
Bu kətənin (piroqun) reseptini mənə ailəvi dostumuz Sevinc xanım göndərib. Kətənin adı yox idi, amma Sevinc xanım reseptin axırında yazmışdı ki, bu kətə çox zərif olur. Mən də kətəni bişirib onun doğrudan da da zərif olduğunu görüncə, ona Zərif adını verdim. Ümumiyyətlə, kəsmikli şirniyyatları çox sevirəm, çünki məncə, kəsmik şirniyyatlara yüngüllük, zəriflik əlavə edir. Bu kətə də bu cür zərif şirniyyatlardandır.
Sevinc xanım resepti Azərbaycandakı yemək verilişlərinin birindən öyrənib. Sevinc xanım deyir ki, reseptin müəllifi o verilişdə iştirak edən Şirin xanımdır. Hər ikisinə də buradan təşəkkürümü bildirirəm. Resepti kiçik dəyişikliklər ə detallı şəkillərlə sizə çatdırıram. Nuş Olsun!
Kəsmikli Kətə “Zərif”
Xəmir üçün:
200 q soyuq kərə yağı
1/2 çay qaşığı soda
1/2 xörək qaşığı qatıq və ya xama
2 stəkan un
1/2 stəkan şəkər tozu
İçi üçün:
400 q kəsmik
1 stəkan şəkər tozu
2 yumurta
bir çimdik vanil
Əvvəlcə xəmiri hazırlayın. Bunun üçün soyuq kərə yağını sürtgəcin iri dişlərindən bir qabın içinə keçirin.

Stəkanda sodanı qatıq və ya xamada həll edib yağ olan qaba əlavə edin. Unu və şəkər tozunu da oraya əlavə edib, çəngəllə əzmədən, təxminən noxud boyda umaj əldə edənə qədər qarışdırın. MİKSERDƏN İSTİFADƏ ETMƏYİN!
İndi isə içi hazırlayın. Bunun üçün içə lazım olan ərzaqları bir qaba qoyub, qarışdırın.

20 x 28 cm ölçülərində olan kənarları bir qədər hündür fomanı yağlayın (mən sobaya dayanıqlı şüşə formadan istifadə edirəm).
Sobanı 180C-dək qızdırın.
Xəmiri iki yerə bölün. Bir hissəsini yağladığınız formanın dibinə yayın. Üstündən basmayın.

Kəsmikli içi bunun üzərinə yayın.

Sonra isə qalan xəmiri için üstünə səpin. Üstündən basmayın.

Kətəni sobanın orta rəfində 30 dəqiqə ərzində, və yaxud üstü biz az qızaranadək bişirin.

Kətəni sobadan çıxardın və qoyun formada 15 dəqiqə soyusun. Sonra isə kətəni doğrayın. Süfrəyə verməzdən əvvəl tamamilə soyumasını gözləyin. Nuş Olsun!
74 Comments Add your own
1. Pakize | Avqust 21st, 2009 at 11:30 pm
salam Feride xanim. Men de zerif sirniyati xoslayiram, bu gun Bakida hava soyuqdu isti caynan yaxsi olacaq bu kete. Gedim evde bisirim :))))
Cox sag olun.
2. Aygun | Avqust 22nd, 2009 at 6:34 am
Salam, Sizin sayti 2 gundu “keshf” etmishem…. Cox gozel saytdi. Sizden bir xahishim var, eger munkunse “Kiev kotletinin” reseptini qoyardiz bura. Teshekkurler….
3. maisa | Avqust 22nd, 2009 at 6:47 pm
Men ozum shirniyyati xoshlamasam da ushaqlarim ve yoldashim cox xoshlayirlar.Vaxtim olan kimi bunu bishireceyem,cox asan reseptdir. cox sag olun.
4. Esmira | Avqust 23rd, 2009 at 2:34 am
Feride xanim,yeni reseptiniz ucun sag olun,ellerinize sagliq.Mutleq bisirecem,maraqli reseptdi,yeqin yaxsi olar,sag olun.
5. Revane | Avqust 24th, 2009 at 10:03 am
Salam Feride xanim. Men bunu bishirmek isteyire, amma duzu bilmiremki kesmik nedir? Bu xaricde tapilir? Birde bilmirsiz kesmik ingilisce nece yazilir?
Cox saq olun bele gozel reseptlere gore
6. FƏRİDƏ | Avqust 24th, 2009 at 9:49 pm
Qizlar, serhlerinize gore cox sahg olun.
Aygun, Kiev kotelinin resepti mende var, amma duzu bisirmemisem. Vaxtim olanda bisirerem buraya qoyaram.
REVANE: Reseptlerin ingiliscesi ENGILISCE bloqumda var. Kesmik ingilisce FARMER’s CHEESE, rusca TVOROQdur. Farmer’s cheese yoxdursa, ricotta cheese alin.
7. Esmira | Avqust 27th, 2009 at 5:03 pm
Salam,Fəridə xanim.Kəsmikli kətəni bisirdim,yaxşı alındı.Uşaqlarım da bəyəndilər,əllərinizə sağlıq!İndi Azərbaycanda imsak vaxtının sona yetməyinə az qalıb,Allah hamımızın oruc və namazlarımızı qəbul etsin,süfrələrimiz bərəkətli olsun!
8. Gultekin | Avqust 28th, 2009 at 5:24 am
Feride xanim yeni reseptinizi bir nece gun qabaq gordum.Gorunushu cox yaxshidir mutleq hazirlayacam.Menim bacim Turkiyede yashayir.o da hazirlamaq isteyir,amma orada tvoroq yoxdur./yeni kesmik/onu bashqa ne ile evez etmek olar?mence sudu evde curudse,tvaroq olar.Siz nece fikirleshirsiniz?Tekrar teshekkurler her bir resepte gore.
9. FƏRİDƏ | Avqust 28th, 2009 at 8:11 am
ESMIRA: Nush olsun!
GULTEKIN: Turkiyede supermarketlerde itaylan kesmiyi satilir mence. Adi RICOTTA-dir. O da yoxdursa, evde kesmir duzelde bilersen onda olar. Sulu olmamalidir.
10. leyla | Avqust 29th, 2009 at 6:28 am
salam Feride xanim,men sizin kohne izleyicinizem.sizin verdiyiniz butun shirniyyatlar daim leziz olub,umud edirem ki,bu dafeki reseptinizde leziz olacaq.Allah qoysa,mutleq hazirliyacam.yeni reseptinize gore tesekkur.size ugurlar
11. FƏRİDƏ | Sentyabr 1st, 2009 at 8:40 am
LEYLA; Nush olsun:) Hemise gelin.
12. sevinc | Sentyabr 4th, 2009 at 11:06 pm
feride xanim aferin size,cox aydin yazirsiz,neyise basa dusmemek geyri mumkundur,cox xosuma geldi,tesekkurler.
13. Fəridə | Sentyabr 8th, 2009 at 6:02 pm
SEVINC: Cox sagh olun xosh sozlere gore.
14. ulya1 | Sentyabr 16th, 2009 at 8:57 am
Feride xanim salam! sizin bloqdan goturduyum her reserti hazirladiqca size teshekur etmeyi ozume borc bilirem
bu kete reseptine gore de cox sag olun
sizin reseptleriniz hemishe dadli alinir. TESHEKURLER!
15. FƏRİDƏ | Sentyabr 16th, 2009 at 12:57 pm
ULYA1: Men tesekkur edirem. Nush olsun:)
16. PERVIN | Sentyabr 18th, 2009 at 3:14 am
Feride xanim mene zehmet olmasa turk boreyini yazardiz
17. PERVIN | Sentyabr 18th, 2009 at 3:16 am
birde shkolad bishirmeyi bilmirem onu da yazsaniz yaxhi olar
18. FƏRİDƏ | Sentyabr 18th, 2009 at 11:12 am
PERVIN: Turk boreyi olacaq bir gun. Tezlikel soz vermirem, amma olacaq .Shokolad da bisirsem qoyaram buraya.
19. Aynure | Sentyabr 27th, 2009 at 11:03 am
cox sagolun.Allah sizden razi olsun agzimiz dada geldi.hemisha eyni shirniyatlari bishirmekden yorulmushdum.deyishiklik oldu bu gun zebra tortunu bishirdim.qeweng alindi.bunu da sinaqdan kecirerem inshallah.sagolun
20. gulxar | Sentyabr 28th, 2009 at 12:58 am
SAYTINIZA GORE TESEKURLER FERIDE XANIM HARIKASINIZEEEEEEE
21. PERVIN | Sentyabr 28th, 2009 at 1:28 am
salam feride Xanim necesiz?
22. xanim | Noyabr 8th, 2009 at 6:58 pm
salam . men soci paxlavasi axtarirdim googleden bu sayt cixdi.reseptlere baxdim cox xosuma geldi .inananin cox sevindim gorunce .hem de yeni reseptler aldim .size ugurlararzulayiram .tesekkurler
23. gulya | Noyabr 21st, 2009 at 2:21 am
Salam Feride xanim. Kesmikli keteni hazirladim. ela alindi, cox zerif idi. evde hami seve seve yedi ve tesekkurunu bildirdi. Mende size oz tesekkurumu bildirim ve eyni zamanda gozel bir kete resepti verim. Inanin beyeneceksiz sizde. Xemir ucun: 2 cay gasigi maya, 2 x.g seker . 2 x.g un, ve yarim stekan ilig su ile mayanin sismesini gozleyin. Sonra 6 st. un , 3 yumurta, 1 x.g sirke, evvelceden duzeltdiyimiz maya, 400 gr. gatig, 300 gr yag. Xemir yogurub 1,5 saxlamag isti yerde. Xemir gelene geder ici hazirlamag: 2 st un, 2 st seker, 150 gr ya, vanil. Icliyi ovmag. Sonra xemiri uc hisseye ayirib, el ile acmag, arasina icliyi goymag. Ve uzerine yumurta sarisi cekib, 15 deg kenara goymag, uzerini cengelle naxislayib, 5-6 yerden cengelle desmek, ve bisirmek. Inanin cox gozle ve dadli alinacag.
24. FƏRİDƏ | Noyabr 23rd, 2009 at 2:04 pm
Gulya: resepte gore cox sagh olun. Bu tesadufen Qarabag ketesi deyil ki? Ona oxsayir bir az. Lezzetli seslenir. Bir gun bisirerem. Cox sagh olun.
25. gulya | Noyabr 24th, 2009 at 9:32 pm
Salam Ferde xanim. Duzu blmirem. Bunu mene Bakida olarken gonsumuz vermisdi, o ise irevan terefden idi. Oz defterimede kete Raya xalanin usulu ile yazmisam. Duzu bura gelenden etmemisdm, ama bu keteni hazirlayan gun siznle bolusdum. Inanin cox dadli alindi. hec gozlemedym derecede xosuma geldi. Cavab yazdiginiza gore minnetdaram. Hazirlayin, umudvaram beyeneceksiz. Size xeyirli gunler
26. günel | Yanvar 8th, 2010 at 2:46 pm
salam Feride xanım.reseptiniz çox gözel görünür.bişirmek isteyirem.soruşmaq isterdim ki,kesmiyin yerine lor peynir qoysam eyni dadi elde ede bileremmi?çünki yaşadıgım yerde kesmik tapa bilmedim.evvelceden teşekkür.
27. FƏRİDƏ | Yanvar 8th, 2010 at 3:19 pm
GUNEL: Beli, lor pendir mence olar. Eger dadi ve gorunusu bizim kesmiye oxsayirsa, problem olmamalidir.
28. ARZU | Fevral 1st, 2010 at 6:30 am
Salam Feride xanim! Sizle tanishligdan sonra evde her gun shirniyyat var.Sharlotka ve kesmikli keks bishirdim ,ela alindi.Yeni reseptlerinizi sebirsizlikle gozluyurem.Teshekkur edirem.
29. Revane | Fevral 24th, 2010 at 3:05 am
Salam Feride xanim. Men bu shirniyati bishirdim, amma ici sulu kimi qaldi. Men Hollandiyadan Ricotto pendiri tapmadim, French Kwark (Quark) istifade etdim. Oda bizim qatiq kimi sheye benziyirdi, ola bilsinki menim Quark-im duru olub ona gore bele ici lemis kimi cixdi?
30. Revane | Fevral 24th, 2010 at 3:11 am
Feride xanim yazasi idim amma yadimdan cixdi, bu xemirin restepti cox gozel idi, men bu ketenin arasina kesmik yox bashqa shey qoyum. Ne meslehet bilirsiz?
Evvelceden cavabiniza gore teshekkurler
31. FƏRİDƏ | Fevral 26th, 2010 at 10:41 am
REVANE: Quark sulu oldugundan kete de sulu olub. Kesmiyin yerine yalniz ricottadan istifade etmek olar. Basqa evezi yoxdur teessufler olsun ki bu kete ucun.
32. nurane | Fevral 27th, 2010 at 3:09 pm
FERIDE XANIM ONCE SIZE OZ TESEKKURUMU BILDIRIREM SAGOLUN. MEN MEN BU KETENI HAZIRLADIM COX BEYENDIM INANILMAZ DERECEDE DADLIDIR. ELINIZE SAGLIK MEN TEZ-TEZ HAZIRLAYIRAM BUNU KIM YEYIRSE BUNUN RESEPTINI MENDEN ISTIYIRLER. COX ADAMA VERMISEM BU RESEPTI. BUNUN UCUN OZUME BORC BILDIM SIZE TESEKURUMU BILDIRIM. HAMIYADA MESLEHET GORUREM BUNU HAZIRLASINLAR. SIZE ISLERINIZDE UGURLAR!
33. xanim | Mart 23rd, 2010 at 11:58 am
tiramisunu martin 27 –sine qeder qoya bilersinizmi bura?
34. leyla | Aprel 9th, 2010 at 1:37 am
feride xanim cengelle qarisdirmak olmaz kimsirlede bez ne ile qarisdiraq bide icinide cengelle miksirle qarisdirmak olmaz?
35. leyla | Aprel 9th, 2010 at 1:40 am
feride xanim cengellede miksirlede qarisdirmak olmaz bens ne ile karisdirak?bide icinide miksirle qarishdirmak olmaz cok xais edirem bu cok vacibdir buna cavab verinde indi hazirlamak isteyirem
36. leyla | Aprel 9th, 2010 at 1:46 am
bi cok uzur isteyirem kesmik quru olsun ,yagli olsun yoksa biaz qati yagsiz olmalidir ?
37. FƏRİDƏ | Aprel 9th, 2010 at 8:41 am
LEYLA: Cengelle ezmek lazimdir, reseptde ele yazmisam. Cengelle ezin. Mikserle deyil. Kesmik cox sulu olmasin, yani dukkanlarda satilan adi kesmik olar, onlar adeten cox sulu olmur. Yagli ve ya yagsiz ola biler. Kaloriyasi az olsun isteyirsinizse yagsiz olsun.
38. leyla | Aprel 11th, 2010 at 2:48 am
cok gozel alindi yoldashiminda cok xosuna geldi deyir bes deyirdin men yemek bisire bilmirem,cok sagolun cok minnetdaram
39. Konul | Aprel 20th, 2010 at 4:36 am
Feride hanim (man coh uzr istayiram esli adinizi duz yazmiramsa) size coh sagol demak isteyiram manim yoldasim ingilisdir bilirsiz man bu sayti daha yeni tapmisam bilirsiz nagadar mana komak edir.
40. ELNARƏ | Aprel 27th, 2010 at 2:47 am
SALAM.ÇOX GÖZƏL RESEPTLƏRDİR ÇOXUNU BİŞİRMİŞƏM.
41. Konul | May 5th, 2010 at 5:34 am
Men hec vaxt bu gadar keks xoslamamisdim. Inanin her hefte uje men bisiriram bu keksi. Farida hanima cox minnatdarig kizimda yoldasimda.
42. nazli | May 5th, 2010 at 11:26 am
salam feride xanim.sizden xais elesem qogalin reseptinide vere bilersinizmi?:)
43. PƏRVANƏ | May 26th, 2010 at 7:19 am
SALAM FƏRDƏ XANİM NECESİNİZ.SİZİ BİR SUAL VERMƏK İSTƏYİRƏM.KƏSMİKLİ KƏTƏNİ HAZİRLADİM AMMA İCİ NƏSƏ BİSMƏDİ.BELƏ Kİ CİY XƏMİR NECƏ OLUR ELƏ OLDU.ALTİ VƏ USTU BİSMİSDİ.BİR SOZLƏ SƏKİLDƏKİ KİMİ ALİNMADİ.SAG OLUN.
44. FƏRİDƏ | May 27th, 2010 at 2:24 pm
PERVANE: DUzu bilmirem niye bele alindi, mende bisir adeten. Ici zerif olur, amma soyuduqdan sonra bir az berkiyir. Ele olmadi yani?
45. PƏRVANƏ | May 27th, 2010 at 10:45 pm
SALAM FƏ’RIDƏ’ XANIM.DADİ COX GOZƏL İDİ AMMA İCİ XOSUMA GƏLMƏDİ.BİR SOZLƏ SƏKİLDƏKİ KİMİ OLMADİ.SƏKİL DƏKİ COX GOZƏL GORUNUR.
46. ləman | Iyul 5th, 2010 at 11:29 pm
Salam, Fəridə xanım necəsiniz?
Lobya çıxırtmanız sur çıxdı, əla idi.Bunun üçün sizə dərin minnətdarlığımı bildirirəm. Zəhmət olmasa mənə cavab yazın, gözləyirəm.Sizə uğurlar
47. Feride | Oktyabr 5th, 2010 at 10:27 am
Hormetli ve elleri qizildan da qiymetli olan adasim Feride xanim bu gun bu keteni bisirdim inanin o qeder gozel cixdiki hem ozum hemde yeyenlerin cox xosuna geldi size minnetdaram bu gozel reseptleri bizimle paylasdiginiz ucun 19 yasim var butun gunu yemek bisirirem hevese gelmisem anam deyir ^^o qizin eline bax oyren^^
48. gulbahar | Oktyabr 21st, 2010 at 1:53 am
Salam ,Fəridə xanım.Necəsiniz?Mən Sizdən artıq dərəcədə xahiş edirəm “Mujskoy ideal” tortunun reseptini bilirsinizsə,mənə verərsinizmi?Əgər mənə kömək əlinizi uzatsanız Sizə cox minnətdar olaram
49. roclafamilia | Oktyabr 21st, 2010 at 6:39 am
Helpful blog, bookmarked the website with hopes to read more!
50. MAILE | Noyabr 8th, 2010 at 9:59 am
SALAM FERIDE XANIM.bu yaxinlarda kesmikli keteni hazirladim.cox dadli alindi,hetda anam ketenin dadina baxandan sonra dediki,bu resepti yazanlara tesekkurumuzu bildir.TESEKKURLER
51. elvin | Dekabr 14th, 2010 at 9:43 am
Salam Feride xanim zehmet olmasa turk boreklerinin reseptini veresiniz
52. Nigar | Yanvar 16th, 2011 at 9:03 am
SALAM FERIDE XANIM.kesmikli keteni bisirmek isteyirem ama sualim var.kere yaginin evezine marqarin mesel ucun sana nece olar?bir de ki kesmik nece olsun yagli kesmik yagsiz kesmik cur be cur novleri var axi.hansi olsa daha yaxsi olar tesekkurler.cavabinizi gozleyecem.mutleq:)cunki sabah hazirlamaq isteyirem .
53. FƏRİDƏ | Yanvar 17th, 2011 at 1:02 am
NİGAR - Marqarın tam verər, yaxşı olmaz məncə. Yağsız kəsmik də olar yağlı da. Amma çox yağlı olsa onda kətə də yağlı alınar. Sulu olmasın. bu vacibdir.
54. Nigar | Yanvar 17th, 2011 at 2:48 am
Feride xanim.COOOOOOX SAG OLUN sualimi cavablandirdiginiz ucun.
55. Ahu | Yanvar 26th, 2011 at 11:19 am
Feride xanim cox sagolun.men indi bisirdim bu keteni.ilk defe bisirmeyime baxmayaraq cox gozel cixdi,cox dadli .
56. Samira | Yanvar 31st, 2011 at 1:07 pm
Salam Feride xanim.Men jashadigim bolgede bu pirog ovintulu pirog adlanir amma xemire maja ja da gatig gatilmir, netigede dogrudan da zerif alinir.Reseptin esasi tamami ile burdaki kimidir.Amma hazirlama usuluda bashgadir izn verseniz jazaram.
57. FƏRİDƏ | Yanvar 31st, 2011 at 6:31 pm
SAMİRƏ - əlbəttə, resepti yazın istədiyiniz vaxt.
58. persiona | Fevral 27th, 2011 at 6:26 am
inanilmaz gozel reseptler var baxdiqca adam baxmaq isteyir men bunlardan istifade edecem eladir sizde sinayin xosagelmeyen resept tapa bilmeyeceksiniz .
59. ruhiye | Mart 13th, 2011 at 2:23 pm
160671
60. Nigar | Mart 14th, 2011 at 5:12 am
gozel reseptlerinize gore minnetdaram Size! 100% bilirem ki bu resept ezizlerimin xowuna gelecek
Bir daha tewekkur edirem! 
61. Aziza | Aprel 8th, 2011 at 8:31 pm
Feride xanim salam reseptlerinizi cox beyendim tesekkur edirem.Allah razi olsun sizden.
62. nura | May 2nd, 2011 at 11:06 am
SALAM FERIDE XANIM.MEN ARTIQ IKI AYDIR SIZIN SAYTINIZDAN MUTEMADI ISTIFADE EDIREM.NAPOLEON MEKSIKA QURABIYYESEI YULAFLI QURABIYE TRIAMISUNU BISIRMISDIM GOZEL ALINDILAR.BU GUNDE BAXDIM SOYUDUCUDA ARTIQ 3 GUNDUR ALDIGIM RICCOTTA PENDIRI QALIB ISTEDIM NESE BISIRIM BAXDIM SIZDE KESMIKLI KETENI BISIRDIM.DUZDU MENDE POENDIR 250 QRAMLIQ IDI.AMMA IKI YUMURTA VURDUM ONU SULU ETDI DUSUNDUMKI BISMEYCEK NESE PIS OLACAQ.AMMA BISDI DUZDU YARIM SAATBDEYIL BIR SAAT BISIRDIM INDI CAYLA ICIREM COX GOZEL ALINDI.COX SAGOLUN ELLERINIZ AGRIMASIN.YEN DADLI TORTLAR GOZLEYIRIK SIZDEN.
63. Nara | Iyun 3rd, 2011 at 5:00 am
Ele bildim,meqewin xinqalidi.Yeqin Feride xanim siz bilersiniz men hansi yemeyi nezerde tutdugumu.
64. Vusala N | Iyun 30th, 2011 at 2:02 pm
Salam,Farida Xanim.cox sag olun reseptlara gora. hazirladim cox yaxsi alindi.Amma man kasmikla xamir arasina altda da ustda da xirdalanmis qoz alava etdim.bu kataya xususi dad verdi.tasakkurlar.siz da bir dafa hazirlayanda qozla sinaqdan kecirin.cox sag olun….mumkun qadar yeni reseptlari tez tez qoyun…
65. Ayten | Iyul 1st, 2011 at 11:39 pm
Bu keteni hazirladim, hami chox beyendi, chox sag olun!!!
66. Gunel | Iyul 24th, 2011 at 1:20 pm
Salam,her vaxtiniz xeyirli olsun.Rengareng sehifeniz ve ceshidli yemek tariflerinize gore size teshekkur edirem.Men bu gun sizin qeyd etdiyiniz kimi “Zerif” adi altinda keteni hazirladim,hetta qonshularimla da paylashdim.Ve heqiqeten de cox zerif, dadlidir.Qonshularim ve oz adimdan teshekkur edirem bir daha.Ishlerinizde ugurlar
67. lale-asim | Sentyabr 27th, 2011 at 1:17 am
feride xanim ne yaxsi ki varsiniz.Sagulun gozel reseptlere gore
68. Selcan | Oktyabr 14th, 2011 at 2:33 am
Resepte gore chox sag olun. Chox asan ve tez hazirlanan shirniyyatdir. Dunen hazirladim, chox dadli idi. Sadece mene chox shirin geldi ve gelen defe shekerini chalishacagam daha az vurum. Size ishlerinizde ugurlar!
69. meryem | Oktyabr 25th, 2011 at 3:32 am
Salam….. Nə yaxşı burda tapdım çoxdadı kəsmikli kətə reseptini axtarırdım. Çox sevindim tapdığma.
70. Aytac | Oktyabr 30th, 2011 at 2:10 am
Salam Feride xanim.Men bu resepti evde ailem ucunde hazirlayiram.Ice xirda dogranmis qaysi qurusuda elave edirem.Cox lezzetli alinir,bisirmek isteyenlere meslehet gorurem.Size ise lezzetli reseptler ucun coooooooooooooooooooox tesekkur edirem FERIDE xanim! Hamisi superdi! Ellerinize sagliq………..
71. Keks | Dekabr 30th, 2011 at 3:13 am
dadliiiiii!!! )) zerif keteni ve nar bilerziyi salatini hazirladim. dogurdan da cox zerifdi,cox beyendim. bilerziyi hele kesmemisem,gorunusu ela alinib,inaniram dadi da eledi. dadli reseptlere gore tesekkurler Feride xanim. Ellerimiz yorulmasin ))
72. Keks | Dekabr 30th, 2011 at 3:16 am
indi de gedirik zebra tortu bisirmeye,) bacim da soci piroqu hazirlayir hal-hazirda. Ayy ne yaxsi bu sayti tapmisam
73. Gunay | Yanvar 8th, 2012 at 5:55 am
Salam.Biraz bundan qabaq zerif keteni biwirdim.Cox gozel alindi.Bu saytin oxucularina da biwirmeyi tovsiye ederdim.Tewekkur edirem Feride xanim bu gozel receptlere gore.
74. Fira | Fevral 8th, 2012 at 4:40 am
sherhlerden gorunur ki, dadlidir. laaap hevese duwdum
Şərh Yaz
Trackback this post | Subscribe to the comments via RSS Feed