
Kəsmiyin evdə hazırlanma qaydasının reseptini bir neçə oxucum xahiş etmişdi. Nəhayət ki, resepti buraya yerləşdirə bildim. Məndən sizə bonus hədiyyə isə - kəsmikdən şorun hazırlanma qaydası.
Kəsmik
2-3 istəkan kəsmik üçün
Lazım olan ərzaqlar:
8 stəkan yağlı süd (2 litr)
2 stəkan qatıq
Lazım olan avadanlıq:
Təmiz qazan
2-3 qat tənzif/cuna (qalındırsa bir qat da kifayətdir)
Süzgəc
Kəsmiyin Hazırlanma Qaydası:
Tənzifi süzgəcin üstünə açın.
Südü qazana töküb orta odda arada qarışdıra-qarışdıra qaynadın. Qaynayan kimi, qatığı buraya əlavə edin. Arada qarışdırın. Bir neçə dəqiqədən sonra süd kəsilməyə başyayacaq. Qazanın üstünə qalxan kəsmikdir.
Yavaşca qazanın içindəkiləri tənzifin üstünə tökün. Qoyun kəsmiyin suyu tamamilə süzülsün. Kəsmiyi əlinizlə sıxıb əzməyin. Tənzifin uclarını birləşdrib bağlaya, bə onu bir yerə asa bilərsinizi ki, su daha rahat və tez süzülsün. Kəsmik hazırdır. Diqqətli olun, kəsmiyi çox qurutmayın. Çox qurutsanız, onda kəsmik şor olar. Kəsmiyi soyuducuda 1 həftəyədək saxlamaq olar.
Şorun Hazırlanma Qaydası:
Şor kəsmiyin bir qədər quru növüdür. Bir növ ovxalanan pendirdir. Şor hazırlamaq üçün, tənzifdə suyu süzülmüş olan kəsmiyi tənzifə sarıyın. Üstünə ağırlıq (məsəl üçün, qazan) yerləşdirin. Bir müddət sonda kəsmik bərkiyib şora dönəcək. Şoru soyuducuda saxlayın.
20 Comments Add your own
1. Aywen | Fevral 25th, 2011 at 10:13 pm
fəridə xanim niyə təzə yemək reseptləri haqqda yazmırsız.Qarşıdan Novruz bayramı gəlir istəyirəm geyri adi salat reseptləri hazırlayım kömək etsəz sevinərəm
2. suzanna | Fevral 26th, 2011 at 5:49 am
cox dadl; salat resepti bilirem, qaynanamda beyenib
2 kok, 2 yumurta, qoz 100 qr, toyuqun dow eti, wuyud. mayonez
koku biwmemiw surtkecden keciririk qozu dorqayiriq, filenide biwirib soyuduqdan sonra doqrayiriq didmirik ancaq doqrayiriq, wuyudude xirda xirda doqrayiriq mayonez qatib bir derin qaba qoyub soyuducuya qoyuruq sonra ise o qabi ceviririk tarelkaya cox geweng formasi ve dadi olur. nuw aolsun
3. Zeyneb | Fevral 26th, 2011 at 8:01 am
salam Feride xanim kesmik ve şor menim en cox sevdiyim sud mehsuludur xususen de az duzlu. burda da tapmak ele asan deyil. teşekkürler yeniliklerinizi gözleyirik
4. nargiz | Fevral 28th, 2011 at 12:29 am
Salam Feride xanim! Necesiniz? Sizden “Mujskoy ideal” tortunun reseptini istemisdim. yeqin unutmusunuz. Cox xais edirem mene komek edesiniz.
5. ulviyye | Fevral 28th, 2011 at 9:13 am
salam,Feride xanim,mene gilas murebbesinin resepti lazimdi.cunki mende hemise bu murebbe sulu alinir.tesekkur.
6. Gunay | Fevral 28th, 2011 at 9:40 am
salam Feride xanim.men isteyirem ki,krab salatinin reseptini yazasiz.
7. mehriban | Fevral 28th, 2011 at 8:59 pm
cox sagolun Feride xanim .ele mene nece vaxtdir ki,kesmiyin rcepti lazimdir.kesmikli sirniyyatlar hazirlamaq isteyirdim burdada kesmik hec olmur.teshekkurler.
8. nergiz | Mart 2nd, 2011 at 12:39 am
salam feride xanim men dunende yazdim amma serhim getmedi bir daha xahis edirem umacli halvani gostererdiz tesekkurler.
9. ferqane | Mart 4th, 2011 at 7:11 pm
Salam Feride xanim.saytinizda teze olsamda chox beyendim.xaish edirem ushaglar uchun yemek reseptleri veresiniz.oglumun 1 yashi var.yemek yeyek istemir.belke sizin reseptlerinizle hazirlanan dadli yemeyi yeyer
10. Julia | Mart 5th, 2011 at 4:25 am
Salam Feride xanim.sizin el ishleriniz heqiqeten gozeldi.men sizden bir icaze almaq isteyirem.xarici saytlarin birinde Azerbaijan cuisine adinda qrup acmisam orda ancaq ingilisce yazmaq lazimdi odur ki sizin bu saytin ingiliscesinde yasilmish reseptleri qoyuram.icaze verersiniz ki burda azerbaycan yemeklerinin reseptlerini ningilisce formasini orda paylasim shekillerle birlikde?
11. Koni | Mart 7th, 2011 at 6:06 am
cox sevirem kesmik ve shoru.
chox sag olun resepte gore.
12. FƏRİDƏ | Mart 8th, 2011 at 6:01 pm
JULIA - Siz əvvəlcə mənə o saytın adresini yaza bilərdiniz mi? Sonrasına baxarıq:)
13. Sevinc | May 22nd, 2011 at 9:22 pm
salam ,cox sag olun reseptlere gore Israelde yashayiram qurbetde yashadigim ucun menelap tapilmish kimidir ALLAH komeyiniz olsun,ozunuz haqqinda mene biraz yaza bilersiniz?qurbetde yashayan azerbaycanlilarla tanish olmaq isteyirem ,burda cox darixiram , cavab gozleyirem
14. Fəridə | May 24th, 2011 at 5:28 pm
SEVINC - Xoş gəldiniz bloqaş HAQQINDA səhifəsinə girsəniz, orada haqqımda oxuya bilərsiniz. Darıxmayın.
15. mehriban | Iyun 14th, 2011 at 4:32 am
salam Feride xanim.bir wey xahiw etmek isterdim.men sayti acan kimi orda lezzetli qarpiz murebbesi gorurem,amma ingilisce.kecirem azeri bolumune amma orda yoxdu qarpiz murebbesi.belke de var men tapa bilmirem.zehmet olmasa deyerdiz de hardan tapim onu azerbaycan dilinde.opurem sizi,evvelceden tewekkurler.
16. vefa | Iyun 14th, 2011 at 12:32 pm
demeli kec reseptler bolumune dus asagi murebelller bolumunde olmalidi mehriban xanim
17. Feride | Iyun 16th, 2011 at 10:21 am
MEHRIBAN - O resepti hələ Azəri dilinə tərcümə etməmişəm. Tezliklə etməyə çalışacağam.
18. Mina | Iyul 7th, 2011 at 6:04 pm
chox teshekkur edirem.Men kesmik de , shor da severem.Amma hazirlanlasini sizden oyrendim.Ela……
19. QELBIN_sesi | Iyul 18th, 2011 at 7:59 am
Ay Feride xanim sizi nece cox istedim men…bu kesmik resepti mene cox lazim idi cox saq olun ki bele gozel resptlerinizi bizden esirgemirsiz….indi durub hazirlayacam
20. Rufane | Iyul 22nd, 2011 at 2:29 pm
salam feride xanim men sizden ,mujskoy ideal ,tortunun reseptin istiyiremi mumkunduse yazardiz men bu tortu cox xoslayiram ancaq reseptini tapa bilmirem xais edirem eger mumkundurse bu tortun reseptini saytda yerlesdire bilersiniz? Tez olsa yaxsi olar evvelceden tesekurler
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed