Best in the World!
Dadlı yemək reseptləri bloqu

Kəklikotulu Quzu Qabırğası Qızartması

/

Soyuducuda bir quzu qabırğanız və masa arxasında ac, yemək gözləyən ailə üzvləriniz varsa, heç narahat olmayın- siz çox sadə və ləziz yemək hazırlaya bilərsiniz. Ət yeməklərinin həvəskarları quzu ətini çox bəyənirlər. Quzu ətinə bir az da kəklikotu qatmaqla onu daha ləziz etmək olar.

Bunu da qeyd edim ki, bu resept üçün heç bir marinad etmək lazım deyil. Əsas odur ki, istifadə etdiyiniz quzu eti təzə və kəklikotu ətirli olsun (mənimki Azərbaycandan gətirilib, çox ətirlidir). Quzu ətini ya bir az yağda qızardıb (mən daha çox ərinmiş yağa üstünlük verirəm), ya da azca yağlanmış grildə hazırlaya bilərsiniz. Hər iki halda nəticədən məmnun qalacaqsınız.

/

Kəklikotulu Quzu Qabırğası Qızartması

Təqribən 3 nəfərə nəzərdə tutulub

Ərzaqlar:

1 quzu qabırğası
Duz
Istiot
Bir neçə qaşıq qurudulmuş kəklikotu
2 çay qaşığı yağ (əridilmiş yağ daha məsləhətdir)

Hazırlanma qaydası:

Quzu qabırğasını tikələrə bölün. Əti taxtanın üzərinə qoyub ətdöyənlə 10-15 mm qalınlığı alana qədər döyün. Tikələrin hər tərəfinə duz və istiot səpin, daha sonra qurudulmuş kəklik otunu əlinizlə əzib ətin üzərinə əlavə edin.

Yağı orta ölçülü tavada orta istilikdə əridin. Ətin hər iki tərəfini qızılı rəngə çalanadək qızardın, hər tərəfi təqribən 3 dəqiqə. Alternativ olaraq, qrilin üstünü bir az yağlayıb orda da hazırlaya bilərsiniz. Hər hansı bir qarnirlə dərhal süfrəyə verə bilərsiniz.

/

Bir cavab yazın

3 Şərh
  1. Salam. Men en cox sebzeli yemek tariflerini bilmek isteyirem. Menyumda sebzeye genis yer verdiyim ucun. Sebzeli et yemeklerini de sevirem. Keklikotulu quzu qabirgasini cox sevirem ve menyumda tez tez rast gelinen yemekdir

  2. Super.?

  3. Salam,xanim,mən sizin bütün reseptlərinizi sevə sevə oxuyub hazirlamağa çalışıram,sizdən bir xahişim var,mən Qubada yemişdim həmin yeməyi,onun hazirlanmasini bilsəniz bizimlə paylaşarsiniz adi Bozlama,tşk,uğurlar sizə

Bir cavab yazın