kataloq

Göbələkli Yay Salatı

Deyirəm, yay qurtarmamış, sizə ləziz yay salatı reseptini yazım. Bu resepti mənə bibimoğlunun yoldaşı Səidə vermişdi.  Olduqca yüngül və ləzzətli salatdır. Orijinal reseptdə turşu xiyar var, amma mən həm təzə, həm turşu xiyar əlavə etdim. Yaxşı alındı. Sizə də nuş olsun! Səidə, reseptə görə çox sağ ol.


GÖBƏLƏKLİ YAY SALATI

1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta boy baş soğan
3-4 x. qaşığı limon suyu
3-4 x.qaşığı zeytun yağı
duz
istiot

1. Göbələkləri ortadan iki yerə kəsin.

2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.

3. Bibərləri  və xiyarları  (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.

4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).

5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin. Nuş Olsun!

Related Posts with Thumbnails

12 Comments Add your own

  • 1. Elnure  |  Sentyabr 1st, 2009 at 9:37 pm

    Salam Feride xanim tesekkur edirem salata gore cox dadli salatdir.Ne yaxsi ki varsiniz biz genclere cok komekdir sizin bu yemek tarifleriniz.Tesekkur edirem

  • 2. FƏRİDƏ  |  Sentyabr 3rd, 2009 at 8:56 am

    ELNURE: Menim ucun sizi sevindirmek xoshdur. Nush olsun!

  • 3. lala  |  Sentyabr 4th, 2009 at 3:04 am

    FERIDE XANIM!
    HERWEYE GORE SIZE COX MINNETDARAM.SIZIN SAYTINIZDA RESEPTLERI OXUDUQCA EN TENBEL ADAM DA GEDIB YEMEK HAZIRLAMAQ ISTEYIR.COX SAGOLUN.

  • 4. lala  |  Sentyabr 5th, 2009 at 9:45 am

    SALAM FERIDE XANIM.NECESIZ?
    SIZDEN BIR MESLEHET ISTEYECEM.MENIM BACIM ANA OLMAGA HAZIRLAWIR,ARTIQ AXRINCI AYLARIDI.ONA HEKIM COX YEMEK YEMEYE ICAZE VERMIR.
    BIZE ELE YEMEK RESEPTLERI VERINKI,HEM TUTUMLU OLSUN ,HEMDE KOKELTMESIN.
    TEWEKKURLER))

  • 5. lala  |  Sentyabr 6th, 2009 at 9:53 am

    salam FERIDE XANIM.necesiz?
    FERIDE XANIM,sizden bir xaiwim var.eger mumkunse ev seraitinde kolbasanin hazirlanma reseptini bizlere deyerdiz.indiki veziyyetde adam maqazalarda satilan et mehsullarina etibar etmir.
    tewekkur edirem.

  • 6. Fəridə  |  Sentyabr 8th, 2009 at 6:07 pm

    LALA, cox sagh olun, men yaxsiyam. siz de umud edirem ki, yaxsisiniz:)

    Suallariniza cavab:

    1. Sozun duzu, bunu hekim biler ki, ne yemelidir. Sehf bir sey demek istemirem, cunki hamile yemeklerinde ekspert deyilem. Amma xemir xoreklerinden uzaq dursun:)

    2. Ev seraitinde kolbasa etmemisem.

  • 7. sladkayewka  |  Sentyabr 15th, 2009 at 9:08 am

    salat en cox xoshladigim yemek novudur cox sagol Feride ellerine sagliq

  • 8. QULU8484  |  Noyabr 8th, 2009 at 5:09 am

    SALAM NECESINIZ

  • 9. selin  |  Noyabr 22nd, 2009 at 10:15 pm

    salam Feride xanim.Size tesekkur ediremki bele bir sayt xanimlarin ixtiyarina vermisiniz.Men bu yaxinlarda ayle heyati quracam amma yemek bisirmeyi elede bacarmiram baxmayaraqki bu hevesim var.bu sayti gorende sevindim burdaki reseptlerin hamsini goturmusem.Bilmek isterdim teze nese olacaq yemeklerden deyirem.Onceden sag olun opurem!

  • 10. tamella  |  Dekabr 26th, 2009 at 9:43 pm

    men size esil lenkeran levengisi reseptini yazacam.400 qr qoz..2 kq qirmizi wirin soqan.Ikisini de et masinindan kecirirsen.1-ci qozu sonra soqani cekirsen. soqanin suyunu temiz cixardirsan .palciq kimi alca tursusu bir ve ya 2 xorek qasiqi (zovqe gore) qozla soqan qarisiqinin ustune tokub istiot duz qatirsan zovqe gore .qariwdirirsan .alinmis kutleden toyuqun, baliqin toyuq dosunun ordeyin kim nece isteyirse icine doldurub, aqzini tikirsen 1 saat toyuq ve ya ordek qaynadilir . sonra qizardilib sufreye verilir.toyuqun icinde levengi ile qayniyanda levenginin dadi kecir toyuqa . bu arada toyuqu 1 gun qabaqcadan istiotlayi, tursulayib duzlasaniz lar ela olar.

  • 11. FƏRİDƏ  |  Dekabr 30th, 2009 at 2:49 pm

    TAMELLA: Cox sag olun resepte gore. Menim hazirladigim da bu curdur, amma suda qaynadildigini bilmirdim. Cox maraqli geldi mene. Cox sag ol. Hemise gelin.

  • 12. pervane  |  Mart 10th, 2010 at 6:17 am

    Salam Feride xanim! Reseptiniz cox dadli cixib tesekkur edirem! sizden cox xahis edirem eger bilirsizse sah plovun reseptini verediz! TESEKKURLER!

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed