kataloq

Göyərti Küküsü


Bu kükünü Bakının Karvansaray Restoranında çəkmişəm.

Yaz-yayın ən ləzzətli yeməklərindən - göyərti küküsü. Azərbaycanın müxtəlif bölgələrində kükünü başqa cür bişirirlər, daha doğrusu, kükünün içinə qatılan göyərtilər bölgəyə görə müxtəlif olur. Burada gördüyünüz klassik kükü reseptidir. Əgər təzə sarımsaq mövsümüdürsə, küküyə xüsusi ləzzət qatmaq üçün ona sarımsağın yaşıl yarpaqlarından əlavə etmək olar. Bəzən küküyə ispanaq da vurulur. Nanə da ola bilər.

Göyərti Küküsü

4 pay üçün

Ərzaqlar:

2 stəkan xırda doğranmış keşniş
1 stəkan xırda doğranmış şüyüd
½ stəkan xırda doğranmış təzə soğan
5 ədəd yumurta
Bir çimdik duz, istiot
Dörtdə bir stəkan kərə yağı
Süfrəyə vermək üçün sarımsaq-qatıq

Hazırlanma Qaydası:

Göyərti, yumurta, duz-istiotu bir qabda qarışdırın.

Eni 25 sm olan dibi yapışmaz tavada yağı əridin. Qarışığı tavaya töküb yayın. Altı qızaranadək, 5-8 dəqiqə bişirin. Bıçaqla 4 (və ya istəyə görə 8 üçbucağa kəsin). Bunları çevirib o tərəfini qızardın. Gərəkirsə tavaya bir az da yağ əlavə edin.

Çörək və sarımsaq-qatıqla süfrəyə verin.

Related Posts with Thumbnails

8 Comments Add your own

  • 1. rana  |  Iyul 20th, 2011 at 1:02 am

    cox sagolun azarbaycanin qadim yemaklarini tanidirsiz.manim an sevdiyim yemakdir.har zaman qonaq kimi daxil olurdm,bundan sonra mandabu ailanin uzvu sayin.tawakkurlar siza.

  • 2. sariyya  |  Iyul 20th, 2011 at 4:15 am

    sag olun reseptler ucun

  • 3. Rubabe  |  Iyul 20th, 2011 at 11:32 am

    Cox sagolun beyendim)))

  • 4. NURA  |  Avqust 29th, 2011 at 11:28 am

    eladir

  • 5. fidan  |  Oktyabr 21st, 2011 at 7:24 am

    menim 12 yasim var.buna baxmayaraq bu sayti cox sevirem.emek defterine salatlari ve basqa yemek resseplerini buradan yaziram

  • 6. nurcan  |  Noyabr 21st, 2011 at 8:44 am

    salam Farida xanim necasiz MAN GOYARTI KUKUSUNA NANEDE VURURAM DADLI OLUR ISDASAZ PROB EDIN

  • 7. sahnaz  |  Dekabr 12th, 2011 at 10:00 am

    salam,,kukunun icerisine 1 qasiq qatiq vuranda da coxx gozel cixir yumsaq olur,,,zovqe gore deyisir tebiiki,,,cox sag olun,,

  • 8. Elnara  |  Fevral 17th, 2012 at 2:20 pm

    Ilk defedir bu saytda qonaq oldum. chox asan basha dushulen,el arasinda deyilen kimi cheynenilib yazilib. qaldi bir tek bisir-dusur ye. bir neche reseple behrelendim nece alindigini xeber edecem. Chox sag olun.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed