My Book
Dadlı reseptli yemək bloqu

Kəklikotulu Pomidor Şorbası

Həyətimizdə pomidor əkmişik. Barımız o qədər bol oldu ki, pomidoru yeyib qurtara bilmirik. Qonşularımıza və dostlarımıza paylamışıq, amma yenə də qurtarmaq bilmir ki, bilmir. Əslində, şikayət etməməliyəm, cünki marketlərdən becərilməsində min cür dərman istifadə olunmuş pomidor almaqdansa, öz zəhmətimizin orqanik bəhrəsini yemək daha yaxşıdır.

Bu gün menyumuzda kəklitotulu pomidor şorbası var. Özümün reseptidir. Azərbaycandakı qurudulmuş kəklikotunun ləzzəti daha güclü olar bilər, odur ki, miqdarını istəyinizə görə azalda bilərsiniz. Yox, əgər, heç kəklikotu istəmirsinizsə, onda şorbanı onsuz da bişirmək olar.

Bu şorbaya mozzarella pendiri və evdə hazırlanmış kruton (kub şəklində doğranmış və sobada qurudulmuş çörək)

KƏKLİKOTULU POMİDOR ŞORBASI

4-6 porsiya üçün nəzərdə tutulub

2 xörək qaşığı kərə yağı və ya bitki yağı
5 xörək qaşığı un
2 xörək qaşığı tomat
4 ədər orta boy tam yetişmiş pomidor
5 stəkan toyuq suyu (bulyon) və yaxud su (və ya ikisinin qarışığı)
1 xörək qaşığı qurudulmuş kəklikotu
1/2 stəkan süd
zövqə görə duz
zövqə görə istiot

Üstü Üçün:
sürtkəcdən keçirilmiş mozzarella pendiri (sevdiyiniz başqa yağlı pendirlə əvəz edə bilərsiniz)
kruton (resepti aşağıdadır)

Pomidorların qabığını soyun və blenderdə püre kimi əzin. Blenderiniz yoxdursa, sürtkəcdən və ya ət maşınından keçirin.

Yağı qazanda qızdırın. Üstünə unu əlavə edib, qarışdıra-qarışdıra 1 dəqiqə  bişirin. Tomatı əlavə edib qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Pomidoru əlavə edib 3 dəqiqə də bişirin. Toyuq suyunu və kəklikotunu əlavə edin. Qazanın qapağını örtün və şorbanı arada qarışdıraraq 10 dəqiqə ərzində bişirin.

Dəyanmadan qarışdıraraq, südü yavaş-yavaş qazana tökün. Duz və istiot vurun. 2 dəqiqə də  bişirdikdən sonra, kənara çəkin.

Şorbanı isti-isti qablara çəkin. Üstünə mozzarella pendiri və cruton qoyub süfrəyə verin.

KRUTON (Crouton)

Bir neçə dilim ağ çörəyin qabığını soyun. Kiçik kublara doğrayın. Kubların üstünə azacıq zeytun yağı və ya əridilmiş kərə yağı gəzdirin və bir az duz səpin. Formaya yığın. 170C dərəcəlik sobara qızarana kimi bişirin, təxminən 10 dəqiqə.

Related Posts with Thumbnails
33 Şərh
  1. Salam Feride xanim,yeni reseptiniz ucun tesekkurler.Pamidor sorbasini men de hazirlayiram,amma sud elave etmirem,unun yerine biraz yumru duyu elave edirem,hem tez basa gelir,hem de dadli sorbadir.Uzerine holland pendiri sepirem,gaynar sorbanin icinde pendir eriyir,gasiglayanda uzanir,hamiya nus olsun,sizin elleriniz var olsun!Sag olun!

  2. Salam Feride xanim,
    Men en chox sevdiyim tomat supudur.Nece hazirlanmaghini bilmirem.Esasen kafe ve restoranlarda verirler.Amma chox xoshlayiram.Mumkunse onun reseptini mene verin.
    Hormetle Adil muellim!

  3. salam Feide xanim yeni reseptiniz ucun tesekkurler.uzaq olkede pamidor yetisdirmeyiniz teqdire layiqdir sizi alqislayiriq.ela.supu en qisa zamanda pisireceyem.tesekurler

  4. ESMIRA: Cox sagh olun. Pendirli cox lezzetli olur. Tamamile raziyam. Saqqiz kimi uzanir, cox lezzet qatir.

    ADIL: Tomat supu esitmemisem, ona gore deye bilmerem. Amma zennimce pomidor yerine tomat istifade olunur supda.

    SEMA: Kicik bagimiz var, orda pomidor ve goyerti beceririk:))

  5. salam Färidä xanim.Bu yeni retseplärinizi bizimlä bölusmäyinizä cox sad oldum.yeni-yeni raseptlärinizi gözläyirik säbirsizliklä.cox sadamki sizin orda äkib becärmäyä vaxtiniz var.biz isvecdä bina evindä yasadigimiz ucun hec curä mumkun deyil äkib becärmäk.sag olun

  6. Chox sagh olun meslehetinize gore. Amma men tomat (pomidor ) supunu bele hazirladim ve chox dadli alindi.
    Evvelce soghani yaghda qovurdum.
    Pomidor , yerkoku ve bir az biber bir yerde blenderden kechirib soghana elave etdim. Qaynara dushenden sonra 100 q su elave etdim.Hazir olandan sonra isti-isti keshnish elave etdim.
    Heyat Yoldashim chox beyendi

  7. ADIL: Sizin hazirladighiniz da maraqli usula oxsayir. Cox sagh olun bizimile bolusduyunuze gore.

  8. Bu corbanida cox beyendim,hemiseki kimi reseptleriniz eladi.ellerinize sagliq Feride xanim.

  9. Sadece 1 problemim olur,unu yagda biraz qovurduqdan sonra diger erzaqlarida vurduqda yenede un put kimi qalir icinde ve mecbur blendre qoyuram ki unun duyunluyu getsin. Bucur olmalidir yoxsa men neise duz etmirem?
    Cox sag olun.

  10. Salam Feride xanim reseplerinizi çox beyendik.Bundan elave size meslehetim budur ki pomidorları yığıb satasiz.

  11. salam cox sevindim ki bizd de bele seviyyeli saytlar var .. mukemmel cox xowum geldi birinci defe idi baxdim burdaki reseptlere ve eladi her wey.sadece isterdim daha cox bizim cewid cewid milli metbeximizden her bir bolgelerimizin dadli yemeklerinden de numuneler olsun.tewekkurler

  12. SALAM FERIDE XANIM.hemise sizin reseptlerinizi eliyende ve elediyim beyenilende ee seviniremki.bu gun bu sorbani hazirladim.cox dadlidir.amma ustu ucun yazilani elemedim.ele bu cur de cox lezzetlidir.TESEKKURLER!

  13. cox sag olun

  14. bu yemeye kek otu sveji olur ya qurudulmus ?????????????

  15. Feride xanim, keklik otunun adi bashga avropa dillerinde nedir? Bir otu bilirem amma emin dejilem.Timjan dejil ki?

  16. RATATUY – reseptdə yazıldığı kimi – qurudulmuş kəklikotu.

  17. SAMİRƏ – kəklikotu ingiliscə THYME.

  18. Hamisi gozeldi adamn wekile baxdiqca iwtaha gelir.cox sag olun..elleriviz var olsun

  19. Feride xanim cox sagolun eledim alindi amma biraz cox qati oldu..

  20. məndə olan pomidor şorbası resepti başqa idi. bu şorba məncə daha dadlı olar. təşəkkürlərrrrrrrrrrrrrrrr

  21. bu resepti yazandan sonra 3 defe bisirdim cox lezetlidir. cox sagolun.

  22. salam Feride xanim.men pomidor şorbasinin icine 1-2 diş sarimsaq ve dəfnə yarpağı da atiram.çox gozel olur.
    İndi sizin verdiyiniz “banan” pirojnasini hazirlayiram.xemiri soyuducuya qoymuşam.insallah yaxşi alinar.sabahki bayrama hazirlaşiram.Hamimizin bayrami MÜBARƏK.

  23. super reseptlerdi amaki blendrle olan suplari isteyiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiirem

  24. Salam Feride xanim.Necesiz?reseptlerinize gore cox sag olun.Cox faydalaniriq .Opurem sizi))))

  25. Salam Feride xanim .necenisiz?Men etdim bu 6orbani ama ki turs alindi.Her hansi bir xususi pomidor istifade etmek lazimdirmi.cox sagolun)

  26. Salam hər kəsə.Reseptə görə çox sag olun Fəridə xanım.mütləq hazırlayacam.

  27. SALAMLAR FERIDA xanim necesiz man bu sorbani etmisem ozude iftar sufresinde bizim ucun yeni dad idi hami beyendi cox saq olun.etmeyenlere meslehet gorureml

  28. Yaxsi yadima dusdu pendiri holland pendirile avez etdim;ALLAH sizden razi olsun.

  29. Ferida xanim zahmat olmasa gobalak sorbasini yazardiz cox sag olun.

  30. feride xanim size bu cur dyerli menyular ucun twk edirem ,,,,ellerinize saglik gundelik yemek hazirlayan qadinlar ve telebeler is adamlari ucun cox gozel yemek menyulari terdib edirsiniz bununlada bizlere cox yaxin dost ,,sanki metbexde heyatimizda bir dunya gurmus olursunuz elleriniz her zaman sefa gorsun bir daha twkler

  31. Salam Feride xanim.Sizin sehifenizi ve reseptlerinizi cox beyenirem.Xususen xaricde yasayan Azerbaycanlilara yardim etdiyini dusunurem…bu sorbanin reseptini goturdum insallah dadli hazirlaya bilecem.

  32. hamiya salamlar mən bura birinci dəfədir ki, daxil oluram çox bəyəndim təşəkkürlər faydalı reseptlər var.

  33. salam Feride xanim nedense hemise men bu pamidor sorbasini gorende mene ele gelirki onu yesem medemi incider:)bilmirem niye amma bir defe mutleq edecem onadaki gerek yaxsi yetismis yay pamidorunu gozleyem

Sizin Şərhiniz