kataloq

Həftəbecər Turşusu

Düzdür, turşu sezonu qurtarmaq üzərədir, amma mən yenə də sizə bir turşu resepti yazmaq istədim. Turşu həvəskarıyam (yeməyi nəzərdə tuturam). Uşaqlıqda Bakıdakı həyətimizdə pərpətöyün bitərdi. Bacım və mən ondan yığıb bankalara doldurar, üstünə də sirkə tökərdik. Bİr həftəyə turşumuz hazır olardı. Fəxrlə yeyərdik. Özü də heç də pis alınmırdı. Təəssüflər olsun ki, Amerikada pərpətöyündən istifadə etmirlər. Onu yararsız ot hesab edirlər. Amma günlərin bir-günü Meksikan marketlərinin birində (burada Meksikalıların sayı çox olduğundan, çox sayda marketləri də var) gözümə tanış ot sataşdı. Üstündə ispan dilində “verdolaga”  yazılmışdı.  Diqqətlə baxdığımda gördüm ki, elə  bizim Bakıdakı həyətdə bitən pərpətöyünün eynisidir.  Sən demə, Meksika mətbəxində də pərpətöyündən istifadə edirlər, amma turşu üçün deyil - onun yeməyini bişirirlər. Nə isə, deyəsən pərpətöyün haqqında çox danışdım. Axı bu günkü turşu pərpətöyün turşusu deyil. Keçək turşumuzun izahına. Həftəbecər turşusunda bütün tərəvəzlər doğranıb bankalara yığılır. Bu turşunu hazırlamaq o qədər də çətin deyil. Sadəcə olaraq, tərəvəzləri doğramaq bir az vaxt aparır, amma eybi yoxdur, dəyər, çünki nəticədə öz əllərinizlə hazırladığınız turşunu süfrəyə çıxarmış olacaqsınız, özü də böyük fəxr hissiylə, eyniylə mənim pərpətöyün turşusunu hazırladığımdakı kimi:)


HƏFTƏBECƏR TURŞUSU

2 litrlik banka üçün

500g badımcan (təxminən 3 ədəd) - kiçik kublara doğranmış
1 kg (1 orta boy) kələm - yarı bölünüb nazik-nazik  doğranmış
250 g (2 ədəd) yaşıl bibər - iri-iri doğranmış
1 acı bibır (əgər turşunuzun bir az acı olmasını istəyirsinizsə istifadə edin) - iri-iri doğranmış
500 g (4 ədəd) göy pomidor - iri-iri doğranmış
500 g (4 ədəd) yerkökü - uzunsov nazik-nazik doğranmış (digər tərəvəzlər kimi də doğraya da bilərsiniz)
1 kərəvizin sapı - iri-iri doğranmış
1 baş sarımsaq - doğranmış
1 stəkan xırda doğranmış nanə
1 stəkan xırda doğranmış cəfəri
4 xörək qaşığı duz
təxminən 300 ml ( 1/3 litr) və ya bankanı dolduracaq qədər sirkə

1. Doğranmış badımcanı aşsüzənə yığın və üstünə təxminən 2 xörək qaşığı duz səpin. Üzərinə ağırlıq (qapaq və ya qab) qoyun və 20 dəqiqə müddətində kənarda saxlayın. Sonra badımcanları yuyun,  yaxşıca süzün, suyunu sıxın və qalın salfet və ya kağız dəsmalla qurulayın.

2. Doğradığınız bütün tərəvəz və göyərtiləri iri ləyənə qoyun. Üstünə 2 xörək qaşığı duz səpin və əlinizlə ərzaqları yaxşıca qarışdırın. 20 dəqiqə müddətinə kənara qoyun.  Bu müddət ərzində tərəvəzlər sulanacaq.

3. Tərəvəzləri əlinizlə sıza-sıxa suyunu çıxardın. Sıxılmış ərzaqları bankaya doldurun. Üstünə sirkə töküb bankanı bağlayın. Turşunu sərin yerə qoyun. 1-2 həftəyə hazırdır.

Related Posts with Thumbnails

31 Comments Add your own

  • 1. sladkayewka  |  Aprel 19th, 2009 at 7:17 am

    RESPTI YAZDIM GOTURDUM INDI YOX TURSHU VAXTI QOYACAM COX SAGOL ELLERINE SAGLIQ
    BIRDE BIR SHEY XAISH EDIM BADIMCAN TURSHUSUNU NECE HAZIRLAYIRILAR BILIRSENSE YAZSAN SEVINEREM

  • 2. jala  |  May 26th, 2009 at 11:00 am

    anam sizden sarimsaq tursusunun hazirlanmasini isteyir.mumkunse yazradiniz.

  • 3. _MEN VE TENHALIQ_  |  Iyun 17th, 2009 at 2:06 am

    SALAM. MUMKUNDURSE, MARINATA QOYULMUS ALCA TURSUSUNUN RESEPTINI VERE BILERSINIZ. TESEKKUR EDIREM BELE BIR SAYT YARATDIGINIZA GORE. SAG OLUN.

  • 4. Pervane  |  Iyul 24th, 2009 at 2:13 pm

    Feride xanim salam. Men xarice yashadiqim ucun burda sirke olmur, amma uksus var. Men sirke evezi uksus toke bilerem, toke bileremse nece qashiq?

  • 5. FƏRİDƏ  |  Iyul 28th, 2009 at 4:05 pm

    PERVANE: Sirkenin rusca tercumesi uksusdur. Orda satilan uksusun ustune deqiq olaraq ne yazilib, deye bilersiniz mi?

  • 6. Yasemen  |  Iyul 30th, 2009 at 5:35 am

    Salam Feride xanim 3 kiloluq balon ucun texminen ne qeder sirke tokmek lazimdi eziyyet deyilse loru dilde yazardiniz birdeki tam hazir olandan sonra soyuducuya qoysam olar? Turshu ozune gelene qeder tez tez acib duzuna baxmaq olar? birde su elave edirik butun erzaqlari tokenden sonra? Bilirem suallarimnan bezdirdim ama ilk defedi hazirliyacam sag olun opdum. Allah amaninda.

  • 7. Pervane  |  Avqust 2nd, 2009 at 5:17 am

    Salam Feride xanim. Men Hollandiyada yashayiram, burdada erzaqlarin ustunde hollandca yazilir. Amma Bakida olan balaca qabdaki uksusdan burda var, Bakida olan qirmizi sirkeden burda yoxdu. Menim sualim o idiki qirmizi sirkenin evezine uksus toke bilerem ve ne qeder?
    Cavabiniza gore cox saq olun

  • 8. FƏRİDƏ  |  Avqust 2nd, 2009 at 12:40 pm

    YASEMIN; Sirke texminen 1/2 litr, ve yaxud baxin ki, bankani dondursun, o qeder olmalidir. Soyuducuya qoymaq lazim deyil, sadece serin bir yerde qalsa yeter. Acib duzuna baxmaq olar. Bankaya su elave olunmur.

    PERVANE: 3-5%lik uksus ola biler.

  • 9. maisa  |  Avqust 20th, 2009 at 8:29 am

    Men ozum turshu heveskariyam.Yay erzinde muxtelif turshular qoyuram.Heftebecar turshusu da en cox sevdiklerimdendir.Bundan elave men ici doldurma badimcan,sirke-sarimsaq,istiot,ici doldurma bolqar biberi,goy pamidor ve daha muxtelif turshular qoyuram.Umumiyyetle,men tekce turshunu deyil,yemek bishirmeyi de cox sevirem.Ozum muellimem,ancaq metbexi ve xorek bishirmeyi lap cox sevirem.Men size oz komeyimi teklif etmishdim.Neyi(esas da Baki yemeklerini)isteseniz size komek ede bilerem ve bundan cox memnun olaram/

  • 10. ismayıova  |  Avqust 29th, 2009 at 2:49 am

    salam necesiniz xahis edirem sizin yazdiginiz pərpötöyün turşusunun sirkəyə yox duza qoyulması qaydasını da yazardınız. əvvəlcədən təşəkkürlər

  • 11. FƏRİDƏ  |  Sentyabr 1st, 2009 at 8:39 am

    MAISA: Sizin shexsi email unvaniniza mektub yazmisdim, bilmirem aldiniz ya yox. Komek teklifinize gore cox sagh olun. Lazim olan kimi, mutleq deyerem size.

    ISMAYILOVA; Perpetoyunu sirkeye qoyuram, bir az da duz elave edirem. Yani tekce duzlu suya qoymuram. Mutleq sirke olmalidir.

  • 12. Naile  |  Sentyabr 10th, 2009 at 5:57 am

    Salam Feride xanim men sizin sayta birinci defediki daxil oluram. bu da tesadufen oldu ve bu tesaduf ucun cox shadam,cunki mene lazim olan butun receptleri sizin saytda tapdim. Evvelce bele bir sayt ucun teshekkur edirem.Sizden bir sheyde mene yardim etmeyinizi xahish edirem,xiyar turshusunu nece baglayim ki xiyarlar bosalmasin,yeyende mohkem ,xirtildili olsun.duzu evvel hec turshu baglamamisam,bu birinci defe olacaq.evvelceden teshekkurler.

  • 13. FƏRİDƏ  |  Sentyabr 10th, 2009 at 6:05 pm

    Naile, xos gelsiniz bloquma. Xiyar tursusunu etmediyim ucun size komek ede bilmeyeceyem.

  • 14. Raisa  |  Sentyabr 11th, 2009 at 6:57 am

    Salam mende yeni tursular etmek isteyirdim tewekkurler.

  • 15. Aynur  |  Sentyabr 29th, 2009 at 3:49 pm

    salam Fəridə xanım .necəsiz? sizdə badımcan turşusunun resepti varsa, yazmagini cox xahiş edirəm ?!Resepti səbirsizliklə gözləyəcəm.Əvvəlcədən təsəkkürlər!

  • 16. FƏRİDƏ  |  Sentyabr 29th, 2009 at 4:15 pm

    AYNUR: cox sagh olun. men yaxsiyam, siz de yaxsi olun:) size bir sayt verim, gozel xanim Gullu xanimin saytidir, menim yaxsi tanisimdir. Onun coxlu turshu reseptleri var.

    http://azerifood.com/az/10/10.html

  • 17. ulya1  |  Sentyabr 30th, 2009 at 1:26 am

    Salam Feride xanim ! Bu yena de menem .Feride xanim turshuya gore cox sag olun. Siz reseptleri ela deqiq yazirsiniz ki resepte duz emel edende tam o cur alinir. Turshu yaxshi alindi amma sizden sorushmaq isteyirem ki bu turshunu butun qish boyu saxlamaq olar ? Cunki men yena de hazirlamaq isteyirem.Sherhlerimizi oxudugunuza gore teshekkurler.
    Inanin ki size bir az gec yazanda darixiram.

  • 18. FƏRİDƏ  |  Sentyabr 30th, 2009 at 8:06 am

    ULYA: Turshunun yaxsi alinmasina cox sevindim. Beli, istediyin qeder saxlaya bilersen. Bunu Bakika biz ele qish boyu yemek ucun qoyuruq. Nush olsun:)

  • 19. Aynur  |  Oktyabr 1st, 2009 at 6:37 am

    təşəkkürlər Fəridə xanım.sayta memnuniyyətlə girib baxacam

  • 20. Aybeniz  |  Oktyabr 11th, 2009 at 1:18 am

    çox sag ol Feride xanım. bu resepti men de bilirdim ama bəzi şeyler yadımdan çıxmışdı. hal hazırda turşu hazırlayırdım internetden baxım dedim senin reseptine rastlandım. teşekkürler.

  • 21. Seva  |  Fevral 26th, 2010 at 5:54 am

    Təşəkkürlər Ləzzət. Məncə turşu sevən üçün sezon yoxdur hər zaman yemək istəyirsən

  • 22. Sevinc  |  Mart 27th, 2010 at 1:47 am

    Salam. Əvvəlcə sizə təşəkkür edirəm hər şey üçün. Çox sağ olun.
    Mən alça turşusunun hazırlanmasını bilmək istərdim əgər mümkündürsə. Sağ olun.

  • 23. afet  |  Aprel 21st, 2010 at 1:54 am

    bes uzerine su tokmursuz?mamam sehv elemiremse tursu qoyanda tokurdu.bes susuz tursu xarab olmaz?

  • 24. FƏRİDƏ  |  Aprel 21st, 2010 at 9:16 am

    AFƏT: Mən su vurmuram.

  • 25. afet  |  Aprel 28th, 2010 at 12:17 am

    he dogurdan e siz sirke tokursuz axi men ele bildim umumiyyetle hecne tokmursuz sorry

  • 26. afet  |  Aprel 28th, 2010 at 12:19 am

    feride xanim men tursu qoymusam ama sirke tokmemisemhardasa 4 gun olarki qoymusam indi toksem bir sey alinar?

  • 27. FƏRİDƏ  |  Aprel 28th, 2010 at 8:00 pm

    AFƏT: Dadına baxın. Əgər xarab olmayıbsa, onda sirkə tökün.

  • 28. Revane  |  Iyun 6th, 2010 at 9:18 am

    Salam Feride xanim. Menim yashadiqim olkede uzum sirkesi yoxdu, alma sirkesi var, ondan istifade ede bilerem? ve ya esensiyadan istifade ede bilerem ve ne qeder?

  • 29. FƏRİDƏ  |  Iyun 6th, 2010 at 9:49 pm

    REVANE: Alma sirkesi de olar biler. Essensiyayla sinamamisam, emin deyilem, amma alma sirkesi olar.

  • 30. Sevinc  |  Iyun 8th, 2010 at 3:36 am

    Salam. Men alça turşusunun reseptini öyrenmek isteyirem. Mene yaza bilersiz reseptini? Birde sarı gavalınında reseptini isterdim eger imkan varsa. Teşekkür edirem.

  • 31. Nübar  |  Iyun 8th, 2010 at 10:18 pm

    Salam Sevinc xanim. Siz nece alca turshusu isteyirsiniz…. Diri -diri duaz tutulmush yoxsa yemeklere tokulen turshu, Manim anam gozel turshular edir. Deqiq cavab yazsaniz men size resepti yazaram.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed