kataloq

Ekler Pirojnası (Éclairs)

Bir gün risk edib ekler pirojnası bişirəcəyim Bakıdaykən heç ağlıma da gəlməzdi. Həmişə eşirdərdim ki, yox e, ekler bişirmək hər igidin işi deyil, hamıda yaxşı alınmaz və sairə  buna bənzər insanı qorxudan və mətbəxdən uzaq tutan hekayələr:) Bir gün ekler bişirdim və bu nəticəyə gəldim ki, əgər dəqiq reseptiniz varsa, ekler bişirmək o qədər də çətin deyil. Hətta deyərdim ki, çox asandır.  İstifadə etdiyim resesepti bütün detallarıyla sizə çatdırıram. Siz də ekler bişirin və nuş edin. Bu da resept.

Ekler (Éclairs)

Ekler 3 elementdən ibarətdir:

- Şu xəmiri (Pâte à Choux)
- Krem
- Şokoladlı qlazur

Elementləri bir-bir hazırlayıb ekleri düzəldək. Əvvəlcə kremi hazırlayaq (krem 2 gün əvvəldən də hazırlana bilər)

KREM

16 ekler üçün

  • 2 stəkan süd
  • 1/2 stəkan şəkər tozu
  • 2 çay qaşığı vanil ekstaktı (əvəzində bir çimdik vanilin də istifadə edə bilərsiniz)
  • bir çimdik duz
  • 4 yumuta sarısı
  • 1/2 stəkan qarğıdalı nişastası
  • 2 xörək qaşığı kərə yağı, balaca-balaca doğranmış


1) Qazana süd,
1/4 stəkan şəkər tozu, vanil və duzu qoyun. Orta odda qaynamağa başlayanadək bişirin.

2) Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın.  Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin.

3) Qatılaşmış kütləni dərin qaba boşaldın. Üstünə kərə yağını əlavə edib, mikserlə təxminən 5 dəqiqə ərzində çalın. Bu müddət ərzində kərə yaşə əriməli, kütlə isə bir qədər soyumalıdır.

4) Kremin üstünü sellofanla örtün. Soyuduca ən azı 2 saat müddətində saxlayın. Bu krem soyuducuda 2 günə dək xarab olmadan qala bilər.

ŞU XƏMİRİ  (Choux, yani ekler xəmiri)
Reseptin mənbəsi: Chocolate Desserts by Pierre Hermé kitabı

16 ədəd ekler üçün

• ½ stəkan (125g) süd
• ½ cup (125g) su
• 115g kərə yağı, 8 parçaya bölünmüş
• ¼ çay qaşığı şəkər tozu
• ¼ çay qaşığı duz
• 1 stəkan (140g) əla növ un
• 5 ədəd iri yumurta, otaq hərarətində

1) Qazana süd, suy, kərə yağı, şəkər tozu və duzu qoyub, qaynadın.

2) Qaynadığı an, odu bir az azaldın, unun hamısını əlavə edib, kütləni taxta qaşıqla DƏYANMADAN qarışdırın. Kütlənin yavaş-yavaş xəmirə dönməsini görəcəksiniz. Təxminən 2-3 dəqiqə ərzində qarışdırın. Xəmir yumuşaq və hamar olacaq.

2) Xəmiri iri qaba qoyun. Yumurtaları bir-bir üstünə qıraraq, hər əlavədən sonra mikserlə yaxşıca çırpın ki, yumurtalar xəmirə qarışsın. Xəmiriniz hazırdır. Hazır  xəmir belə olmalıdır.

4) Xəmiri İSTİ İKƏN (!) bişirmək lazımdır. Bunun üçün əvvəlcə sobanı 190C-dək qızdırın. Sonra isə soba listininin dibinə kalka kağızı sərin. İri qənnadı torbasını (rusca: konditerskiy meshok) isti şu xəmiriylə doldurun (torbanın ucun adi olsun, yani gül və ya ziq-zaq şəklində deyil). Torbadan listin üstünə bir birindən 5 cm aralı  təxminən 11 cm uzunluqda “barmaqlar” sıxın.

3) Listi sobanın orta təbəqəsinə yerləşdirib eklerləri təxminən 20 dəqiqə ərzində bişirin. Bişmiş eklerlər şişəcək, üstləri bir qədər qızaracaq. Eklərlərin arasına krem doldurmazdan əvvəl, onları ən azı 1 saat ərzində kənarda soyudun.

ŞOKOLADLI QLAZUR
Reseptin mənbəsi: Williams-Sonoma, The Essentials of Baking kitabı

125 g yarı-şirin və ya acı-şirin plitka şokolad, iri-iri doğranmış
60 g kərə yağı , balaca-balaca doğranmış
1/4 stəkan (60 ml) süd

1.  Şokoladı və yağı istiyə davamlı bir qaba qoyun. Qazanda südü qaynadın. Qaynayan kimi, südü şokolad və yağ olan qaba boşaldın. Ərzaqlar əriyib bir-birinə qarışanadək qaşıqla çırpın.

EKLERİN DÜZƏLDİLMƏSİ

Bunun ücün bişmiş ekler, krem və şokoladlı qlazuru hazır tutun.

1) Bİşmiş eklerləri bıçaqla horizontal şəkildə iki yerə bölün.

2) Qapaq hissəsini şokolada batırıb kənara qurumağa qoyun.

3) Qaşıq və ya qənnadı torba vasitəsilə eklerin alt hissəsini kremlə doldurun. Şokoladlı qapağı kremin üstünə yerləşdirin. Eklerləriniz hazırdır.

Related Posts with Thumbnails

55 Comments Add your own

  • 1. Zulfiyye  |  Mart 27th, 2009 at 5:58 am

    Ekler pirojnasının dadını yəqin ki, dadanlar bilər.Olduqca ləziz görünüşü var.Bişirməyə çalışacam.Alınarsa şad olardım.Fəridə xanım siz balın necə şəfalı qida olduğun daha yaxşı bilərsininz.Əgər mümkünsə balla hazırlanan hər hansı bir şirniyyatın tərifin blogunuza daxil edəsiniz.Thank you.

  • 2. tunzalä  |  Mart 28th, 2009 at 1:15 pm

    salam färidä xanim 1 az pis cixmasin:incimäyin sözumdän amma män sirniyatci oldugum ucun maraglaniram vä sizin eklerin sismädiyini gördum.yägin sobani tez acmisiz hä?15 däg acmag olmaz yoxsa eklerlär bosalir.bilmiräm mäni necä basa dusduz?män demäk olarki här gun isdän gälib sizin blogla maraglaniram vä yeniliklärin oldugunu göruräm,buna görä dä sizä minnätdaram.sizdän näsä biz dä örgänirik.

  • 3. FƏRİDƏ  |  Mart 28th, 2009 at 1:24 pm

    Zulfiye: Sagh olun. Terkibinde bal olan shirniyyatlar, yoxsa istune bal shiresi tokuler shirniyyatlardan isteyirsiniz?

    Tunzale: Yox, yox, incimirem:)Sekildeki eklerler eslinde yaxsi shisibler, amma sekili bir az yaxsi rakursdan cekilmeyib erklerler ariq gorunur. Icinde eslinde bol bol krem olmalidir, men telesik shekil cekmek ucun az krem doldurdum, sekilde daghilib tokulmesin. Usaqlar yanimdan el cekmirdi:) Bol kremli olanda daha shishman gorunurler.

  • 4. Zulfiyye  |  Mart 29th, 2009 at 3:39 am

    Salam Fəridə xanım.Diqqətiniz,həvəs və marağınız daimi olsun:)
    Fərq etməz. Balın keyfiyyəti hansı vəziyyətdə olarsa yəqin ki,dəyişməz.Şirniyyatları çox sevirəm.Fürsət tapdıqda bişirməyə çalışıram.Əlbətdə sağlığımıda düşünüb çox yeməməyə çalışıram.
    Gülə-gülə.

  • 5. konul  |  Aprel 12th, 2009 at 3:20 am

    shirniyyat menim en yarali yerimdir))))))))ne qeder yesem el ceke bilmirem.evdekiler mene sladkayewka deyirler))))))ona gore bu resepte gore derin tewekkur Feride xanim))))he bishirmeye calisharam amma nece alinacagini bilmirem yaxshi alinana kim bishirecem
    bir daha cox sagolun

  • 6. nuriye  |  Aprel 26th, 2009 at 12:06 am

    cox gozel alınıblar. duzu mende eklerı cox sevıremama hec vaxt cesaret etmırem bişirmeye. İndi oğlum balacadı.vaxtım az olur. 1-2 ay sonra bısırerem.:)

  • 7. Gulnar  |  Aprel 26th, 2009 at 11:48 am

    ekler cox gozel gorunur.amma men tamam bashqa cur bıshırırem

  • 8. Gulnar  |  Aprel 26th, 2009 at 11:57 am

    bunuda deneyın:—1st-su 100qyag duz—-qazın uzerınde qaynadın .Qaynayan kımı 1st un tokub qarısdırın ve qazdan goturun.4 yumurtanı bır-bır oraya elave edın qasıqlq lıste yıqıb aqzını acmadan bısırın.Bu qeder.Nush olsun

  • 9. Fəridə  |  Aprel 27th, 2009 at 10:11 am

    ZULFIYE, NURIYE, GULNAR - cox sagh olun serhlerinize gore.

    Gulnar, resept ucun tesekkurler. Bir gun bu varianti da duzelderem.

  • 10. TUNZALE*93  |  Aprel 29th, 2009 at 8:06 am

    ELA ELA BASQA NE OLA BILERDIKI.FERIDE XANIM CANIM MENIM EYER IMKAN TAPSANIZ MENIM E-MAIL ADRESIME YAZARSINIZ.OLDUMU

  • 11. TUNZALE*93  |  Aprel 29th, 2009 at 8:08 am

    FERIDE XANIM MENIMDE 1 2 RESEPDIM VAR EGER YAZSAM QIYMET VERERSINIZ.CAVAB GOZLEYIREM/OLDUMU

  • 12. TURKAN  |  May 11th, 2009 at 4:27 am

    salam necesiz men sizden xahis edirem kelekos resepti acilmir yeniden yazin zehmet olmasa qabaqcadan tesekkurler

  • 13. Konul  |  Sentyabr 22nd, 2009 at 3:52 am

    Salam,Feride x. Men sizin reseptlerle pizza,keklikotulu pomidor sorbasini,mimoza salatini hazirlamiwam. Cox yaxwi alindilar.Reseptlere gore cox sagolun.Bu sayti butun taniwlarima meslehet gorurem.Illerle axtardiqlarimi burda tapdim-asan,anlasilanve lezzetli.size ugurlar

  • 14. FƏRİDƏ  |  Sentyabr 22nd, 2009 at 8:47 pm

    KONUL: Cox sagh olun. Sevinirem ki, reseptlerimden istifade edib yaxsi neticeler elde edirsiniz.

  • 15. fafa  |  Sentyabr 24th, 2009 at 10:53 am

    halal olsun

  • 16. KAMA  |  Oktyabr 10th, 2009 at 3:20 am

    cox saq ol FERIDE..men bu gun ekleri bishirdim..cox saq ol.

  • 17. ULker  |  Noyabr 16th, 2009 at 6:31 pm

    Salam Feride xanim.
    Men ekler bisirmeyi Bakida oyrenmisem. Ama hal hazirda Amerika da qaliram. cox sevdiyim sirniyyatlardan biridi. Ancaq burda ne qeder edirem alinmir, halbuni Bakida tez alinirdi. bilmirem nedendi. sizin reseptide prob eledim, yene qalxmadi. Burdaki sobalarin elektrik olmasindan ola biler?? bu haqda ne yrdim ede bilersiz??
    listi en asagi yoxsa orta qata qoymaliyam? birde sobanin ustunda de spiral var, onu da yandirim??

  • 18. Sema  |  Noyabr 17th, 2009 at 2:23 am

    SALAM FERIDE XANIM NECESINIZ?SIZDEN BIR XAHISIM VAR TURK SIRNIYYATLARINDAN SEKER PARE VE KADAYIF RESPTLERINIZ VARSA COX XAHIS EDIREM MENE YAZIN

  • 19. FƏRİDƏ  |  Noyabr 18th, 2009 at 12:08 pm

    ULKER: Duzu bilmirem neye gore qalxmir. Mende qalxir, amma bir o qeder yox. Mene gore ok-dir, cunki icine coxlu krem qoyanda onsuzda qalxir:) Menim sobam da elektrikdir, ustundeki spirali yandirmaq ucun hec ne etmirem, ozu avtomatik altdan da ustden de isti verir. Sizin soba necedir bilmirem, belke instruksiyalarini oxuyasiniz.

  • 20. vusale  |  Noyabr 26th, 2009 at 12:22 pm

    salam,Feride xanimcox sagolun maragli retseplerinize gore..ekler pirojnasini cox sevirem,ama hec vaxt bisirmemisem…bir gun bunuda bisirmeye calisaram…cox sagolun..

  • 21. Xumar  |  Dekabr 6th, 2009 at 8:36 am

    Feride xanim salam ekler bisirmek hemise mene cox cetin gelir bu defe sizin resepti yoxlayaram cox saqolun

  • 22. Sevinc  |  Fevral 28th, 2010 at 12:47 am

    Fəridə xanim, salam. Bir bilsəydiniz, mən ekleri necə sevirəm. Çox Sağ olun!!! Hər dəfə bu saytı açanda özümü ən bacarıqlı qadın hesab edirəm. Açığı deyim ki, reseptlər üçün bloknot tutmaqla aram yoxdur. Bucür sayt olandan sonra heç gərək deyil:). Bütün tanışlarıma bu saytı tövsiyə etmişəm. Xahişim də var. Mümkünsə az ərzaq və qisa zaman tələb edən şirniyyat və salat reseptləri ilə bizi sevindirəsiniz. Zəmanəmiz tələb edir:). Çox sağ olun.

  • 23. aydan  |  Aprel 4th, 2010 at 3:44 am

    salam.o qeder marqlidi ki,soz tapa bilmirem.reseptlere gore tesekkurler

  • 24. beyim  |  Aprel 21st, 2010 at 2:20 am

    bisirdim endekilerin xosuna gelsdi bilirsiz men birinci sefer idi ki snese bisirirdim oda elea alindi coooooooox sag olun

  • 25. Nübar  |  May 20th, 2010 at 11:42 pm

    Salam Feride xanim.Bishirdim ela alindi. Anca listi cox yaglamishim,qorxdum listden cixmaz/Bir az yag dadi var idi.Bir de kremi yag ile squshonkadan istifade etdim. Bilmirem ne derecede dogrudur. Korpe ushaqliyam,ozude ishleyirem deye vaxtim az olur/Ona gore rahat krem secdim,bilmirem ne derece de dogrudur.

  • 26. FƏRİDƏ  |  May 21st, 2010 at 10:47 pm

    NUBAR: Krem xosunuza geldise, ferqli yoxdur nece kremdir:) Nus olsun!

  • 27. Sevinc  |  Iyun 5th, 2010 at 11:48 am

    Salam, Feride xanim. Size xahishimi xatirlatmaq isteyirem.Sizden az erzaq teleb eden reseptler istemishdim. Xahish edirem, mumkundurse menim xahishime zaman ayirin. Cox sag olun.

  • 28. tursale  |  Iyul 18th, 2010 at 4:27 am

    Salam Feride xanim. mən bu saytı çox bəyəndim.mən azəribaycandan yaziram.

  • 29. mehriban  |  Iyul 18th, 2010 at 9:25 am

    super reseptlerdi tesekkurler

  • 30. RZAZADƏ ÜLVİ  |  Iyul 22nd, 2010 at 10:08 am

    MƏNİM FİKRİMCƏ EKLER ƏN GÖZƏL PİROJNADIR. AMMA MƏN DƏ FİKİR VERDİM Kİ EKLERLƏR ŞİŞMƏYİB. ONA GORƏKİ BİŞƏN MÜDDƏTDƏ DUXOVKANIN AĞZINI AÇMAQ OLMAZ. YAXŞI OLAR Kİ EKLERLƏR DUXOVKADA TAM SOYUDUQDAN SONRA DUXOVKANIN AĞZI AÇILSIN. KREMƏ GƏLİNCƏ EKLERLƏ BİŞMİŞ KREM ƏLA OLUR. AMMA BELƏSİ : 2 YUM. 1,5 ST ŞƏKƏR, 2 XÖRƏK QAŞIĞI UN VƏ İKİ ST SÜD. YUMURTANI ŞƏKƏRLƏ ÇALIB UN VƏ SÜD ƏLAVƏ EDİN. QAZIN ÜSTUNDƏ QARIŞDIRARAQ BİŞİRİN SOYUDUB 200 QR YAĞLA ÇALIN.

  • 31. Quzi  |  Avqust 3rd, 2010 at 11:26 am

    salam sizin reseptleri chox beyenirem.minnetdaram

  • 32. Aynur  |  Avqust 22nd, 2010 at 5:28 am

    Salam män Almaniyadan yaziram reseptlärinizi cox bäyäniräm minätdaram sizä.

  • 33. Valide  |  Avqust 24th, 2010 at 1:48 pm

    Salam Feride xanim!! sizden bir meslehet almaq isteyirem icazenizle!! Eger mumkundurse mene bu isti yay gununde ad gunum u4un neler bishirmekde komek ola bilersinizmi?! hem yungul olsun hem de nece deyerler samballi))). Sabah cavab verseniz size 4ox 4ox minnetdar olaram, 4unki ad gunum 26-di! evvelceden tewekkurler. Hormetle daimi oxucunuz!

  • 34. nicole  |  Sentyabr 23rd, 2010 at 10:47 am

    hmm,ekleri chox beyenirem.biz eklerden tort hazirlayiriq.maraqli alinir.bu yaxinda bele bir shey etdik:eklerden chooox kichik hisseler qoyduq liste.bishende diametri2 max 3cm oldu.onlarin ichine dondurma yigdiq ve hamisini 1 boshqaba yigib tepe formasina saldiq.uzerini shokladla ele bezedik ki,onlar birleshib,tort kimi gorunduler.daha sonra qoz elave etdik.maraqli alindi.esasi her kes memnun qaldi:)
    recipe-ye gore teshekkur!

  • 35. Fidan2885  |  Sentyabr 27th, 2010 at 1:23 pm

    Mene her zaman bishirilmesi chetin olan shirniyyat novlerinden biri idi ekler. Size chox teshekkur edirem bu resepte gore!
    Bishirdim, hem xemirin, hem de kremin dadi chox ela oldu, ama, xemir evvel galxdi, sonra ise yatdi, yeni yapixmish idi sobadan chixaranda (bishenden sonra hem de 15 dg artig saxladim sonmush sobada, deyirler ele xemir yatmir).
    sizce neyi duz elemedim? ne ola biler bunun sebebi?

    bir de ki, nese bir yanlishlig var: Cheesecake reseptinin azerbaycan variantina tiklayanda, napoleon tortunun resepti chixir. Bunu duzelde bilersiz mi zehmet olmasa?

    teshekkurler!

  • 36. FƏRİDƏ  |  Sentyabr 27th, 2010 at 1:34 pm

    FİDAN2885 - Düzü dəqiq deyə bilmirəm eklerlər nəyə görə şişmədi, amma çox vaxt bu, sobanın hərarətindən də qaynaqlanır - hərarət dəqiq olmalıdır. Cheesecake reseptinin linkini təmir etdim. Qeyd etdiyinizə görə çox sağ olun.

  • 37. xanim  |  Sentyabr 28th, 2010 at 11:29 pm

    Salam.ekleri 200C de 15 deqiqe bisirdikden sonra sobani 180C -ye dusurun

  • 38. lamiya  |  Oktyabr 5th, 2010 at 2:09 am

    Salam Feride xanim. Menim de el qabiliyyetim deyilene gore cox gozeldir. Ekler bir az “kaprizni” pirojnadi , hamida alinmir.Amma mende alinir ,haminin da xoshuna gelir. Ancaq menim reseptim ferqlidi. Vaxtim olanda yazaram.

  • 39. sevinc  |  Oktyabr 17th, 2010 at 2:14 am

    COX SAG OL NÄHAYÄT KI TAPTIM EKLER PIROWNASINI SÄNIN SAYÄNDÄ SAG OL KI HÄR WEYI DÄGIG ANLADA BILIRSÄN CANIN SAG OLSUN

  • 40. sevinc  |  Oktyabr 17th, 2010 at 1:19 pm

    SALAM FÄRIDÄ bacimsan kirpi tortunu zähmät olmasa bizä anlat ayär bilirsänsä män ALMANIYADA YAWAYIRAM HÄR GÜN BURA DAXIL OLURAM SAG OL KI VARSAN SÄNI TANIMAGMA WADAM

  • 41. MAILE  |  Dekabr 11th, 2010 at 3:53 am

    salam Feride xanim.sabah bunu hazirlayacam.kremini ise bu gun.gorek bacaracam

  • 42. MAILE  |  Dekabr 16th, 2010 at 4:28 am

    salam Feride xanim.bu yaxinlarda ekleri hazirladim.her sey yaxsi alindi.amma kremi alinmadi.soyuducudan goturdukde gordumki,su kimi olub.mence odda cox bisirmemisdim.oyeqin ondandi.amma adi krem hazirlayib icine vurdum.lezzetli alinmisdi.ilk defe idiki ekler hazirlayirdim.meni cox yordu.mence buna deyerdi.Tesekkurler

  • 43. Aysel  |  Dekabr 20th, 2010 at 3:17 am

    Salam Feride xanim! Men de yuxarida Gulnar xanimin dediyi qisa metodla eleyirem ve dadli alinir.Bu resepti nenemden oyrenmishem amma sizin eklerler esl magazada gorduyumuz el chatmaz eklerlere benzeyir :) Onu de yoxlasaniz reyiniz maraqlidir. Ugurlar!

  • 44. bahar  |  Yanvar 20th, 2011 at 2:18 am

    kimse gece gunduz tortunun reseptini bilir

  • 45. ayten  |  May 29th, 2011 at 9:29 am

    Dərin qabda yumurta sarısı, nişasta, və qalan 1/4 stəkan şəkər tozunu mikserlə çalın. Dəyanmadan yavaş-yavaş qaynar südü bu qarışığa əlavə edin və ərzaqlar qarışanadək yaxşıca çırpın. Alınan kütləni qazana geri tökün və orta odda, ara vermədən, taxta qaşıqla qarışdıra-qarışdıra təxminən 2-4 dəqiqə və yaxud qatılaşanadək bişirin. siz bele yazmisiz ,bes yumurta qayqanaq olmaz odun ustune qoyanda?!

  • 46. Feride  |  May 29th, 2011 at 10:42 am

    Ayten - sizce yumurta qyqanaq plsaydi yazardim bu resepti?:) yaxsi alinir, narahat olmayin

  • 47. mehriban  |  May 30th, 2011 at 11:40 pm

    feride xanim kremi sprisle toksem ne olar?

  • 48. Feride  |  May 31st, 2011 at 1:54 pm

    MEHRIBAN - olar.

  • 49. aff  |  Iyul 24th, 2011 at 8:37 am

    salam reseptlere gore tesekkur men napalyonu sorusurdum xemirinde xamanin yerine basqa ne istifade ede bilerem men turkiyede yasayiram xama burda tapa bilmirem
    diqqetinize gore tesekkur

  • 50. Vefa  |  Avqust 24th, 2011 at 1:19 am

    Ferida xanim, krem uchun umumi 2 st. sud yazmisiz, bes ayri-ayri 1) ve 2) qablarina ne qeder tokmek lazimdi?

  • 51. FƏRİDƏ  |  Avqust 24th, 2011 at 11:14 am

    VƏFA - Kremdə südün hamısını birinci mərhələdə tökürsən.

  • 52. hemide  |  Noyabr 11th, 2011 at 2:15 am

    men biwirdim ama alinmadi. ama dogurdanda her igidin iwi deyileeeeeeeeeeee…

  • 53. NURLAN  |  Dekabr 23rd, 2011 at 10:44 am

    eeeeeeeeeellllllllllllllllllllaaaaaaaaaaaaaaaa

  • 54. NURLAN  |  Dekabr 23rd, 2011 at 11:07 am

    ela full qeseng gozel

  • 55. solmaz  |  Yanvar 13th, 2012 at 11:21 pm

    men daha yaxsisini bilirem ve bundan dadli cixir

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed