Bu resepti İran Azərisi olan rəfiqəm Məryəmdən götürmüşəm. Günlərin bir günü, Məryəmgilə qonaq getdiyimizdə, süfrədə maraqlı yemək gördüm. Marağıma son qoymaq üçün dadına baxdım. O qədər ləzzətli yemək idi ki! Yanında plov da var idi. Heyvalı toyuğu aşqara kimi yedik. Marketlərdə heyva tapan kimi (heyvanı yalnız İran və Ərəb marketlərində tapa bilirəm), mütləq bu yeməyi bişirirəm. Bəzən plovsuz bişirirəm, çörəklə yeyirik. Sizə də bişirin, nuş olsun!
Heyvalı və Zəfəranlı Toyuq
6 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
4 ədəd orta boy heyva (təxminən 1 kg)
6 qaşıq duru yağ
2 çay qaşığı zəfəran teli
1.5 kg kiçik parçalara bölünmüş sümüksüz toyuq əti (mən sümüksüz bud əti alıram, döş əti ilə də ola bilər)
1 ədəd doğranmış orda boy baş soğan
0.5 stəkan suda həll olunmuş 2 xörək qaşığı tomat
10 ədəd quru qavalı
zövqə görə duz
zövqə görə istiot
1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin. Bir-iki xörək qaşığı isti suda həll edin.
2. Heyvanın qabığını soymadan dilimləyin. Dilimlər orta qalınlıqda olmalıdır.
3.Tavada yağı qızdırın və heyvaları əlavə edib arada qarışdıraraq təxminən 5 dəqiqə ərzində qızardın. Sonra zəfəran dəmini əlavə edib 5 dəqiqə də bişirin. Arada qarışdırın ki, heyva zəfəranı çəksin. Kənara qoyun.
3. İri tavada qalan yağı qızdırın və toyuğu əlavə edərək təxminən 5 dəqiqə ərzində bişirin.
4. Sonra bu tavaya soğanı əlavə edin və birlikdə 6-7 dəqiqə bişirin. Toyuq sulanmağa başlayanda, suda həll olunmuş tomatı əlavə edin. 10-15 dəqiqə, tavanın suyu çəkilib bir qədər qatılaşana qədər bişirin. Bu mərhələdə toyuq hardasa bişmiş, amma tamamilə bişmiş olmamalıdır.
5. Toyuğa heyvaları və quru gavalını əlavə edin. Zövqə görə duz və istiot vurun. Vam odda, qapağı örtülü, toyuq və heyva yumuşalana qədər (heyva diri qalmalıdır) bişirin.
Nuş Olsun!

39 Comments Add your own
1. ilaxa | Mart 6th, 2009 at 10:01 am
bisirib dadina baxariq.
2. fira | Mart 7th, 2009 at 4:53 am
beli feride xanim.ozum bir az topus qizam .amma sirniyyat bisirmeyi hedden artiq cox sevirem.
3. fira | Mart 8th, 2009 at 6:30 am
sizi bayram munasibeti ile tebrik edirem.
4. FƏRİDƏ | Mart 10th, 2009 at 11:11 am
Cox sagh ol, toppush qiz:) Men de seni tebrik edirem!
5. fira | Mart 11th, 2009 at 3:42 am
feride xanim ne vaxt yeni resepler olacaq.
6. Leman | Mart 11th, 2009 at 1:47 pm
Salam Feride xanim.Necesiz?Men xorek bisirmeyin hevaskariyam.Ona gore bilmek isterdimki ki, eger bashqa reseptler bilirsinizse mumkun olarsa mene gonderin.Cox sag olun.Leman
7. FƏRİDƏ | Mart 12th, 2009 at 11:23 am
FIRA: Yeni reseptler tezlikle olacaq. Teessufler olsun ki, her gun resept qoymagha vaxtim yoxdur.
LEMAN: Xosh geldiniz. Sevindim qonaghim oldughunuza. Men bloquma yeni reseptler yerlestiderecem, odur ki buraya tez tez gelin.
8. Paki | Mart 31st, 2009 at 2:31 am
Salam Feride xanim sizden cox xais ediem ki eger mumkundurse gobelekle olan reseptler de yerlesdiresiniz.
9. nuriye | Aprel 26th, 2009 at 12:40 am
maraqlı yemekdı ellerınıze sağlık
10. TUNZALE*93 | Aprel 29th, 2009 at 8:10 am
FERIDE XANIM TOYUQU COX SEVIREM BU RESEPT LAP YERINE DUSDE)(eladirazi qaldim bilin
11. Jasmin | May 26th, 2009 at 2:09 am
Salam Feride xanim bu sayti teze tapdim cox sevindim.Men teze aile qurmusham ama uzaqda yashadigim ucun yemek baresinde meslehetler verenim yoxdu. Heyat yoldashimda toyuq yemeklerini cox sevir. Toyuq yemekleri ile bagli reseptler coxlu yerleshdirsez cox sevinerem. Qabaqcadan teshekkur edirem.
12. FƏRİDƏ | May 26th, 2009 at 10:22 am
JASMIN, xosh geldiniz. AIle qurmaghiniz munasibetile sizi tebrik edirem. Toyuq reseptleri olacaq. Mene bir az vaxt verin:)
13. Yasemen | May 26th, 2009 at 10:48 pm
Salam Feride xanim tebrike gore sag olun. sizden bir xahishimde var mumkunse mene lahmacunun hazirlanma reseptini yazsaniz cox sevinerem qabaqcadan sag olun ve Allaha amaninda olun.
14. FƏRİDƏ | May 27th, 2009 at 8:53 pm
YASEMEN, lahmacun resepti tezlikle olacaq.
15. Cekli829 | Avqust 21st, 2009 at 6:28 am
Hazırlanma qaydasında 2 dənə 3 yazmısınız…
16. PERVIN | Sentyabr 18th, 2009 at 2:46 am
Salam Feride xanim
17. AYGÜN | Oktyabr 19th, 2009 at 2:15 am
FERİDE XANIM SALAM. OPUREM SİZİN ELLERİNİZDEN. ELLERİNİZE SAĞLIQ COX SAQ OLUN HEYVALI TOYUQ RESEPTE GORE.1 SOZLE SUPER. BU GUN BİSİRDİM ONU PLOVLA.İNANNIN İKİ BİR AZ VAR ONDAN YEDİM.HETTA QONAQLARMIZ DA VARDI. HAMI SORUSUR BİZ BELE YEMEK NOVU BİLMİRDİK BUNU HARDAN BİLİRSİZ. MENDE DUZUNU DEDİM Kİ SİZDEN GOTURMUSEM. COX TERİFLEDİLER. BİZ DE SİZE MİNNETDARIQ.
18. Az-Wikipedia – Azə&hellip | Oktyabr 19th, 2009 at 10:02 pm
[...] Heyvalı və Zəfəranlı Toyuq [...]
19. UmmHuseyn | Yanvar 18th, 2010 at 1:08 pm
bu resept çox gözəldir. sınaqdan yaxşı çıxdı-ailə üzvlərim bəyəndi. MaşALLAH. süfrəyə düyü ilə qarnir olaraq təqdim etdim.
həqiqətən heyva xarici ölkələrdə (əsasən də Avropada) delikates hesab oluna bilər. şəxsən mən xaricdə onu türk dükanlarından başqa heç bir yerdə tapa bilmirəm. bu siyahıya bizim hamimizin sevimlisi alça da aiddir.
ona görə də əgər xaricdən gələn qonağınız varsa mütləq onu bu resept ilə təccübləndirəcəksiniz. həm də bizim mətbəxin digər xörəkləri ilə müqaisədə elədə yağlı deyil. hər kəs yeyə bilər.
reseptə görə təşəkkürlər.
20. UmmHuseyn | Yanvar 18th, 2010 at 1:23 pm
təssüflər olsun ki, bəzi texniki səbəblər üzündən kələkoşə şərh yaza bilmirəm ((((
21. Aysel | Mart 29th, 2010 at 4:41 am
Feride xanim salam necesiniz. Menim sualim olcu ile baglidir.Bele yazmisiniz 1 3/4 iliq su yeni ne qeder. Cox sag olun.
22. FƏRİDƏ | Mart 29th, 2010 at 8:21 pm
AYSEL: yani ki bir stekan ve bir stekanin dortde ucu qeder su.
23. Aysel | Mart 29th, 2010 at 9:49 pm
Feride xanim cox sag olun.Islerinizde sexsi heyatinizda size ugurlar.Allah sizi qorusun siz en yaxsi arzulara layiqsiniz.
24. Bahar | Aprel 1st, 2010 at 1:56 am
Cox dadli yemeye oxsayir. Deyirem ac vaxti bu sayta baxmaq hec serf elemir aaa
Insallah bisirmek shansim olar…
25. ulviyye | Dekabr 10th, 2010 at 9:53 am
salam Feride xanim…. men size Azerbaycanda yaziram..19 yasim var,nisanliyam.. inaninki indiye qeder yemek bisirmemisem, sozun acigi cox yeyimcil de deyilem..ele buna gore de cooox arigam((…ama sizin tariflerinizi oxuyandan sonra men burdan ayrila bilmirem…hetta nece tarif yazmisam burdan ve nisanlim mene inanmadiki, men yemekle maraqlaniram… size cox tesekkur edirem, ellerinize ureyinize saglik..
26. ulviyye | Dekabr 10th, 2010 at 9:55 am
sizden bir sey sorusum ; orda yazmisiniz ki, 6qasiq duru yag..o yeqinki xorek qasigidi?
27. ulviyye | Dekabr 10th, 2010 at 10:05 am
bir de iki defe 3. etap var… onu basa dusmedim(( o tavalar ayridi?
28. FƏRİDƏ | Dekabr 11th, 2010 at 2:59 pm
ULVIYYE: Beli, xorek qasigi.
29. FƏRİDƏ | Dekabr 11th, 2010 at 3:00 pm
ULVIYYE: Tavalar ayridir.
30. leman | Yanvar 25th, 2011 at 11:29 am
salam. reseptlerinize baxdim cox xowuma geldi. zehmet olmasa, toyuq monastrin reseptini yaza bilersiniz?
31. ulviyye | Fevral 28th, 2011 at 8:30 am
salam,Feride xanim,men bura ilk defeyem.reseptleri gorunce cox sevindim.mene de ele bunlar lazim idi. tesekkurler.
32. xalid | Mart 23rd, 2011 at 4:06 pm
dadli yemek varsa verin yeyeydeeeeeeeeeeeeeeeeeeeee
33. ilahe | Iyul 29th, 2011 at 10:42 am
Salam Feride xanim,siz qeyd etmisiniz ki,heyvani yalniz Iran ve ereb marketlerinden tapirsiniz.bilmek isterdim siz ozunuz hansi olkede yasayirsiniz?Ingilterede?
34. zeynal | Avqust 5th, 2011 at 1:08 am
salam.sizin bu sehifenin facebookda profili vaaar?varsa menim maile gonderersiz?
35. zulfiyye | Noyabr 6th, 2011 at 7:27 am
chox xoshuma geldi bu reseptiniz de inshallah deneyecem.chox saqolun.bura girenden sonra adam chixa bilmir
36. asya | Noyabr 19th, 2011 at 2:54 am
men sizdən qoyun ətli ərəb plovunun reseptini öyrənmək istyərdim,bu necə mümkündür,necə öyrənə bilərəm?
37. Emine | Noyabr 24th, 2011 at 10:13 pm
cox beyendim sadece mende soba olmadiginan sobasiz yemeklere cox nezer saliram
38. Gulu | Dekabr 24th, 2011 at 9:53 am
Reseptleriniz xosuma geldi tesekkurler.
39. Gulu | Dekabr 24th, 2011 at 10:29 am
Salam Feride xanim zehmet deyilse sah plovun reseptin mene yazardiniz da.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed