Best in the World!
Dadlı yemək reseptləri bloqu

Damla Şokoladlı Qurabiyələr

Bu gün bloqa başqa resept qoymaq istəyirdim, amma fikrimi dəyişdirdim. Səbəbi isə bu gün instagram hesabıma yüklədiyim yeni şəkil – təzəcə sobadan çıxmış damla şokoladlı qurabiyələr oldu. Reseptini istədilər, mən də məsələ hələ isti ikən onu paylaşım dedim.

Damla şokoladlı qurabiyələr Amerikada ən çox sevilən qurabiyələrdəndir. Adətən çox dadlı olsalar da, tərkibində çox miqdarda yağ və şəkər olduğuna görə, yüksək kalorili qida hesab olunurlar. Odur ki, mən bu qurabiyələrin daha yüngül formasını bişirirəm. Uşaqlar da çox xoşlayır, mən də. Qurabiyələrin hazırlanmasına çox az vaxt gedir, amma nəticədə nə az nə çox, düz 48 qurabiyə alınır.

Damla Şokoladlı Qurabiyələr
Cooking Light, İyun 2007 nömrəsindən adaptə edilmişdir

48 ədəd qurabiyə üçün

Ərzaqlar:

2 stəkan + 1/4 (stəkanın dörddə bir hissəsi) stəkan un
1 çay qaşığı soda
1/4 çay qaşığı duz
1 stəkan
qəhvəyi şəkər tozu
3/4 stəkan ağ şəkər tozu
110 qram kərə yağı – otaq hərarətində yumuşaldılmış
1 çay qaşığı vanil ekstraktı
2 iri yumurtanın ağı
3/4 stəkan yarışirin damla şokoladı (damla şokoladınız yoxdursa plitka şokoladı xırda-xırda doğrayın)

Hazırlanma Qaydası:

Sobanı 180Cdək qızdırın.

Bir qabda un, soda də duzu qarışdırın.

Başqa qabda şəkərlər və yağı mikserlə orta surətlə ərzaqlar qarışıana qədər çalın. Vanil ekstraktı və yumurtaları əlavə edib, 1 dəqiqə daha çalın. Unlu qarışıq və şokoladı əlavə edib, ərzaqlar qarışanadək yenə çalın.

Alınan xəmirdən hər dəfə xörək qaşığı qədər götürərək, üstü az yağlanmış listə 5 sm aralığında xəmir topaları yerləşdirin. Qurabiyələrə əlinizlə səliqə forma verməyə gərək yoxdur. Sobada yayılacaq, formalarını alacaqlar. Qurabiyələri sobanın orta təbəqəsində 10-12 dəqiqə ərzində və yaxud üstləri lap az qızarana qədər bişirin. Diqqətli olun ki, qurabiyələr çox qızarmasınlar, yoxsa bərk olarlar. Qurabiyələr sobadan çıxdıqdan sonra, listdə 2 dəqiqə qalmalı, sonra oradan çıxarılmalıdırlar.

Bir cavab yazın

7 Şərh
  1. lap ala,Farida.man da Bakida qonaqam.inshaallah evima Moskvaya gedanda mutlaq yoldasim va usaqlarim ucun bisiracam.saq ol ki,biza gozal reseptlar verirsan.

  2. elinize sagliq yoxlayacam bunu da

  3. cox gozel alindi

  4. bu damla wokaladini hardan alirsiz?

  5. Salam Feride xanim . Men bugun hazirladim ama en sonda alinan mehlul cox daginiq alindi, Bisiren zaman ise uzu qizarana kimi gozledim ama taxta kimi oldu berk 🙁

    • Hansısa addımı yəgin düz etməmisiniz. Yaxud sobanızdandır.

  6. Men neçe defe mağazalara baxmışam ama bilmirem niye damla şokolad tapa bilmemişem. Diger şokoladları xırda xırda doğrayanda sobaya girende eriyir yanır. Damla şokolad tapan kimi alıb bu resepti hazırlayacağam.

Bir cavab yazın