Best in the World!
Dadlı yemək reseptləri bloqu

Darçınlı Qoz Çərəzi

“Ürəyim nəsə yemək istəyir”  dediniz? Eşitdim. Bu çərəzlər məncə lap  yerinə düşər – içi yumuşaq, üstü bir az xırt-xırt darçına bürünmüş bu qozlar imdadınıza çatacaq. Mən bu qozları tum çırtlayan kimi yeyirəm.

Darçınlı Qoz Çərəzi

The Costco Connection jurnalının noyaybr 2009 sayından adaptə edilmişdir

2 stəkan çərəz üçün

1 yumurta ağı
1 xörək qaşığı su
2 stəkan qoz ləpəsi (qırılmış parçalar da ola bilər)
Yarım stəkan şəkər tozu
1 xörək qaşığı darçın
Bir  çimdik muskat qozu (tozu)

Sobanı 110Cdək qızdırın. İri dəyaz formanın dibinə folqa kağızı (şəkildəkindən) sərin.

Bir qabda yumurta ağını suyla bərabər mikserlə təxminən 1 dəqiqə, köpüklənənə qədər çalın. Üstünə qozu əlavə edib qarışdırın. Kütləni süzgəcə boşaldın. Qoyun 2-3 dəqiqə suyu süzülsün.

Plastik torbada şəkər tozu, darçın və muskat cevizini qarışdırın. Buraya qozu da əlavə edib, torbanı bağlayın və silkələyin ki, içindəkilər yaxşı qarışsın. Sonra isə qozu formadakı folqa kağızına bir lay olmaq şərtilə yayın.

1 saat ərzində bişirin – hər 15 dəqiqədən bir yüngülvari qarışdırın. Sobadan çıxardın. Qoyun soyusun. Bir birinə yapışan qozları əlinizlə qırıb ayırın.

Bir cavab yazın

18 Şərh
  1. Hmmm, hazirlanmasi cox pratik ve dadli bir seye benzeyir. Mutleq bisirecem bundan. Bu arada tesekkurler bele gozel sheyleri paylashdiginiz ucun…
    Ugurlar!

  2. Amma kalorisi de cox olar eee.Kökelmek isteyenler ücün superdi:)

  3. Yumurta ağini su qatmadan adi beze kimi çalmaq olmaz? Yel cevizi nədir?

  4. OFELIYA: Reseptde su ile calin deyilir. Duzu suzuz nece olar bilmirem. Yegin cox siser qozun qabigi. Yel cevizini sehf yazmisam,muskat cevizi yasmaq isteyirdim. duzeldecem:)

  5. cox maraqli bir seydi,tesekkurler Feeride xanim

  6. Blogumda hep popülersiniz. Ziyaretçiler “Feride’nin Yemek Kitabı” blogunu çok arıyor, ne mutlu size..

  7. Feride xanim,resepte gore cox sagolun,plastik torba?o nece olur ki?

  8. SEVINC: Yani sellofan demek istedim. her hanasi bir torba ki, icinde her sey qarissin.

  9. Muskat qozu ne?

  10. AYPARA: Bu edvadır. Yel cevizi. Rusca – muskatniy orex. Balaca qoza oxsayir. Onu sürtgəcdən keçirdikdə edva alınır.

  11. sınamamışam.ancaq gözəl olduğu bilinir[görünüşcəğ

  12. Salam.kulinariya kitabi coxdu amma sizdeki kimi tam aydin reseptlere rast gelmemishdim.teshekkurlar…

  13. Salam Feride xanum. Tanri sizi bizlere cox gormesin. Elleriniz derd gormesin Amin! men sizi siteyi cox beyenirem. bu reseptiniz ise sadece bir soz deyim ELADI! COX LEZZETLIDI HEM DE COX. OPUREM SIZI.

  14. salam feride xanim formada bisirilen qoz sirniyyatinin reseptini yaza bilersiz

  15. Feride xanim,musqat toz olmasa olmaz?tsk.

  16. Feride xanim, musqat qozunu hardan elde etmek olar? men darcinli olan her sheyi sevirem, bunu da dadmaq isterem

  17. Naila,musqat qozu yaxud cevizini edviyyat satilan magazalardan ala bilersiz. Adi qoz formasindan bir qeder kiçik olur.

  18. Nailə, musqat qozu və ya musqat cevizini ədviyyat satılan dükanlardan ala bilərsiz. Formasına görə qoza oxşardır,ölçüsü balacadır bir az.

Bir cavab yazın