Best in the World!
Dadlı yemək reseptləri bloqu

Darçınlı Burmalar

Amerikanın kulinariya simvollarından biri. Buradakı alış-veriş məkrəzlərində belə mütləq cinnamon rolls, və yaxud darçınlı burma satan yerlər olur. Kimi onların lap yumuşaq, bulka kimi olan növünü bəyənir, kimi isə yumuşaq, amma bulka kimi  yumuşaq olmayan və üstü bir az xırt-xırt növünü. Hər ikisi ləzzətli olur. Mən hər iki növünü də bəyənirəm. Evdə bişmiş burmalar olduğunda isə, fərqini belə hiss etmirəm. Yetər ki burma olsun. Bu, ikinci qrup burma reseptidir. Ləzzətinə doya bilməyəcəyinizi ümid edirəm. Nuş olsun.

Gəlin başlayaq.

Xəmir yoğurun və gəlməyini gözləyin.

Xəmiri dördbucaq şəklində açıb, üstünü yağlayın.

Şəkərli darçını səpin..

…hər tərəfinə eyni miqdarda olmaq şərtiylə.

Dördbucağı rulet kimi bükün.

Ruleti burmalara kəsin.

Burmaları listə yerləşdirin.

Qoyun kənarda bir az da qabarsınlar.

Üstlərinə yumurta çəkib, qızaranadək bişirin.

Qlazuru üstlərinə tökün. İsti-isti süfrəyə verin.

Darçınlı Burmalar
William-Sonoma, “Essential of Baking” kitabından adaptə edilmişdir.

16 ədəd burma üçün

Ərzaqlar:

Xəmir Üçün:
2 paket aktiv quru maya (4 + yarım çay qaşığı)
1 stəkan (250 ml) süd, bir az istidin (40-46Cdək)
Yarım stəkan cup (125 g) şəkər tozu
3 ədəd iri yumurta
4 stəkan yarım un ( 675 q)
1 çay qaşığı yarım duz
Bir portağalın rəndələnmiş qabığı
115 q kərə yağı – əridib, soyudun

İçi Üçün:
6 xörək qaşığı (90 q) şəkər tozu
2 çay qaşığı darçın
55 q kərə yağı – əridin

Üstü Üçün:
1 ədəd yumurta, yüngülvari qarışdırın

Vanilli Qlazur Üçün:
1 stəkan + bir stəkanın dörtdə biri qədər (140 q) şəkər kirşanı (pudrası)
2 xörək qaşığı süd
Bir çay qaşığının dörtdə biri qədər vanil ekstraktı


Hazırlanma Qaydası:

Xəmiri hazırlamaq üçün iri ləyəndə mayanı süddə həll edin. Bir qədər qabarması üçün kənara qoyun, təxminən 5 dəqiqəlik. Üstünə şəkər tozu, yumurta, 4 stəkan unu, duz, portağal qabığı, və kərə yağını əlavə edib əlinizlə qarışdırın. Qarışığı bir az unlanmış masaya çevirib, yoğurun. Yapışqandırsa, geri qalan yarım stəkan unu da əlavə edin. 5-7 dəqiqə ərzində yoğurun. Xəmin yumuşaq olmalı, lakin ələ yapışmamalıdır.

Ləyənin dibini bir az yağlayın. Xəmiri kündələyib buraya qoyun. Üstünü mətbəx steçiylə örtün. Qoyun xəmir isti yerdə ikiqat qabarsın, təxminən 1 saat yarım – 2 saat.

İçi düzəldin. Şəkər tozu və darçını qarışdırın. Kənara qoyun.

Ölçüsü 43 X 30 sm olan listin dibinə perqament kağızı sərin.

Xəmiri bir az ün səpilmiş masaya qoyun. İkiyə bölün. Bir yarını ölçüsü 25 x 40 sm dördbucaq şəklində açın. Dördbucağın səthinə yağın yarısını sürtün. Bunun üstünə isə darçınlı şəkəri səpin.  Dördbucağı sizə uzaq olan uzun tərəfindən başlayaraq rulet kimi bükün.

Ruleti 8 burmaya kəsin. Kəsilmiş yerləri üstdə olmaq şərtiylə listə bir-birinə yaxın, amma yapışmayacaq şəkildə düzün (şəkillərə baxın). Digər kündəni də eyni şəkildə açıb, doldurub, burub, listə yığın.

Burmaların üstünü çay dəsmalıyla yüngülvari örtün. Bir az da qabarmaları üçün kənara qoyun, təxminən 30 to 40 dəqiqəlik. Burmaların üstünü yüngülvari məbəx streçiylə örtüb, listi soyuducuya da qoya bilərsiniz. Burmalar soyuduca bir gecə qala bilər. Bu müddər ərzində onlar qabaracaq.

Sobanı 200Cdək qızdırın.

Əgər burmaları soyuducuya qoymuşdunuzsa, bişirməzdən əvvəl listi çıxardın və qoyun burmalar otaq hərarətinədək istinənə qədər, 30-40 dəqiqə listdə qalsınar.

Burmaların üstünə yumurta çəkin. Sobanın orta rəfində 20-35 dəqiqə və yaxud üstləri qızaranadək bişirin.

Burmalar hazır olmazdan bir az əvvəl qlazuru hazırlayın. Bunun üçün bir qabda şəkər kirşanı, süd və vanil ekstraktını şəkər əriyənədək qarışdırın.

Qoyub burmalar listdə bir qədər soyusunlar (amma çox deyil). Hələ istiykən, üstlərinə qlazuru tökün. Burmaları bir-birində ayırıb isti-isti yeyin. Diqqət! Bu  burmalar uzun müddət qaldığında bərkiyir. Əgər bişirdiyiniz gün yüməyəcəksinizsə, soyuduqdan sonra buzluğa qoyun. İstədiyinizdə soba və ya mikrodalğada istidib yeyin.

Bir cavab yazın

63 Şərh
  1. Feridə xanım çox gözəl görünür. Maşallah. Ama bir şey soruşmak isteyirem üstünə tökdüyünüz sütlü qlazur sadece süt ve şəkərdən hazırlanır? Ama nece ele berk formada görünür burmaların üstünde. ? Çox sag olun

  2. Feride xanim coxxxx sagolun her zaman receptlerinizi seve-seve oxuyuram.bulkaniz super gorsenir.

  3. SAMİRƏ MUSTAFAZADƏ – Qlazuru burmaların üstünə tökəndə bir az soyuduqdan sonra bərkiyir, amma çox deyil. Bir qədər yumuşaq qalır amma sulu deyil.

  4. Feride, mutleq hazirlayacam.

  5. superrrrrrrrrrrrr

  6. Farida Xanim bunun reseptini coxdan axtarirdim… Cox sag olun…. Burda yani Moskvada var cinnamon … Reseptini goranda cox sevindim .. Hazirlayacam… Amma Basa dusmadim ustundaki qlazuru bisirmirik ela???

  7. VÜSALƏ – Bişirmirik.

  8. Cox saq olun Feride xanim ,bu bizim ailenin en cox sevdiyi bulka novlerinden biridi.Mende onu cox zovqle ve hevesle hazirlayiram.Tesekkur edirem resepte gore.

  9. feride salam.bunu bu gun bisirmek isteyirem sorusmaq isterdim portagal qabigi yerine limon qabigi olar?birde hec vurmasam nece lar?

  10. COX GOZEL.TWK

  11. TWK

  12. NURA – Hər iki sualınızın cavabı – Bəli, olar.

  13. Ellerinize sagliq, Faride!!!

  14. Salamlar! Superdir, Feride xanim ellerinize saglik. Sizin zovqunuze ve el qabiliyyetinize soz ola bilmez. Sizden oyrenib bishirdiklerimize gore sevgilerimizi ve bitmeyen teshekkurlerimizi bildirirem. Her zaman sherh yazmaga tenbellik etsem de, inan ki qarshinizda bash eyirem. Savab ish gorursunuz. Bu burmalar bir azciq hil ve limonlu bulkalara (onlar da cox superdir) oxshadi, bishirib dadina baxariq. Ramazan gunlerinde cox gozel olar. Allah size ve ezizlerinize can sagligi, bol ruzi, xoshbextlik, gozel gunler nesib etsin.AMIN!!!

  15. salamlar.cox dadli burmalara benzeyir.

  16. FERİDƏ necesən! ALLAH köməyin olsun inş .Nece gözəl görürünür .ÇOX xoşuma geldi bişirəcəm inş.Bu dünyada heç neyim nece edim demiyəsən.AMİN!

  17. MERCI BEAUCOUP FARIDA!!!!!! SUPER CIXDI DADI GOZEL IDI.TESEKKUR

  18. feride xanim ,sizden 1 xahisim var.eger mumkundurse badambura ve maraqli baglama(zakat)reseptlerinden sehifenize yerlesdirin,evvelceden tesekkurler

  19. men hazrladim bunlardan coooox super alindi.tewekkurler bele gozel ve etrafli izahli retseplre gore

  20. Salam Feride xanim cox gozel gorunurler ellerinize sagliq azru tv-de sizi izledimve cox sevindim tebrikler ve ugurlar

  21. Salam Feride xanim aktiv maya nece olur?bildiyimiz adi mayadi?bes vanil ekstranti nedi?her defe torlara elave etdiyimiz toz vanil yoxsa….?twk cox gozel gorunurler biwirmey istiyirem ama bu suallara cavab tapandan sora))))

  22. cox saqoolun bu reseptlere gore

  23. biwirdim cooooox sag olun feride xanim.SUUUUUUUUUUUUUPPPPPPEEEEEEEEEEERRRRRRRRRR

  24. PƏRVANƏ – Aktiv maya = quru maya, paketlərdə toz kimi satılır. Vanil ekstrakti sulu vanilidir. Bakıda Citimart və New World-da satıdır

  25. Bu gun Darchinli burma hazirladim.Yaxshi alindi.
    Amma qlazuru pudradan yox, sheker tozundan hazirladigim uchun sizin bulkalar kimi alinmadi.HEm de onu deyim ki,ichlik uchun deyilen porsiyani gerek artiq yazasiniz.verdiyiniz posiya azliq teshkil etdi.

  26. salam Feride xanim.ellerinize sagliq.cox gözel görsenir.Feride xanim deyirsiz 2 növu var yumuwaq ve xirt-xirt.bu hansinnandi?birde qlazur olmasa olmaz?twk

  27. NAZLI – bu xırt-xırtdır. yəni ki yumuşaq olsa da. bulka kimi yumuşaq deyil. digəri bulka kimi olur – yup yumuşaq .

  28. Salam Feride xanım. men sizden lenkerenda yediyim Badımcanlı Sırdağın reseptini isteyirem. tabi mumkunse. teshkkurler.

  29. mumkunse o yumuwagin reseptin yaza bilersiz?zehmet olmasa.tewekkur

  30. sekillerden ela gorunur ve mence de dadi da cox dadlidi. mutleq bisirecem.

  31. Cox sagolun Feride xanim.Hal hazirda men Ufadayam.Ve evimizden uzaqda oldugumcun sizin reseptler hedsiz dadima catir.Bananli keksden biwirdim.Cox dadlidi.Burmalari bu gun biwirecem Inwallah.Amma sulu vanel tapa bilmirem.Bildiyimiz adi vanel olsa olar?

  32. Sagolun

  33. MENDE BISIRDIM.COX DADLI IDI.SAG OLUN FERIDE XANIM

  34. bisirdim cox gozel cixdi ela idi. hami beyendi.

  35. cox sagolun her seyi etrafli verdiyinize gore tessekur

  36. hamiya salamlar.SNICERS tortunun reseptini bilen var?munkunse yazasinda bilenler.tewekkurle

  37. Salam, Feride xanim.
    Men dunen bishirdim bu burmalardim. Chox esheng alinib. Amma chox teessufki tez quruyur :S
    be,-berk olur biraz kechdikden sonra. Bu qlazura goredi? Yeni qlazur tokurem deye berkiyir?
    Ve bashqa bir sualim daha var. Qlazuru hazirlamaqda yazmisiniz ki, sheker pudrasini sudun ichinde eriyenedek qarishdirmaq lazimdir. Men ne qeder qarishdirdim, amma erimedi tam. Yeni dadina baxdiqda qlazurun, hiss edirdimki sheker pudrasi var ichinde.
    Bele olmagi normaldi? ya nece?

    Onceden teshekkurler!
    Resept paylashdiginiz uchun minnetdaram!

  38. L.A – Bəli bu burmalar bir az tez bərkiyir, qaldıqca. Bir gün digər resepti, yumuşaq burma reseptini də yazaram. Qlazura gəldikdə isə, bəlkə bir az da süd qatsaydınız, toz əriyərdi.

  39. Chox sag olun!
    Yumshaq burmalarin da reseptini paylashsaniz, chox chox sevinerem! :$

  40. salamlar….Feride xanimsizin receptler cooooox gozeldi….eeeeeeeeeeellllaaaaaaaaaaa super 🙂 🙂

  41. salam sade piroq resepti yazmaginizi isteyirem

  42. Feride Salam. Necesen.qaynanamin komeyi ile biwirdim.weklini sehifeme qoymuwam.zehmet olmasa bax.her wey yaxwi cixdi .Amma qlazurum seninki kimi ag-appaq cixmadi.hec qlazurum gorunmedi.men vanili quru wekilde tokdum.sehfimide yaz bilim.twk.opdum

  43. resept xosuma geldi dadlidir bunu 300 derecede bisirmek olar? pavlova tortunun videosuna baxdim ela fikirlesmisiniz.

  44. MƏLEYKƏ – 200C olmalıdır.

  45. Feride xanim, resepte gore chox sag olun. Bu menim en sevdiyim shirniyyatlardan biridir. Reseptinizi oxuduqdan sonra, onu hazirladim. Her shey gozel alindi, sadece qlazuru chox sulu idi ve ustunde shekildeki kimi ag qalmadi, shire kimi ichine hopdu. Bilmek isterdim, neye gore bele oldu?

  46. SELCAN – Şəkərini artıq etmək lazımdır belə hallarda.

  47. cox gozel,masallah.sizin el qabiliyyetinize ehsen.her gun sizden nese oyrenirem.HAQQINIZI HALAL EDIN.OPUREM!!

  48. Salam Feride xanim,men Isvecde yashayiram.Burda bu shirniyyatin adi Kanelbullar gedir.Burda cox meshhurdur,menim qizlarim da cox sevir,ve sizin resepte esasen hazirladim.Sobadan cixandan 15 deq sonra darcinli burmalarin yarisi yox idi.)))) Yeni qizlarim yemishdi.Heqiqe´ten cox dadlidir.Size teshekkur edirem.Ishlerinizde ugurlar

  49. SAGOL MA.ALLAH SIRNIYATLARDAN GONDER SAGOL

  50. reseptə görə çox sağolun. bişirdim və bəyəndim. bişirməyənlərə tövsiyyə edirəm.

  51. Salam Feride xanim. burmalar cox gozel gorsenir,sabah biwirecem nece alindigin mutleq yazacam.
    inaniramki dadli alinacaq

  52. chox superdir. men bisirdim indi

  53. Feride xanim cox sagolun deyerli reseptlerinize gore,sizin sahenizde men,hecne biwire bilmeyen qiz indi qeweng zebra tortu,tiramisu,chigirtma,badimcan ruleti ve s.hazirlaya bilirem,cox sagolun ki ezyet cekib bele sayt achmisiz,menim kimi qizdara oyredirsiz yemek biwirmeyi;)bu bulkalari dunen eledim,evdekiler hammisi beyendi,bugun tezden biwirecem,amma qlazur nedense ag appag alinmadi,rengi prozracni oldu,hammisini recepteki kimi elemiwem,belke bulkalar soyuyanda sovsem gerek ustune qlazuru tokum?

  54. salam.siza taskkur ediram 2 dafa bisirdim.1dafa darcin avazina kakos tokdum ala cixdi oda.coooooooox sag olun

  55. Reseptlerinize gore cox sag olun. hammisi o qeder deqiq ve ozenle secilmish reseptlerdiki, pis cixmasi qeyri mumkun. inanin ki zehmetleriniz yerde qalmir. bishirdiklerimden aileme ve qohumlarima, etrafdaki insanlara paylayiram. her defe onlarin teriflediklerini eshidende siz yadima dushursunuz. cox sagolun ki bizimle bunlari bolushursunuz. ALLAH evezini versin. ne qeder insanlari, en esasi ushaqlari sevindirirsiniz. men sizin reseptlerinizle bir sheyler bishirende morelim cok yuksek olur. hevesle bishirirem, eminem ki, bishirdiklerim super olacaq. bu darcinli burmalarda ela cixdi. dadina soz ola bilmez. yenede bishen kimi qonshulara payladim ki sevinsinler. haminin cox xoshuna geldi. sizinde gununuz her zaman shen saglam bereketli kecsin. onunuze her zaman yaxshi insanlar cixsin. zehmetinize gore yene teshekkurler.

  56. Reseptlərimi sınaqdan keçirən hər birinizə təşəkkür edirəm.

  57. feride xanim,vanil ekstrakti ne demekdir?ve men onu haradan ala bilerem?

  58. Feride xanım,men bunu bişirdim super oldu.
    çox tesekkür edirem.
    o bulka kimi olandan da bisirmek isteyirem.
    onu nece bisirim.
    bugun cinnamonsa sokalad soslusunu yedim cox lezzetliydi

  59. Salam Fəridə xanım,
    Bu reseptinizi dəfələrlə hazırlamışam çox gözəl alınıb. Bu səfər yarısını hazırlamaq istəyirəm. Bunun üçün bütün ərzaqları yarıya bölsəm nəticə eyni olarmı?
    Öncədən təşəkkürlər.

  60. Süd əvəzinə su işlətmək olar?

  61. Salam Fəridə xanım.Mən bu resepti sevə sevə bişirirəm.Təşəkkürlər belə gözəl reseptlər üçün.

Bir cavab yazın