Best in the World!
Dadlı yemək reseptləri bloqu

Heyva Mürəbbəsi

Armud, alma və nar sezonuyla bərabər Kaliforniyaya heyva sezonu da gəlib. Düzü, burada heyva hər yerdə tapılmır, amma mənim bəxtim gətirib –  yaxınlığımızda İran və Ərəb dükkanları var – bu vaxtı oralarda heyva bolluğu olur. Mən heyvanı elə belə də yeməyə xoşlayıram, mürəbbə formasında da. Buranın heyvası Ordubad heyvası qədər sulu olmasa da, ondan yaxşı mürəbbə alınır. Özü də hazırlanması olduqca asan. Nuş olsun!

Heyva Mürəbbəsi

1 litrəlik banka üçün

1 kilo çəkirdəyi çıxarılmış heyva (təxminən 4-5 ədəd) – (proses reseptdə izah olunur)
1 kilo şəkər tozu
1 stəkan su
Bir çimdik limon duzu

Heyvaları yarıya bölüb, sonra isə hər yarını iki hissəyə bölün. İçlərini kəsib atın. Şəkildəki kimi, nə nazik, nə də ki çox qalın olan dilimlərə doğrayın – təxminən 0.5 sm qalınlığında. Bunun üçün ya ziqzaqlı bıçaqdan (şəkildəkindən) ya da adi bıçaqdan istifadə edə bilərsiniz.

İndi isə heyvanı çəkin – hər kiloya bir kilo şəkər tozu istifadə edəcəyinizə görə, gərək ölçülər üst-üstə düşsün.

Heyvanı, şəkər tozunu və suyu ləyənə qoyun. Orta hərarətdə bişirin. Arada bir qarışdırın. Kəf yığılarsa, kəfkirlə yığın. Mürəbbə təxminən 50 dəqiqə – 1 saatdan sonra hazır olmalıdır. Hazır mürəbəınin rəngi narıncı-qırmızıtəhər olmalıdır, şirəsi isə bir qədər qatılaşmalıdır. Mürəbbə hazır olmazdan 5 dəqiqə qabaq, ona limon tuzu əlavə edib bişirin.

Mürəbbə soyuduqdan sonra onu bankaya yığın.

Bir cavab yazın

33 Şərh
  1. TESEKKUR EDİREM

  2. Feride xanim her vaxtiniz xeyir olsun. Her zaman sizin sayti izleyirem. elleriniz dert görmesin. her biri çox gözel reseptler var. Dogru deyirsiniz heyva amerikada tapilmır hetta hesretini cekirik. Ama mende bu il tesedüfen Walmartda gprdwm aldım . Dadı çox gözeldı. Qiymetide o qeder baha deyildi. Mende düşündüm mürebbeisini bişirsem deye. En azından dadımlık da olsa.
    Gpzel görünür. Teşşekürler. Resimleriniz de çox gözel .

  3. cox sagolun Feride xanim

  4. Feride xanim,zovqlerimiz us-uste dusur,men de cox sevirem heyvani,duzu murebbe seven olmasam da heyva murebbesine doze bilmirem)))

  5. teshekkurler feride xanim murebbeniz ela gorsenir.menim qaynanamda her sezonda bishirir heyva murebbesini amma o ziqzaq bicaqla onlari kubik formasinda dograyir.elede qesheng gorsenir.receptlerinizin davamini memnuniyyetle gozleyirik.

  6. Faride salam .Her şey için sene sağ l söyleyirem.
    HEr şeui beyendim

  7. Adasim Feride xanim muqeddes Qurban bayraminiz mubarek nece bele illere cixasiz ailenizin,sevdiyiniz insanlarin yaninda olasiz.Allah size uzun omur can sagligi ve ellerinize quvvet versin

  8. FƏRİDƏ XANM SUPERSİNİZ VALLAH ŞƏKİLLƏRİ NECƏ DƏ GOZƏL ÇƏKİRSİNİZ.ƏLLƏRİNİZƏ SAĞLİQ.LAP ÜRƏYİM HEYVA İSTƏDİ

  9. Baku

  10. Salam Feride xanm eladr her sey cox saxaolun

  11. SALAM FERIDE XANIM.
    MEN SIZIN YENI ISTIFADECILERINIZDENEM.
    SAYTINIZI COX BEYENIREM VE RESEPTLERINIZDEN TEZ-TEZ ISTIFADE EDIREM.
    MENDE NEW YORKDA YASAYIRAM,BILDIYINIZ KIMI BURDA TEZLIKLE SUKRAN BAYRAMI(thanksgiving)OLACAQ.
    COX ISTEYERDIM BILDIYINIZ HIDUSKA RESPTI VARSA YAZARDIZ.
    COX COX TESEKKUR EDIREM.

  12. Salam Feride xanIm

  13. Salam Feride xanlm mene Abseron tortunun resepti varsa isterdim tesekkur edirem

  14. Salam Feride xanım. Bir sheyi qeyd etmek isteyerdim. Biz heyvani murebbesine onun tumunuda bir iki dene atiriq. O zaman rengi cox gozel gorunur.

  15. FƏRİDƏ XANIM BÜTÜN RESEPTLERİNİZ DADLI VƏ RƏNGARƏNGDİ

  16. Fəridə
    Sözün düzü mənimçün mürəbbələri ya qaynanam Şəkidən pay qoyur, ya da anam burada bişirir. Qaynanamınkilər həm rəngi şux olur, həm məti duru olur, eyni zamanda da qıcqırmır qlanda. 1 sözlə; excellent!
    Zato anam kimi 2-ci gözəl turşu tutan tanımıram (ümumiyyətlə qərbi azərbaycanlı xanimlar (İrəvanlılar) əla turşu qoyurlar)
    Arada anamı da təriflədim haaaI)))
    Fəridə, bərk və yumşaq meyvələrin (məsələn heyva və şaftali və albalı)mürəbbələrinin bişirilmə müddətində təxminən nə qədər fərq olur?
    Tşkr

  17. VEFA – Meyvenin ne qeder berk olmasindan asilidir – heyva daha gec hazir olur, saftali ve albali ise daha tez.

  18. Salam.Qarpiz murebbesini cox oyrenmek isteyirdim.Cox sagolun.Qalin qabiq qarpiz gec tapilir.Harada tapmaq olar

  19. qarpiz murebbesini yazdim anam evde biirəcək çooooooooooooxxxxxxx sağ olun FƏRİDƏ xanım yemək üçün tələsirəm

  20. Feride xanim reseptde su yazmisiz o neye lazimdi bes?

  21. SEVINC – Heyva, şəkər və su bir yerdə bişirilir. Qeyd etməmişəm, mənim səhfim. İndi düzəldərəm.

  22. Feride xanim,,cox sagolun gozel reseptinize gore. basqa murebbe reseptleri de gozleyirik sizden

  23. Salam Feride xanim.saytinizi tapdigim andan nece gundu bir cox reseptden yararlanmiwam.mene cox maraqli ve semimi xanim teesurati bagiwladiz.tewkkur edirem

  24. salam feride xanim,necesiniz,hemiseki kimi bizi maraqli,rengareng reseplerinilzle sevindirirsiniz))ferede xanim biz bu murebbeni azca bashqa cur bishiririk)shirede qaynatmazdan evvel 1bugum qaynadiriq dogranmish heyvalari))belede bisende yumsaq olurlar))her seye gore size tesekkur edirem,cox maraqli, faydali meslehetleriniz olur))sizi cox sevirik)0

  25. Salam Fəridə xanım.Limon duzunu mürrəbəyə nə vaxt tökmək məsləhətdir.Limon duzunu tökdükdən sonra qaynatmaq lazımdırmı?

  26. super

  27. Gozel dadi var eladi coxsagolun

  28. Xahis edirem cennet almasinin hazirlanmasini yazasiz

  29. feride xanim salam.sizin verdiyiniz tovsiyeleri izleyirem.men de xaricde yasayiram buranin coreyini yeye bilmirdik.ama indi sizin verdiyiniz corek retsepinden istifade edirem.cox dadli alinir esil Azerbaycandaki kimi.bunun ucun ailemiz adidan size tesekkurler.ellerinize saglik.

  30. men bisirdim dadliydi

  31. Salam Feride xanim heyvanin qabigi soyulmur. Xahis edirem mene cavab yazasiniz.

  32. salam Feride xanim murebbeni hazirladim hec de yaxsi cixmadi heyva sireni canina cekmedi, qurudu, sirenin de coxu artiq qaldi.

  33. salam feride xanim men almanyadan yaziram men bisirdim cox gözel cixdi

Bir cavab yazın