Hərdən nə bişirəcəyimi bilmədiyimdə, soyuducunu açıb içinə baxıram ki, görüm hansı ərzaqlardan nə fikirləşə bilərəm, daha doğrusu nə icad edə bilərəm:) Günlərin bir günü soyuducumda göbələk və badımcan gördüm. Badımcandan bir dənə qalmışdı və bilmədim ki, ondan ne bişirim. Fikirləşdim ki, göbələklə badımcanı bir birinə qarışdırsam görən dadı necə alınar? Mətbəxə keçdim və işə başladım. Alınan aşağıdakı resept oldu. Ləzzıtli qəlyanaltı alındı. Dadına baxandan sonra belə qərara gəldim ki, badımcanlı içliyin içərisinə bir az çiy və ya azca qağda qızardılmış əzilmiş sarımsaq da vurmaq olardı. Gələn dəfə bunu da test edəcəyəm. Məncə yaxşı alınar. Nuş Olsun!
İÇİ DOLDURULMUŞ GÖBƏLƏK
20 ədəd üçün
Ərzaqlar
20 ədəd iri ağ göbələk ( təxminən 700 g)
1 ədəd iri və ya 2 ədəd orta boy badımcan
4 xörək qaşığı zeytun yağı
1/2 stəkan xırda-xırda (bir az diri qalsın) doğranmış qoz ləpəsi
1/2 stəkan cəfəri, keşniş və şüyüd qarışığı
zövgə görə duz
zövgə görə istiot
Holland pendiri
1. Göbələkləri islak dəsmal və ya salfetkayla təmizləyin. Papaqlarını ayaqlarından ayırın. Ayaqlarını xırda kub şəklində doğrayın.

2. Badımcanın qabığını soyub, kub şəklində doğrayın (1.3 cm). Badımcanın acısını çıxartmaq üçün, onu aşsüzənə yığın və üstünə təxminən 1 xörək qaşığı duz səpin. Üstünə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 15 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün ve əlinizlə bir az sıxın. Qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.
3. Tavada zeytun yağını qızdırın. Badımcan kublarını əlavə edib arada qarışdıra-qarışdıra hər tərəfini qızardın. Sonra buraya doğradığınız göbələk saplağını əlavə edin və təxminən 3 dəqiqə ərzində, və yaxud göbələklər bir az yumuşalanadək bişirin. Oddan götürün və bir qaba boşaldın.

4. Sobanı 180Cdək istidin.
5. Badımcan olan qaba doğranmış qoz və göyərtini əlavə edin. Zövgə görə duz və istiot vurun. Əzmədən qarışdırın.
6. Göbələyin papaqlarını soba listinə yerləşdirin. Düzəltdiyiniz qarışığla içlərini doldurun. Üstünə bol-bol rəndələnmiş Holland pendiri səpin. Sobanın orta rəfində təxminən 20 dəqiqə ərzində, və ya göbələklər bir qədər yumuşalana və pendir əriyənə kimi bişirin.


34 Comments Add your own
1. Paki | Aprel 1st, 2009 at 12:08 pm
Salam Feride xanim necesiz?gobelek reseptine gore cox sagolun.coox yaxshi gorunur.ve birde sizi bele bir blog yaratdiginiz ucun tebrik etmek isteyirem.sizin blogunuza tesadufen girmishdim lakin artiq her gun bash cekirem.Azerbaycandan kenarda yashayaraq Azerbaycan yemekleri haqqinda bele bloq yaratmaq mence cox boyuk ugurdur.
2. fira | Aprel 2nd, 2009 at 8:57 am
SALAM FERIDE XANIM.COX SAG OLUN RESEPTE gore.DADLI IDI.
BIR XAHISIM VAR ZEHMET OLMASA BILIRDINIZSE IMKAN OLANDA YAZARSINIZ.XERCO ADLANAN YEMEK RESEPTI VAR.ANAM ONU 1980 -ci ilde yeyib.DADI DAMAGINDAN GETMEYIB.TESUFLER OLSUN KI ANAMIN YADINDAN CIXIB.DEYIR KI SULU YEMEKDIR.EVVELCEDEN TESEKKURLER.BIZ SIZI COX SEVIRIK.
3. FƏRİDƏ | Aprel 3rd, 2009 at 2:43 pm
PAKI: Çox sağ olun gözəl sözlərinizə görə.
FİRA: Yəgin sup xarçonu deyirsiniz, ele mi? Xarço Gürcüstan yeməyidir. Məndə hardasa resepti olmalıdır. Tapıb bişirsəm mütləq reseptini paylaşaram.
4. TURKAN | Aprel 5th, 2009 at 2:22 am
coooox sagol feride
5. gulxar | Iyun 20th, 2009 at 5:00 am
FERIDE XANIM SAYINIZ HARIKADIR.NECE DEYERLER ELLERINIZE SALIQ.YENI YEMEKLERLE SIZI HER AN IZLEYIREMMMM
6. Elish | Iyul 4th, 2009 at 1:34 pm
Salam Feride xanim, saytiniza soz ola bilmez mashallah yaxshidir, oxuculariniz cox olsun inshallah. Men size iki sayt adi vermek isterdim, belke siz de onlardan yararlanib oradan sinaqdan kecirdikden sonra bizim xanimlara meslehet gore bileceyiniz yemek terifleri tapdiniz. UGURLAR SIZE
7. FƏRİDƏ | Iyul 4th, 2009 at 1:52 pm
ELISH: Hansi saytlarin unvanini vermek isteyirdiniz?
8. Elish | Iyul 4th, 2009 at 2:03 pm
men mehz onlari reklam etmemek ucun bura yazmadim eyer bu sizi narahat etmirse bura yaza bilerem, eks halda menim emailime yazin, belke de onlari bilirsiz belke de yox
9. susuz-mercan | Avqust 13th, 2009 at 12:43 am
Feride xanim bu resptle baxgli size suallarim var/
bezi reseptlerde gobeleyin papaginin ust qati oyulur/Bunda nece soymaq lazimdir?
2-neche deqiqe bishir bu yemek?
ve gobelek bir az rezin kimi olur onu evvelceden qaynatmadan suda nece olar/Biz qaynadiriq 1 saat sanra ichini doldururuq/amma badimcansiz edirik bunu/
Suallarimi cavablandirsaniz sevinerem/
10. FƏRİDƏ | Avqust 15th, 2009 at 2:00 pm
SUSUZ-MERCAN, butun serhlerinize gore tesekkurler.
Suallara cavab: Ust qati oyulur deyende ki, sadece olaraq temizlenir eger cikrlidirse.
Reseptde yazildighi kimi, 20 deqiqe bisir.
Burdakilar rezin kimi deyil. Eger ordakilar eledirse, onda qaynatmaq olar. Cox qaynatmayin amma
Ugurlar:)
11. Nigar | Oktyabr 6th, 2009 at 3:57 am
Salam,Feride xanim.Sizin resepleriniz cox xosuma gelir.Saytiniz yaranandan beri sayta uzv olmusdum,onda hele 3eded resept var idi.Indi ara sira email unvanima teze reseptler gelir.Hamsi cox gozeldi.Sizden teze reseptler gozleyirem.Tesekkurler!!!
12. GUNAY | Oktyabr 7th, 2009 at 12:26 am
GORUNUSU SUPER.
13. Gunay | Oktyabr 9th, 2009 at 9:34 am
Salam. Sizin saytiniz xosuma gelir. Mana türk paxlavasının reseptini emailimə göndərə bilərsiz. Əvvəlcədən təsəkkür edirəm. Sag olun.
14. Ulya | Oktyabr 10th, 2009 at 5:01 am
Chox sagolun Feride xanim… bu Ayin 13-u Menim ad gunumdur ona gore istiyirem qeyri adi yemekler bishirim…artig neler bishireceyimi bilirem…zebra tortu bishiriceyem,ichi doldurulmush gobelek bishiriceyem sonra izqara,badimcan borucuglari qoyun men bir az da axtarim gorum sizde daha neler var o gozell ellerinizle neler bishirmisiz ve bizimle bolushmuzuz sonra size xeber veiceyem….
15. FƏRİDƏ | Oktyabr 11th, 2009 at 8:40 am
GUNAY: Teessuf ki, email ile resept gondermeye vaxtim yoxdur. ir gun bisirib bura qoyaram. vaxtini soz vere bilmerem amma.
ULYA: Ad gunun mubarek. Boyuk qiz olasan.SEvindim ki, burdaki yemeklerden bisireceksen. Nush olsun!
16. AYGÜN | Oktyabr 15th, 2009 at 5:08 am
SALAM FARIDA XANIM SİZİN RESEPTLERİZ BİZİM EVDƏ COX İSTİFADƏ OLUNUR. İCİ DOLDURULMUS GOBELEK COX DADLIDIR.COX SAQ OLUN. SİZDEN XAHİS EDİREM MENE MESLEHET VERESİNİZ. OLAR Kİ BADIMCANIN EVEZİNE ƏT QOYAQ? ZEHMET OLMASA MENE ICI ETLE DOLDURULMUS GOBELEK RESSEPTI VERESINIZ. EVVELCEDEN SIZE TESEKKUR EDIREM.
17. Kamile | Oktyabr 16th, 2009 at 7:17 am
Salam,Feride xanim.Choxdandir gobelekle ferqli bir yemek
hazirlamaq isteyirdim.Mence dadli olar.Teshekkurler…
18. FƏRİDƏ | Oktyabr 16th, 2009 at 10:37 am
AYGUN: ETLE doldurulmus gobelek hec yememisem. Toyuq eti ola biler, amma mal eti olmaz mence. Hec duzu toyuqlada yememisem, amma ola biler. Bismir doyuq dosunu didib qoymaq olar. Ustune pendir. Sobaya.
19. leyla | Oktyabr 16th, 2009 at 12:29 pm
canada
20. leyla | Oktyabr 16th, 2009 at 12:32 pm
feride xanim cox gozeldi allah canivizi sag elesin
21. aide | Oktyabr 16th, 2009 at 9:09 pm
Feride xanim,size Kanadadan salamlar,cox saqolun abune oldum,resepti emailinize gondere bilerem?
22. FƏRİDƏ | Oktyabr 16th, 2009 at 10:06 pm
AIDE: Elbette, gondere bilersiniz.
23. Ilhame | Oktyabr 23rd, 2009 at 12:34 am
kitab xoshuma geldi
24. nuray | Oktyabr 29th, 2009 at 12:09 pm
Salam feride xanim.bu gozel sayt ucun size cox tesekkur edirem.
25. Gulya | Noyabr 8th, 2009 at 11:16 am
Salam Feride xanım . Dekor ücün isteyerdim ki mene almadan quş hazırlamağı öyredesiniz.Evvelceden teşekkür edirem
26. FƏRİDƏ | Noyabr 9th, 2009 at 1:12 pm
GULYA: Almadan qush hazirlanmasini bilmirem.
27. selin | Dekabr 2nd, 2009 at 3:53 am
Feride xnim salam.Bilmek isteyirem teze reseptler ne vaxt olacaq?
28. AYGUNKA | Fevral 16th, 2010 at 12:19 pm
Feride xanim evvelce sizi tebrik ,sonra ise tewekkur edirem!!!Zehmet olmazsa yeni maraqli ritseptlerinizi menim email unvanima yollayardiz.mendede maraqli ritsepler var.yazaram size.ecer xowunuza gelse.yerlewdirersiz.Cox sagolun.SUPERSIZ!!!!!!!!!!!!!!!!!!!!!!!
29. Gulmire | Fevral 20th, 2010 at 12:33 pm
COOOX SAGOLUN resepte gore. bunun icerisine kok elave olunsa neca olar???..
30. Aygun | Fevral 21st, 2010 at 10:50 am
tesekkurler gozel resepte gore
31. FƏRİDƏ | Fevral 22nd, 2010 at 11:35 am
GULMIRE: Kokle duzeltmemisem, ona gore deqiq deye bilmerem.
32. BAKHTIYAR | Mart 19th, 2010 at 2:43 am
men sizi salamlayiram
menim Azerbaycan restoranim oktyabr ayinda achilir menuda mene komek edersiniz mi (amma onuda deyim avropa style plate service olsun
33. Lale Eliyeva | Aprel 28th, 2010 at 1:44 am
BAXDIM BURDA SORUSURLAR KI, MAL ETI QOYMAQ OLAMI? MEN O CUR YEMISEM. DEMEK GOBELEYIN PAPAQLARINI GOTURURSEN, ICINE SOGANLA QOVRULMUS MAL ETI YIGIRSAN. UZERINE DE RENDELENMIS HOLLAND PENDIRI TOKURSEN. QOYURSAN SOBAYA 10 DEQ HAZIRDI. COX DADLI OLUR. NUS OLSUN
34. sakir | Iyul 8th, 2010 at 1:18 pm
qizil barmaqlar incimasiz saitimiza sakillardanqoysaq?
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed