AZ Cookbook - Azərbaycan və Dünya Mətbəxlərinə Səyahət
	<language>en</language>
Almalı Qurabiyə
Yeni ildə hamınızı xoş gördük. Gözəl şərhlər və təbrik emaillərinizə görə hamınıza təşəkkür edirəm. Dostluğunuz mənim üçün dəyərlidir. Gəlin yeni ili şirin reseptlə açaq. Qərara gəldim ki, çox xoşladığım və bu il yeni il süfrəsinə hazırladığım almalı qurabiyənin reseptini sizinlə paylaşım. Mütləq sınaqdan keçirin. Çox zərif olurlar. 
Almalı Qurabiyə
Gönül Candaşın ...</description>
Yeni Iliniz və Həmrəylik Gününüz Mübarək!
Şəkilin müəllifi rəfiqəm Rövşanə Səmədovadır və Washingtonda çəkilib. Rövşanənin arxivində bu narlı şəkili görən kimi, ondan bloqumda istifadə etmək üçün icazə istədim. Sağ olsun, o da razı oldu. Yaşasın nar və gözəl insanlar!
Bir ili də belə başa vurduq. Bu il şəxsən mənim üçün elə tez gəlib keçdi ki, heç nə başa ...</description>
Tuile
Tuile (tvil kimi oxunur) yüngül fransız üsulu xırt-xırt qurabiyədir və müxtəlif formada, boyda və dadda ola bilər. Bu qurabiyələr istədiyiniz içliklə doldurula bilər - məsəl üçün, bişmiş krem, muss, hətta dondurma belə. Tuile fransızca “kirəmit” deməkdir " və orijinal qurabiyənin forması Fransadakı dam kirəmitlərinə bənzədiyinə görə ona bu ad verilib. ...</description>
Narşərab-Bal-Potağal Şirəli Sobada Qızardılmış Ördək
Ördək əti çox ləzzətli olur. Üstünə narşərab,  bal və portağalın qarışığından hazırlanan ləziz şirə vurub bişirdiyində ətin dadı daha da yaxşılaşır. Ördəyin dərisinin çox yağlı olmasına baxmayaraq, sobada bişirildiyində, yağ süzülüb gedir.  Ördək sousda karamelləşdirilən portağal və limon dilimləriylə bəzənilib süfrəyə verilir. Bəh bəh!
Narşərab-bal-potağal şirəli sobada qızardılmış ördək
 "Martha Stewart's ...</description>
Amerikasayağı Alma Piroqu
Amerikanın ən məşhur şirniyyatlarından biri almalı piroqdur. Mən də çox xoşlayıram, evdə hazırlananı isə lap çox. Bişirilməsi çətin deyil. Qəliz heç nə yoxdur. Xəmirin hazırlanma qaydasını əvvəlki yazıdan öyrəndik, indi isə gəlin xəmiri almayla dolduraq olsun alma piroqu. Ləzzət!
Alma Piroqu
Resept  “Martha Stewart’s Cooking School” kitabından adaptə edilmişdir
İçini doldurmaq üçün:
1.5 kq assorti ...</description>
Piroq Xəmiri (Pâte Brisée)
Bu piroq xəmirinin əsl adı fransızca pâte brisée-dir (pate brize oxunur).  Bir çox şirin və duzlu piroqlarda istifadə olunur. Amerikada bu cür xəmirdən hazırlanan şirin piroqlar olduqca məşhurdur. Ən çox bəyənilənlərdən, məsəl üçün, alma piroqudur (apple pie) və onun da əsasını məhz bu xəmir təşkil edir. Xəmiri hazırlamaq o qədər ...</description>
Göbələkli Sote
Göbələk xoşlayanlardanam. Ondan hazırlanan hər yemək mənə ləzzətli gəlir. Göbələk sotesi mənim ən çox bəyəndiklərimdəndir. Sote nədir. Peşəkar mətbəxlərdə, sote iri genis tavada yeməyi qarışdıraraq deyil, tavanı cəld silkələyərək (ərzaqları atıb-tutmaqla) ərzaqların bişməsini təmin edən üsuldur. Burada adi qızartmadan fərqli olaraq az miqdarda yağdan istifadə olunur.
Göbələk sotenin hazırlanmasının bir çix ...</description>
Alma “Yağı”
Bir müddət bundan əvvəl qızımın köhnə dildə desək "pioner" dəstəsi (əslində isə Girl Scout adlanan dəstə) ilə alma bağlarına tur etdik. Bağdakı ağacların çoxunun üstü almasız idi, çünki barın demək olar ki, hamısı bağbanlar tərəfindən yığılıb satılması üçün torbalara doldurulmuşdur (Burada bir mahnı yadıma düşür - Ağacda alma, dərrəm sataram:)))) ...</description>
Ət Qutabı - Balakən Rayonuna Səyahət
Keçən il Azərbaycanda keçirdiyim vaxtlar üçün darıxdım. Üstündən bir ildən çox vaxt keçsə də, xatirələr hələ də canlıdır, elə bil oraya dünən getmişəm. Hər oraya səfərimdə olduğu kimi, ənənəvi olaraq o il də Balakən rayonuna getdik. Bu dəfə gedişim bir az kədərli oldu, çünki artıq nənəm həyatda deyildi. Amma qohumlarımız ...</description>
Bulqur salatı (Kısır)
Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərinə gedəndə gözüm həmişə kısır axtarır. Evdə özüm də hazırlayıram fürsət tapdıqca. Salat qısa vaxt ərzində hazırlanır. Sizə əsas ...</description>