
Bu, Azərbaycanda bişirilən kələm dolmasının bir növüdür. Bir başqa növü şabalıdlı, heyvalı, kişmişli olur və sirkə-şirədə bişdiyinə görə turşa-şirin dadı olur. Hələlik birinci növünü bişirək. Nuş olsun!
Kələm Dolması
Qeyd: Dolmalıq kələm seçəndə eləsini seçin ki, yarpaqları bir-birinə sıx olmasın. Bu cür kələmin yarpaqlarını zədələmədən bir-birindən ayırmaq asan olur.
4-5 pay üçün
Içi Üçün:
yarim kilo çəkilmiş qoyun və ya mal əti, və ya ikisinin qarışığı (çox yağsız olmasın)
1 ədəd orta baş soğan - xırda-xırda doğrayın (2 stəkan alınacaq)
2 xörək qaşığı pomidor məti (tomat)
yarım stəkan yumru düyü - yaxşıca yuyub suyunu süzün
yarım stəkan xırda doğranmış keşniş
yarım stəkan xırda doğranmış şüyüd
2-3 qaşıq kərə yağı
1 çay qaşığı duz
¼ çay qaşığı istiot
1 baş kələm (təxminən bir kilo yarımlıq)
2 xörək qaşığı pomidor məti (tomat) Qeyd: yay vaxtı tomatla bərabər bir ədəd iri yetişmiş pomidor da əlavə edə bilərsiniz. Bunun üçün pomidoru soyun, xırda-xırda doğrayın. Tomatın miqdarını bir qədər azalda bilərsiniz.
1 stəkan yarım qaynar su
2 xörək qaşığı kərə yağı
Əvvəlc ə içi hazırlayın. Bunun üçün içə lazım olan bütün ərzaqları iri qabda yaxçıca qarışdırın. Kənara qoyun.
Kələm yarpaqlarını hazırlayın. Bunun üçün yarpaqları zədələmədən kələmdən ayırın. İri qazanda su qaynadın. İçinə iri çimdik duz atın. Kələm yarpaqlarını iki-iki və ya üç-üç qaynayan suya atın. Kəfkirlə üstündən basın ki, yarpaqlar suyun içində qalsın. Yarpaqları bu suda 2-3 dəqiqə pörtlədin (bir az yumuşalsın, amma bişməsin). Sonra isə kəfkirlə sudan çıxardın və aşsuzəndə süzün. Bütün yarpaqları bu qaydada hazırlayın.

Yarpaqların ortadan keçən iri, sərt damarlarını kəsin. Kəsintikəri qazanın dibinə yığın (beləliklə dolmanın altı yanmaz). Yarpaqlar iridirsə, ikiyə bölün. Hər yarpağın ortasına təxminən 2 xörək qaşığı dolu iç qoyun. Yarpağın kənarlarını içəriyə doğru qatlayın, sonra dolma şəklində bükün.
Zədələnmiş yarpaqları da qazanın dibinə düzə bilərsiniz. Dolmaları sıra ilə qazana yığın. Əgər təzə pomidordan istifadə edirsinizsə, hər layın arasına bir az pomidor əlavə edin.

Tomatı 1 stəkan yarım qaynar suda həll edin və dolmaların üstünə tökün. Qazandakı su dolmaların yarısına qədər gəlməlidir. Əgər kifayət qədər su yoxdursa, onda bir az da su əlavə edin. Dolmaların üstünə ya ərinmiş yağ tökün ya da tikələrə bölünmüş kərə yağı qoyun. Dolmaların üstünə ya qab, ya da balaca qapaq qoyun ki, dolmalar bişdikləri müddət açılmasın, kip qalsınlar. Qazanın qapağını örtün. Dolmanı orta odda təxminən bir saat ərzinə bişirin. Çörəklə süfrəyə verin.
10 Comments Add your own
1. Elvira | Fevral 7th, 2010 at 4:32 am
Salamlar hamiya.kelem dolmasi menim en sevdiyim yemeklerdendi.amma men icini bashga cür hazirlayiram.Icine et sogan yaxshi bishmish noxud duzunu istiotunu ve azcada limon duzu.Garishdiranda calishiram noxudlari bir az ezim.cox dadli olur .Yegin bir gün Feride xanim siz de bunu prob edersiz cox yaxshi olur.NUSH olsun
2. gunay | Fevral 7th, 2010 at 11:51 pm
Salam Feride xanim.Kelem dolmasi oglumun en cox sevdiyi yemekdir,demek olar ki heftede bir defe bisirirem.Men de eynen sizin kimi bisirirem amma qaynanamdan oyrenmisem icine bir deste xirda dogranmis reyhan vururam dogrudan da dadli olur.Feride xanim siz artiq ailemizin bir uzvune cevrilmisiniz artiq anama zeng vurmuram cunku siz varsiniz opurem
3. PƏRVANƏ | Fevral 8th, 2010 at 7:44 am
SALAM FƏRİDƏ XANİM.KƏLƏM DOLMASİ MƏTBƏXİMİZİN ƏN DADLİ YEMƏKLƏRİNDƏNDİR.MƏNDƏ BELƏ HAZİRLAYİRAM AMMA İÇƏRİSİNƏ XİRDA DOGRANMİŞ ŞABALİD TOKURƏM ÇOX DADLİ OLUR.SİZDƏ PROB ELƏSƏNİZ GORƏRSİNİZ Kİ DADLİ NECƏ DADLİ OLUR.SAG OLUN.
4. Ulya | Fevral 10th, 2010 at 3:47 pm
salam Feride xanim.saytinizi cox beyenirem ve reseptlerinziden istifade edirem.bele gozel yemekler ucun size tesekkur edirem.size bir sualim var.xahis edirem mene bir movzuda komek edesiniz.tort kremi hazirlayarken cox vaxt alinmir,curuyur ele bil.bunu hec cur duzelde bilmirem.meslehetinize ehtiyac var.evvelceden tesekkurler
5. ulviye | Fevral 11th, 2010 at 6:39 am
salam feride xanım necesiz? feide xanım men tükiyede yaşayıram belkede bilirsiz de burda sukuşonu malako yoxdur men evde hazırlamak isteyirem ama unutmuşam nece hazırlandıgını xaiş edirem eyer bilirsinizse yazın.
6. samire ismayilova | Fevral 11th, 2010 at 12:53 pm
Feride xanim, kelem dolmasina, bizde heyva movsumunde dilimlenmish heyva da vururlar. Yeni ,dolmalar qazana yigildiqdan sonra heyva da duzulur ve bishirilir . Bezen ,kelem dolmasi sehere qalanda, kelemin iyi pis olur. Heyva vurulmush dolma ise neche gun qalsa ,etirli olur. Ve bir de et qarishdirilanda quru reyhan vurursan inanin ki, o dolma dadi ile de ferqlenir. Eger kimese bu kichik meslehetim yarasa chox sevinerem. Teshekkurler .Size de ugurlar yeni reseptlerinizi gozleyirik.
7. Aynur | Fevral 12th, 2010 at 2:39 am
Chox sag olun men kelem dolmasini bishirmeyi bilirem eynen sizin bu eseptdeki kimi edirem amma ustune Pamidor meti vurmuram ichine vururam ancaq.
Feride xanim sizden xahish ediem Sezar salatının da rteseptini yazasınız.
Onun sousunun esl reseptini isteyirem her kes bir cure edir.amma eslini elemirler.Eger bilirsinizse bunu sayt;n;za yerle.dirersiniz.çünki çox lezzetli salatdır.Nişanlim Sezar salatından çox xoşu gelir.Biz de ancaq restorana gedende yeyirik.Amma evde de elemek isterdim.Evvelceden teshekkurler
8. Fəridə | Fevral 12th, 2010 at 4:30 pm
ULVIYE: Evde qatilasmis sud (squshennoye moloko) duzeltmemisem, odur ki bilmirem. Ancaq hazirini alib isledirem.
SAMIRE: Meslehetinize gore cox sag olun. Gozel meslehetdir.
AYNUR: BIr gun duzeldib qoyaram sayta.
9. Aynur | Fevral 17th, 2010 at 10:54 pm
Cox sag olun .Oxudugunuz uchun ve isteyimi qebul etdiyiniz uchun.
10. nelka | Mart 11th, 2010 at 6:32 am
Salam Fəridə xanim. Cox sagolunki bu cur gozel sayt acmisiniz.
Mən kələm dolmasının uzərinə evdə duzəldilmiş narşərab və ya nar pastası tökürəm. Yaxudda onunla yeyirem cox dadlı olur. Birdə ki, ətinə pamidor tomatı ilə ya gavalı yada alça turşusunun pastasini qatib azca suda həll edib ətə qatıram. 1 çay qaşığı tomat, 1 çay qaşığı pasta turşu və 0,5 stəkan su. Turşu olmayanda narşərabda qatıram. Birdə bir şeydə deyim. Bunu kimə demişəm yoxlayıb cox xoshlayib. Kələm dolmaları bişdikdən sonra, tavada kərə yağını əridib kələm dolmalarını qızardıram. Ləzzətinə doymaq olmur. Ama kilo problemi olanlar yemesin. Yesede az yesin.
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed