My Book

Hil və Limonlu Şirin Çörəklər (Bulkalar)

Bu resepti Amerikada çox məşhur olan Cooking Light jurnalından götürmüşəm. Olduqca ləzzətli şirin çörəklər, rusca desək, bulkalar alınır. Orijinal reseptdə bulkaların içində qoz-fındıq yoxdur, amma mən bir az improvizasiyaya yol verərək,  bulkaların bir hissəsinin içinə onlardan da əlavə etdim. Resepti çəkdiyim şəkillərlə bərabər sizə çatdırıram. Nuş olsun!

HİL VƏ LİMONLU ŞİRİN ÇÖRƏKLƏR (BULKALAR)
Resept bir az dəyişdirilərək Cooking Light, Jan/Feb 2008 jurnalından götürülmüşdür
Orijinal reseptin müəllifi Jackie Mills

24 balaca bulka üçün

Xəmiri Üçün:
1 paket  (2 +  1/4 çay qaşığı) quru maya
1/4 stəkan ilıq su
1/2 stəkan xama (smetan)
1/3 stəkan şəkər tozu
1/4 stəkan kərə yağı – əridib soyudun
1 çay qaşığı vanil ekstraktı (və ya bir çimdik vanilin)
3/4 çay qaşığı duz
1 ədəd iri yumurta – yüngülvari çalın
2  + 1/3 stəkan ağ un (təxminən 300 g)

İçi Üçün:

İstədiyinizi seçin

Variant 1
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
2 xörək qaşığı kərə yağı – əridin

Variant 2
1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)
1 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı (xırda xırda olsun)
3/4 çay qaşığı hil (toz kimi)
1/2 stəkan maşından keçirilmiş qoz və ya badam
2 xörək qaşığı kərə yağı – əridin

Üstü Üçün:
1 stəkan şəkər kirşanı (pudrası)
3 xörək qaşığı təzə sıxılmış limon suyu

1. Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün mayanı suda həll edin. Qoyun 5 dəqiqə kənarda qalsın.

2. Xama və digər 5 ərzaqı (un əlavə etməyin) iri bir qaba qoyun və yaxşı qarışdırın. Üstünə mayalı suyu əlavə edin və qarışdırın. Sonra isə unu əlavə edib xəmir yoğurun.

3. Xımiri bir az unlanmış masanın üstünə qoyun. Elastik olana qədər yoğurun (təxminən 8 dəqiqə).

4. Xəmirin iri qaba qoyub üstünü örtün. Qoyun isti yerdə gəlsin. Bu müddət ərzində xəmir ikiqat şişməlidir.

5. İçi hazırlayın. Yağdan basqa bütün ərzaqları bir qabda qarışdırın. Xəmiri iki yerə bölün və kündələyin. Birinci kündəni oxlovla 30 X 25 cm ölçülərində dördbucaq şəklində açın. Üstünə 1 x. qaşığı yağ sürtün. Sonra için yarısını üstünə səpin. Xəmiri yavaşca rulet kimi bükün. Sonra bu ruleti 12 yerə bölün – hər tikə 2.5 cm uzunluğunda olmalıdır. O biri kündəni də eyniylə birinci kündə kimi açın, içini yağlayıb doldurun, bükün və  kəsin. Alınan çörəkləri təxminən 33 x 22 cm ölçüləri olan yağlanmış formaya düzün. Üstünü dəsmalla örtün və 30 dəqiqəlik kənara qoyun ki, çörəklər gəlsin.

6. Sobanı  180C dərəcəyədək qızdırın.

7. Çörəklərin üstünü açın. Sobada üstü bir az qızaranadək, yəni təxminən 25 dəqiqə bişirin. Sobadan çıxardıb formada 5 dəqiqə soyudun.

8. Şəkər kirşanı və limon suyunu yaxşıca qarışdırın. Qaşıqla isti bulkaların üstünə gəzdirin.Nuş Olsun!







Related Posts with Thumbnails
97 Şərh
  1. Salam ! Feride xanim bu ne qesheng bulkalardir! Bunu mutleq hazirlayacam. Sualimi cavablandirdiginiza gore sag olun.

  2. Salam Feride xanim.Bu yenede men allahin belasi Sevgiyem.Feride xanim men sizden sorusmaq isteyiremki,siz kete ressepti bilirsinizmi?Bilirsinizse ya mene resseptini verin yadaki birgun hazirlayin.(eger mumkundurse) Az qala yadimdan cixmisdi bulkalariniz superdir. Ellerinize saqliq…/

  3. Salam Fəridə xanım insallah yaxşısınız sizə qucaq dolusu Azərbaycandan salam göndərirəm. Yenə də əllərinizə sağlıq həmisəki kimi gözəl bisirmisiniz. Bir sey soruşmaq istəyirəm üzərinə əlavə etdiyiniz səkər pudrası ilə limon suyunu az da olsa vam xodda əritmisinizmi çünki 3 qaşıq limon suyu 1 st şəkər pudrasını həll edə bilərmi? Şəkər pudrasini şəkər tozu ilə əvəz etmək olarmi olarsa yeqin ki onu da bir az vam xodda əritmək lazimdır? Əvvəlcədən təşəkkür edirəm.

  4. Salam. Bulkalar chox lezzetli gorunurler. Oz resept defterceme qeyd eleim. bu gunlerde mutleq edecem.
    Tesekkurler.

  5. Aaa… az qala unudurdum. Sizin verdiyiniz respte gore tendir choreyini bisirdim. Dogrusu goruntusu ince,esl tenir choreyine benzemedi,yani bilirekden nisbeten qalin eledim xemiri. Lap anamin her gun seher bisirdiyi,seherler etrine oyandigimiz chorek kimi chixdi.artiq 4 gunur men de bisirirem, usaqlar chooox beyendi. Hetta yoldasim ishe aparir yemeye:)))
    Men esas buna gore tesekkur elemek isteyirdim,yeni resepte basim qarisdi. Choooox sag olun.

  6. slam Feride xanim necesiniz.bulkalar ela gorunur.bisirmek isteyirem ama birseyi basa dusmedim (2 1/4 çay qaşığı) quru maya burada yeni 2 cay qasiqi +1/4 cay qasiqi zehmet deyilse sualimi cavablandirin.helelik saqolun.ellerinize saqliq.

  7. salam Feride xanim.resept ucun tesekurler,super gorunur,ama quru maya nedir anlamadim,izah etsez cox sevinerem,bisirmek isteyirem bu bulkalardan,

  8. SALAM! Bulkalar ela alindi ! Dadi chooox gozeldir! Hami bishirsin.
    Feride xanim bir daha TESHEKURLER!

  9. SERHLERINIZE GORE COX SAG OLUN. Suallariniza cavablar.

    SEVGI: Qarabag ketesiniz deyirsiz? Beli, resepti var. Demek olar ki, eyniyle Gullu xanimin bisiridiyi kimidir. Onun saytina bir baxin:

    http://azerifood.com/az/7/73.html

    Bisirib nush eledikden sonra, Gullu xanima email yazib fikrinizi ve tesekkurunuzu bildirseniz men de sevinerem. Nush olsun!

    HICRAN: Yox, yox, vam odda eritmeyin. Siz qarisdirin goreceksiniz ki, ikisi nece hell olunur. Men de evvelce subhelenmisdim, amma gordum ki, alindi:)

    GULGUN: Cox sagh olun.

    SEMA: Beli, 2 + 1/4 qasiq.

    AIDE: Quru maya, yani toz seklinde olan maya. Toz-maya.

    ULYA1: NUSH OLSUN:)

  10. FWERIDE XANIM, ELLERINIZE SALIQ SIZIN SAYTI GOTENDEN BERI COX SEY BISIRMEYE BASLAMISAM.ALLAH SIZDEN RAZI OLSUN!

  11. Salam Feride necesen,men senin bloquvu indi tapdim,heyifki evvelde bilmemisem,cox gozel yemekler,shirniyyatlar var burda,tesehkkur edire sene,yeni yemek reseptlerini gozleyirem.

  12. Salam Feride xanim.

    Bu qogallar shekilde chox gozel gorsenir.Men de metbexe meyilliyem.yashim chox olmamasina baxmayaq demek ola ki her sheyi bishire bilirem.

    Amma heden insan qeyri adi bir yemek,shirniyyat dadmaq isteyir .Ona gore tez-tez sizin sayta dxil oluram.Ve hevesle bu resptleri goturub bishirirem.
    Her sheye goe teshekkurler.Bu resepti de mutleq bishirecem.chox-chox sag olun.

  13. COX LEZZETLI GORUNUSHU VAR COX SAGOL YOXALAYARAM

  14. salam cox saq olun mende buna benzer bir sey bisirirem ola bilsin limona kore bunun dadi bir az deyisik ola .baqislayin bice basa dusmedim yazirsiniz.2/3 2/4 onun aydin yazsaniz sevinerem

  15. AFET: 2/3 o demekdir ki, uchde iki. Yanir bir istakani 3 yere bolseniz, o uch hisseden ikisi. Basa sala bildim mi, bilmirem.

  16. Salam Feride xanim.reseptlere gore cox sag olun.bu bulkalai bishirdim cox gozel alindi hetta sonradan xemirini cox beyendiyim ucun bu xemirden adi kishmishli bulkalar da hazirladim.cox sag olun.

  17. Feride xanim salam mene tecili olaraq medovi tortun yeni balli tortun resepti lazimdi sizde olmamish olmaz.Zehmet olmasa men gonder bilersiz?

  18. Salam . men bulkalari bisirdim ve choox beyendim. teessuf usaqlarim yemediler, yoldasim yedi, ve hamisini 1gunde 2 miz bitirdik:) Ancaq menim bu her sheyi yeyib ,1 qulp qoyan yoldasim dedi ki, limon dadi olmasa e’la olardi. Sorusmaq isterdim, eger limon qatmasam sherbetini nece edim, paxlava sherbeti kimimi?
    Onceden tesekkurler.

  19. GULGUN: Hansi sherbeti deyirsiniz? Ustune surtduyumuz mayeni? Limon suyu yerine orda adi sudan istifade etmek olar. No problem:)

  20. Salam Feride xanim.Necesiniz?
    Yene sizin komeyinize ehtiyacim var,men de bu bulkalari bisirdim. Xemiri cox qeseng alindi amma icine vurdugum mixeyden heckim yey bilmedi.Mixeyin dadi cox tund idi,butun bulkalarim heyif oldu:((.Men neise duz etmemisem yoxsa ele dadi bele tund olur?
    Ic ucun 1/2 st mixey + diger yazdiqlarinizi vurdum.

  21. TURKAN: Mixey axi resepte yox idi. Onun dadi elbette ki cox qati olur, mence problem ele bundadir. Resepte men mixeyi rengde seker tozu istifade edin demisem, mixek deyil, yegin ki sehf salmisam. Mixeyi reng sekerin ne oldugunu da aciqlamisam. Bax, resept bunu deyir:

    “1/2 stəkan mixəyi şəkər tozu (tünd rəngdə olan şəkər tozudur. əgər yoxdursa, adi şəkər tozundan istifadə edin)”

    Edviyyalardan hil olur bulkalarin icinde, mixek yox. Hil olduqca gozel etir qatir, lap shekerburada oldughu kimi.

    Gelen defe resepti diqqetli kocur:)

  22. :))))))))))))))
    Mende mixeyi + tnd rengli sekeri qarisdirin deye basa dusmusem:))))).O rengli sekerim var:)))Ay heyif bulkalarimdan ,xemir cox qeseng alinmisdi:(((.
    En gulmelisi ise qonaqlarimdan biri goturduyu 2 eded bulkani utandigindan qaytarmayib sonuna kimi yana yana bu mixekli bulkani yeyib:)))))

  23. Cox sag olun cavab ucun,problem sizin resepte yox mende olub:))))))

  24. SALAM FƏRİDƏ XANİM .HİL NƏDİR MƏN BİLMİRƏM.RUS DİLİNDƏ ADİNİ BİLİRSİNİZSƏ MƏNƏ YAZİN XAİS EDİRƏM.MAGAZALARA BAXİM VARSA ALİM.HİL OLMASA BİSİRMƏK OLARMİ VƏ YA HİLİ NƏ İLƏ ƏVƏZ ETMƏK OLAR.SAG OLUN.

  25. PERVANE: Hil olmasa da olar. Darchin olar, ve ya basqa istediyiniz edviyya.

  26. salam Feride xanim,necesiz?super super super dadli shirniyatdi.qeyri adi dadi var.bu qeyri adi dunya lezzetli shirniyyatlarin reseptlerini bizimle bolusduyunuze gore cooooooooox tesekkur.yeni dadlar arzusu ile,helelik

  27. salam,FERIDE XANIM. men sizin verdiyiniz sokaladli bananli keksi bisirdim. cox dadli alindi. yoldasimin da xosuna geldi.
    cox sagolun. ellerinize sagliq.

  28. Salam, hormetli Feride xanim. Sizin gozel reseptlerinize gore size derin minnetdaram. Xususilede zerif kete menim olduqca cox xowuma geldi. Amma sizden bir xahiwim var. Mumkunse, mene qat- qat xemirin reseptini ve hazirlanma qaydasini bawa salardiiniz. nedense bu xemir mende hec alinmir. Inaniram ki mene komek edeceksiniz. onceden size derin minnetdarligimi bildirirem. size can- sagligi arzu edirem.

  29. Feride xanim hilli bulkani da bishirdim evdekilerin chox xoshuna geldi. Ellerinize ureyinize sagliq.Tanri sizi bextiyar etsin inanin ki sizin vetenden uzaqda bele ishler gormeyiniz teqdire layiq haldir. Halal olsun vetenin choreyi size.

  30. FERİDE XANİM SOKALAD HAZIRLAMAQ ÜCÜN RESEPT VAR? :} :} :}

  31. NIGAR: Evde shololad hazirlamamisam. Odur ki deqiq reseptim helelik yoxdur.

  32. salam feride xanim men bu gun bu bulkanin xemirinnen qatdim ama xemirim sismedi deye bulkani bisirmedim,bir defede basqa bulka xemiri qatmisdim oda bunun kimi sismedi ama bisirdim cox berk alindi.Sizce xemirimin sismemesi neden olar?

  33. GULNAR: Xemirin sismemesinin sebebi bunlardan biri ola biler: 1) maya kohnedir, 2) xemiri cox berk yogurursunuz, 3) xemir soyuq yerde gelmeye qoyulur.

  34. fəridə xanım sizinlə tanış olmağıma cox şadam resptlərinizdən hələ istifadə etməmişəm ancaq baxanda cox bəyəndim cox zövqlü şirinçörəklər seçirsiniz

  35. fəridə xanım sizin resptlərin bir neçəsini çıxmaqla əksəriyyəti məndə var mən də mətbəxə meyilli qadınam və ilk olaraq oxuduğum və cavab yazdığım qadın sizsiniz cünki mən hər reseptlərə baxmıram sizin zövqünüzü bəyəndim ancaq bizim oxşar reseptlərdə ölçü vahidləri çox vərqlidi siz reseptləri özünüz dəyişirsinizmi

  36. coooooooooooooooox sagolun reseptlara gora.man iistifada ediram gozal alinir.shahr yazmamisam indiyana kimi.zebra super alindi manda.inshallah bunuda bishiraram.sizdan bir xahishim var mana turk borek reseptini verin.evvalcadan minnatdaram

  37. Salam Feride Xanım bütün reseptlere gore çox sağ olunş Sizden bir ricam olacaq Men “Mantinin ” reseptini istəyiremş. Çox xahiş edirem Eger mümkünse. Önceden minnetdaram .

  38. salam,Feride xanim!Sizden bir xahiwim var,80-ci illerde maqazinlerde”Baki”,”Abweron”tortlari olurdu,eger sizde onlarin reseptleri varsa,mumkunse saytinizda yerlewdirin. Tewekkur edirem.

  39. salam feride xanim hil nedir?

  40. MEHRIBAN: Hil edvadir, ruscasi kardamom. Sekerbura-paxlavanin icine elave olunur adeten.

  41. cox sagolun cavaba gore

  42. hil ve limonlu bulkalar biwirdim elaaaaaaaaa
    cox sagolun ki bele gozel reseptler teqdim edirsiz
    axtardiglarimi sizin sehifenizde tapdim bundan sonra daimi izleyecem bu sehifeni. hele heveslenib balli corekleride biwirirem

  43. cox maraqli bulkalardi

  44. Salamlar,sizden bir sey sorusum axirda ustune tokulen serbet qaynadilir?Zehmet olmasa yazardiniz cunki bu axsam bisirmek isteyirem.Allaha emanet olun,helelik

  45. SEVİNC – Bu reseptdəki şirə şərbət deyil. Soyuq halda bulkaların üstünə gəzdirin.

  46. Cox tesekkur edirem ,vaxt olmadi yaza bilmedim suuuuuuuuper cixdi.Sizide mesgul etdiyim ucun uzr isteyirem.

  47. sirin coreyi bu gun bisirdim ela cixdi.Bu terife gore coxsaq olun .Sabah da corek bisirecem insaallah alindiraram/

  48. salam saq olun ama 3 ya 2 yazirsiniz onlari basa dusemirem daha aciq yazsanis cox sevinerem mende pisirmekden anliyiram ama 1/3 kimi seyleri basa dusmurem cavab yazsaniz sevinerem saq olun

  49. AFƏT – sualınızı birinci hissəsini başa düşmədim. 1/3 = üçdə bir hissə.

  50. Salam Fəridə xanım. Oncədən Sizə bu saytı açdığınıza görə təşəkkür edirəm. Mən də Sizin kimi xarcdə yaşayıram və yerli ağız dadının bizimkindən qat-qat fərqli olduğunun şahidiyəm. bu baxımdan sizin sayt mənim çox ışıimə yarayır.

  51. gcen xeir canim feridem …bu deqiqe hil ve limonlu sirin coreklerin xemirini yogurub sene yaziram seher insallah durub bisirecem inan bayaxdan allaha yalvariramki emirim yaxsi gelsin bulkalarim toppus cixsin))) sene bir nece sualim var 1)guru mayani iliq suda hell ednde hemen maya sismelidi men hell etdim sismedi.2)sualim un senin yazdigin miqdarda omalidi ?ama mende un xemir kivamina gelene qeder getdi …insallah xemirim sabaha yaxsi aciyar yoldasimin qarsisina toppus bulkalarimi cixaranda qururlanaram))) tsk edirem canim oxuduguncun.gecen xeyre

  52. VƏFA – suallara cavab 1 – bir az köpüklənməlidir təxminən 5 dəqiqə sonra. 2) mən buradakı ölçü stəkanından istifadə edirəm. əsas odur ki xəmiriniz alındı, narahat olmayın. nəticəsi haqda yazsanız sevinərəm. uğurlar.

  53. canimm tskkur ediremm super super super…….inanisan seher herkes yuxudan menim bulkalarimin iyine oyanib xemirimde ela gelmisdi…bir sozle bulkalarim uzume gulur.cox sagolun feride xanim bu gozel isiniz ucun siz biz genc xanimlara birnov ders kecirsiniz allah bu xeyirli isinizde herzaman komeyiniz olsun opurem canimm burdaki butun reserpleri bir bir bisirecem insallah…ve coooxlu sualllarimla size yazacam. opurem

  54. Salam Feride xanim.saytinizi cox beyenirem.Faydali meslehetler verirsiniz.Feride xanim olculeri deqiq basha dushmurem.1 paket maya ne qederdir?Azerbaycanda 1 paket 80qr maya teshkil edir.1/3 ve ya 1/4 texmini nece hesablanir?cavablandirsaniz coz sevinerem.teshekkurler

  55. Eziz Feride xanim, bu bulkalar cooox superdirler.Baxmayaraq ki cemi bir defe hazirlamisham (hercend ki dadina baxanlar cox olub :) ) hami beyenir ve resepti isteyirler. Bir daha tesekkurler

  56. salam ezizimiz Feride xanim .men sizin reseptlerinizden istifade edirem cox memnun qaliram.size cox tewekkurumu bildirirem ki,cox aydin ve etrafli yazirsiniz.yeni reseptlerinizi cox hevesle gozleyirem.

  57. kəsmikli zərif incə piroq hansı blokdadır

  58. fəridə xanım klassik yumru kökələrin şəkər tozunu artırmaq olar

  59. KÖNÜL – Bloq elə bu saytdır. RESEPTLƏRə baxın. Hamısı ordadır.

  60. KÖNÜL – Şəkəri kifayətdir məncə. Artırsanız digər ərzaqların da miqdarını dəyişməli olacaqsınız.

  61. Təşəkkürlər:)

  62. salam feride xanim,nzecesiniz,novruz bayramina ozel bir salat yaxud basga bir reseptiniz varmi?

  63. salam Feride xanim. men misirde yawayiram. burda xama yoxdu. xamani ne ile evez ede bilerem? evvelceden teshekkur edirem.

  64. LALƏ,qaymaqla sınayın. Orta yağlılıqlı olsun.

  65. Guler xanim qatiq ve ya labne ile evez ede bilerem?

  66. LALƏ,o zaman qatıq yağlı olmalıdır,labnenin yağlılığı çoxdursa olar.

  67. Salam Feride ve Guler xanim. onceden sizin 8 mart Qadinlar bayrami munasibetile tebrik edirem. size saglamliq, xowbextlik. seadet dolu heyat arzu edirem. mene komek etdiyiniz uchun tesgekkur edirem. biwirdim cox dadli alindi. ellerinize sagliq.

  68. Çox sağ ol,LALƏ xanım,diqqətiniz üçün. Sizinlə bahəm. Süfrəniz bərəkətli olsun həmişə.

    Mümkünsə yazardız xamanı nə ilə əvəz etmisiniz. Bu digər istifadəçilər üçün də gələcəkdə lazım ola bilər.

  69. elbette Guler xanim boyuk memuniyyetle boluwerem. xamani labne ile evez etmiwem ve cox dadli alinib hec gozlemirdim bele dadli alinacagina. Feride xanima cox teshekkur edirem.

  70. Diqqətiniz üçün bir daha təşəkkür edirəm,Lalə.

  71. uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  72. kokeler cox dadli idi tesekkur edirem ressepte gore

  73. Tesekkurler Farida xanim reseptleriniz superdi

  74. tewekkurler her wey superdir

  75. farida xanim ama deyesen daha bu sayta girmirsiz,cunki teze resepleriniz yoxdu…

  76. Feride xanim yenede supersiniz.Ellerinize sagliq.Hazirladim ve cox dadli alindi.demek olarki sizin reseptlerin hamisin sinaqdan kecirmishem.Hamisi cox dadlidi.teshekkurler

  77. Feride xanim sizce xamanin yerine cream cooking (qaymaq) qatsam nece olar?eger mumkunse ne qeder qatim?

  78. MEHRIBAN – Qatıq olsa daha yaxşə əvəzedici olar. O yoxdursa, qaymaq da olar. Miqdarı eyni olmalıdır. Ona görə unun miqdarını özünüz həll edə bilərsiniz.

  79. Salam Fəridə xanım ! Mən sizin reseptləri çox bəyənirəm. və hər zaman izləyirəm. Zəhmət olmasa lazani resepti təqdim edə bilərsiniz?

  80. LAMIYƏ, blogda ingiliscə Lazanya resepti var. Gələcəkdə Azərbaycanca da yerləşdiriləcək.

  81. cox sag olun

  82. Salam. Men siz verdiyiniz receptle bisirdim….Cox dadli alindi. Cox sagolun.

  83. Salam Feride xanim.men dunen sizin bu bulkalarinizdan bishirdim cox ela alindi.her defe receptlerinizden her hansi birini hazirlayanda neticeni size yazmagi ozume borc bilirem.cox sagolun gozel receptleriniz ucun.

  84. salam FERIDE xanim 4/1 deyende 1 stekandan biraz cox nezerde tutursunuz? duz fikirlesirem? zehmet olmazsa cvb yazardiniz. evvelceden twk

  85. bagislayin 4/1 deyil 1/4

  86. NAZILƏ, “4/1″ deyil, “1/4″ -dür ölçü. Yarım stəkandan da az. 1 stəkanın 4 hissəsindən biri deməkdir.

  87. Salam Feride xanim,eger mumkunse mene kuruasanin reseptini yazardiz. Tewekkur))

  88. qadinlar xanimlar bura hec ne yazmayin cunki, cunki,,,,,,,,,,,,,,,,,

  89. eladi

  90. teşekkürler

  91. Fəridə xanım, əllərinizə və zəkanıza sağlıq! Məndə sizin kimi xaricdə yaşayıram,Kanadada. Sizin saytınızdan çox şey öyrənmişəm. Napaleon tortunu,zebra tortunu, süngər biskviti və s. Bu gündə bulkaları hazırladım. bir az arasında olan şəkərin əriməsi nəticəsində altı saqqız kimi oldu.Bəlkədə bir az altını ötürmüşəm,ondandı. Amma sonda ela dad və görünüş ortaya çıxdı. Məsləhətləriniz üçün təşəkkürlər…

  92. Bulutlar dadlı görünür

  93. Salam,Feride xanim.reseptleriniz superdir.kiwmiwli bulka elä alindi.tewekkurlerFeride xanim,kundeni nece yayim ki,dordbucaqli alinsin?mende ne edirem yumru alunir.onceden tewekkur.

  94. Salam Feride xanim. Sizin reseptleriniz cox xosuma gelir.
    Demek olar ki ekseriyyetini hazirlamisam.
    Murebbe siresi ile ne hazirlamaq olar?
    Yardimci olsaniz sevinerem.
    Evvelceden tesekkur edirem.

Sizin Şərhiniz