Best in the World!
Dadlı yemək reseptləri bloqu

Düyü Qazmağı

Azərbaycanda düyü plovunun bir növü süzülüb sonradan dəmə qoymaqla hazırlanır. Bu üsülla hazırlanan plov süzmə plov adlanır. Yuyulub suyu süzülmüş düyü əvvəlcə islağa qoyulur, sonra isə duzlu suda bir az qaynadılır, süzülür və təpə şəklində qalaq-qalaq qazmağın üzərinə yığılır, zəfəran vurulur və yağ əlavə olunur. Düyü dəmə qoyulur. Düyünün altına qoyulan qazmaq bişərkən qızılı rəngə çalır və xırçıldayır. Əgər qazmaq əvəzinə düyünün altına ət qoyularsa buna “döşəmə plov” deyilir.

Plov süfrəyə verilərkən üzərinə qazmaq düzülür. Qazmağı düyünün özündən, yağlı xəmirdən,nazik yuxadan,hətta dairəvi kartof dilimlərindən də hazırlamaq olar. Düyüdən
hazırlanan qazmağı zənnimcə çox bəyənəcəksiz. Şəkildə gördüyünüz şüyüdlü plovun üzərindəkı məhz düyü qazmağıdır.

Bişmiş düyü qatıq və yumurta ilə çalınır, üzərinə zəfəran dəmləməsi əlavə olunur. Əgər zəfəran olmasa sarıkök tozu ilə əvəz etmək olar. Bu üsulda qazmaq qızılı rəngdə olur və yumşaq alınır. Bir şeyi yadda
saxlamaq lazımdır ki, bu reseptə görə qazmaq daha zərif alınır. Lakin narahat olmağa dəyməz, qazmağın içərisi yumşaq, üstü qismən xırçıldayan olur. Bəzən qalın qazmaq da hazırlanır. Reseptdəki ərzaqların qədərini artırmaqla qalın qazmaq hazırlamaq olar. Təqdim etdiyim reseptdəki ingridientlərin miqdarına görə 23 sm genişliyində qazandan istifadə etmişəm. Əgər böyük qazandan istifadə edəcəksinizsə qazmaq
üçün ərzaqları da ona uyğun müəyyən edin. Nuş olsun!

Düyü Qazmağı

Hazırlanması:

1st yarım  (bu, çiy düyünün  miqdarı deyil!) qaynadılıb süzülmüş düyü bir qabın içinə tökülür, üzərinə 4 xörək qaşığı qatıq və ya xama,1 yumurta,1 cimdik duz əlavə olunur. 1 çay qaşığı döyülmüş sarıkök qatılır və bütün ərzaqlar qarışdırılır. Sarıkök əvəzinə zəfəran da qatmaq olar. Bunun üçün bir çimdik zəfəran telini həvəngdəstə ilə döyüb, toz halına salıb sonra 1 xörək qaşığı qaynar suda həll edib, dəmləmək lazımdır. Alınmış cövhər düyü, yumurta qarışığının üzərinə əlavə edib yüngülcə qarışdırılır.

23 sm genişliyində qazanın dibində 3-4 xörək qaşığı yağ əridilir. (Düyü bu qazanın içində dəm alacaq).
Yumurta düyü qarışığı kəfgir qaşıqla götürülür və qazanın dibinə, əridilmiş yağın üzərinə bərabər şəkildə yayılır. Yüngülcə özünü tutması üçün qapaq qoyulmadan və qarışdırılmadan bir neçə dəqiqə aşağı dərəcədə ocağın üzərində bişirilir ki, özünü tutsun. Asan olsun deyə əvvəlcədən qazmaq taxta qaşıqla 8 hissəyə kəsilərək bölünür. Sonra plov düyüsü qazmağın üzərinə əlavə olunur və plov dəmə qoyulur.

Süfrəyə verərkən qazmaq hissələrə bölünüb plovun üzərinə düzülür.

Digər variant:

Ədviyyatlı düyü qazmağı

Əvvəlki qaydada düyü qazmağının tərkibi hazırlanır. Bu qarışığa həvəngdəstədə döyülmüş bir çimdirk keşniş toxumu və cirə əlavə olunur. Daha ətirli olması üçün darçın tozu da qatıla bilər. Plovun dəmə qoyulma qaydasını bu keçiddə görə bilərsiz.

Bir cavab yazın

47 Şərh
  1. Ila. Lap yerinə düşdü bu resept mənim üçün. Təşəkkürlər Fəride xanım. Şüyüdü düyüyə nə qədər əlavə etmək lazım olduğunu da yazsaz çox sevinərdim.

  2. tesekkur edirem.iftar ucun ela reseptdi.sag olun

  3. Tsk edirem feride xanim sizden yene xais edirem eyer bilirsizse kiyev katletinin reseptini yaznda zehmet olmasa tesekkurler

  4. kiyev kotleti
    lazım olan ərzaqlar:
    toyuq filesi,yumşaldılmış kərə yağı,bitki yağı,süd,keşniş,yumurta,suxarı,duz istiot
    fileni mətbəx çəkici ilə strecin arasında yüngülcə döyəcləyirik.(ətrafa sıçramamağı və çox didilməməyi üçün). süd+bitki yaği+duz+istiot marinad düzəldirik. marinadda bir neçə saat yada axşamdan səhərə kimi soyuducuda saxlayiriq. onda ət daha yumşaq və dadlı alınır.otaq hərarətində yumşalmış kərə yagına xırda doğranmış göyərtini qatıb barmaq formasında hissələrə bölüb toyuq ətini yaxşıca ellipsvari (uzunsov) bükürük. sonra çalinmış yumurtaya daha sonra suxarıya bükürük(2-3 dəfə təkrarlayırıq bunu.açılacağından ehtiyat edirsizə 2 yerdən diş çöpü ilə bərkidin. qızmış yağda qızılı rəng alana kimi bişiririk. yanında kartof püresiçsürtgəcdən keçirilmiş yerkökü ilə dadlıdı 🙂

  5. KEKS, şüyüdü düyünün miqdarına və zövqə görə işlətmək olar. Az da qatmaq olar,çox da.

    • feride xanim marinad ne demekdir? bilmirem

      • Marinad adətən ət, toyuq və balığın daha ləzzətli olması üçün sousdur, basdırma etmək üçün.

  6. Cox sag olun yaziya gore. Qarabag bolgesinde qazmagi hemishe bele hazirlayirlar.

  7. salam Feride xanim necesiniz?men sizin bloqa hevesle baxiram.cunki cox deyerlidi.her resept aciq-aydin yazilib.demek olar ki butun sirniyyatlari bisirmisem .armudlu kekin yeri var.men sirniyyat bisirmeyi sevirem ama tort hec vaxt istediyim kimi qalxmirdi.google da biskvit axtardim sizin sunger biskviti cxdi.o qeder serbest yazilib ki,dediyiniz kimi eledim cox eladi.her hefte bisirirem.size tesekkurumu bildirirem sag olun

  8. serh niye gec gelir?duz 5 saat bundan qabaq yazmisam

  9. salam Men bu qazmagin icerisine 2 qashiq moyanez qarishdiriram,ela alinir.

  10. sizi tanidigima cox sevindim. allah sizden razi olsun

  11. salam FERIDE XANIM.sekerparenin reseptini yaza bilersiniz.

  12. Salam Feride!Resept eladir.Mamam bu cûr edende qazmaq qalin çixirdi,men ise qalin qazmaq sevmirem .Demek qazanin

    dibine uyğun etmek lazımdır cox teşekkürler.
    Xeyirli Ramazanlar.Allah oruçluların oruç ve namazını qebul etsin!!!Âmin .

  13. Salam Feride xanim gozel reseptlere ve sayta gore size minnetdaram.Zehmet olmasa mene hotdog-un reseptini gondere bilersiz?

  14. MANADA ELA BU LAZIM IDI.TAWAKKURLAR.

  15. INANIRSINIZMI QAZMAQ RESEPTI AXTARIRDIM.SIZIN SAYTDAN TAPDIM .TAWAKKURRRRRRRRRRRRRRRRRRRRRRLAR FARIDA XANIM.

  16. salam,Feride xanim! Sizinle virtual tanisliq meni chox sevindirir. Teqdim etdiyiniz reseptlerin bezisini oxudum.Qeyd etmek isteyirem ki, butun xirdaliqlar yerli-yerinde ve chox savadli, eyni zamanda sade ve deqiq shekilde yazilib. Men sizin rus dilinde yayimlanan video charxiniza da baxmisham.Beyendiyimi bildirmek isteyirem.Sizi tanimaq chox xoshdur. Size , ailenize, oradaki azerbaycanlilara ugurlar dileyirem. Allah sizleri qorusun.

  17. Salam Feride xanim:),Sizin saytinizla yeni tanish olmusham.Anam bir defe sizin yerleshdirdiyiniz Zebra piroqunu hazirlamishdi cox dadli idi:),Kecen hefte emimgil bizi iftara cagirmishdilar,bu defe men ozum hazirladim sizin zebra piroqunu apardim onlara,hami beyendi.COX SAG OLUN,indi de bolqar biberli ve toyuqlu salati hazirlayacam inshallah,yeni reseptler gozleyirem:)

  18. feride xanim,1,5 stekan quru duyunu ancaq qazmaq ucun suzuruk?cox deyil miqdari 23 sm qazan ucun,yoxsa men sehv bawa duwurem

  19. HÜSNİYYƏ – bu miqdar artıq bişmiş düyünün miqdarıdır, çiyin deyil.

  20. diqqetinize gore tesekkur!deyesen duzelis de etmisiniz,cunki fikirlesdim quru duyu olsa cox olar,bu yaxinlarda yoxlayib yazacam,amma suphe etmirem ki,ela alinar,o biri reseptleriniz kimi,ekseriyyetini hazirlamisam.Feride xanim,ortasi bos kes formalarinda bisirmek ucun maraqli,yaxsi qalxan kek reseptiniz varsa mene gonderin,zehmet olmasa,cox resepler yoxlamisam,ureyimce alinmir,emailime de ata bilersiz

  21. Hüsniyyə, blogun istifadəçilərinə ayrıca yazılmır. Siz yeniliklərdən xəbərdar olmaq istəyirsinizsə abunə ola bilərsiz. Bu halda e-mailinizə yeni qoyulmuş reseptlər haqda bildiriş gələcək.

  22. Təzə reseptlər niyə yoxdur?

  23. Eladir

  24. Saytiniz ,Çox gözeldir Pulovu çox beyendim

  25. Bu dadli yemekler Gecenin bu vaxtı nece yadımıza düşdüye
    beh beh beh

  26. salam feride xanim.men sizin sayitiniza daxil ola bilmirem mene leconun hazirlanmasini deye bilermisiniz?

  27. salam.Feride xanim sizden profiterol _un birde qaymaqli toyuq sorbasinin reseptini isdeyirem.indiden cox sagolun

  28. salam,bu sayti cox beyenirem
    yeri var,gorunusune de soz yoxdur

  29. Salam Feride! Gözümüz yolda(saytda)qaldi.Tetildesinizse Sİze xoş istirahetler.Amma bizde darixdiq yeni reseptler üçün.

  30. ne dadli gorunur acdim ele lap super

  31. men bulki xemirini bilmek isterdim

  32. Salam Fəridə xanim. Bloqunuz mənim sevimlimdir.
    Bir dəfə evdə plov hazirlayanda ağlıma belə bir fikir gəldi. ( uşaql ar çörəyin üzünü yemişdilər içi qalmışdi, yumuşaq xəmirli yeri) Çörəyin içindən qazmaq düzəltdim, yəni səliqə ilə onu qazanin dibi boyunca duzdum. (ortadan çörəyin içini biçaqla 2 yere boldum ki, nazik ,xirçıltılı olsun.)
    Evdə boyat şorqoqal da olanda ondan qazmaq edirəm. Qatlarini ehmalca açiram,səliqə ilə qazana düzürəm. Bu aşa ətir verir.

  33. plov en xosuma gelen yemekdir

  34. Zehmet olmasa qarnir kimi verilen duyunu nece hazirlammaq olar?Onun daha yaxshi alinmasi ucun ne ise bashqa bir resept varmi?Siz daha yaxshi bilersiniz.Evvelceden teshekkurler.

  35. Banu, qarnir kimi düyünü zövqə görə hazırlaya bilərsiz. Misal üçün, düyünü yağda azca qovurub sonra üzərinə su əlavə etməklə suyu çəkilənədək bişib hazırlamaq olar. Ədviyyat, tərəvəzlər də zövqə qatıla bilər.

  36. Sizin butun reseptlerinizi beyenirem sizde xais edirem ozbek plovunun reseptini yazasiniz gozleyecem

  37. salam Feride xanim sabah lobyali plov suzecem,qamaginiz xoshuma geldi,bu qazmaqi lobyali plov ucun istifade etmek olar?birde shuyud plova paxlada vuranda cox dadli olur(teze paxlanin perdesi temizlenmish,rusca babi)

  38. yemeklere gore cox sag olun bu yemeklerden bezilerini bisirmisem cox dadlidir

  39. salam Farida xanum.duzunu desem men plovun ozunden cox qazmağina ustunluk verirem.hem yemekde,hem hazirlamaqda. tesekkur edirem retseptlere gore

  40. Lenkarandaki talislarin usuludu bu cox tessufki bunu qeyd elememisiz.

  41. plovu dulu suda islahmat laimdir?

  42. amma dənəmək olar yaxsi alinir yoxsa pis

  43. Salam Feride xanim ellerinize sagliq. cox sagolun bele deyerli meslehetlerinize ve reseptlerinize gore

  44. xemirden hazirlanan qazmaq nece olur resepti bilen var?

  45. Men eledim alinmadiye(

Bir cavab yazın