kataloq

Kəsmikli Limonlu Keks

Çox zərif və olduqca ləzzətli keksdir. Əgər çizkeykin dadını bilirsinizsə, bu keks bir qədər onu hatırladır. Onun kimi yumuşaqdır. Mən burada Azərbaycanda satılan kəsmikdən tapmadığıma görə, bu keksi duzsuz ağ pendirlə bişirirəm. Yaxşı alınır.

KƏSMİKLİ LİMONLU KEKS

Ərzaqlar

250 g kəsmik və ya duzsuz ağ pendir
115 g kərə yağı, əridib soyudun
5 yumurta, otaq hərarətində
bir çimdik vanil tozu
3/4 stəkan əla növ ağ un
1   1/4 stəkan şəkər tozu
1 stəkan qatıq (çox sulu olmasın)
1 limonun qabığı, sürtkəcin iri dişindən keçirilmiş
üstü üçün şəkər kirşanı

Qeyd: Diqqət yetirin ki, kəsmiyiniz çox sulu olmasın. Əgər suludursa, onu xəmirə qatmaqdan əvvləl tənzifə qoyub suyunu süzdürün. Kəsmik quru olmalıdır.

1. Sobanı 180Cdək qızdırın.

2. Böyük bir qabda kəsmik və ya pendiri kiçik parçalar halına qələnədək ovun. Üstünə soyumuş kərə yağı, yumurta, vanil tozu və unu əlavə edin. Mikserlə qarışanadək təxminən bir dəqiqə ərzində çalın. Alınan kütlə aşağıdakı şəkildə göründüyü kimi olmalıdır.

3. Ayrı qabda şəkər tozu və qatığı mikserlə qarışanadək çalın. Üstünə rəndələnmiş limon qabığı əlavə edib qaşıqla qarışdırın.

4.  Qatıqlı qarışığı kəsmikli qarışığa əlavə edib qaşıqla qarışdırın. Alınan kütlə bir qədər sulu olacaq. Bu normaldır.

5.      21 X 11 santimetr ölçüləri olan keks formasının dibini və kənarlarını azacıq yağlayın. Alınan kütləni yağlanmış formaya tökün. Sobanın orta rəfində 50 dəqiqə ərzində, üstü qızaranadək, bişirin. Keksin hazır olub olmamasını yoxlamaq üçün içərisinə kibrit batırıb çıxardın – çıxan kibritə xəmir yapışmayıbsa¸ keksiniz hazırdır (bu keks çox şişən kekslərdən deyil. Olduqca zərif və yumuşaqdır).  Keks öz formasında tamamilə soyuduqdan sonra, onu yavaşca alt-üst çevirin. Sonra servis qabına çevirib üstünə şəkər kirşanı və istəyə görə, rəndələnmiş limon qabığı səpin. Nuş Olsun!

Related Posts with Thumbnails

37 Comments Add your own

  • 1. denish  |  Aprel 8th, 2009 at 10:53 pm

    təşəkkürlər bir daha.bunu da mütləq yoxlayacam inşallah.

  • 2. fira  |  Aprel 13th, 2009 at 3:18 am

    COX SAG OLUN FERIDE XANIM.BIR HEFTEDI KI BASIM QARISIB,ELE KI 20YASIMDA BIBI OLMUSAM.AMMA RESEPT COX SADEDIR.BISIRIB DADINA BAXACAM.

  • 3. FƏRİDƏ  |  Aprel 13th, 2009 at 10:27 am

    DENIŞ: Necə alındığnı yazsan sevinərəm.

    FİRA: Bibi olmaq münasibətilə səni ürəkdən təbdik edirəm:)

  • 4. TUNZALE*93  |  Aprel 29th, 2009 at 7:58 am

    FERIDE XANIM DEYESEN MARAQLI BIRSEYDIR.HAZIRLAYACAM,GUMAN EDIREMKI DADLI CIXACAQ.OPREM

  • 5. tehi  |  May 20th, 2009 at 10:36 pm

    şirniyyatlara görə çox sağol yenilərini istəyirəm.

  • 6. tehi  |  May 20th, 2009 at 10:39 pm

    fəridə xanım sağ
    olun şirniyyatlara görə
    yenilərini istəyirəm.

  • 7. Fəridə  |  May 22nd, 2009 at 10:21 pm

    TEHI, xosh geldiniz. Yeni sirniyyatlar olacaq.

  • 8. Gunay  |  Iyun 10th, 2009 at 12:04 am

    Bele basa dusdumki kesmikin yerine pendir istifade etmek olar, bes dadinda deyisiklik olmaz? olmazsa lap ela olar cunki kesmik yeye bilmirem.

  • 9. Gunay  |  Iyun 10th, 2009 at 12:14 am

    Unun qederini deqiq bilmedim zehmet deyilse qramla yazardiz. Tesekkurler.

  • 10. FƏRİDƏ  |  Iyun 10th, 2009 at 12:10 pm

    GUNAY, eger pendir kesmik-fasondursa, yani duzsuz ve bir qeder nem, onda olar. duzlu olmasin, ve motal pendiri kimi berk olmasin.

    Unun olcusu: 110 qram.

  • 11. leyla  |  Iyul 8th, 2009 at 4:16 am

    Feride xanim niye gore evvelce yagi eridir sonra soyudur ve daha sonra istifade edirik?birde kesmik meyveli olsa olarmi?olarmi size verdiyim butun suallara cavabi menim email unvanima yoneldesiniz?indiden tesekkurler

  • 12. FƏRİDƏ  |  Iyul 8th, 2009 at 11:32 am

    LEYLA: email unvaninizi sehf yazmisiniz deyesen, mektubum geri geldi. Buraya yaziram:

    Yaghi ona gore eridirik ki, sulu olsun, amma isti omlamalidir, ona gore soyuduruq. Xemire qarismalidir.

    Meyveli kesmikle hec vaxt elememisem, ona gore deqiq deye bilmerem. Amma eger eyniyle normal kesmik kimidirse qatilighi, onda yegin ki olar.

  • 13. Nargiz  |  Avqust 20th, 2009 at 10:52 pm

    Feride xanim,

    Bir neche gun evvel bu resept uzre kesmikli -limonlu keksi hazirladim. Deye bilerem ki bizim ehali uchun unusual type-dir :) chox incedir, cox dadlidir, shirnisi azdir, uzerine sepilen sheker pudrasi ile ela alindi. valideynlerim yeye-yeye nese uzun dushunduler, amma dediler dadlidir, amma insani doydurmur deye elave etdiler :) Bizde insanlar shirniyyati hezz yox, doymaq uchun yeyirler :)

    Ozumun cox xoshuma geldi, ferqli dadlai sevirem!

    ~Nargiz

  • 14. FƏRİDƏ  |  Avqust 21st, 2009 at 10:47 pm

    NARGIZ: Bu keksi men cox xoslayiram, duz deyirsiniz, unusual-dir:)

  • 15. pərvn  |  Avqust 22nd, 2009 at 12:43 pm

    salam Feride xanim.maraqlı reseptlərə gorə cox saqolun.bu keksi cox beyendim.limonu cox sevirem. mutləq bişirəcəyəm və nəticəsini sizə yazacaqam.

  • 16. ulya1  |  Oktyabr 6th, 2009 at 6:38 am

    Salam Feride xanim bu yene de menem. Sizin sayti tapandan artiq ayrila bilmirem .Bu reseptle baqli bir sualim var.
    1 1/ 4 stekan yeni ne qeder ? Bela olculere o biri reseptlerinizde de rast gelmishdim amma deqiqleshdirmek isteyirem.
    Evvelceden teshekkurler.

  • 17. ulya1  |  Oktyabr 6th, 2009 at 6:56 am

    Feride xanim bir xahishim de var zehmet olmasa eger
    kurasani (adini belke de tam duz yazmiram) resepti sizde varsa bir de tiramisu reseptini mene vererdiz ya da sayta
    yerleshdirerdiz . Sag olun.

  • 18. FƏRİDƏ  |  Oktyabr 6th, 2009 at 11:54 am

    ULYA: beli, 1 + 1/4 demekdir. Kurasan ve tiramisunun reseptleri bloqda olacaq. Bir az vaxta ehtiyacim var amma.

  • 19. Melania  |  Oktyabr 8th, 2009 at 1:28 am

    Feride xanim, saytiniz ve reseptleriniz chox eladir. Neche vaxtdir buradaki yemeklere baxiram, her shey chox sade ve anlayishli dilde yazilib, xanimlara bele komeyinize gore size derin teshekkurumu bildirirem. Ellerinize sagliq turkler demish. Size can sagligi ve heyatin en gozel nemetlerini arzulayiram. Allah sizden razi olsun!

  • 20. tunzale  |  Oktyabr 8th, 2009 at 4:17 am

    cox saqolun Feride xanim

  • 21. ulya1  |  Oktyabr 10th, 2009 at 2:18 am

    Salam Feride xanim ! Bu keksa gore de cox sag olun. Sizin reseptleriniz ela deqiq alinir ki .Bashqa reseptler coxdur amma siz reseptlerinizin hamisini cox gozel basha salirsiniz.
    TESHEKKURLER.

  • 22. FƏRİDƏ  |  Oktyabr 11th, 2009 at 8:36 am

    MELANIA, TUNZALE, ULYA: cox sagh olun, qizlar.

  • 23. AYGÜN  |  Oktyabr 19th, 2009 at 4:37 am

    FERİDE XANIM SİZDEN XAHİS EDİREM MENE ETLİ BÖREK DEYİLEN YEMEK VAR ONUN RESEPTİNİ VERESİZ ZEHMET OLMASA. EVVELCEDEN SİZE MİNNETDARAM.SOZ VERİREM Kİ BU HEFTE BU KEKSDEN EDECEM. BİZ AİLELİKCE LİMONLU KEKES XOSLAYIRIQ. BUNU DA SINAQDAN KECİRECEM.

  • 24. KAMILE  |  Oktyabr 19th, 2009 at 9:48 am

    feride xanim xahis edirem gullu xanimin saytini yazasiniz sax olun

  • 25. FƏRİDƏ  |  Oktyabr 19th, 2009 at 8:10 pm

    AYGUN: Etli borek olacaq. Tezlikle soz vere bilmirem amma.

    KAMILE: Gullu xanimin sayti http://www.azerifood.com. Mutleq baxin, lezzetli yemekler var:)

  • 26. gulya  |  Noyabr 10th, 2009 at 11:59 am

    Salam Feride xanim, napaleon tortuna gore cox sag olun. bu bir basga cur dadda alindi mende. Ama men hemise basga reseptle etmisem, sizde bunu istifade etseniz, size de maragli olar. xemir: 4 st un , bir cimdik duz, 1 yumurta, 1 x.q bitki yagi, 1 c.q soda+ 1x.q sirke(ikisini birlikde sondurmek ve gatisiga gatmag) xemiri yogurmag, 15-20 deg ozune gelmeye goymag. Sonra yayib arasina 300 gr yagin bir hissesini yaxmag ve konvert seklinde bukum soyuducuya yarim saata goymag. bunu 3 defe de tekrar edin. Sonuncu defe yaglayib soyuducuya goymag ucun onu rulet seklin de bukun. ondan sonra ne zaman isteseniz bisirmek ucun xemir hazirdi. 4-5 kundeye bolub yayib bisirin, xemiri liste goyanda 1-2 yerinden bicagla kesikler edin. Krem zovgunuze gore. Gatilasdirilmish sudlede duzlen kremle cox dadli olur, bunu da edin, xosunuza gelecek. tesekkurler oxudugunuz ucun.

  • 27. Semaye  |  Noyabr 17th, 2009 at 12:39 am

    Salam Feride xanim men cox az müddeti sizin saytin istifadecisiyem amma Allah razi olsun cox gozel reseptler var. Manim 21 yasim var sirniyyata hevesim coxdur bisirmeyi bacariram amma reseptlerim cox az idi cox sag olun birde.

  • 28. AYGÜN  |  Noyabr 19th, 2009 at 11:09 pm

    FERİDE XANIM SALAM. BU KEKSİ HAZIRLAMAQ İSTEYİREM AMA YAZILANA GORE BURDA UNU ƏLAVE EDERKEN MİKSERLƏ CALMAQ LAZIMDIR. AMMA MENDE 1 DEFE BU BAŞ VERİB UNU MİKSERLƏ QARIŞDIRANDA XEMİR ŞİŞMİR. ONA GORE SİZDEN OYRENMEK İSTERDİM BURDA DA BELE OLACAQ. UNU TOKENDE NE İLE QARIŞDIRIM.

  • 29. Lala  |  Fevral 15th, 2010 at 5:15 am

    mana muxtalif qeyri-adi salatlar lazimdir

  • 30. Elnara  |  Fevral 15th, 2010 at 10:28 am

    cox eladir biraz genish resepler yazin zehmet olmasa shirniyatla cox maraqlaniram

  • 31. Elnara  |  Fevral 15th, 2010 at 10:29 am

    cox cox sagolun evdar qadinlara ela numunesiz

  • 32. Aygun  |  Fevral 21st, 2010 at 10:38 am

    very good

  • 33. xanim  |  Mart 26th, 2010 at 11:21 am

    FERIDE xanim ne olar TIRAMISUnun reseptini bura da qoyun .xahis edirem

  • 34. Məleykə  |  Aprel 4th, 2010 at 12:14 pm

    Fəridə xanım mənim bugün ürəyim doludur sizi narahat edirəm suallarımla ama mən təzə tapmışam bu saytı 2 gündür çıxmıram vaxtım olan kimi otururam kampyuterin qarşısına və çox sevinirəm nə yaxşıki mən sizi tapdım və siz varsınız və zhmət deyilsə mənə izah edərdiniz kəsmik nədir biz rayonda ŞOR diyə bir məhsul bilirik kəsmik əvəzində ondan istifadə edə bilərəm?sizə əvvəlcədən təşəkkür edirəm.

  • 35. FƏRİDƏ  |  Aprel 4th, 2010 at 12:17 pm

    MƏLEYKƏ: Xoş geldin saytıma. Ne vaxt nə sualın olsa yaz, çəkinmə. Suala cavab: bəli, şordan istifadə etmək olar. Çox ləzzətli alınar.

  • 36. samira  |  May 12th, 2010 at 4:45 am

    salam ferida xaNIM BAQIWLAYIN NARAHAT edirem bu limonlu kekse limon qabiqi evezine potagal qabiqi ile evez etmek olar??xalaqizi edib dediyine gore yaxwi olur istedim sizin meslehetinizi oxuyam=)

  • 37. FƏRİDƏ  |  May 12th, 2010 at 10:34 am

    SAMIRA: Beli, olar. Yaxsi olar hetta.

Şərh Yaz

Lazımdır

Lazımdır, bloqda görünməyəcək

(Varsa)

Trackback this post  |  Subscribe to the comments via RSS Feed