
Bilirəm, yəgin çoxunuz bu adı oxuyanda deyəcəksiniz ki - NƏ? Bəli, bəli, Kələkoş. Bəzi mənbələrdə buna Kəlləkooş da deyilir.Təəccüblənməyin. Şorbadır, özüdə Azərbaycan milli mətbəxinə aid. Amma sözün düzü, mən Bakıda yaşadığım müddət ərzində bu şorbanın nə adını eşitmişdim, nə də ki danına baxmışdım. Artıq Amerikadaykən kulinariya kitabımın üzərində işləməyə başladığımda, bir neçə mənbədə bu ada rast gəldim. Amma reseptsiz.
Bakıdan əlimə çatan qadın jurnallarının birində Kələkoş sözü diqqətimi cəlb etdi. Bu, elə reseptini axtardığım Kələkoş idi! Amma bu dəfı adın yanında resept də var idi! Beləliklə sirr dolu Kələkoşu bişirmək fürsətini əldə etmiş oldum. Çox ləzzətli şorbadır! Tez-tez menyumuza qolaq olur. Buyurun, siz de dadına baxın.
KƏLƏKOŞ
4 porsiya üçün nəzərdə tutulub
Ərzaqlar
3 stəkan yağlı qatıq
1 ½ xörək qaşığı un
1 yumurta
3 stəkan soyuq su
1 xörək qaşığı yuyulmuş və süzülmüş yumru düyü
½ stəkan xırda doğranmış qoz
2 diş əzilmiş sarımsaq
1 ½ xörək qaşığı quru nanə
2 xörək qaşığı bitki və ya kərə yağı
1 orta baş xırda doğranmış soğan
duz¸ zövqə görə
istiot¸ zövqə görə
1. Bir kasada qatığı, unu, yumurta və suyu yaxşıca qarışdırın. Sonra isə üzərinə düyünü, qozu, sarımsağı, və quru nanəni əlavə edin və yenə qarışdırın.
![]() |
![]() |
2. Bir qazanda yağı qızdırın və soğanı əlavə edib təxminən 6-7 dəqiqə qızardın.
3. Qatıqlı qarışığı soğanın üzərinə əlavə edin və taxta qaşıqla ara vermədən qarışdıraraq orta odda təxminən 20 dəqiqə müddətində və ya düyü yumuşalana qədər bişirin. Kənara çəkin və üzərinə zövqə görə duz və istiot əlavə edib qarışdırın. Süfrəyə isti-isti verin.
12 Comments Add your own
1. Celale | Mart 17th, 2009 at 12:14 am
Feride xanim, Sizin verdiyiniz reseptleri chox beyendim, Size co cox minetdaram.
Men ish qadiniyam ona gore dadli yemekler ne fikirleshmeye vaxtim olur ne de bishirmeye.Amma Sizin sayti oxuduqdan sonra cox heveslendim,umid varam ki menim qizimda sizin verdiyiniz receptleri cox beyenecek ve shirin diliyle Size COZ SAGOYUN FEYIDE xala deyecek))))))
Amma Sizden bir ricada etmek isteyirem salat receptleri bilirsinizse (umid edirem ki bilirsiniz) sayta yerleshdirerdiniz.Minnetdaram
2. Fəridə | Mart 17th, 2009 at 11:53 am
CƏLALƏ: Xoş gəldiniz bloquma. Reseptlərimi bəyəndiyinizə çox sevindim. Salat reseptləri mütləq olacaq, yavaş-yavaş. Qızınıza Fəridə xaladan salamlar.
3. Metleb | Avqust 27th, 2009 at 4:21 am
salam aleykum Feride xanim mukemmel resept ucun tesekkurler, Allah Sizden razi olsun.Bilmek isterdim ki, Sizin kitabinizi nece almaq olar eger cap varianti varsa
4. FƏRİDƏ | Avqust 28th, 2009 at 8:23 am
METLEB: Cox sagh olub. Kitabim ingilis dilince ABSda cap olunacaq. Azerbaycana getirmeyi fikirlesirem.
5. sabina | Sentyabr 11th, 2009 at 7:47 am
salam Feride xanim.Allah sizden razi olsun.menim yoldasim sulu yemekleri cox xoslayir.sizden bu resepti gorende cox sevindim.indi ele KELEKOS bisirirem iftara gore.axi gerek oruc tutan sulu yesin.insallah beyenecekler.qarsidan gelen MUQEDDES RAMAZAN BAYRAMI munasibetile tebrik edirem
6. yegane | Noyabr 18th, 2009 at 5:17 am
kelekoosh supunu reseptde yazildigi kimi bishirdim.chox xoshuma geldi.etiraf edimki,bu supun adini ilk defe bu saytda oxudum.elecede dadini ilk defe daddim.chox dadli supdur.resepte gore chox sagolun.
7. Dj Scorpion | Noyabr 21st, 2009 at 4:49 am
Cox sag olun
8. elnure | Dekabr 5th, 2009 at 3:04 pm
mende birinci defedir eshidirem.amma sabah bishireceyime söz verirem
9. N@KO | Dekabr 22nd, 2009 at 4:24 am
xosuma gelmedi
10. Nusabe | Fevral 19th, 2010 at 8:24 am
Salam Feride xanim. Bu gun ilk defe olaraq bu sayta daxil oldum ve yazdiginiz reseptleri ehmalca nezerden kecirtdim. Inanin ki qelbim fereh hissi ile doldu. Size cox minnetdaram ki dunya metbexi ile yanasi bizim milli yemeklerimizi de tanitdirirsiz. Kelekos xoreyi menim diqqetimi cox cekdi. Hem de millik yemeyimizdi, bu cox gozel. Deyirem belke de xeberimiz olmayan, hec dadina baxmadigimiz ne qeder xoreklerimiz var. Bu xorekleri arasdirib xalqimiza tanitdirirsinizsa, size halal olsun. Menim simamda daimi oxucunuzu elde etdiniz. Tesekkur edirem.
11. Aygun | Mart 5th, 2010 at 2:39 am
Men bu gun bisirecem.umid edirem dadli olacaq
12. Chinara | Aprel 19th, 2010 at 11:21 am
Salam Feride xanim. tesadufen burada kelekosun reseptini gordum. men bu sorbani usagliqdan gormusem,hemise anam hazirlayib
umumiyyetle bu Sheki metbexinin en mehsur yemeklerinden biridir. orda demek olar ki hami bu yemeyi bisirir. cox sag olun ki,bizim milli xoreklerimizi dunyaya tanidirsiniz!
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed