
Armud, alma və nar sezonuyla bərabər Kaliforniyaya heyva sezonu da gəlib. Düzü, burada heyva hər yerdə tapılmır, amma mənim bəxtim gətirib - yaxınlığımızda İran və Ərəb dükkanları var - bu vaxtı oralarda heyva bolluğu olur. Mən heyvanı elə belə də yeməyə xoşlayıram, mürəbbə formasında da. Buranın heyvası Ordubad heyvası qədər sulu olmasa da, ondan yaxşı mürəbbə alınır. Özü də hazırlanması olduqca asan. Nuş olsun!

Heyva Mürəbbəsi
1 litrəlik banka üçün
1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) - (proses reseptdə izah olunur)
1 kilo şəkər tozu
1 stəkan su
Bir çimdik limon duzu
Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Şəkildəki kimi, nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın - təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan (şəkildəkindən) ya da adi bıçaqdan istifadə edə bilərsiniz.
İndi isə heyvanı çəkin - hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.
Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə - 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.
Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.

24 Comments Add your own
1. SABİNA | Noyabr 13th, 2010 at 2:40 am
TESEKKUR EDİREM
2. Samira | Noyabr 13th, 2010 at 10:16 pm
Feride xanim her vaxtiniz xeyir olsun. Her zaman sizin sayti izleyirem. elleriniz dert görmesin. her biri çox gözel reseptler var. Dogru deyirsiniz heyva amerikada tapilmır hetta hesretini cekirik. Ama mende bu il tesedüfen Walmartda gprdwm aldım . Dadı çox gözeldı. Qiymetide o qeder baha deyildi. Mende düşündüm mürebbeisini bişirsem deye. En azından dadımlık da olsa.
Gpzel görünür. Teşşekürler. Resimleriniz de çox gözel .
3. sevinc | Noyabr 14th, 2010 at 3:15 am
cox sagolun Feride xanim
4. sevinc | Noyabr 14th, 2010 at 3:17 am
Feride xanim,zovqlerimiz us-uste dusur,men de cox sevirem heyvani,duzu murebbe seven olmasam da heyva murebbesine doze bilmirem)))
5. mehriban | Noyabr 14th, 2010 at 8:05 pm
teshekkurler feride xanim murebbeniz ela gorsenir.menim qaynanamda her sezonda bishirir heyva murebbesini amma o ziqzaq bicaqla onlari kubik formasinda dograyir.elede qesheng gorsenir.receptlerinizin davamini memnuniyyetle gozleyirik.
6. Basti | Noyabr 16th, 2010 at 11:54 am
Faride salam .Her şey için sene sağ l söyleyirem.
HEr şeui beyendim
7. Feride | Noyabr 17th, 2010 at 8:50 am
Adasim Feride xanim muqeddes Qurban bayraminiz mubarek nece bele illere cixasiz ailenizin,sevdiyiniz insanlarin yaninda olasiz.Allah size uzun omur can sagligi ve ellerinize quvvet versin
8. PƏRVANƏ | Noyabr 18th, 2010 at 7:31 am
FƏRİDƏ XANM SUPERSİNİZ VALLAH ŞƏKİLLƏRİ NECƏ DƏ GOZƏL ÇƏKİRSİNİZ.ƏLLƏRİNİZƏ SAĞLİQ.LAP ÜRƏYİM HEYVA İSTƏDİ
9. Ramin | Noyabr 18th, 2010 at 2:14 pm
Baku
10. Ramin | Noyabr 18th, 2010 at 2:17 pm
Salam Feride xanm eladr her sey cox saxaolun
11. ARZU | Noyabr 21st, 2010 at 7:47 am
SALAM FERIDE XANIM.
MEN SIZIN YENI ISTIFADECILERINIZDENEM.
SAYTINIZI COX BEYENIREM VE RESEPTLERINIZDEN TEZ-TEZ ISTIFADE EDIREM.
MENDE NEW YORKDA YASAYIRAM,BILDIYINIZ KIMI BURDA TEZLIKLE SUKRAN BAYRAMI(thanksgiving)OLACAQ.
COX ISTEYERDIM BILDIYINIZ HIDUSKA RESPTI VARSA YAZARDIZ.
COX COX TESEKKUR EDIREM.
12. Ramin | Noyabr 28th, 2010 at 2:40 pm
Salam Feride xanIm
13. Ramin | Dekabr 11th, 2010 at 1:25 pm
Salam Feride xanlm mene Abseron tortunun resepti varsa isterdim tesekkur edirem
14. Nuna | Aprel 19th, 2011 at 2:04 am
Salam Feride xanım. Bir sheyi qeyd etmek isteyerdim. Biz heyvani murebbesine onun tumunuda bir iki dene atiriq. O zaman rengi cox gozel gorunur.
15. aysel... | May 10th, 2011 at 11:38 pm
FƏRİDƏ XANIM BÜTÜN RESEPTLERİNİZ DADLI VƏ RƏNGARƏNGDİ
16. Vefa | Iyun 6th, 2011 at 2:58 am
Fəridə
Sözün düzü mənimçün mürəbbələri ya qaynanam Şəkidən pay qoyur, ya da anam burada bişirir. Qaynanamınkilər həm rəngi şux olur, həm məti duru olur, eyni zamanda da qıcqırmır qlanda. 1 sözlə; excellent!
Zato anam kimi 2-ci gözəl turşu tutan tanımıram (ümumiyyətlə qərbi azərbaycanlı xanimlar (İrəvanlılar) əla turşu qoyurlar)
Arada anamı da təriflədim haaaI)))
Fəridə, bərk və yumşaq meyvələrin (məsələn heyva və şaftali və albalı)mürəbbələrinin bişirilmə müddətində təxminən nə qədər fərq olur?
Tşkr
17. Feride | Iyun 6th, 2011 at 7:07 pm
VEFA - Meyvenin ne qeder berk olmasindan asilidir - heyva daha gec hazir olur, saftali ve albali ise daha tez.
18. Yegane | Iyun 22nd, 2011 at 9:12 am
Salam.Qarpiz murebbesini cox oyrenmek isteyirdim.Cox sagolun.Qalin qabiq qarpiz gec tapilir.Harada tapmaq olar
19. TÜRKAN | Iyul 18th, 2011 at 5:28 am
qarpiz murebbesini yazdim anam evde biirəcək çooooooooooooxxxxxxx sağ olun FƏRİDƏ xanım yemək üçün tələsirəm
20. Sevinc | Sentyabr 30th, 2011 at 11:24 pm
Feride xanim reseptde su yazmisiz o neye lazimdi bes?
21. FƏRİDƏ | Sentyabr 30th, 2011 at 11:28 pm
SEVINC - Heyva, şəkər və su bir yerdə bişirilir. Qeyd etməmişəm, mənim səhfim. İndi düzəldərəm.
22. Sevinc | Oktyabr 1st, 2011 at 2:00 am
Feride xanim,,cox sagolun gozel reseptinize gore. basqa murebbe reseptleri de gozleyirik sizden
23. Efsne | Noyabr 22nd, 2011 at 1:42 pm
Salam Feride xanim.saytinizi tapdigim andan nece gundu bir cox reseptden yararlanmiwam.mene cox maraqli ve semimi xanim teesurati bagiwladiz.tewkkur edirem
24. gunayrahimova | May 14th, 2012 at 3:13 am
salam feride xanim,necesiniz,hemiseki kimi bizi maraqli,rengareng reseplerinilzle sevindirirsiniz))ferede xanim biz bu murebbeni azca bashqa cur bishiririk)shirede qaynatmazdan evvel 1bugum qaynadiriq dogranmish heyvalari))belede bisende yumsaq olurlar))her seye gore size tesekkur edirem,cox maraqli, faydali meslehetleriniz olur))sizi cox sevirik)0
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed