Ispanaq Çığırtması

İspanaq vitamini bol olan tərəvəzlərdəndir. Dəmir çatışmazlığının ən güclü dərmanlarındandır. Mən ispanağı tək başına bişirildiyində çox bəyənməsəmdə, yumurtayla bişirilən halını bəh-bəhlə yeyirəm. Sizə də məsləhət görürəm.

ISPANAQ ÇIĞIRTMASI

4 porsiya üçün nəzərdə tutulub

Ərzaqlar

1 kilo ispanaq
5 xörək qaşığı duru yağ və ya kərə yağı
1 baş soğan
zövqə görə duz
zövqə görə istiot
4 yumurta

Sarımsaq-Qatıq üçün
1 stəkan qatığa 2-3 diş əzilmiş sarımsaq əlavə edib qarışdırın

1. İspanağı yaxşıca yuyun və süzün.

2. İri qazanı suyla doldurun və qaynadın. İspanağı suya salıb təxminən 3 dəqiqə ərzində pörtlədin.


2. İspanağı sudan çıxardın və aşsüzənə qoyub süzün. Suyunun tamamilə çıxması üçün ispanağı əlinizlə sıxın. Süzülmüş ispanağı iri-iri doğrayın.


3. Tavada yağı qızdırın. Soğanı xırda-xırda doğrayıb tavaya əlavə edin və təxminən 7 dəqiqə ərzində qızardın. Üstünə ispanağı əlavə edib, təxminən 5-10 dəqiqə bərabər qızardın. Zövgə görə duz və istiot vurun.


4. Yumurtaları bir qaba qırıb qarışdırın. İspanağın üstünə tökün. Yumurta hər tərəfə yayılsın deyə, tavanı o tərəf bu tərəfə əyin. Tavanın qapağını örtün və təxminən 7-10 dəqiqə ərzində, və yaxud yumurta bərkiyənə qədər qarışdırmadan bişirin.

5.Süfrəyə sarımsaq-qatıqla verin. Nuş Olsun!

Related Posts with Thumbnails
Sizin Şərhiniz

31 Şərh
  1. Salam Feride xanim bunu nenem men yay tetillerinde olanda onlarda qalanda usaq vaxti tez tez pisirerdi ama o sehv etmiremse kesnis suyudde vurardi.cox dadlidir.hemde vitaminli.

  2. cox sagolun FERIDE burada chetin tapilir ispanaq amma ttapib mutleq bishirecem

  3. SALAM FERIDE! BU HEM ASAN HEM DE XEYIRLI RESEPTDIR! ISPANAGIN TERKIBINDE GEMOQLOBINI DUSHMEYE QOYMAN VITAMIN VE MINERALLAR VAR. BU YEMEYI BISIRECEM!
    INANIRAM KI DADLI ALINACAQ!

  4. Merhaba blogunuz cok hosuma gitti. Ellerinize saglik…

  5. SEMA, SLADKOYEJKA, CEYRAN: Sherhlerinize gore cox sagh olun.

    RENGIN: Tesekkur ederim. Her zaman beklerim.

  6. ispanak dogurdanda vitamınlı terevezdi. usaqlara yedırmek cetın olsada. bırde ispanagı torta qatırlar bılmırem receptı sızde varmı. cox dadlı ve faydalı tort olur. içinde ispanak oldugu zeere qederde olsun hıss olunmur. Bu arda deyımkı.( belkede bılırsız) İspanak yemeklerını sonrakı gune saxlamaq olmaz. Sonrakı gune qalan İspanak yemeyını hec vaxt yemeyın.

  7. ispanak dogurdanda vitamınlı terevezdi. usaqlara yedırmek cetın olsada. bırde ispanagı torta qatırlar bılmırem receptı sızde varmı. cox dadlı ve faydalı tort olur. içinde ispanak oldugu zerre qederde olsun hıss olunmur. Bu arda deyımkı.( belkede bılırsız) İspanak yemeklerını sonrakı gune saxlamaq olmaz. Sonrakı gune qalan İspanak yemeyını hec vaxt yemeyın.

  8. Bəh-bəh,bunu da sınaqdan keçirəcəm.Mən yumurtanı şüyüd və göy soğanla ayrılıqda çığırtma kimi bişirirəm,dadlı alınır.İnşallah tezliklə bunu da sınayaram.

    Əminəm ki,dadlı alınacaq.

  9. Menim qizim terevez yemeklerini sevir ve men de onun ucun bunlari seve-seve bishirirem.Ancaq men ispanaq cigirtmasi bishirende onu portletmirem,cunki onun terkibinde olan vitaminler ölür.Goy qutabi bishirende de terevezleri(goyertileru)portletmirem.Sadece dograyir ve duzla qarishdiriram.

  10. Goy-goyerti ve xususile de ispanagi cox sevirem. Gurcustanlilarda ‘sixma’ deyilen bir yemek var. Sizin reseptden ferqli olaraq yumurta vurulmur, ve zovqe gore kicik-kicik kartoflar qizardilaraq qatilir ve sarimsaq-qatiqla yeyilir. Cox dadli olur

    Nargiz

  11. NARGIZ: Cox sag olun resepte gore. Cox maraqli seslenir. Bir gun bisirerem.

  12. Goy-goyerti yemeklerini hedden artiq cox xoshlayiram. Bu terzde ispanagi anam da bishirir. Diger bir usul da var. Belke gurcustanlilarin ‘sixma’si haqda ewitmisiniz. Ispanaq eyni qaydada qaynadilir. Daha sonra ise elle sixilir (suyu qalmasin deye). Yag-sogan, ve zovqe gore kubiklere dogranmish kartof qizardilaraq elave olunur ve sarimsaq-qatiqla yeyilir. Hem isti-hem soyuq shekilde cox dadlidir. Bezen meclisde salat kimi (kartofsuz) sufreye verilir.

    ~Nargiz

  13. NƏRGİZ: Çox sağ olun maraqlı məlumata görə. Yeniliklər öyrənməyi xoşlayıram.

  14. SALAM FERIDƏ XANIM NECƏSİNİZ MƏN BUGÜN İSPANAQ ÇIĞIRTMASINI BİŞİRDİM ÇOX ASAN VƏ TEZ BAŞAGƏLƏN DADLI YEMƏKDİ İSPANAQDAN BİZ TƏRƏFLƏRDƏ DADLI YEMƏKLƏR HAZIRLAYIRIQ AMA BU TAMAM FƏRQLİ DAD OLDU TƏŞƏKKÜR EDİRƏM

  15. ispanaq cigirtmasini hazirladim.cox dadli alindi.cox sag olun feride xanim

  16. Axir ki, bazarda ispanaga rast geldim ve derhal aldim,gedirem bishirmeye,eminem ki, yaxsi alinacaq,resepte ve gozel fotolar ucun cox sagolun,men bu fotolara baxib heveslenirem:)

  17. bu yemeyi defelerle etmiwem mumkunse goy goyertiye dair eyri adi reseptler yazasiniz tembole movsumudu

  18. Salam Feride xanim necesiniz? ellerinize sagliq heqiqeten de eladi/ bu gun hazirladim ela alindi.men sogan yeyen deyilem amma ki,bu yemeyi lezzetle yedim.teshekkurler!!!

  19. SALAM FERIDE.
    İNŞALLAH Kİ İŞLERİN ELA GEDİR.
    XANİMLARLA RAZILAŞİRAM Kİ SUDA ÖLDÜRMEKDENSE GÖYƏRTİLƏRİ DUZDA ÖLDÜRÜB BİŞİRƏNDƏ DAHA FAYDALI OLUR
    ƏLLƏRİN AĞRIMASIN

  20. Alca turshusu resepti varsa bilmek isterdim

  21. SALAMLAR BIZLERDE ISPANAGI PORTMURLER.SADECE YUYUB, YAGDA QOVURURLAR. SONRA DA AZDA OLSA BASHQA GOYERTILER DE ELAVE EDIRLER. O DA DAHA DADLI OLUR. NUSHH OLSUNNN

  22. MIMOZA XCO

  23. Bunu men qizima her hefte bisirirem bezen yumurtali bezen de duyu ile.ama uzerine qatiq tokmeyi meslehet gormerem qatiq ispanagin terkibinde olan demiri mehv eleyir,anam da sarimsaq qatiqla yedizdirirdi bize ama yalnis imis….

  24. Əla yeməkdir. Bu yeməyi hamıya məsləhət görürəm

  25. salam necesiniz?bura nece maraqlidi….cox sag olun.sizden xahisim odur ki meslehetler yerini artirasiniz pleaceeeeeeeeee

  26. cooooooooox sag olun:-))))

  27. Salam Feride xanim. sizin reseptlerinizle hazirlanan her bir team cox dadli cixir.
    Sizden bir xahisim var. Diyet edenleri nezere alib dietik yemek reseptleri hazirlayasiniz. Meselen dukan diyetinin teleblerine cavab veren yemekler.

  28. Salam coox dadli yemekdi he,de cox asandi tsler

  29. coz sag olun resepte gore ,indi hazirlamaga basliyiram dadinin nece oldugunu ise hazir olandan sonra deyecem

  30. Salam. Feride xanim. sufreye vererken sarimsaq qatiqla qaristirilmis olmalidir yaxus ayrica ?

  31. aaa qatir qatilasidir sarimsaq