Best in the World!
Dadlı yemək reseptləri bloqu

Gourmand Best in the World Mükafatının Qalibiyik!

Gourmand Best in the World Award
Nəhayət! Bu xəbəri hardasa bütün dünyaya yaymışdım, amma növbə bloquma çatmırdı ki, çatmırdı. Texniki səbəblərdən bloqumda heç bir şey edə bilmirdim. İndi isə axır ki, sizinlə xoş xəbər paylaşmaq istəyirəm.

IMG_9759

“Pomegranates & Saffron” adlı kitabım Gourmand Best in the World (Dünyada Ən Yaxşı) Mükafatına laiq görüldü! Qaliblər  iyun ayının 9 Çinin Yantai şəhərində keçirilən tədbirdə elan olundu.  Bu sözləri buraya yazarkən belə buna inanmaqda çətinlik çəkirəm. Elə bil bir yuxudur. Bir vaxt ağlıma belə gəlməzdi ki, hansısa ani və bir qədər dəlisov bir ideya məni buralara qədər gətirib çıxardacaq. Mən sadəcə ideyama inanırdım və ortaya maraqlı və gözəl layihə çıxartmaq istədiyimə görə heç bir çətinliyə baxmadan gecə-gündüz işləyirdim.

prestige awards
Mənbə: www.cookbookfair.com

Kitabım Beynəlxalq Münsiflərin Xüsusi Mükafatına (Special Award of the International Jury) laiq görüldü. Nə deyim. Çox xoşbəxtəm və kitabıma dəyər verdiklərinə görə münsiflərə təşəkkür edirəm.  Əslində kitabım Şərqi Avropa yemək kitabları ilə yarışırdı, amma yuxarıda qeyd etdiyim kateqoriya surpriz və xüsusi kateqoriyadır – yalnız tədbir günü açıqlanır. Qaliblərə ikiqat sevinc gətirir.

Bu da tədbirdə iştirak edənlər barədə qısa məlumat lövhəsi.

Gourmand FinalsMənbə: www.cookbookfair.com

Bu isə mənim səhnədə sevinc reaksiyamdır. Nitqimi hazırlamamışdım, hazırlasaydım belə hamısı həyəcandan unutulacaqdı. Amma məni dəstəkləyən hər kəsə təşəkkür etməyi unutmadım. Tək-tək adları çəkmək fürsətim yox idi, amma bilin ki, təşəkkür etdiklərimin arasında siz də var idiniz. Çox sağ olun!

IMG_9752

Gourmand World Cookbook Awards

Yantai şəhərinə yoldaşım və uşaqlarla getdim. 7 yaşlı oğlum onun hələ oraya gedəcəyindən xəbəri olmadığı vaxt mənə aşağıdakı məktibu yazmışdı: “Əziz ana, sən yaxşı insan olduğuna görə sənə bu məktubu yazıram. Xahiş edirəm Çində kitab mükafatını ud.” Bu məktubu aldıqdan sonra udmağı daha çox istəyidim. Və istədiyimiz oldu.

Please Win

Bu isə bizim kiçik “Pomegranates & Saffron”  heyyəti, qalib gəldikdən dərhal sonra.

IMG_9803

Aşağıda isə tədbirdən əvvəl və sonra çəkilən müxtəlif şəkilləri görə  bilərsiniz.

IMG_2436

Gourmand Best in the World Awards

IMG_9550

IMG_9611

IMG_9651

Tədbirdən kənar vaxtlarımızda təşkilatçılar bizi Yantai mətbəxi ilə tanış edirdilər. Oranın qeyri-adi, maralı mətbəxi var. Xüsusiylə dəniz məhsullarından bol istifadə edən çox sayda yeməkləri var. Mən burada həyatımda ilk fədə olaraq dəniz xiyarının dadına baxdım. Yox, yox, o tərəvəz deyildi, dənizdə yaşayan canlıdır. Burada eyni zamanda dəniz göbələklərindən müxtəlif qəlyanaltılar da hazırlanır.

IMG_9627

IMG_2182

IMG_9637

Bunlar isə meyvə-tərəvəzdən oyulmuş sənət əsərləridir. Adam yeməyə qıymır.

IMG_9653

IMG_9655

IMG_9657

IMG_9658

Pekin ördəyi necə servis edilməlidir? Bunu da öyrəndik.

IMG_2252

Tədbir şəkillərinə geri qayıdaq. Yanımdakı gözəl xanım İran azərbaycanlısı olan aşbaz və kitab yazarı Samirə Cənnətdostdur. Onun beynəlxalq mətbəx haqqında olan kitabı da qalib gəlmişdi.

IMG_9744

Bu isə qalib gələn Yapon heyyəti.

IMG_9751

Burada Gourmand World Cookbook Awards mükafatının təsisçisi Edouard Cointreau iləyəm.

IMG_9804

Tədbirdə başqa ölkələrdən iştirak edən maraqlı, istedadlı insanlarla tanış oldum. Vaxtın məhdudluğundan hamısıyla az vaxt keçirə bildim, amma eybi yoxdur, ümid edirəm ki, daha çox tədbirlərdə bərabər iştirak edəcəyik.

IMG_9812

Yantai şəhərindən Pekinə uçduq. Orada 3 gün şəhərin maraqlı yerlərini gəzdik. Sonrakı ünvan isə Bakı idi. Hal-hazırda Bakıdayam.  Növbəti yazılarımda sizi Yantai və Pekinlə daha yaxından tanış edəcəyəm.

Yeri gəlmişkən, kitabımın İkinci Nəşri tezliklə Bakıya çatacaq. Onu indidən sərfəli qiymətlə sifariş edə bilərsiniz. Kitablar Bakıya çatanda, təyin edəcəyim bir yerdən öz nüsxənizi gedib götürə bilərsiniz.  Sifariş üçün keçid budur:

http://www.azcookbook.com/product/pomegranates-and-saffron/

Bu isə kitabın internet səhifəsidir:

http://www.azcookbook.com/pomegranatesandsaffron/

Hamınıza gözəl yay istirahəti arzulayıram!

Dəstəyinizə görə bir daha çox sağ olun!

Bir cavab yazın

15 Şərh
  1. Super !! Səmimi qəlbdən təbrik edirəm!! Bundan da böyük uğurlar arzu edirəm !

  2. Məndə sizi səmimi qəlbdən təbrik edirəm.Bunnanda böyük uğurlara nail olasınız.Siz bizim qürbətdə yaşıyan fəxrimizsiz.

  3. salam sizi tebrikliyirem sevincinize mende qatiliram sesiniz uca zirvelerden qelsin

  4. Sizin adiniza coxx sevindim:)) Halaldi size. Coxxlu tebrikleer:)) Ugurlariniz davamli olsun InsAllah:))

  5. Sizi adiniza coxx sevindim:) Halaldi size. Coxxlu tebrikleer:) Ugurlariniz davamli olsun InsAllah:))

  6. Biz de cox sevindik, ishlerinizde ugurlar muveffeqiyyetler arzu edirem

  7. Tebrik edirem, Feride xanım! Kitabınızı mütleq alacağam.

  8. Bir nece gun once sizin bu paylasiminizi gordum, amma islerimin coxlugundan sizi gec tebrik edirem((( cox sevinirem, fexr edirem ki, bizim hemyerlimiz azerbaycanlimiz bu mukafata layiq gorulub. Tebrik edirem sizi bu ugurunuzla. Azerbaycan yemeklerini de dunayaya tanitmaga muveffeq olmusunuz. Daim zirvelerde! Axarinci olsun! Amin

  9. Bir neçə il əvvəl bu saytı təsadüfən tapdım, kim nəsə soruşan kimi də yönləndirirəm bura. Yəqin ki, o səbəbdən, doğmalıqdan uğurları görəndə sevincdən elə həyəcanlanıram, ürəyim döyünür, elə bil özüm qazanmışam))
    Təbriklər, yemək saytımın gözəl təsisçisi Fəridə xanım! 🙂

  10. Gozel bacim urekden tebrik eliyirem. Sesin hemise bele yukseklerden gelsin. Gozlerin her zaman bele sevincle gulsun

  11. Tebrik edirem ! Nailiyyetleriniz davamli olsun insallah

  12. Salam Feride Xanim. sizi bu ugurunuz munasibeti ile tebrik edirem, ugurlarinizin ardini gelmesini arzulayiram. Sizinle bir movzu ile bagli danishmaq isteyirem, eger imkan varsa cavab yazin, Sizden cavab gozleyecem, onceden teshekkur

Bir cavab yazın