:40 pm

    GUNAY, deymez. Nush olsun!

  • 22. ramil  |  Iyun 21st, 2009 at 9:47 am

    salam elekum. sizin hazirladiginiz salat menim xoshuma geldi. zehmet olmasa bildiyiniz salatlarin reseptini menim adresime gonderesiniz. evvelceden Size teshekkurumu bildirirem . Hormetle sizin kolleqaniz Ramil

  • 23. Ceyran  |  Iyul 13th, 2009 at 2:20 am

    SALAM FERIDE XANIM,
    COX SAG OLUN RESEPT UCUN. ELAVE OLARAQ SIZDEN PESOKDA VISHNE QISH (SVEJAYA VISHNYA)UCUN (VISHNE MUREBBESI DEYIL, VISHNE KOMPOTU DEYIL)RESEPT VARSA BLOQUNUZA DAXIL ETMEYINIZI XAHIS EDIREM.

  • 24. FƏRİDƏ  |  Iyul 14th, 2009 at 10:43 am

    CEYRAN: Vishne qishi nese basa dusmedim. Dessertdir?

  • 25. konul  |  Iyul 26th, 2009 at 11:17 am

    salam bu fikrinizle tamamiyle raziyam mede basqa seherde yasiyiram ordaki dostllarimada qonaqliq verende oz yemeklerimizden bisirirem sirniyatlardanda en cox paxlavani xosdayirlar novruz bayraminda bize paklava yemeye gelirler buda meni cox sevindirir
    cox saqolun

  • 26. Shahla  |  Avqust 17th, 2009 at 10:08 pm

    Salam. Bu recept uchun chox teshekkur edirem. Menim bir refiqem var,Nigar,duz bir ildir mene soz verir ki mene pashtet getirecek. Hele de gelib chixmayib. Gerek ozum hazirlayim:) Chox teshekkur,addim-addim her shey chox gozel izah olunub.

  • 27. sevinç  |  Sentyabr 1st, 2009 at 3:07 am

    çok hoş yemekler.. tesadüfen rastladım blogunuza.. bundan sonra yemekte neler var diye bakıcam:) güzelliklerin hep sizinle olması dileğiyle

  • 28. Hicran  |  Sentyabr 7th, 2009 at 12:54 am

    Salam Fəridə xanim necəsiniz sizi bir sualla narahat etmək istəyirəm men poşteti 1 sutka dondurucuda saxladim amma doğrayanda ovulmaga basladı sizce niye bele oldu? Əvvəlcədən təsəkkur edirəm.

  • 29. Fəridə  |  Sentyabr 8th, 2009 at 6:11 pm

    HICRAN: Ovulmasi ona gore ola bilier ki, pashtet bir az quru olub. Onun da sebebi ciyerin ozuun heddinden artiq quru olmasi ola biler. Pashtetin bir az ovulmasi normaldir, amma cox olmamalidir. Belke bir de edende, soghani bir az bol yagda qizardasiniz? Burdaki reseptle mende hec vaxt problem olmur amma.

  • 30. Gulgun  |  Sentyabr 28th, 2009 at 2:42 am

    Salamlar.
    Oncelikle size minnetdarligimi bildirirem,bu gozel proekti yaratdiginiz ucun. Ozu de Azerbaycan dilinde,yani ana dilimizde.
    men teze tanis daxil oldum buraya,ve chooox xosuma geldi.
    Men bu ciyer pastetinin delisiyem:) ancaq menim qaldigim yerde ne qoyun,ne de mal ciyeri satilmir.Toyuq ciyeri var. Ureyim de dehset isteyir. Ancaq teessuf ki, ne et cheken masinim ,ne de blenderim var helelik.
    bir de ki, men pastete yumurta ve sarimsaq da elave edirem. o da lezzetli olur. Eynen sizin kimi men de bizim metbexle fexr edirem. Dogurdan da dadan dadindan doya bilmir bizim yemeklerin.
    Bir daha size tesekkurler ve ugurlar.

  • 31. FƏRİDƏ  |  Sentyabr 28th, 2009 at 11:30 am

    GULGUN: Cox sash olun xos sozlerinize gore. Yumurta ve sarimsaq da yaxsi fikirdir. Mutleq “prob” ederem. Cox sagh olun.

  • 32. feride  |  Oktyabr 1st, 2009 at 8:04 am

    salam feride xanim.necesiniz?men bu pasteti eyni siz yazan kimi bisirdim toyuq ciyerinden.men istediyim dadi aldim.yeni yerlerdede ele bu dadda olurdu pastet.amma anama fergli geldi dadi yeye bilmedi.pastet basga curde hazirlanir?

  • 33. FƏRİDƏ  |  Oktyabr 5th, 2009 at 11:20 am

    FERIDE: Men pashteti mal ve ya qoyun etinden xoslayiram, Ola biler toyuqla olan bir az basqa cur qalsin. Zovq meselesidir. Here bir cur xoslayir. Men basqa cur hazirlamiram. BU metodu beyenirem:) Nush olsun:)

  • 34. feride  |  Oktyabr 6th, 2009 at 8:25 am

    cox sagolun:)

  • 35. XEYALE 731  |  Oktyabr 8th, 2009 at 2:39 pm

    Salam, Size ilk defedir yaziram.Amma hemise yenilikleri izleyirem.Men de bisirdim pasteti sayenizde ela alindi. tesekkurler.

  • 36. Nushaba  |  Oktyabr 16th, 2009 at 12:00 pm

    100% bishirecem gorum mende alinacaq cox sag olun

  • 37. GUNAY !  |  Noyabr 6th, 2009 at 10:20 pm

    cox sagol yede tesekur :D:d edirem bu gozell :)paylasim ucun!!!:Dsiz buran ureyden opurem canim:d

  • 38. bilge  |  Noyabr 9th, 2009 at 6:59 am

    azerbaycanda okurken yediğim bu lezzetin tarifini uzun süredir arıyordum ve nihayet buldum akşama ilk işim bunu yapmak bakarken bile ağzım sulandı vallahi azerbaycana selamlar

  • 39. sahnaz  |  Dekabr 22nd, 2009 at 3:44 am

    salam Feride xanim men size teshekkur edirem bu resepte gore. menin en sevimli( soyuq yemek deyek de) yemeyim pashtetdir. ama hazirlaya bilmirdim,inanin size cox minnetdaram. opurem sizi.

  • 40. ülviyyə  |  Dekabr 26th, 2009 at 10:25 am

    salam…. sayta görə minnətdaram…. çox sevindim ki, bizim də ağız dadımıza uyğun :) 1 sayt var. uğurlar….Yeni reseptlər gözləyirik.Uğurlar!!!!!!

  • 41. Gul  |  Yanvar 10th, 2010 at 7:15 am

    Salam! sizin saytiniz chox xoshuma gäldi.
    Mändä gurbätdä yashayiram, sizin sayti tapdim vä chox sevindim, sizin saytinizda bir tort resepti vardi, apelsinli, äyär sähv etmirämsä, amma nädänsä män indi o respti tapa bilmirem , bu gun istedim hämän tortu bishirim, amma onu tapa bilmedim, bälkä siz kömek ede bilärsiz?

  • 42. PƏRVANƏ  |  Yanvar 10th, 2010 at 8:22 am

    SALAM FƏRİDƏ XANIM,BU PAŞTETİ ƏTLƏ BİŞİRMƏK OLARMI?ƏGƏR OLARSA EYNİ BU QAYDADA?SAĞ OLUN.

  • 43. FƏRİDƏ  |  Yanvar 10th, 2010 at 12:19 pm

    GUL; Apelsin tortu saytimda olmayib. Belke basqa yerde gormusunuz?

    PERVANE: Ciyerle olmasa pashtet olmaz. Men etle elememisem, bilmirem nece alinar. Onda rulet olar yegin ki. Amma pastet ciyerle olur.

  • 44. Elvira  |  Yanvar 10th, 2010 at 2:29 pm

    Salam Feride xanim.pashteti hazirladim toyug ciyeri ile.mal ciyeri tapa bilmedim.cox dadli alindi.1 ci defe idi hazirlayirdim .Haminin xoshuna geldi.Ona göre de size minnetdaram sag olun .Yeni receptler gözliyirem.Ugurlar!!!!!!!!!!!

  • 45. TUNZALE93*  |  Yanvar 10th, 2010 at 11:14 pm

    SOZUN ACIGI CANIM MENIM CIYERI XOSLAMIRAM UMUMIYYETCEN CIYER YEYEN KIMI UREYIM BULANIR ..MEN BUNDAN YEMESEMDE EVDE HAZIRLAYACAM AILEM DADSIN COX SAGOLUN RESEPTE GORE

  • 46. XEYALE  |  Yanvar 11th, 2010 at 5:11 am

    çox gözel görünür yazdım resepi qonaqlara bişirecem bunu

  • 47. Naska  |  Yanvar 18th, 2010 at 5:00 am

    Salam Fəridə xanim. siz “ciyər paşteti” nin timsalında Azərbaycan mətbəxi ilə fəxr edirsiniz, biz Azerbaycanlılarda sizinlə:-) Chox sag olun xanımlar üçün dəyərli olan məsləhətlərinizə görə!

  • 48. CAHID  |  Yanvar 22nd, 2010 at 4:13 am

    MEN BURA DAXIL OLUB CIYER PASLETINI OYRENIB ISIMDE BUNU EDEREK SEFIMIN GOZUNDE IS BAXIMINDAN BIR AZDA QALXIB YAXSI NEALIYYETLER ELDE ETDIM MESEL ICIN BIRI MAASIMIN QALXMASI OLDU KI BU DA MENI COX HEVESLENDIRDI ISIME DIQQETIMI BIR AZDA COX YONELTDIM VE MEN BUNDAN CX SADAM BU RESEPTE GORE LAZIMI ADAMLARA CHOX SAQOUMU BILDIRIREM.

  • 49. Ayten  |  Yanvar 25th, 2010 at 7:05 am

    coooooooooxx sag oluuunnn……..coxdandir ki,canim pastet isteyirdi,amma evde hazirlamaq isteyirdim…indi anamdan komek istemeden hazirlaya bilerem….super,super,super…:*

  • 50. aygun  |  Yanvar 31st, 2010 at 12:47 pm

    Feride xanim sizin sayenizde bu yasimda heqiqetende cox seyi oyrendim,artiq kimse nese deyende qururla “bunu mende bilirem “deye bilirem.Feride xanim sizden mumkunse oyrenmek isterdim ki,men biskiviti nece bisirim ki kopu yatmasin ne olar komek edin.cox sag olun.

  • 51. Kemale  |  Fevral 8th, 2010 at 7:12 am

    salam Feride xanim.saytiniz cox xoshuma geldi.xahish ederdim ki, shirniyyat ruletinin reseptini saytinizda yerleshdirerdiniz.evvelceden oz minnetdarligimi bildirirem.

  • 52. yeşim  |  Fevral 10th, 2010 at 12:08 am

    selam feride hn., tarifiniz çok ilgimi çekti denemek istiyorum ama yerkökünü bilemedim, patates ,havuç, ne olabilirki? diye en iyisi sorayım dedim.birde ciğer rulosu kesilip servis mi yapılıyor, yoksa başka işlemi varmı? teşekkürler. ellerinize sağlık

  • 53. FƏRİDƏ  |  Fevral 10th, 2010 at 9:50 am

    YESIM: Hos geldiniz bloguma. YERKOKU = HAVUC.

    Evet, rulo hazirlanib dolabda bir kac saat dinlendikten sonra (sertlesmesi gerekiyor), resimdeki gibi kesilip servis yapiliyor. ISter ekekle ister oylesine yeyilir. Afiyet olsun:) Azerice anlamadigin her hangi bri sey varsa, lutfen her zaman sorun.

  • 54. VAFELKA  |  Fevral 10th, 2010 at 11:46 am

    FERIDE XANIM,M’NIM QIZIMIN BU GUNLERDE AD GUNUDUR. MEN SHAH PLOVUNUN RESEPTINI BILMEK ISTEYIREM.AD GUNUNDE ONU BISIRMEK ISTEYIREM.XAHISH EDIREM GONDERIN.

  • 55. Sevda  |  Fevral 13th, 2010 at 9:48 am

    FERIDE xanim cox cag olun bu salata gôre âger mûmkûnse kievski kotletin reseptini vermenizi riga edirem COX SAG OLUN

  • 56. Sevinc  |  Mart 12th, 2010 at 10:54 am

    FERIDE xanim size cox minetdaram ki, bele bir sayit acmisiz. Bizim bilmediylermizi bu saytdan oyrenirik.

  • 57. PƏRVANƏ  |  Mart 30th, 2010 at 5:21 am

    SALAM FƏRİDƏ XANİM.NECƏSİNİZ.FƏRİDƏ XANİM BURDA MARKETLƏRDƏ CİYƏR DONDURULMUS VƏZİYYƏTDƏ SATİLİR .MƏN ONDAN İSTİFADƏ ETSƏM SİZCƏ NECƏ ALİNAR?HEC BİR PROBLEM OLMAZKİ?SAG OLUN.

  • 58. FƏRİDƏ  |  Mart 30th, 2010 at 8:37 am

    RERVANE: Bakidaki marketlerde ciyeri dondururlar? Qeribedir. Burada, yani Kaliforniyada, hec vaxt dondurulmus ciyer gormemisem. Duzu, dondurulmus ciyerden hec istifade etmediyime gore dediq bilmirem, amma onun buzunu bir gece evvelden soyuducuya qoymaqla acmaq olar. ondan sonra baxin ciyer eger yaxsi veziyyetdedirse, onda bisirmek olar.

  • 59. PƏRVANƏ  |  Mart 30th, 2010 at 10:48 am

    FƏRİDƏ XANİM MƏN BAKİDAN YOX SANKT PETERBURQDAN SİZƏ YAZİRAM.ADİM DA PƏRVANƏDİR.CAVABİNİZA GORƏ SAG OLUN.

  • 60. PƏRVANƏ  |  Aprel 1st, 2010 at 7:28 am

    SALAM FƏRİDƏ XANİM.MƏN PASTETİ HAZİRLADİM DADİ COX GOZƏL İDİ AMMA RƏNGİ XOSUMA GƏLMƏDİ BELƏKİ COX TUND OLDU. SİZİN PASTETİN RƏNGİ COX GOZƏLDİR.CİYƏRDƏN OLA BİLƏRMİ?SAG OLUN.

  • 61. FƏRİDƏ  |  Aprel 1st, 2010 at 4:56 pm

    PERVANE: Desem sebebini bilirem, yalan olar, cunki mende eyniyle sekildeki kimi alinir. Belke de ciyerdendir. Belke yasli malin ciyeri daha tund olur.

  • 62. PƏRVANƏ  |  Aprel 17th, 2010 at 6:22 am

    SALAM FƏRİDƏ XANİM. SİZ BU PASTETDƏ QOYUN YOXSA MAL CİYƏRİNDƏN İSTİFADƏ ETMİSİNİZ?MƏN İKİNCİ DƏFƏ BU PASTETİ HAZİRLADİM YENƏ DƏ RƏNGİ BELƏ ALİNMADİ.MƏNƏ ELƏ GƏLİR Kİ BU PASTETİN BELƏ GOZƏL GORUNMƏSİNİN BİR SİRRİ VAR.SAG OLUN.

  • 63. FƏRİDƏ  |  Aprel 17th, 2010 at 10:01 am

    PƏRVANƏ: Şəkildəki paştet qoyun ciyərindən hazırlanıb. Düzü paştetin rəngi bir o qədər gözəl olmur, ona görə narahat olma. Əsas odur ki, dadı yaxşı olsun. Heç bir sirr yoxdur inan. Burda necədirsə, mən elə edirəm. Amma əgər həddindən artıq tünd çıxırsa, onda bəlkə içinə bir az çox yerkökü qoyasan.

  • 64. RENA  |  May 1st, 2010 at 5:14 am

    SALAMUN ALEYKUM FERIDE XANIM.SAYT ELADI.TESHEKKURLER

  • 65. Valide  |  Iyun 5th, 2010 at 11:53 pm

    Salam Feride xanim! saytiniz bu gune qeder gorduyum azerbaycan dilinde olan yemek saytlari arasinda en chox xowuma gelen ve aydin, seliqeli yazilmiw sayt oldu. Ve bu meni mecbur eledi ki bura abune olum. Ozum de xarici dovletde yawadiqim uchun ve yanimda boyuklerin olmadiqindan daima yemek bishirerken meslehete ehtiyacim olur. Inaniram ki saytiniz vasitesile ailemdeki her kesi sevindirmeye muveffeq olacaqam. ))) Chox saqolun!!!

  • 66. Valide  |  Iyun 6th, 2010 at 1:08 am

    Feride xanim kalka kagizi ingilis dilinde nece tercume olunur? Xahiw eirem 1-2 gun muddetinde cavab veresiniz chunki oqlumun ad gununde pashtet de elemek isteyirem.. evvelceden oz minnetdarliqimi bildirirem!

  • 67. Feride  |  Iyun 6th, 2010 at 8:13 am

    VALIDE: Xos sozlerinize gore cox sag olun. Kalka kagii - baking paper ve ya parchment paper adlanir. Iki ada da rast gelmek olar.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed